Çap et
Qərarlar
20.11.2015

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

11 İyul 2015
 

№ 252     Bakı şəhəri, 2 iyul 2015-ci il

 

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə

 

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 iyul tarixli 229 nömrəli Fərmanının 1.1.3-1.1.8-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.”Uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya Qaydaları”təsdiq edilsin (1 nömrəli əlavə).

2.”Uyğunluğun qiymətləndirilməsi sahəsin

də akkreditasiya attestatının nümunəsi və uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya nişanının forması” təsdiq edilsin (2 nömrəli əlavə).

3. “Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların reyestrinin aparılması Qaydası” təsdiq edilsin (3 nömrəli əlavə).

4. “Akkreditasiya orqanının Apelyasiya Şurasının Əsasnaməsi” təsdiq edilsin (4 nömrəli əlavə).

5. “Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən akkreditasiya nişanından istifadə Qaydası” təsdiq edilsin (5 nömrəli əlavə).

6. “Xarici ölkənin uyğunluğu qiymətləndirən qurumunun Azərbaycan Respublikasının ərazisində uyğunluğu qiymətləndirmə fəaliyyətini razılaşdırma Qaydası” təsdiq edilsin (6 nömrəli əlavə).

7. Bu qərarla təsdiq edilmiş normativ-hüquqi aktların müddəaları Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 23 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiyanı  mühafizə vasitələrinin sertifikatlaşdırılması haqqında Əsasnamə” ilə tənzimlənən dövlət sirri təşkil edən məlumatların mühafizəsi üçün nəzərdə tutulmuş informasiyanı mühafizə vasitələrinin uyğunluğunu qiymətləndirən qurumların akkreditasiyası ilə  bağlı münasibətlərə şamil edilmir.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 iyul tarixli 252 nömrəli qərarı ilə
təsdiq edilmişdir


1 nömrəli əlavə

Uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya

Q A Y D A L A R I


1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalar uyğunluğu qiymətləndirən aşağıdakı qurumlara şamil olunur: 
1.2.1. sınaq laboratoriyaları;
1.2.2. malın (xidmətin, işin) sertifikatlaşdırılmasını aparan qurumlar;
1.2.3. idarəetmə sistemlərinin sertifikatlaşdırılmasını aparan qurumlar;
1.2.4. işçi heyətinin sertifikatlaşdırılmasını yerinə yetirən qurumlar;
1.2.5. inspeksiya orqanları;
1.2.6. etalon material istehsalçıları;
1.2.7. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ölçmələrin vəhdətinin təmin edilməsi üzrə işləri yerinə yetirmək və (və ya) xidmətlər göstərmək üçün akkreditasiyası tələb edilən qurumlar. 
1.3. Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası aşağıdakı mərhələləri əhatə edir:
1.3.1. uyğunluğu qiymətləndirən qurumun müraciəti;
1.3.2. uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən qiymətləndirilməsi;
1.3.3. akkreditasiya orqanı tərəfindən yekun qərarın qəbul edilməsi.
1.4. Akkreditasiyanın ümumi müddəti akkreditasiya barədə qərarın qəbulu da daxil olmaqla, bu Qaydaların 3.5-ci və 4.9-cu bəndlərinə uyğun olaraq təyin edilən müddətlər nəzərə alınmadan 60 (altmış) iş günündən çox ola bilməz.
2. Əsas anlayışlar

2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. uyğunluğu qiymətləndirən qurum – malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsini təmin edən təşkilatlar (dövlət orqanları), hüquqi və fiziki şəxslər;
2.1.2.uyğunluğu qiymətləndirən qurumun əsasnaməsi – uyğunluğu qiymətləndirən qurum tərəfindən tərtib edilmiş uyğunluğun qiymətləndirilməsi fəaliyyətinin həyata keçirilməsi üçün qurumun və işçi heyətin hüquq və vəzifələrini, fəaliyyət qaydasını müəyyən edən sənəd;
2.1.3. akkreditasiya sahəsi – uyğunluğu qiymətləndirən qurumun uyğunluğunu qiymətləndirə biləcəyi malın, xidmətin, işin, prosesin, idarəetmə sisteminin və işçi heyətinin təsvirinin (adı və ya digər fərqləndirici əlaməti) və həmçinin mala, xidmətə, işə, prosesə, idarəetmə sisteminə və işçi heyətə dair tələbləri, sınaq üsullarını müəyyən edən standart, texniki reqlament və digər normativ hüquqi akta dair məlumatın əks olunduğu sənəd; 
2.1.4. keyfiyyət üzrə rəhbərlik sənədi - uyğunluğu qiymətləndirən qurumun idarəetmə sistemini (konkret məqsədə nail olmaq üçün istifadə olunan prosedur və proseslərin məcmusu) tənzimləyən sənəd;
2.1.5. laboratoriyanın pasportu - laboratoriya otaqlarının və sınaq aparılması üçün mövcud olan avadanlıqların sayı və vəziyyəti barədə məlumatların əks olunduğu sənəd.

3. Uyğunluğu qiymətləndirən qurumun müraciəti

3.1. Uyğunluğu qiymətləndirən qurum akkreditasiyanın aparılması üçün akkreditasiya orqanına kağız üzərində yazılı və ya elektron formada müraciət edir (müraciətin forması əlavə olunur). 
3.2. Müraciətə aşağıdakı sənədlər əlavə edilir:
3.2.1. uyğunluğu qiymətləndirən qurumun əsasnaməsinin layihəsi-2 nüsxə;
3.2.2. uyğunluğu qiymətləndirən qurumun akkreditasiya sahəsinin layihəsi-2 nüsxə;
3.2.3. uyğunluğu qiymətləndirən qurumun idarəetmə sisteminin keyfiyyət üzrə rəhbərlik sənədi;
3.2.4. uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olması nəzərdə tutulmuş işçi heyəti barədə məlumat (sayı, ixtisası, təcrübəsi); 
3.2.5. laboratoriyanın pasportu (laboratoriyalar üçün);
3.2.6. şəxsiyyəti təsdiq edən sənədin surəti (fiziki şəxslər üçün);
3.2.7. hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti (hüquqi şəxslər üçün).
3.3. Akkreditasiya orqanı bu Qaydaların 3.2-ci bəndində göstərilən sənədlərdən başqa sənədlər tələb edə bilməz.
3.4. Akkreditasiya barədə müraciət akkreditasiya orqanına təqdim edildiyi gün qeydiyyata alınır.
3.5. Akkreditasiya orqanı uyğunluğu qiymətləndirən qurumun akkreditasiya barədə müraciətini 10 (on) iş günündən çox olmayan müddətdə araşdırır. Bu Qaydaların 3.2-ci bəndində nəzərdə tutulmuş sənədlər və məlumatlar uyğunluğu qiymətləndirən qurum tərəfindən təqdim olunmadıqda, akkreditasiya orqanı tərəfindən müraciətə baxılma müddətinin axımının dayandırılması haqqında qərar qəbul edilir. Həmin qərarda uyğunluğu qiymətləndirən qurumdan sənədlərin və ya məlumatların təqdim edilməsi tələb olunur və uyğunluğu qiymətləndirən qurum tərəfindən təqdim edilməli sənədlərin, məlumatların siyahısı və təqdimolunma müddəti göstərilir. Əlavə sənədlərin və ya məlumatların təqdim edilməsi üçün təyin edilən müddət 20 (iyirmi) iş günündən çox olmamalıdır. 
3.6. Müraciətə baxılma müddətinin axımının dayandırılması haqqında qərar qəbul edildiyi gün müraciət etmiş quruma təqdim edilir.
3.7. Əlavə sənədlər və ya məlumatlar akkreditasiya orqanına təqdim edilən gün müddətin axımının bərpa olunması haqqında qərar qəbul edilir və bu barədə müraciət etmiş şəxsə dərhal məlumat verilir.
3.8. Müəyyən edilmiş müddətdə tələb edilən sənədlər və məlumatlar təqdim olunmadıqda, akkreditasiya orqanına edilən müraciət və sənədlər baxılmadan müraciət etmiş quruma qaytarılır.

4. Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab
verməsinin akkreditasiya orqanı tərəfindən qiymətləndirilməsi

4.1. Bu Qaydaların 3.2-ci bəndində nəzərdə tutulmuş sənədlər və məlumatlar uyğunluğu qiymətləndirən qurum tərəfindən təqdim olunduqda, sənədlərdə və məlumatlarda çatışmazlıqlar aşkar edilmədikdə, uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən qiymətləndirilməsinəbaşlanılması və akkreditasiya komissiyasının (bundan sonra - komissiya) yaradılması haqqında qərar qəbul edilir.
4.2. Komissiya ən azı 3 (üç) nəfərdən ibarət olmaqla təşkil olunur və tərkibinə akkreditasiya orqanının əməkdaşları daxil edilir. Uyğunluğun qiymətləndirilməsi qurumunun fəaliyyət sahəsinin xüsusiyyətləri nəzərə alınmaqla, akkreditasiya orqanında müvafiq sahə üzrə mütəxəssis olmadıqda komissiyanın tərkibinə müstəqil mütəxəssislər də daxil edilir. 
4.3. Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən qiymətləndirilməsinəbaşlanılması və komissiyanın yaradılması haqqında qərarın surəti qəbul edildiyi gün müraciət etmiş şəxsə göndərilir. Qərarda qiymətləndirmənin başlandığı tarix və akkreditasiya üçün müraciət etmiş şəxsin konkret əsaslar göstərməklə komissiyanın üzvlərinə 5 (beş) iş günü müddətində etiraz etmək hüququ göstərilməlidir. 
4.4. Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən qiymətləndirilməsinəbaşlanılması və komissiyanın yaradılması haqqında qərar təqdim olunduğu gündən 5 (beş) iş günü müddətində müraciət etmiş şəxsin komissiyanın tərkibinə dair əsaslandırılmış etirazı daxil olmadıqda, komissiya qiymətləndirmə fəaliyyətinə başlayır. Etiraz olduğu halda 1 (bir) iş günü müddətində etirazın əsaslı olub-olmaması araşdırılır və etirazın təmin olunması və ya təmin olunmaması haqqında qərar qəbul edilir. Etiraz təmin olunduğu halda komissiyanın tərkibində dəyişiklik edilir və bu barədə dərhal müraciət etmiş şəxsə məlumat verilir.
4.5. Komissiya tərəfindən uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab verməsinin qiymətləndirilməsi 2 mərhələdə həyata keçirilir. 
4.6. Birinci mərhələdə komissiya uyğunluğu qiymətləndirən qurumun müvafiq akkreditasiya tələblərinə uyğunluğunu qiymətləndirmək üçün bu Qaydaların 3.2-ci bəndinə uyğun təqdim olunmuş sənədləri təhlil edir.
4.7. Qiymətəndirmənin ikinci mərhələsində komissiya tərəfindən uyğunluğu qiymətləndirən qurumun yerləşdiyi yerdə uyğunluğun qiymətləndirilməsi fəaliyyəti sahəsinə aid olan müvafiq standartlarda, texniki reqlamentlərdə və digər texniki normativ hüquqi aktlarda nəzərdə tutulmuş texniki tələblərə (texniki meyarlara) uyğunluğu qiymətləndirilir. 
4.8. Akkreditasiya üçün müraciət etmiş şəxs komissiyanın fəaliyyət sahəsinə daxil olması və qiymətləndirmənin aparılması üçün zəruri şərait yaratmalıdır.
4.9. Komissiya tərəfindən qiymətləndirmənin nəticəsinə dair hesabat tərtib edilir. Qiymətləndirmə zamanı çatışmazlıqlar aşkar edildikdə, çatışmazlıqlar və onların aradan qaldırılmasına dair düzəliş tədbirləri hesabatda göstərilməlidir. Qiymətləndirmə hesabatında düzəliş tədbirləri üçün müddət aşkarlanan çatışmazlığın mahiyyətindən asılı olaraq və akkreditasiya üçün müraciət etmiş şəxsin həmin çatışmazlıqları aradan qaldıracağı müddətlə bağlı təklifi nəzərə alınmaqla təyin edilir.
4.10. Qiymətləndirmənin nəticəsinə dair hesabat tərtib edildiyi gündən 5 (beş) iş günü müddətində uyğunluğu qiymətləndirən quruma təqdim edilir. 
4.11. Qiymətləndirmənin nəticəsinə dair hesabat tərtib edildiyi gündən 1 (bir) iş günü müddətində akkreditasiya orqanı tərəfindən müraciətə baxılma müddətinin axımının dayandırılması haqqında qərar qəbul edilir və bu barədə dərhal uyğunluğu qiymətləndirən quruma məlumat verilir.
4.12. Uyğunluğu qiymətləndirən qurum qiymətləndirmə hesabatında nəzərdə tutulmuş çatışmazlıqları aradan qaldırması və düzəliş tədbirlərini icra etməsi barədə məlumat verdikdə 3 (üç) iş günü ərzində müddətin axımının bərpa olunması haqqında qərar qəbul edilir və bu barədə dərhal müraciət etmiş şəxsə məlumat verilir. Müddətin axımının bərpa olunması haqqında qərar qəbul edildikdən sonra komissiya tərəfindən düzəliş tədbirlərinin icra vəziyyəti yoxlanılır. Düzəliş tədbirlərinin yerinə yetirilməsi komissiya tərəfindən yerində yoxlanılır və yoxlama nəticələrinə dair qiymətləndirmə hesabatı tərtib edilir.

