Çap et
Qərarlar
07.12.2010
"Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarına əlavələr edilməsi barədə
03.12.2010

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 231

Bakı şəhəri, 3 dekabr 2010-cu il

"Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarına əlavələr edilməsi barədə

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 55, № 4, maddə 378, № 10, maddə 980; 2006-cı il, № 2, maddə 180, № 4, maddə 367, № 7, maddə 652; 2007-ci il, № 6, maddə 700, №7, maddə 743, № 12, maddə 1355; 2008-ci il, № 4, maddə 325, № 7, maddələr 672, 687, № 11, maddə 1036; 2009-cu il, № 1, maddə 25, № 4, maddə 291, № 9, maddələr 742, 744, № 12, maddə 1071; 2010-cu il, № 4, maddə 356, № 7, maddə 706) əlavədə - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 220 nömrəli qərarı ilə təsdiq edilmiş mətndə "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan digər malların siyahısı"nda "Qrup 19-dan" sətrindən əvvəl aşağıdakı sətirlər əlavə edilsin:

Qrup 10-dan

1001 - Buğda və meslin

Qrup 11-dən

1101 00 - Buğda unu və ya buğda-çovdar unu

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir və 2011-ci il avqustun 1-dək qüvvədədir.

Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə