Çap et
Qərarlar
30.05.2014

№ 149                   Bakı şəhəri, 16 may 2014-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 15 sentyabr tarixli 139 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları"nda dəyişikliklər edilməsi haqqında

 "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 823-IVQD nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 64 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 15 sentyabr tarixli 139 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 743) ilə təsdiq edilmiş "Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.13-cü bənd aşağıdakı redaksiyada verilsin:

"1.13. Qeydə alınmış lisenziya müqaviləsində dəyişikliklər tərəflərin razılığı ilə edilir.".

2. 1.14-cü bənddə "qanunvericiliklə müəyyənləşdirilmiş qaydada" sözləri "Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada" sözləri ilə əvəz edilsin.

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri