Çap et
Qərarlar
11.04.2016

AZƏRBAYCAN RESPUBLİKASI

NAZİRLƏR   KABİNETİ

№99

Bakı şəhəri ,2 mart 2016-cı il

“Açıq məkanda yerləşdirilən reklama dair texniki şərtlər pasportu”nun forması”nın və Nəqliyyat vasitələrində yerləşdirilən reklama dair texniki şərtlər pasportu”nun forması”nın təsdiq edilməsi barədə

            “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-İVQ nömrəli Qanunun tətbiqi və Reklam haqqında”Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə”Azərbaycan Respublikası Prezidentinin 1997 –ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında”Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. “Açıq məkanda yerləşdirilən reklama dair texniki şərtlər pasportu”nun forması”təsdiq edilsin (əlavə olunur).
  2. “Nəqliyyat vasittələrində yerləşdirilən reklama dair texniki şərtlər pasportu”nun forması “təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının

           Baş naziri                                                                Artur Rasi-zadə