Çap et
Qərarlar
31.07.2010
Azərbaycan Respublikasi ərazisində yay vaxtının tətbiq edilməsi haqqında qərar


Qəbul edilmişdir: 17 mart 1997-ci il, № 21.
Əlavə və dəyişikliklər: 10 mart 2004-cü il, № 27.

Respublika ərazisində yay vaxtının tətbiq edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. 1997-ci ildən başlayaraq hər il mart ayının son bazar günü saat 4.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə Azərbaycan Respublikası ərazisində yay vaxtına keçilsin.
2. Hər il oktyabr ayının son bazar günü saat 5.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilsin.
3. Qərarın həyata keçirilməsinə nəzarət Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə tapşırılsın.
4. Bu qərarın məzmunu barədə Birləşmiş Millətlər Təşkilatı Avropa İqtisadi Komissiyasının İcraçı Katibliyinə və MDB ölkələrinin müvafiq təşkilatlarına mə'lumat verilsin.