Çap et
Fərman və sərəncamlar
19.07.2010
AZƏRBAYCAN RESPUBLİKASI İLƏ BEYNƏLXALQ ATOM ENERJİSİ AGENTLİYİ ARASINDA ƏMƏKDAŞLIQ ÜZRƏ DÖVLƏT KOMİSSİYASININ YENİ TƏRKİBİNİN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. Azərbaycan Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq üzrə Dövlət Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:

Komissiyanın sədri
Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri:
Natiq Əliyev - Azərbaycan Respublikasının sənaye və energetika naziri

Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Mahmud Kərimov - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Aydın Əliyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Ramiz Həsənov - Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri 

Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Araz Əzimov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Faiq Tağızadə - Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Əli Şəfiyev - Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini

Abbas Vəlibəyov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Fuad İsmayılov - Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Vyana şəhərində beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi

Siyavuş Azakov - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi

Ağadayı Ağayev - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının xarici iqtisadi əlaqələr şöbəsinin müdiri (Komissiyanın katibi)

2. "Azərbaycan Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq üzrə Dövlət Komissiyası haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 sentyabr tarixli 1035 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 9, maddə 565) 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Dövlət Komissiyasının yeni tərkibi barədə Beynəlxalq Atom Enerjisi Agentliyinə müvafiq bildiriş göndərsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyul 2010-cu il.