Çap et
Qərarlar
18.05.2015

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

№ 170                 Bakı şəhəri, 6 may 2015-ci il

 

“Dövlət metroloji nəzarətini həyata keçirən vəzifəli şəxslərin attestasiyası Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 31 iyul tarixli 268 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1160-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 438 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 31 iyul tarixli 268 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 8, maddə 1002) ilə təsdiq edilmiş “Dövlət metroloji nəzarətini həyata keçirən vəzifəli şəxslərin attestasiyası Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.4-cü bənddə “konkret vaxtı” sözləri “müddəti, cədvəli və bu Qaydanın 2.8-ci bəndində göstərilən sualların hazırlanmasında istifadə olunan hüquqi aktların və digər məlumat mənbələrinin siyahısı dövlət orqanı tərəfindən təsdiq edilir və” sözləri ilə əvəz edilsin.

 2.2.8-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Attestasiya olunan şəxsə onun xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onun siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.”.

 3. 3.3-cü bəndə “bir nüsxədə” sözlərindən əvvəl “, habelə attestasiya zamanı verilən suallar və cavablar” sözləri əlavə edilsin.

Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri