Çap et
Qərarlar
10.12.2015

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 369

10 Dekabr 2015
 

№ 369   Bakı şəhəri, 27 noyabr 2015-ci il

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 343 saylı qərarı ilə təsdiq edilmiş “Təhlükəsizliyi 01 yanvar 1994-cü ildən təmin olunmalı məhsulların Siyahısı”nda dəyişiklik edilməsi barədə

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1303-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 576 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti  qərara alır:

“Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 343 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəsizliyi 01 yanvar 1994-cü ildən təmin olunmalı məhsulların Siyahısı”na aşağıdakı məzmunda 93-cü hissə əlavə edilsin:

“93. avtonəqliyyat vasitələrinin bütün ehtiyat hissələri”.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri