Çap et
Fərman və sərəncamlar
13.07.2010
"Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında" Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsində nəzərdə tutulmuş yodlaşdırılmış duzun keyfiyyət və təhlükəsizlik göstəricilərinin standartlar və tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə duzdan götürülmüş nümunələrin ekspertizasını aparan "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yodlaşdırılmış duzun keyfiyyət göstəriciləri üzrə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, yodlaşdırılımış duzun təhlükəsizlik göstəriciləri üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir.
2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 sentyabr 2003-cü il
№ 931

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

1. 14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 19 aprel 2008-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 226)

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 19 aprel 2008-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 226) ilə 1-ci bəndində «Agentliyi» sözü «Komitəsi» sözü ilə əvəz edilmişdir.