Çap et
Fərman və sərəncamlar
13.07.2010
"Turizm haqqında" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Turizm haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının "Turizm haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan respublikasının prezidentinə məlumat versin;
"Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndində "razılaşdırılmaqla" sözündən sonra, 12-ci maddəsinin üçüncü, dördüncü və altıncı hissələrində və 16-cı maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına dair təkliflərini versin;
öz səlahiyyətləri daxilində "Turizm haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
"Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndində "obyektləri" sözündən sonra nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Azərbaycan Respublikasının Prezidenti
HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 27 iyul 1999-cu il
№ 164


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 23 oktyabr 2003-cü il tarixli 966 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 571)
2. 14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 19 aprel 2008-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 226)


FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

23 oktyabr 2003-cü il tarixli 966 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 571) ilə 2-ci bəndin ikinci abzasında "Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi" sözləri "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi" sözləri ilə əvəz edilmişdir.
14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 19 aprel 2008-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 226) ilə 2-ci bəndinin ikinci abzasında «Agentliyi» sözü «Komitəsi» sözü ilə əvəz edilmişdir.