Çap et
Fərman və sərəncamlar
09.06.2011
"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 248; 2009-cu il, № 6, maddə 424; 2010-cu il, № 2, maddə 80, № 9, maddə 773) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. "Elman Rüstəmov - Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin sədri" sözləri "Elman Rüstəmov - Azərbaycan Respublikası Mərkəzi Bankının sədri" sözləri ilə, "Natiq Qasımov - Azərbaycan Respublikası vergilər nazirinin müavini" sözləri "Sahib Ələkbərov - Azərbaycan Respublikası vergilər nazirinin müavini" sözləri ilə əvəz edilsin;

1.2. "Sahib Ələkbərov - Azərbaycan Respublikası vergilər nazirinin müavini" sözlərindən sonra "Toğrul Musayev - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini" sözləri, "Nazim İbrahimov - Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri" sözlərindən sonra "Kərəm Həsənov - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri" və "Ramiz Həsənov - Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri" sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən dəyişikliklər barədə Türkiyə Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 iyun 2011-ci il.