Çap et
Qərarlar
26.08.2013

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

№ 209             Bakı şəhəri, 14 avqust 2013-cü il

"Əmtəə nişanları və coğrafi göstəricilərlə bağlı həyata keçirilən işlərə görə xidmət haqqı"nın təsdiq edilməsi barədə

 "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 29 may tarixli 373-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 671 nömrəli Fərmanının 1.4-cü bəndinə və 3-cü hissəsinə əsasən  Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 "Əmtəə nişanları və coğrafi göstəricilərlə bağlı həyata keçirilən işlərə görə  xidmət haqqı" təsdiq edilsin (əlavə olunur).

 Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 "Əmtəə nişanları və coğrafi göstəricilərlə bağlı həyata keçirilən  işlərə  görə xidmət haqqı"nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin qərarının tam mətni ilə www.azerbaijan-news.az saytında tanış ola bilərsiniz.

 AzərbaycanRespublikası Nazirlər Kabinetinin 2013-cü il 14 avqust tarixli 209 nömrəli qərarı ilə təsdiq  edilmişdir

 Əmtəə nişanları və coğrafi göstəricilərlə bağlı həyata keçirilən işlərə görə xidmət haqqı

Sıra

№-si

Həyata keçirilən işin adı

Xidmət haqqı manatla (ƏDV istisna olmaqla)

   1.

Əmtəə nişanının və ya coğrafi göstəricinin qeydə alınması barədə verilən iddia sənədinin aid edildiyi

əmtəə və ya göstərilən xidmətlərin 1-dən artıq olmayan sinfi üçün

iddia sənədinin  ilkin ekspertizası                                                                       (ağ-qara)

(rəngli)

iddia sənədinin ekspertizası                                                                             (ağ-qara)

(rəngli)

əmtəə və ya göstərilən xidmətin 1-dən artıq hər sinfi üçün

 

 

 

 

 

 

 

40

50

 

 

130

160

 

40

  2.

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 12-ci hissəsinə uyğun olaraq, müddətin əlavə 2 ay uzadılması üçün

 

 

30

  3.

İddia sənədinin verildiyi tarixdən 1 ay keçdikdən sonra materiallarda düzəliş və əlavələrin aparılması üçün

 

30

 4.

Bir ədəd iddia sənədinin verilən tarixdən bir ay ərzində ekspertizasının aparılması üçün əlavə olaraq

 

120

5.

Nişanların beynəlxalq sistem vasitəsilə qeydiyyatı üzrə bir ədəd iddia sənədinin qəbulu, hazırlanması və göndərilməsi üçün

 

40