5. Akkreditasiya orqanı tərəfindən yekun qərarın qəbul edilməsi

5.1. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə və akkreditasiya tələblərinə uyğun olduğu halda, akkreditasiya orqanı qiymətləndirmə hesabatı əsasında 2 (iki) gün müddətində uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə qərar qəbul edir və akkeditasiya attestatının verilməsi üçün dövlət rüsumunun ödənilməsi zərurəti barədə müraciət etmiş şəxsə dərhal məlumat verir. Dövlət rüsumunun ödənilməsi barədə sənəd təqdim edildiyi gün akkreditasiya attestatı hazırlanır və imzalanaraq möhürlənir, uyğunluğu qiymətləndirən qurumun akkreditasiya sahəsi və əsasnaməsi təsdiq edilir. 
5.2. Akkreditasiya attestatı, uyğunluğu qiymətləndirən qurumun təsdiq edilmiş akkreditasiya sahəsi və əsasnaməsinin nüsxələri 2 (iki) iş günü müddətində uyğunluğu qiymətləndirən quruma təqdim edilir və ya alınmasını təsdiq edən sifarişli poçtla göndərilir. 
5.3. Akkreditasiya attestatı verildiyi tarixdən 3 (üç) il müddətində etibarlıdır.
5.4. Akkreditasiya edilmiş qurum barədə məlumatlar uyğunluğu qiymətləndirən qurumların reyestrinə daxil edilir.
5.5. Aşağıdakı hallarda uyğunluğu qiymətləndirən qurumun akkreditasiyasından imtina barədə qərar qəbul edilir:
5.5.1. qiymətləndirmə hesabatında nəzərdə tutulmuş müddətdə çatışmazlıqların aradan qaldırılması və düzəliş tədbirlərinin icra edilməsi barədə məlumat verilmədikdə;
5.5.2. qiymətləndirmə hesabatında nəzərdə tutulmuş çatışmazlıqların aradan qaldırılması və düzəliş tədbirlərinin icra edilməsi barədə məlumatın komissiya tərəfindən yoxlanılması zamanı bütün çatışmazlıqların aradan qaldırılmaması və düzəliş tədbirlərinin yerinə yetirilməməsi müəyyən edildikdə;
5.5.3. bu Qaydaların 4.8-ci bəndinə uyğun qiymətləndirilməninaparılmasını təmin etmədikdə. 
5.6. Bu Qaydaların 5.5-ci bəndində nəzərdə tutulmuş hallarda 3 (üç) iş günü müddətində akkreditasiya orqanı tərəfindən uyğunluğu qiymətləndirən qurumun akkreditasiyasından imtina barədə qərar qəbul edilir. Qəbul edilmiş qərar barədə müraciət etmiş uyğunluğu qiymətləndirən quruma dərhal məlumat verilir.

6. Yekun müddəalar

6.1. Akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumun akkreditasiya sahəsində dəyişikliklər edilməsi ilə bağlı müraciətinə bu Qaydaların 1.4-cü və 4-cü bəndlərinə uyğun olaraq baxılır. Qiymətləndirilmənin müsbət nəticələrinə əsasən 2 (iki) iş günü müddətində akkreditasiya sahəsində dəyişikliklər edilməsi barədə qərar qəbul olunur, yeni akkreditasiya sahəsi təsdiq olunur və müraciət etmiş uyğunluğu qiymətləndirən quruma təqdim edilir. Akkreditasiya sahəsində dəyişikliklər edilməsi barədə məlumat uyğunluğu qiymətləndirən qurumların reyestrinə daxil edilir.
6.2. Akkreditasiya attestatının qüvvədəolma müddəti başa çatdıqda akkreditasiya attestatının etibarlılıq müddətinin uzadılması barədə uyğunluğu qiymətləndirən qurumun müraciətinə bu Qaydalara uyğun baxılır və qiymətləndirmənin müsbət nəticələri əsasında yeni akkreditasiya attestatı verilir. 
6.3. Akkreditasiya attestatının dublikatının verilməsi barədə uyğunluğu qiymətləndirən qurumun müraciətinə 3 (üç) iş günü müddətində baxılır və akkreditasiya attestatının üzərinə dublikat yazısının əks olunduğu möhür vurulmaqla və möhürün vurulma tarixi göstərilməklə dublikat verilir.
6.4. Akkreditasiya üçün müraciət etmiş uyğunluğu qiymətləndirən qurum akkreditasiya qaydalarının pozulmasından, o cümlədən akkreditasiya orqanının akkreditasiyadan imtina barədə qərarından (hərəkətsizliyindən) inzibati qaydada və ya məhkəmə qaydasında şikayət edə bilər.


____________________

 

 

 

“Uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri
üzrə akkreditasiya Qaydaları”na
əlavə

Müraciətin forması

 

_______________________________________
(akkreditasiya orqanının adı)


Xahiş edirəm______________________________________________________
(fiziki və ya hüquqi şəxsin adı, ünvanı, vergi ödəyicisinineyniləşdirmə nömrəsi və ya təşkilatın adı, ünvanı)
___________________________________________________________________
(uyğunluğun qiymətləndirilməsi fəaliyyətinin adı)

_________________________________________ akkreditasiyasını keçirəsiniz.



Qoşma___________________________________________
(müraciətə əlavə olunan sənədlərin adı və vərəqlərin sayı)


Müraciət etmiş şəxslə əlaqə vasitələri________________________________
(telefon nömrəsi, elektron poçt ünvanı)


___________________________________________ _________
(fiziki şəxsin, hüquqi şəxsin və ya təşkilat rəhbərinin adı, soyadı) (imza)

 

“__”_________20__il

 

Qeyd. Hüquqi şəxsin və ya təşkilatın müraciəti möhürlə təsdiq edilməlidir.

 


_______________________

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 2 iyul
tarixli 252 nömrəli qərarı ilə
təsdiq edilmişdir


2nömrəli əlavə

Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya attestatının nümunəsi və uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya nişanının forması

Attestatın nümunəsi

 

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsi

_______________________________________________
(attestatı verən orqanın adı, ünvanı, internet saytı və telefon nömrəsi)

AKKREDİTASİYA ATTESTATI

№__________________
(qeydiyyat nömrəsi)


Verilmə tarixi:_____________20__ il
(gün, ay, il)
Etibarlıdır:_________________20__ ilədək
(gün, ay, il)

Bu Attestat təsdiq edir ki, _____________________________________ünvanında 
(uyğunluğu qiymətləndirən qurumun ünvanı)
yerləşən____________________________________________________________
(uyğunluğu qiymətləndirən qurumun adı)

________________________________________________həyata keçirilməsi üçün
(uyğunluğun qiymətləndirilməsi fəaliyyətinin növü)

______________________________________________________________uyğun
(standartın, texniki reqlamentin və ya normativ hüquqi aktın adı)

akkreditasiya olunmuşdur və bu Attestata əlavə olunan akkreditasiya sahəsi əsasında uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir. 
Attestat akkreditasiya sahəsi ilə birgə etibarlıdır.
____________________________ ___________________________ 
(vəzifənin adı) (imza) (adı və soyadı)

M.Y.
Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya nişanının forması

 



___________________________________________________
(standartın, texniki reqlamentin və ya normativ hüquqi aktın adı)

 

 

_______________________

 

 

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 2 iyul
tarixli 252 nömrəli qərarı ilə
təsdiq edilmişdir


3nömrəli əlavə


Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən
qurumların reyestrinin aparılması

Q A Y D A S I


1. Ümumi müddəalar

1.1. Bu Qayda “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların reyestrinin (bundan sonra – Reyestr) aparılması qaydasını müəyyən edir.
1.2. Reyestr – akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlara dair məlumat toplusudur. 
1.3. Reyestr akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlara dair sənədlərin və məlumatların mərkəzləşdirilmiş məlumat fondunun yaradılması, maraqlı şəxslərin akkreditasiya işlərinin nəticələri barədə məlumatla təmin olunması məqsədi ilə aparılır.
1.4. Reyestrə aşağıdakı qurumlar barədə məlumatlar daxil edilir: 
1.4.1.sınaq laboratoriyaları;
1.4.2. malın (xidmətin, işin) sertifikatlaşdırılmasını aparan qurumlar;
1.4.3. idarəetmə sistemlərinin sertifikatlaşdırılmasını aparan qurumlar;
1.4.4. işçi heyətinin sertifikatlaşdırılmasını yerinə yetirən qurumlar;
1.4.5. inspeksiya orqanları;
1.4.6. etalon material istehsalçıları;
1.4.7. ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsi sahəsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyasını aparan qurumlar;
1.4.8. tipin təsdiq edilməsi məqsədi ilə standart nümunələrin və ölçmə vasitələrinin sınaqlarını aparan qurumlar;
1.4.9. ölçmə vasitələrinin yoxlanılmasını aparan qurumlar;
1.4.10. layihə-konstruktor və texnoloji sənədlərin məcburi metroloji ekspertizasını aparan qurumlar.
1.5. Reyestr Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra- akkreditasiya orqanı) tərəfindən həyata keçirilir.

2. Reyestrin aparılması qaydası

2.1. Uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə attestat tərtib edildiyi gün həmin qurumlar barədə məlumatlar və sənədlər akkreditasiya orqanı tərəfindən Reyestrə daxil edilir. 
2.2. Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya attestatında və akkreditasiya sahəsində dəyişikliklər edilməsi, akkreditasiya attestatının ləğvi haqqında qərar qəbul edildikdə 3 (üç) iş günü müddətində məlumatlar Reyestrə daxil edilir.
2.3. Uyğunluğu qiymətləndirən qurumlar barədə məlumatlar Reyestrə uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası üçün təqdim edilmiş sənədlər və akkreditasiya orqanı tərəfindən verilmiş attestat əsasında daxil edilir.
2.4. Reyestrə aşağıdakı məlumatlar daxil edilir:
2.4.1. akkreditasiya attestatının qeydiyyat nömrəsi;
2.4.2. attestatın verilmə tarixi və etibarlılıq müddəti; 
2.4.3. akkreditasiya attestatında və akkreditasiya sahəsində edilmiş dəyişikliklər;
2.4.4. akkreditasiya olunmuş qurumun adı;
2.4.5. akkreditasiya sahəsi haqqında məlumat;
2.4.6. akkreditasiya üçün müraciət etmiş şəxsin adı;
2.4.7. ünvan, telefon nömrəsi, elektron poçt ünvanı.
2.5. Reyestr bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun formada aparılır. 
2.6. Akkreditasiya orqanı tərəfindən verilmiş attestata bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun qeydiyyat nömrəsi verilir.
2.7. Uyğunluğu qiymətləndirən qurumun Reyestrdə qeydiyyat müddəti akkreditasiya orqanı tərəfindən verilmiş attestatın etibarlılıq müddətinə əsasən müəyyən edilir.
2.8. Akkreditasiya orqanı tərəfindən verilmiş attestatın etibarlılıq müddəti bitdikdə və ya ləğv edilməsi barədə qərar qəbul edildikdə, uyğunluğu qiymətləndirən qurum barədə məlumatlar dərhal Reyestrdən çıxarılır.

3. Reyestrin məlumatlarının idarə olunması

3.1. Reyestrin məlumatı akkreditasiya orqanının dövri nəşrlərində və xüsusi informasiya məcmuələrində (göstəricilərində, məlumat kitabçalarında, kataloqlarda) çap olunur və akkreditasiya orqanının internet informasiya resurslarında yerləşdirilir.
3.2. Akkreditasiya orqanı bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun Reyestr məlumatlarını hazırlayır və bu məlumatların informasiya resurslarında yayılmasını təşkil edir. Reyestrdəki dəyişikliklər haqqında məlumatların 3 (üç) iş günü müddətində informasiya resurslarında yayılmasını təşkil edir.
3.3. Reyestrdən istifadə edən şəxslərin müraciətlərinə qanunvericiliyə uyğun baxılır.

4. Sənədlərin saxlanılması qaydası

4.1. Reyestrə qeydiyyat üçün təqdim edilmiş sənədlər Azərbaycan Respublikası qanunvericiliyinin müəyyən etdiyi müddətdə Reyestrin arxivində saxlanılmalıdır.

 

______________________

 

 

 

“Akkreditasiya edilmiş uyğunluğu
qiymətləndirən qurumların reyestrinin
aparılması Qaydası”na

1 nömrəli əlavə


Akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumların 
reyestrinin forması

Akkredi-tasiya attestatı-nın qeydiyyat nömrəsi Akkredi-tasiya attestatı-nın verilmə tarixi və etibarlı-lıq müddəti Akkre-ditasiyaattesta-tında vəakkre-ditasiya sahə-sində edilmiş dəyişik-liklər Akkre-ditasiya olunmuş quru-mun adı Akkre-ditasiya sahəsi Akkredita-siya üçün müraciət etmiş şəxsin adı Ünvan, telefon, elektron poçt ünvanı Qeyd
1 2 3 4 5 6 7 8

 

______________________

 

 


“Akkreditasiya edilmiş uyğunluğu
qiymətləndirən qurumların reyestrinin
aparılması Qaydası”na

2 nömrəli əlavə

Akkreditasiya orqanı tərəfindən verilmiş attestatın
qeydiyyat nömrəsinin strukturu


AZ XXXXXX XX XX

 


Qeydiyyat ili

Yenidən verilmiş attestat blanklarının sayı


Qeydiyyatın ardıcıllıq nömrəsi

Qeydiyyat obyektinin kodu

ISO 3166 beynəlxalq standartı üzrə Azərbaycan Respublikasının kodu

Qeydiyyat obyektlərinin kodu:

“01” - sınaq laboratoriyaları;
“02” - malın (xidmətin, işin) sertifikatlaşdırılmasını aparan qurumlar;
“03” - idarəetmə sistemlərinin sertifikatlaşdırılmasını aparan qurumlar;
“04” - işçi heyətinin sertifikatlaşdırılmasını yerinə yetirən qurumlar;
“05” - inspeksiya orqanları;
“06” - etalon material istehsalçıları;
“07” - ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsi sahəsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyasını aparan qurumlar;
“08” - tipin təsdiq edilməsi məqsədi ilə standart nümunələrin və ölçmə vasitələrinin sınaqlarını aparan qurumlar;
“09” - ölçmə vasitələrinin yoxlanılmasını aparan qurumlar;
“10” - layihə-konstruktor və texnoloji sənədlərin məcburi metroloji ekspertizasını aparan qurumlar.
_____________________
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 2 iyul
tarixli 252 nömrəli qərarı ilə
təsdiq edilmişdir


4nömrəli əlavə

Akkreditasiya orqanının Apellyasiya Şurasının

Ə S A S N A M Ə S İ


1.Ümumi müddəalar

1.1. Bu Əsasnamə“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır. 
1.2. Akkreditasiya orqanınınApellyasiya Şurası (bundan sonra - Şura) akkreditasiya qaydalarının pozulmasından, o cümlədən akkreditasiyadan imtina barədə qərardan və ya uyğunluğu qiymətləndirən qurumun uyğunluğun qiymətləndirilməsi sahəsində faktiki xarakterli hərəkətindən (hərəkətsizliyindən) edilən şikayətlərə baxılması məqsədi ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə uyğun olaraq akkreditasiyanın prinsipləri nəzərə alınmaqla təşkil olunur.
1.3. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “İnzibati icraat haqqında” qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və həmçinin bu Əsasnaməni rəhbər tutur.

2. Şuranın hüquq və vəzifələri

2.1. Şura daxil olmuş şikayətə baxarkən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müstəqil şəkildə fəaliyyət göstərməli, qanunvericiliyə uyğun və əsaslandırılmış rəy verməlidir. 
2.2. Şuranın vəzifələri aşağıdakılardır: 
2.2.1. daxil olan şikayətlərə baxaraq müvafiq rəy vermək; 
2.2.2. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə uyğun olaraq akkreditasiyanın prinsiplərinə riayət etmək;
2.2.3. öz fəaliyyətinə dair materialları akkreditasiya orqanının rəsmi nəşrlərində dərc edilməsi üçün təqdim etmək; 
2.2.4. daxil olmuş şikayətlərə 15 (on beş) gün müddətində baxmaq; 
2.2.5. daxil olmuş şikayətlə bağlı maraqlı tərəflərə Şuranın iclasının keçirilmə yeri və vaxtı barədə məlumat vermək;
2.3. Şura şikayət etmiş şəxslərdən və şikayətlə əlaqəli uyğunluğu qiymətləndirən qurumlardan, akkreditasiya orqanından şikayətə baxılması üçün lazım olan sənədləri tələb etmək hüququna malikdir.

3. Şuranın strukturu

3.1. Şuranın tərkibi Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin əmri ilə təsdiq edilir. 
3.2. Şuranın tərkibi 5 (beş) nəfərdən az olmamaqla (tək sayda) təşkil olunur. 
3.3. Şuranın fəaliyyətinə Şuranın sədri rəhbərlik edir. 
3.4. Şuranın katibi: 
3.4.1. Şuranın kargüzarlıq işlərini aparır; 
3.4.2. iclasların keçirilməsini təşkil edir. 
3.5. Şuranın üzvlərinin ən azı yarısı (üç nəfərdən az olmamaq şərtilə) iştirak etdikdə, Şura şikayətə baxılması üçün səlahiyyətli hesab edilir.

4. Şurada şikayətlərə baxılması qaydası

4.1. Fiziki və hüquqi şəxslər, təşkilatlar Şuraya bilavasitə özləri və ya səlahiyyətləri qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilmiş nümayəndələri vasitəsilə kağız üzərində yazılı və ya elektron formada şikayət verə bilərlər. 
4.2. Şikayətə daxil olduğu tarixdən 15 (on beş) iş günü müddətində baxılır. 
4.3. Şuraya verilən şikayətdə aşağıdakılar göstərilməlidir: 
4.3.1. şikayətin verildiyi inzibati orqanın adı və ünvanı;
4.3.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, ünvanı (təşkilatın və ya hüquqi şəxsin adı və hüquqi ünvanı), inzibati icraatda prosessual vəziyyəti;
4.3.3. barəsində şikayət verilən inzibati akt və ya hərəkət (hərəkətsizlik);
4.3.4. şikayəti verən şəxsin tələbi və tələbin əsasları;
4.3.5. şikayətin tərtib edildiyi tarix;
4.3.6. şikayəti verən şəxsin imzası.
4.4. Şuraya verilən şikayətə aşağıdakılar əlavə olunur: 
4.4.1. şikayət edən şəxsin nümayəndəsi haqqında məlumat və səlahiyyətini təsdiq edən sənəd; 
4.4.2. şikayət edən şəxsin tələb və etirazını əsaslandırdığı dəlillər (istinad edilən materialların surəti). 
4.5. Daxil olmuş şikayət Şuranın katibi tərəfindən qeydiyyata alınır və daxilolma nömrəsi verilir. 
4.6. Şuranın iclasının keçirilmə yeri və tarixi Şuranın sədri tərəfindən müəyyən edilir. 
4.7. Şikayət daxil olduğu gündən 5 (beş) iş günü müddətində Şuranın iclasının keçirilmə yeri və vaxtı barədə maraqlı tərəflərə bildiriş göndərilir. 
4.8. Şikayətə baxılması prosesində iştirak etmək hüququ olan və Şuranın iclasının günü və yeri barədə xəbərdarlıq edilmiş şəxsin üzrsüz səbəbdən iclasa gəlməməsi şikayətə baxılmaması üçün əsas deyildir.
4.9. Şuranın fəaliyyəti üçün yetərsay olmadıqda və ya şikayətə baxılması prosesində iştirak etmək hüququ olan şəxslər üzrlü səbəbdən iclasda iştirak edə bilmədikdə, Şuranın iclası başqa tarixə keçirilir. Bu barədə dərhal maraqlı tərəflərə məlumat verilməlidir. 
4.10. Şikayətə baxılmazdan əvvəl Şuranın sədri tərəfindən şikayət obyekti ilə bağlı Şura üzvlərinin özlərinə etirazı olub-olmamasımüəyyənləşdirilir. Şikayət edən şəxslə yaxın qohumluq (valideynlər və uşaqlar, baba, nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar) və ya şəxsi yaxınlıq münasibəti olduqda və ya obyektiv səsverməyə təsir edə biləcək digər səbəblər olduqda, Şuranın üzvü özünə etiraz etməli və yekun səsvermədə iştirak etməməlidir. Həmçinin şikayət edən şəxs Şuranın hər hansı bir üzvünə etiraz edə bilər. Şuranın üzvü barəsində etirazın təmin edilib-edilməməsi həmin üzvün iştirakı olmadan Şura üzvləri arasında keçirilən səsvermə yolu ilə həll edilir. Etiraz təmin edilərsə, Şuranın həmin üzvü yekun səsvermədə iştirak etmir. 
4.11. Şikayətə baxılma prosesi Şura sədrinin və ya onun həvalə etdiyi Şura üzvlərinin birinin işin mahiyyətinə aid məruzəsi ilə başlanır və aşağıdakı ardıcıllıqla aparılır: 
4.11.1. şikayət edən şəxsin və ya onun nümayəndəsinin çıxışı; 
4.11.2. barəsində şikayət verilmiş şəxsin çıxışı; 
4.11.3. tərəflərin Şura üzvlərinin suallarını cavablandırması.
4.12. Tərəflərin şikayətə baxılması prosesində iştirak etmək, zəruri sənədləri təqdim etmək və izahat vermək hüququ vardır. 
4.13. Şura şikayətə baxılmasının nəticəsinə uyğun olaraq üzvlərin yarısından çoxu lehinə səs verdikdə,akkreditasiya attestatının olduğu kimi saxlanılması, akkreditasiyadan imtina barədə qərarın əsassız olması, akkreditasiya sahəsinin məhdudlaşdırılması və ya akkreditasiya attestatının ləğvi barədə rəy verir.
4.14.Şuranın rəyi Şuranın sədri və bütün üzvləri tərəfindən imzalanır, surəti isə şikayət materiallarına əlavə edilir. Şura üzvlərinin xüsusi rəyi olduqda, Şuranın rəyinə əlavə olunur. 
4.15. Şuranın qəbul etdiyi rəy hər hansı səbəb və şərtdən asılı olmamalıdır. Şərti rəy verilməsinə yol verilmir. 
4.16. Şuranın iclasları protokolla rəsmiləşdirilir. Protokol Şuranın sədri və katibi tərəfindən imzalanır.
4.17. Qəbul edilmiş rəyin surəti 3 (üç) iş günü müddətində işə baxılmasında iştirak edən tərəflərə göndərilir.
4.18. Bu Əsasnamənin 4.13-cü bəndində nəzərdə tutulmuş qaydada verilmiş Şuranın rəyi əsasında akkreditasiya orqanı tərəfindən akkreditasiya attestatının olduğu kimi saxlanılması, akkreditasiya attestatının ləğvi və ya akkreditasiyadan imtina barədə qərarın ləğvi, akkreditasiya sahəsinin məhdudlaşdırılması haqqında qərar qəbul edilir və qərarın surəti dərhal işə baxılmasında iştirak edən tərəflərə göndərilir.
4.19. Şuranın rəyindən və bu Əsasnamənin 4.18-ci bəndinə uyğun akkreditasiya orqanı tərəfindən qəbul edilmiş qərardan məhkəmə qaydasında şikayət verilə bilər.


_____________________

 

 


Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 2 iyul
tarixli 252 nömrəli qərarı ilə
təsdiq edilmişdir


5nömrəli əlavə

Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum
tərəfindən akkreditasiya nişanından istifadə

Q A Y D A S I

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən akkreditasiya nişanından istifadə qaydasını müəyyən edir.
1.2. Akkreditasiya nişanı uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunduğunu bəyan etmək məqsədi ilə istifadə etdiyi nişandır.
1.3. Akkreditasiya orqanı tərəfindən akkreditasiya olunmamış uyğunluğu qiymətləndirən qurumlar akkreditasiya nişanından istifadə edə bilməzlər.

2. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən akkreditasiya nişanından istifadə qaydası

2.1. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum akkreditasiya nişanından akkreditasiya olunduğu fəaliyyət sahəsinə uyğun istifadə etməlidir. 
2.2. Akkreditasiya nişanından bilavasitə uyğunluğun qiymətləndirilməsi fəaliyyətinə dair tərtib olunmuş sənədlərdə istifadə olunmalıdır.
2.3. Uyğunluğun qiymətləndirilməsi qurumunun blanklarında və reklam materiallarında akkreditasiya nişanından istifadə oluna bilər.
2.4. Uyğunluğun qiymətləndirilməsi qurumunun personalının vizit kartlarında akkreditasiya nişanından istifadə oluna bilməz. 
2.5. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum akkreditasiya nişanından akkreditasiya attestatının qüvvədə olduğu müddətdə istifadə etməlidir və attestatın etibarlılıq müddəti başa çatan gün nişandan istifadə dayandırılmalıdır.
2.6. Akkreditasiya nişanının təsviri ölçülərində hündürlüyün eninə nisbəti 1:2 olmalıdır. Akkreditasiya nişanı təsviri ölçülərindən asılı olmayaraq dəqiq görünən formada əks olunmalıdır.
2.7. Akkreditasiya nişanının təsviri müxtəlif texnoloji üsullarla yerinə yetirilə bilər.
2.8. Uyğunluğun qiymətləndirilməsi fəaliyyətinin nəticəsinə dair tərtib edilmiş sənəddə akkreditasiya nişanının rəngli formasından istifadə olunmalıdır. 
2.9. Akkreditasiya nişanı uyğunluğu qiymətləndirən qurumun loqosu və ya əmtəə nişanı ilə birgə istifadə oluna bilər. Bu zaman nişanların təsviri yanaşı yerləşdirilməlidir.
2.10. Xarici ölkənin uyğunluğu qiymətləndirən qurumu Azərbaycan Respublikasında akkreditasiyadan keçdikdə və ya fəaliyyətini razılaşdırdıqda, Azərbaycan Respublikasında həyata keçirdiyi fəaliyyətində milli akkreditasiya nişanından istifadə edir. Milli akkreditasiya nişanı ilə yanaşı, həmin qurum xarici akkreditasiya nişanından istifadə etməkdə sərbəstdir.

 

_______________________

 

 

 


Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 2 iyul
tarixli 252 nömrəli qərarı ilə
təsdiq edilmişdir


6nömrəli əlavə

Xarici ölkənin uyğunluğu qiymətləndirən qurumunun Azərbaycan
Respublikasının ərazisində uyğunluğu qiymətləndirmə
fəaliyyətinirazılaşdırma

Q A Y D A S I

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və xarici ölkələrin uyğunluğu qiymətləndirən qurumlarının Azərbaycan Respublikasının ərazisində uyğunluğun qiymətləndirilməsi fəaliyyətininrazılaşdırılması (bundan sonra - fəaliyyətin razılaşdırılması) qaydasını müəyyən edir.
1.2. Akkreditasiyanın nəticələrinin qarşılıqlı tanınması haqqında Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici ölkələrin uyğunluğu qiymətləndirən qurumları Azərbaycan Respublikasının ərazisində uyğunluğu qiymətləndirmə fəaliyyətini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra-akkreditasiya orqanı ) ilə razılaşdırmalıdır. 

2. Xarici ölkənin uyğunluğu qiymətləndirən qurumunun
fəaliyyətininrazılaşdırılması qaydası

2.1. Xarici ölkənin uyğunluğu qiymətləndirən qurumunun fəaliyyətinin razılaşdırılmasıqurumun akkreditasiya orqanına kağız üzərində yazılı və ya elektron formada müraciəti əsasında aparılır(1 nömrəli əlavə). 
2.2. Müraciətə aşağıdakı sənədlər əlavə edilir:
2.2.1. uyğunluğu qiymətləndirənquruma xarici ölkədə verilmiş akkreditasiya olunması barədə sənədin (bundan sonra – akkreditasiya sənədi) notarial qaydada təsdiq olunmuşsurəti və Azərbaycan dilində tərcüməsi; 
2.2.2. uyğunluğu qiymətləndirənqurumun xarici ölkənin akkreditasiya orqanı tərəfindən təsdiq edilmiş akkreditasiya sahəsinin notarial qaydada təsdiq olunmuşsurəti;
2.2.3. müraciət edən şəxsin səlahiyyətini təsdiq edən sənədin və şəxsiyyətini təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuşsurəti.
2.3. Fəaliyyətin razılaşdırılması barədə müraciət akkreditasiya orqanına təqdim edildiyi gün qeydiyyata alınır.
2.4. Əgər müraciətlə birlikdə təqdim edilən sənədlərdə çatışmazlıqlar aşkar olunarsa, çatışmazlıqlar dəqiq göstərilməklə müraciət edən şəxsə 1 (bir) iş günü müddətində məlumat verilir. Sənədlər təqdim olunduqdan sonra müraciətə baxılması davam etdirilir. 
2.5. Fəaliyyətin razılaşdırılması ilə bağlı müraciətə 3 (üç) iş günü müddətində baxılır. 
2.6. Akkreditasiya orqanı tərəfindən akkreditasiyanın nəticələrinin qarşılıqlı tanınması haqqında Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq fəaliyyətinin razılaşdırılması ilə bağlı müraciət etmiş uyğunluğu qiymətləndirən quruma xarici ölkədə verilmiş akkreditasiya sənədinin qüvvədə olub-olmaması (həqiqiliyi, etibarlılıq müddətinin başa çatması) araşdırılır. 
2.7. Uyğunluğu qiymətləndirən quruma xarici ölkədə verilmiş akkreditasiya sənədinin qüvvədə olduğu halda fəaliyyətin razılaşdırılması haqqında qərar qəbul edilir və fəaliyyətin razılaşdırılması haqqında attestat tərtib edilərək 1 (bir) iş günü müddətində müraciət etmiş quruma təqdim olunur(2 nömrəli əlavə). Fəaliyyətin razılaşdırılması haqqında attestatın etibarlılıq müddətiquruma xarici ölkədə verilmiş akkreditasiya sənədinin etibarlılıq müddətinə uyğun müəyyən edilir.
2.8. Uyğunluğu qiymətləndirən quruma xarici ölkədə verilmiş akkreditasiya sənədinin qüvvədə olmaması müəyyən edildikdə, fəaliyyətin razılaşdırılmasından imtina haqqında qərar qəbul edilir və qərarın surəti 1 (bir) iş günü müddətində müraciət etmiş quruma göndərilir. 
2.9. Fəaliyyətin razılaşdırılması haqqında attestatın etibarlılıq müddəti bitdikdə, müddətin uzadılması üçün uyğunluğu qiymətləndirən qurum tərəfindən xarici ölkədə verilmiş akkreditasiya sənədinin etibarlılıq müddəti uzadıldıqdan sonra akkreditasiya orqanına müraciət olunur. Müraciətə uyğunluğu qiymətləndirənquruma xarici ölkədə verilmiş etibarlılıq müddəti uzadılmış yeni akkreditasiya sənədinin notarial qaydada təsdiq edilmiş surəti (Azərbaycan dilində tərcüməsi ilə birlikdə) və akkreditasiya sahəsi əlavə olunur. Müraciətə 3 (üç) iş günü müddətində baxılır və yeni akkreditasiya sənədinin həqiqiliyi, qüvvədə olub-olmamasıaraşdırılır. Uyğunluğu qiymətləndirən qurumun sənədlərinin təhlili və araşdırma nəticələri müsbət olduğu halda, fəaliyyətin razılaşdırılması haqqında qərar qəbul olunaraq yeni attestat təqdim olunur. Attestatın etibarlılıq müddətiquruma xarici ölkədə verilmiş yeni akkreditasiya sənədinin etibarlılıq müddətinə uyğun müəyyən edilir.
2.10. Uyğunluğu qiymətləndirən qurum akkreditasiya orqanının vəzifəli şəxslərinin hərəkətlərindən (qərarlarından) inzibati qaydada və məhkəməyə şikayət verə bilər.


______________________

 

 

 


“Xarici ölkənin uyğunluğu qiymətləndirən
qurumunun Azərbaycan Respublikasının
ərazisində uyğunluğu qiymətləndirmə
fəaliyyətinirazılaşdırmaQaydası”na
1 nömrəli əlavə

Müraciətin forması


________________________________
(akkreditasiya orqanının adı)


Xahiş edirəm__________________________________________________
(müraciət edən şəxsin adı, ünvanı, aid olduğu ölkənin adı, Azərbaycan Respublikasındakı ünvanı)

tərəfindən həyata keçirilən _______________________________________
(uyğunluğun qiymətləndirilməsi fəaliyyətinin adı)
razılıq verəsiniz.

___________________________________________________ tərəfindən
(müraciət edən şəxsin adı)

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməsi təmin olunacaqdır.

Qoşma _________________________________________
(müraciətə əlavə olunan sənədlərin adı və vərəqlərin sayı)


Müraciət etmiş şəxslə əlaqə vasitələri ______________________________ (telefon nömrəsi, elektron poçt ünvanı)

__________________________________________ _________
(fiziki şəxsin, hüquqi şəxsin və ya təşkilat rəhbərinin adı, soyadı)(imza)

“__”_________20__il

Qeyd. Hüquqi şəxsin və ya təşkilatın müraciəti möhürlə təsdiq edilməlidir.

__________________
“Xarici ölkənin uyğunluğu qiymətləndirən
qurumunun Azərbaycan Respublikasının
ərazisində uyğunluğu qiymətləndirmə
fəaliyyətinirazılaşdırmaQaydası”na
2 nömrəli əlavə

Fəaliyyətin razılaşdırılması haqqında attestatın forması

 

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsi
_______________________________________________
(attestatı verən orqanın adı, ünvanı, internet saytı və telefon nömrəsi)

Xarici ölkənin uyğunluğu qiymətləndirən qurumunun Azərbaycan
Respublikasının ərazisində uyğunluğu qiymətləndirmə
fəaliyyətininrazılaşdırılması haqqında
ATTESTAT

№___________________
(qeydiyyat nömrəsi)


Qeydiyyat tarixi:_______________20__ il
(gün, ay, il)
Etibarlıdır:___________________20__ ilədək
(gün, ay, il)

Bu Attestat təsdiq edir ki, _______________________________tərəfindən 
(uyğunluğu qiymətləndirən qurumun adı)

təqdim edilmiş sənədlərin təhlili və araşdırmanın müsbət nəticələrinə əsaslanaraq

________________________________ tərəfindən həyata keçirilməsi üçün 
(uyğunluğu qiymətləndirən qurumun adı, ünvanı)
_____________________________ fəaliyyəti Azərbaycan Respublikasının
(uyğunluğun qiymətləndirilməsi fəaliyyətinin növü)

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə razılaşdırılmışdır.

____________________________ ____________________________ 
(vəzifənin adı) (imza) (adı və soyadı)

M.Y.
_____________
№-li nüsxə