Çap et
Qərarlar
10.06.2010
AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

 QƏRAR

 № 109

 Bakı şəhəri, 9 iyun 2010-cu il

İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında

 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. İş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2010-cu il 12 iyun istirahət günü ilə 14 iyun iş gününün yeri dəyişdirilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə