Çap et
Qərarlar
26.08.2013

 

 Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 № 208             Bakı şəhəri, 14 avqust 2013-cü il

 "İxtira, faydalı model və sənaye nümunəsi ilə bağlı həyata keçirilən işlərə görə xidmət haqqı"nın təsdiq edilməsi barədə

 "Patent haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 29 may tarixli 372-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 670 nömrəli Fərmanının 1.4-cü bəndinə və 3-cü hissəsinə əsasən Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət  Komitəsinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan  Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər  Kabineti  qərara alır:

 "İxtira, faydalı model və sənaye nümunəsi ilə bağlı həyata keçirilən işlərə görə xidmət haqqı"  təsdiq edilsin (əlavə olunur).

 Artur RASİ-ZADƏ