Çap et
Fərman və sərəncamlar
13.02.2012
2011-ci il noyabrın 29-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Polşanın Standartlaşdırma üzrə Komitəsi arasında standartlaşdırma sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2011-ci il noyabrın 29-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Polşanın Standartlaşdırma üzrə Komitəsi arasında standartlaşdırma sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Polşa Respublikası tərəfini xəbərdar etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 fevral 2012-ci il.