Çap et
Qərarlar
17.07.2014

№ 206             Bakı şəhəri, 25 iyun 2014-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş "Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qaydaları"nda dəyişikliklər edilməsi haqqında

 "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 823-IVQD nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 64 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli166 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 692; 2002, № 3, maddə 148; 2004, № 3, maddə 193; 2009, № 1, maddə 32, № 9, maddə 752; 2012, № 9, maddə 923, № 11, maddə 1210) ilə təsdiq edilmiş "Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. II fəsil üzrə:

1.1. 2-ci hissənin on birinci abzasında "müəyyən edilmiş haqqın" sözləri "xidmət haqqının (ödənişin)" sözləri ilə əvəz edilsin;

1.2. 3-cü hissənin dördüncü abzasının ikinci cümləsində "Müəyyən edilmiş haqq" sözləri "İddiaçının vəsatəti əsasında və xidmət haqqı (ödəniş)" sözləri ilə əvəz edilsin.

2. III fəsil üzrə:

2.1. 3.2-ci bəndin ikinci, üçüncü, dördüncü abzaslarında ismin müvafiq hallarında "haqq" sözü ismin müvafiq hallarında "xidmət haqqı (ödəniş)" sözləri ilə əvəz edilsin;

2.2. 5.4-cü bənddə "15-ci bəndində" sözləri "6-cı hissəsində" sözləri ilə əvəz edilsin;

2.3. 6.1-ci bənddə "və müəyyən edilmiş əlavə haqq ödəmək şərtilə" sözləri "xidmət haqqını (ödənişi) ödəmək şərtilə" sözləri ilə əvəz edilsin;

2.4. 6.4-cü bənddə "və ya ödənilən haqq" sözləri "və ya ödənilən xidmət haqqı (ödəniş)" sözləri ilə və "15.1 və 15.2 bəndlərinə" sözləri "6.1-ci və 6.2-ci bəndlərinə" sözləri ilə əvəz edilsin.

 3. IV fəsil üzrə:

3.1. 2.1.1-ci yarımbəndin səkkizinci abzasında "müəyyən edilmiş haqqın" sözləri "xidmət haqqının (ödənişin)" sözləri ilə əvəz edilsin;

3.2. 2.2.1-ci yarımbəndin ikinci abzasında "əlavə haqqı ödəmək şərti ilə" sözləri "xidmət haqqını (ödənişi) ödəmək şərtilə" sözləri ilə əvəz edilsin;

3.3. 2.2.2-ci yarımbəndin üçüncü abzasında "haqqın" sözü "xidmət haqqının (ödənişin)" sözləri ilə əvəz edilsin;

3.4. aşağıdakı məzmunda 8-ci hissə əlavə edilsin:

"8. Coğrafi göstəricilərlə bağlı iddia sənədinin qəbulu və onların ekspertizasının təşkili

Coğrafi göstəricilərlə bağlı iddia sənədinin qəbulunu (iddia sənədinin ilkin ekspertizası və ekspertizası daxil olmaqla), coğrafi göstəricilərə dair ilkinliyin müəyyən edilməsini, iddia sənədinin materiallarının tamamlanmasına, dəqiqləşdirilməsinə və ona düzəliş edilməsinə və iddia sənədlərinin (o cümlədən, ilkinlik üzrə sənədlərin) təqdim edilmə müddətinin uzadılmasına dair vəsatətlərə baxılmasını SMPDK tərəfindən yaradılmış ixtisaslaşmış hüquqi şəxs həyata keçirir.".

 Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri