Çap et
Qərarlar
10.12.2015

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 374

10 Dekabr 2015
 

№ 374   Bakı şəhəri, 4 dekabr 2015-ci il

 

“Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il  24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli  qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1072, № 12, maddə 1247; 2012, № 1, maddə 40, № 3, maddə 256, № 10, maddə 1016, № 11, maddə 1207; 2013, № 6, maddələr 745, 757, № 7, maddə 868, № 8, maddələr 1005, 1018, № 11, maddə 1466, № 12, maddə 1639; 2014, № 1, maddə 69, № 2, maddələr 191, 201, 207, № 3, maddələr 307, 317, № 4, maddə 449, № 5, maddə 560, № 6, maddələr 733, 747, № 7, maddələr 920, 953, № 10, maddələr 1287, 1319, № 11, maddələr 1505, 1506, № 12, maddə 1656; 2015, № 1, maddə 71, № 4, maddə 465, № 5, maddə 609, № 6, maddə 790, № 7, maddə 893; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 4 noyabr tarixli 351 nömrəli və 6 noyabr tarixli 357 nömrəli qərarları) ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 29.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

29.1.

Uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu

 

2. 29.2-ci bənd ləğv edilsin.

3. 29.3-cü bənd aşağıdakı redaksiyada verilsin: 

29.3.

Xarici ölkənin uyğunluğu qiymətləndirən qurumunun Azərbaycan Respublikasının ərazisində uyğunluğu qiymətləndirmə fəaliyyətininrazılaşdırılması üçün müraciətin və sənədlərin qəbulu

Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri