Çap et
Qanunlar
07.07.2010
Yol hərəkəti haqqında
Azərbaycan Respublikasının Qanunu

Birinci fəsil. Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:

1) yol hərəkəti - xüsusi nəzərdə tutulmuş yollarda nəqliyyat vasitələrinin köməyi ilə və ya belə kömək olmadan hərəkət etmək, habelə sərnişin və yük daşınması üzrə fiziki və hüquqi şəxslərin tələbatlarını ödəmək prosesində yaranan ictimai münasibətlərin məcmusudur;

2) yol hərəkətinin təşkili - nəqliyyat vasitələrinin və ya piyadaların təhlükəsizliyini, fasiləsiz və rahat hərəkətini, optimal sürətini təmin etmək məqsədilə küçə-yol şəbəkəsində həyata keçirilən və yol hərəkətinin ayrılmaz hissəsi olan mühəndis və təşkilati tədbirlər sistemidir;

3) yol hərəkətinin təhlükəsizliyi - yol hərəkəti iştirakçılarının və cəmiyyətin yol-nəqliyyat hadisələrindən və onların nəticələrindən müdafiə olunma dərəcəsini göstərən yol hərəkəti vəziyyətidir;

4) beynəlxalq yol hərəkəti - bir dövlətin fiziki və ya hüquqi şəxsinə məxsus olan və başqa dövlətin ərazisinə müvəqqəti gətirilərək və orada qeydiyyata alınmayan nəqliyyat vasitəsinin iştirak etdiyi yol hərəkətidir;

5) avtomobil yolu - yol hərəkəti qaydalarına, dövlət standartlarına və digər normativ-hüquqi aktlara uyğun olan ölçülərə və kütləyə malik avtomobillərin, avtobusların, motosikletlərin müəyyənləşdirilmiş sürətlə təhlükəsiz və rahat hərəkətini təmin etmək üçün nəzərdə tutulan yoldur;

6) avtomagistral - nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi çəkilmiş və nəzərdə tutulmuş elə bir yoldur ki:həmin yol boyunca yerləşən təsərrüfat, istehsal və ya tikinti təyinatlı obyektlər digər nəqliyyat vasitələri tərəfindən istifadə edilə bilməz; ayrı-ayrı yerləri istisna olmaqla və ya müvəqqəti qaydanın müəyyənləşdirildiyi hallarda başqa, əks istiqamətlərdə hərəkət istiqamətləri üçün ayrı-ayrı hərəkət hissələri vardır, həm də bu hissələr arasında hərəkət üçün nəzərdə tutulmayan ayırıcı zolağın və ya müstəsna hallarda başqa vasitələrin köməyi ilə hədd qoyulmuşdur; dəmiryol, tramvay yolları və başqa yollarla, habelə piyada zolaqları ilə bir səviyyədə kəsişmələri yoxdur;

7) yolun hərəkət hissəsi - yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər);

8) yol çiyini - yolun hərəkət hissəsində hərəkətin kənar zolağı və ya kənar zolaqları, yaxud velosiped zolaqları müəyyən nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulduqda, «yol çiyini» digər yol istifadəçiləri üçün yolun qalan hissəsinin kənarıdır;

9) baş yol - kəsişən (bitişən) yola nisbətən müvafiq nişanlarla işarələnmiş yol və ya torpaq yola nisbətən bərk örtüyü olan (asfalt və ya sement-beton, daş materialları və s.) yol, yaxud bitişik ərazilərdən çıxışlara nisbətən hər hansı yoldur (ikinci dərəcəli yolda yolayrıcı qarşısında örtüklü sahənin olması, onu əhəmiyyətcə kəsişdiyi yola bərabər etmir);

10) piyada keçidi - yolun hərəkət hissəsində piyadaların yolu keçməsi üçün nəzərdə tutulan sahə, yaxud mühəndis qurğusudur;

11) yolayrıcı - yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir;

12) nizamlanan yolayrıcı - hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyənləşdirilən yolayrıcıdır;

13) nizamlanmayan yolayrıcı - nizamlayıcının olmadığı, svetoforun qurulmadığı və ya söndürüldüyü, yaxud yanıb-sönən sarı rəngli işıq siqnalının işlədiyi yolayrıcıdır;

14) ayırıcı zolaq - yolun ayrılmış elementi olub, yanaşı yerləşən hərəkət hissələrini bir-birindən ayıran, lakin nəqliyyat vasitələrinin, piyadaların hərəkəti və ya dayanması üçün nəzərdə tutulmayan hissəsidir;

15) hərəkət zolağı - yolun hərəkət hissəsinin nişanlama xətti vasitəsilə bölünmüş, eni avtomobillərin bir sırada hərəkəti üçün kifayət edən hər hansı uzununa zolağıdır;

16) səki - yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir;

17) nəqliyyat vasitəsi - yolda hərəkət üçün konstruksiya imkanları olan və insan tərəfindən idarə edilən qurğu, habelə onun qoşqusudur (nəqliyyat vasitələri mexaniki və insanın, yaxud heyvanın əzələ enerjisi ilə hərəkətə gətirilən nəqliyyat vasitələrinə bölünür);

18) mexaniki nəqliyyat vasitəsi - asma mühərrikli velosipedlər və relsli nəqliyyat vasitələri istisna olmaqla, hər hansı özügedən nəqliyyat vasitəsidir;

19) avtomobil - yollarda adamların və ya yüklərin daşınması, yaxud adam və ya yük daşıyan nəqliyyat vasitələrinin yedəyə alınması üçün istifadə edilən mexaniki nəqliyyat vasitəsidir (bu anlayış trolleybusları, yəni elektrik naqili ilə birləşdirilmiş relssiz nəqliyyat vasitələrini də əhatə edir. Lakin yollarda adamların və yüklərin daşınması və ya bu məqsədlə istifadə edilən nəqliyyat vasitələrinin yedəyə alınması üçün istifadə edilən və yalnız yardımçı funksiya daşıyan kənd təsərrüfatı traktorları kimi nəqliyyat vasitələrini əhatə etmir);

20) operativ nəqliyyat vasitələri - yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin , hərbi avtomobil müfəttişliyinin funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillərdir;

21) qoşqu - mexaniki nəqliyyat vasitəsi ilə yedəyə alınmaq üçün nəzərdə tutulan hər hansı nəqliyyat vasitəsidir;

22) yarımqoşqu - avtomobillərə birləşdirilmək üçün nəzərdə tutulan, bir hissəsi avtomobilə söykənərək özünün və yükün kütləsinin xeyli hissəsini onun üstünə salan hər hansı qoşqudur;

23) uzun ölçülü nəqliyyat vasitəsi - uzunluğu 24 metrdən çox olan nəqliyyat vasitəsidir;

24) özügedən maşınlar - tırtıllı traktorlar da daxil olmaqla tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan nəqliyyat vasitəsidir;

25) təkərli traktor - yollarda qoşquları yedəyə almaq üçün istifadə edilən və konstruksiyasına görə maksimum sürəti saatda 30 kilometrdən yüksək olmayan nəqliyyat vasitəsidir;

26) motosiklet - mühərriki olan ikitəkərli, arabalı və ya arabasız mexaniki nəqliyyat vasitəsidir (tam ləvazimatlı vəziyyətdə kütləsi 400 kiloqramdan çox olmayan üç və dördtəkərli mexaniki nəqliyyat vasitələri də motosikletlərə bərabər tutulur);

27) moped - iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsidir (asma mühərrikli velosipedlər, motosiklet və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri də mopedlərə bərabər tutulur);

28) velosiped - əlil arabaları istisna olmaqla, idarə edən şəxsin əzələ enerjisi ilə, xüsusən pedalların və ya dəstəklərin köməyi ilə hərəkətə gətirilən hər hansı nəqliyyat vasitəsidir;

29) nəqliyyat vasitəsinin dayanması - adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir;

30) məcburi dayanma - texniki nasazlıq və ya aparılan yükün, sürücünün (sərnişinin) vəziyyətinin və ya yolda maneə yaranmasının doğurduğu təhlükə üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılmasıdır;

31) nəqliyyat vasitəsinin durması - əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir;

32) parklanma - nəqliyyat vasitəsinin onun üçün xüsusi ayrılmış müvafiq qaydada işarələnmiş yerdə durmasıdır;

33) yol hərəkəti iştirakçısı - hərəkət prosesində piyada, nəqliyyat vasitəsinin sürücüsü, sərnişin, velosipedçi, mal-qara ötürən qismində iştirak edən, habelə avtomobil yollarından, küçələrdən, dəmiryol keçidlərindən və ya nəqliyyat vasitələri ilə adamların və yüklərin daşınması üçün nəzərdə tutulmuş digər yerlərdən istifadə edən şəxsdir;

34) sürücü - hər hansı növ nəqliyyat vasitəsini idarə edən şəxsdir (sürücülüyü öyrədən avtomobil təlimatçısı da sürücüyə bərabər tutulur);

35) sərnişin - nəqliyyat vasitəsində hərəkətdə olan, lakin onun idarə edilməsinə aidiyyəti olmayan şəxsdir;

36) piyada - nəqliyyat vasitələrindən kənarda yol hərəkətində iştirak edən və yolda hər hansı iş görməyən şəxsdir (mühərriksiz əlil arabalarında gedən, velosiped, moped və ya motosiklet aparan, kirşə, əl arabası, uşaq və ya əlil arabası aparan şəxslər də piyadaya bərabər tutulur);

37) velosipedçi - əlil arabaları istisna olmaqla, velosipedi idarə edən şəxsdir;

38) mal-qara ötürən - mal-qaranı, yük və ya minik heyvanlarını yoldan keçirən şəxsdir;
39) ötmə - qarşı hərəkət zolağına (hərəkət hissəsinin qarşı tərəfinə) çıxmaq və əvvəlki zolağa (hərəkət hissəsinin əvvəlki tərəfinə) qayıtmaq üsulu ilə bir və ya bir neçə nəqliyyat vasitəsini keçməkdir;

40) üstünlük - nəzərdə tutulan istiqamətdə digər hərəkət iştirakçılarına nisbətən ilk növbədə hərəkət etmək hüququdur;

41) yol vermək - sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir;

42) məhdudiyyətli görünmə - duman, yağış, qar və başqa şəraitdə, habelə toranlıqda yolun 300 metrdən az məsafədə görünməsidir;

43) yol-nəqliyyat hadisəsi - yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir.

Maddə 2. Qanunun təyinatı

Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.
Maddə 3. Yol hərəkəti haqqında qanunvericilik
Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Maddə 4. Yol hərəkəti sahəsində dövlət vəzifələri
Yol hərəkəti sahəsində dövlətin aşağıdakı vəzifələri vardır:

1) dövlət siyasətini, o cümlədən vahid elmi-texniki siyasəti, habelə yol hərəkəti standartlarını müəyyən etmək və onları həyata keçirmək;

2) yol hərəkətinin təşkili, onun təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin mühafizəsi, yol hərəkəti qaydalarının, habelə onların pozulmasına görə məsuliyyətin müəyyənləşdirilməsi ilə bağlı qanunlar və digər normativ-hüquqi aktlar qəbul etmək, onların icrasını həyata keçirmək;

3) yol hərəkətinin inkişafının və təhlükəsizliyinin təmin edilməsinə dair ölkə və onun inzibati ərazi vahidləri üzrə proqramları və planları qəbul etmək, onların icrası üzrə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini təmin etmək;

4) yol hərəkətinin inkişafına və təhlükəsizliyinə dair proqramları və planları, avtomobil yolları şəbəkəsinin saxlanılması və inkişaf etdirilməsi, yollarda təhlükəsiz hərəkətin, habelə yol hərəkətinə dair ekoloji tələblərin təmin edilməsi sahəsində həyata keçirilən tədbirləri dövlət yol fondundan və dövlət büdcəsindən maliyyələşdirmək;

5) yol hərəkətinin təşkili üzrə ixtisaslaşdırılmış xidmətləri təşkil etmək, o cümlədən texniki vasitələrin və avtomatlaşdırılmış sistemlərin qurulmasını və istifadəsini, qəza-xilasetmə işləri görülən və kütləvi tədbirlər keçirilən yerlərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin təhlükəsizliyini təmin etmək;

6) avtomobil yollarının tikintisinə, yenidən qurulmasına, təmirinə, saxlanılmasına və mühafizəsinə dair, habelə Azərbaycan Respublikasında istehsal olunan nəqliyyat vasitələrinin konstruksiyasına və texniki vəziyyətinə dair vahid tələbləri müəyyən etmək və onlara əməl olunmasına nəzarət etmək;

7) avtomobil yollarının təmiri və saxlanılması ilə bağlı fəaliyyətin, yol hərəkətinin təhlükəsizliyinə təsir göstərən digər növ fəaliyyətin həyata keçirilməsi, nəqliyyat vasitələrinin təmiri və istismarı, daxili və beynəlxalq sərnişin və yük daşımaları, təhlükəli yüklərin daşınması qaydasını müəyyən etmək;

8) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanının və sürücülük vəsiqəsinin nümunələrini müəyyən etmək;

9) ekoloji təhlükəsiz tələblərinə əməl etməklə, yol hərəkəti iştirakçılarının ehtiyaclarının təmin olunması məqsədilə avtomobil yollarının saxlanılmasını, təmirini, yenidən qurulmasını və tikintisini təşkil etmək və onların həyata keçirilməsinə nəzarət etmək, yolların qəza təhlükəli sahələrini aradan qaldırmaq;

10) yol hərəkəti təhlükəsizliyinin tələblərinə uyğun olaraq dövlət yollarında texniki xidmət sahələri təşkil etmək;

11) yol hərəkəti iştirakçılarının tibbi təminatını, o cümlədən yol-nəqliyyat hadisələrində zərər çəkənlərə tibbi yardımın göstərilməsini təşkil etmək;

12) sürücülərin hazırlanmasını və onların ixtisasının artırılmasını həyata keçirən məktəb və kursların açılmasına razılıq vermək, onların fəaliyyətinə nəzarət etmək, nəzəri və təcrübi imtahanlar qəbul etmək, imtahanlardan müvəffəqiyyətlə keçənlərə sürücülük vəsiqəsi vermək, onların uçotunu aparmaq;

13) əhaliyə yol hərəkəti qaydalarının öyrədilməsini və yol hərəkəti təhlükəsizliyinin təbliği işini təşkil etmək, yol hərəkəti təhlükəsizliyi sahəsində bu Qanunla müəyyən olunmuş tələblərə hüquqi və fiziki şəxslər tərəfindən əməl olunmasını təmin etmək;

14) yaşayış məntəqələrinin baş planlarına, müfəssəl planlaşdırılması və tikintisi layihələrinə, kompleks nəqliyyat sxemlərinə və yol hərəkətinin təşkili sxemlərinə uyğun olaraq rayon (şəhər) ərazilərində yol hərəkətinin avtomatlaşdırılmış idarəetmə sistemlərini təşkil etmək;

15) pullu duracaqlarda, qarajlarda nəqliyyat vasitələrinin saxlanılması qaydasını müəyyən etmək;

16) yol hərəkəti təhlükəsizliyi məsələləri üzrə elmi-tədqiqat işlərinin aparılmasını təşkil etmək;

17) yol hərəkət təhlükəsizliyini təmin etmək və ya hərəkət şəraitini yaxşılaşdırmaq məqsədilə, yollarda təmir-tikinti işləri aparılarkən, zəruri olduqda, nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək, ümumi istifadədə olan nəqliyyatın müntəzəm hərəkəti marşrutlarının açılması qaydasını müəyyən etmək və onun həyata keçirilməsini təşkil etmək;

18) nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, dövri texniki baxışları həyata
keçirmək, konstruksiyası və ya texniki vəziyyəti müəyyən olunmuş standartlara, habelə mühərrik, ban və şassi nömrələri qeydiyyat sənədlərində göstərilmiş nömrələrə uyğun gəlməyən nəqliyyat vasitələrinin istismarını qadağan etmək;
19) nəqliyyat vasitələrinin konstruksiyalarının hazırlanmasına və yenidən quraşdırılmasına, aqreqat, ban və ban hissələrinin dəyişdirilməsinə icazə vermək və yol hərəkəti təhlükəsizliyinin tələblərinə uyğun olmasına nəzarət etmək;

20) Azərbaycan Respublikasında istehsal olunan nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə uyğunluğu baxımından onların texniki layihə sənədlərinə və texniki vəziyyətinə dair müvafiq rəylər vermək, onların sınaqlarında iştirak etmək, bu tələblərə cavab verməyən nümunələrin (məmulatın) istehsalını dayandırmaq barədə müvafiq orqanlara təqdimatlar vermək;

21) nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini və onların uçotunu aparmaq, girov müqaviləsinin qeydiyyata alınması barədə şəhadətnaməni, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və dövlət qeydiyyat nişanlarını vermək;

22) yollarda nəqliyyatın və piyadaların təhlükəsiz, səmərəli və rahat hərəkətini təşkil etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müqavilələr əsasında nəqliyyat vasitələrinin müşayiətini təşkil etmək;

23) yol hərəkətinə nəzarət funksiyalarını yerinə yetirmək məqsədilə stasionar postların siyahısını və dislokasiyasını müəyyənləşdirmək və təşkil etmək, bu postları texniki vasitələrlə, habelə binalarla, nəqliyyat və rabitə vasitələri ilə, yol-nəqliyyat hadisələrində zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün tibbi ləvazimatla və dava-dərmanla təmin etmək, insanın adi həyati yaclarının ödənilməsi üçün lazımi şəraitlə təmin etmək;

24) yol nişanlarının və göstəricilərinin quraşdırılmasını, yol hərəkətini nizamlayan və ona nəzarət edən nəqliyyat və texniki vasitələrin, yol-nəqliyyat hadisələrinin nəticələrini yüngülləşdirmək üçün hadisə yerində tətbiq olunan qəza-xilasetmə avadanlığının, habelə yol hərəkətinin təhlükəsizliyini artırmağa kömək edən digər texniki vasitələrin və cihazların, yol hərəkətinin təhlükəsizliyinin təbliğinə xidmət edən təşviqat vasitələrinin; xüsusi məhsulların (sürücülük vəsiqələrinin blanklarının, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin, dövlət qeydiyyat nişanlarının və tanınma nişanlarının) sifarişçisi və istehsalçısı funksiyalarını həyata keçirmək və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının struktur bölmələrini bunlarla təmin etmək;

25) hüquqi və fiziki şəxslər tərəfindən bu Qanunun tələblərinin yerinə yetirilməsinə nəzarət etmək, yol-nəqliyyat hadisələri ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət işləri üzrə təhqiqatın aparılmasını və inzibati işlər üzrə icraatın həyata keçirməsini təşkil etmək;

26) zədələnmiş nəqliyyat vasitələrinin müəyyən edilmiş yerlərə aparılmasını və sahibsiz qalmış əmlakın mühafizəsini, habelə qaçırılmış, oğurlanmış nəqliyyat vasitələrinin, yol-nəqliyyat hadisəsi yerlərindən qaçıb gizlənmiş yol hərəkəti iştirakçılarının axtarılmasını təşkil və təmin etmək;

27) yol-nəqliyyat hadisələrinin, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum olunmuş vətəndaşların, yol hərəkəti qaydaları pozuntularının, bununla əlaqədar görülmüş tədbirlərin uçotunu aparmaq;

28) hərəkət üçün ayrılmış yollara nəzarət etmək, hərəkət sürətinin məhdudlaşdırıldığı zonaları müəyyənləşdirmək, orada müvafiq yol nişanları qurmaq, habelə təhlükəli yüklərin daşınmasını və nəqliyyat dəstələrinin şəhərlərdən və digər yaşayış məntəqələrindən keçməsini təşkil və təmin etmək;

29) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək.
Maddə 5. Yol hərəkəti sahəsində hüquqi şəxslərin vəzifələri
I. Yol hərəkəti sahəsində mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin aşağıdakı vəzifələri vardır:

1) yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi və yol hərəkəti qaydalarının tələblərinə riayət etmək;

2) yol hərəkəti qanunvericiliyinin tələblərinə əməl olunması üzrə əmək kollektivlərində profilaktik iş aparmaq;

3) həmkarlar ittifaqı təşkilatları ilə razılaşdırmaqla sürücülərin sağlamlıq vəziyyətinə, sürücülər tərəfindən əmək və istirahət rejiminə əməl olunmasına nəzarət etmək;

4) daşıma fəaliyyəti ilə məşğul olduqda daşımaların xüsusiyyətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, yol hərəkəti sahəsində qüvvədə olan qaydalar, normativlər və standartlar əsasında xüsusi qaydalar qəbul etmək;

5) yol-nəqliyyat hadisələrinin profilaktikası ilə bağlı tədbirlərin təşkili və maliyyələşdirilməsi, nəqliyyatın fövqəladə hallarda istismarı məsələlərini həll etmək;

6) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək.

II. Hüquqi şəxslərin sürücüləri yol hərəkətinin təhlükəsizliyi tələblərini pozmağa hər hansı fomada sövq etməsi qadağandır.

Maddə 6. Yol hərəkəti sahəsində fiziki şəxslərin hüquq və vəzifələri
I. Yol hərəkəti sahəsində fiziki şəxslərin aşağıdakı hüquqları vardır:

1) müəyyən edilmiş qaydalara müvafiq olaraq avtomobil yollarında sərbəst və maneəsiz hərəkət etmək, müvafiq icra hakimiyyəti orqanlarından yol hərəkəti şəraiti haqqında məlumat almaq;

2) avtomobil yollarında hərəkətin məhdudlaşdırılmasının və ya qadağan edilməsinin səbəbləri barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarından məlumat almaq;

3) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məmulatların və xidmətlərin keyfiyyəti haqqında məlumat almaq;

4) yol-nəqliyyat hadisələri zamanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada pulsuz tibbi yardım və digər təcili kömək almaq;

5) yolların hərəkət təhlükəsizliyi tələblərinə uyğunsuzluğu nəticəsində baş vermiş yol-nəqliyyat hadisələri zamanı səhhətinə, eləcə də nəqliyyat vasitəsinə dəymiş zərərin ödənilməsini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada tələb etmək;

6) yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin hərəkətlərindən məhkəməyə şikayət etmək;

7) bu Qanunla müəyyən olunmuş digər hüquqlardan istifadə etmək.

II. Yol hərəkəti sahəsində fiziki şəxslərin aşağıdakı vəzifələri vardır:

1) yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək;

2) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində iştirak etmək və bunun üçün keçirilən tədbirlərdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına köməklik göstərmək;

3) onlara məxsus olan nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılması və istismarı üçün tədbirlər görmək;

4) yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı və ətraf mühitin nəqliyyatın zərərli təsirindən qorunması üçün tədbirləri həyata keçirmək;

5) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək.
İkinci fəsil. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi
Maddə 7. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin başlıca prinsipləri və əsas istiqamətləri
I. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin başlıca prinsipləri aşağıdakılardır:

1) yol hərəkətində iştirak edən insanların həyatının və sağlamlığının təsərrüfat fəaliyyətinin iqtisadi nəticələrindən üstünlüyü;

2) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə görə dövlətin məsuliyyətinin yol hərəkətində iştirak edən insanların məsuliyyətindən üstünlüyü;

3) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi zamanı insanların, cəmiyyətin və dövlətin mənafelərinə əməl olunması;

4) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəaliyyətə məqsədyönlü və kompleks yanaşma.

II. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirilir:

1) yol hərəkətinin təşkilində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi;

2) yol hərəkəti təhlükəsizliyi sahəsində Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinin və məsuliyyətlərinin müəyyən edilməsi;

3) yol hərəkəti təhlükəsizliyinə dair qaydaların, standartların, texniki normaların və digər normativ sənədlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada işlənib hazırlanması və onların təsdiq edilməsi;

4) avtomobil yollarında yol hərəkəti üçün sərfəli və rahat şəraitin yaradılması;

5) avtomobil, şəhər yerüstü elektrik nəqliyyatının və yol təsərrüfatı fəaliyyətinin nizama salınması;

6) nəqliyyat vasitələrinin yol hərəkətinə buraxılması;

7) yol hərəkətinin nizama salınması;

8) nəqliyyat vasitələri sürücülərinin hazırlanmasının və ixtisasının artırılmasının təşkili;

9) yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi;

10) yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi;

11) ətraf mühitin mühafizəsi;

12) yol hərəkəti təhlükəsizliyi tədbirlərinin maddi və maliyyə təminatı;

13) yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların nəticələrinin ağırlığını azaltmaq məqsədilə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsi;

14) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin və müvafiq qaydaların, standartların, texniki normaların və digər normativ sənədlərin tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətinin həyata keçirilməsi.
Maddə 8. Yol hərəkətinin təşkili zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi
I. Yol hərəkəti təhlükəsizliyi Azərbaycan Respublikasında qüvvədə olan standartlarda və yol hərəkətinin təşkili ilə bağlı layihə və sxemlərdə nəzərdə tutulan texniki vasitələrdən, konstruksiyalardan kompleks şəkildə istifadə olunması əsasında təşkil edilməlidir.

II. Yol hərəkəti təhlükəsizliyi səviyyəsinin azaldılması hesabına yolların buraxılış qabiliyyətinin artırılması məqsədi ilə və ya digər məqsədlərlə yol hərəkətinin təşkilində dəyişikliklərin edilməsi qadağandır.

III. Yol hərəkətinin təhlükəsizliyi üçün real qorxu mövcud olan təcili hallarda nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin təşkilində dəyişikliklər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının göstərişlərinin icrası yol hərəkətinin bütün iştirakçıları üçün məcburidir.

Maddə 9. Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi
I. Azərbaycan Respublikası ərazisində avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri sahəsində bütün işlər yol hərəkəti təhlükəsizliyi üzrə beynəlxalq standartlar, qaydalar və normativlər, habelə nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti üçün ayrılmış zolağın yetərliliyinin təmin edilməsi zərurəti nəzərə alınmaqla həyata keçirilməlidir. Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

II. Avtomobil yollarının təmiri, tikintisi, yenidən qurulması, tədqiqi və sınağı üzrə layihə və podrat işlərinin icrası müsabiqə əsasında seçilən hüquqi və fiziki şəxslər tərəfindən yol təsərrüfatı orqanları ilə bağlanan podrat müqavilələri əsasında həyata keçirilir.

III. Avtomobil yollarının tikintisinə, yenidən qurulmasına və təmirinə dair birtipli və ya fərdi layihələrdə yol hərəkəti təhlükəsizliyinin, ətraf mühitin mühafizəsinin, habelə əlillərin spesifik ehtiyaclarının təmin edilməsi ilə bağlı olan bütün tədbirlər kompleksi nəzərdə tutulmalıdır.

IV. Avtomobil yollarının tikintisinə, yenidən qurulmasına və təmirinə dair layihələr yol hərəkətinin təhlükəsizliyi qaydalarının, normativlərinin və standartlarının tələblərinə uyğunluğu baxımından Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında ekspertizadan keçirilməli və onlarla razılaşdırılmalıdır. Ekspertiza keçirilməsi zamanı aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılmalıdır.

V. Şəhərlərarası avtomobil yollarının sanitariya-mühafizə zonasında yolların tikilməsinə, yol
kompleksi tikililərinin ucaldılmasına, səsudan qurğuların və çirkləndirici maddə tutucularının qurulmasına, mühəndis kommunikasiyalarının, bionəqliyyat yollarının çəkilməsinə, yaşıllıq zolağı salınmasına, xidmət obyektlərinin açılmasına və hərəkət təhlükəsizliyi tələbləri nəzərə alınmaqla, müəyyənləşdirilmiş qaydada hazırlanan və razılaşdırılan layihələrə uyğun olaraq icazə verilir. Payız-qış mövsümündə yolun sanitariya-mühafizə zonasında müvəqqəti qarsaxlayan qurğunun qurulmasına icazə verilir.

VI. Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyi təyinatlı məsrəflərin azaldılması qadağandır.

VII. Müvafiq razılaşdırma olmadan, layihəçi layihələşdirməyə dair müəyyən edilmiş tələblərdən və ya tapşırıq şərtlərindən kənara çıxdıqda, bu uyğunsuzluğu öz hesabına aradan qaldırır. Layihənin ayrı-ayrı hissələrinin həyata keçirilməsini qeyri-mümkün edən şərait yarandıqda, işlərin icraçısı yol hərəkətinin təhlükəsizliyinə dair əlavə tədbirlərin hazırlanması məqsədilə layihəçiyə və sifarişçiyə məlumat verməlidir.

VIII. Tikilmiş, yenidən qurulmuş və ya təmir olunmuş avtomobil yollarının yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə dair inşaat normalarının, qaydalarının, standartlarının və digər normativ sənədlərin tələblərinə uyğunluğu avtomobil yollarının qəbul edilmə aktı ilə təsdiq olunur. Avtomobil yollarının qəbul edilmə aktı yalnız nəzarət qaydasında keçirilmiş müayinənin, yoxlamanın və sınağın nəticələri əsasında xüsusi komissiya tərəfindən verilir. Bu komissiyanın avtomobil yollarının və müvafiq yol qurğularının mülkiyyətçilərinin təqdimatı əsasında təşkili qaydası və tərkibi, habelə avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra akimiyyəti orqanı tərəfindən müəyyən edilir.

IX. Avtomobil yollarında yol hərəkətini nizamlayan texniki vasitələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə quraşdırılır.

X. Avtomobil yollarının layihələşdirilməsini, tikintisini, yenidən qurulmasını və təmirini həyata keçirən hüquqi və fiziki şəxslər yol hərəkəti təhlükəsizliyinə dair standartlara, qaydalara və normativlərə əməl edilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 10. Avtomobil yollarının saxlanılması və abadlaşdırılması zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi
I. Avtomobil yollarının saxlanılması və abadlaşdırılması yol hərəkəti iştirakçılarının tələbatlarının maksimum ödənilməsinə və yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına xidmət etməlidir. Bu məqsədilə:

1) avtomobil yolları yol hərəkətinin iştirakçıları üçün sərfəli və rahat şəraitdə saxlanılmalı və daha da yaxşılaşdırılmalıdır. Yol hərəkətinin təhlükəsizliyi üçün qorxu törədən şərait yarandıqda, yol hərəkəti qadağan edilməli və ya məhdudlaşdırılmalıdır, təhlükəsiz hərəkət şəraitinin bərpası üçün təxirəsalınmaz tədbirlər görülməlidir;

2) avtomobil yollarında nişanlama xətləri çəkilməli, yol nişanları və göstəriciləri (o cümlədən təhlükəli və çətin keçilən sahələri əks etdirən marşrut xəritələri və sxemləri), svetoforlar və yol hərəkəti təşkilinin digər texniki nizamlama vasitələri quraşdırılmalıdır;

3) avtomobil yolunun yaxınlığında xəstəxananın olması, onun istiqaməti, yerləşdiyi məsafə, xəstəxananın telefon nömrəsi barədə məlumat verən müvafiq yol nişanları quraşdırılmalı, yolların
yaxınlığında tibb müəssisələrinin yerləşməsi «Tibbi yardım məntəqəsi» yol nişanı ilə bildirilməlidir;

4) texniki qurğuların quraşdırılması, kommunikasiyaların çəkilməsi, mühafizə işlərinin görülməsi, servis obyektlərinin tikilməsi və avadanlıqlarının qurulması təmin edilməlidir;

5) avtomobil yollarında yol şəraiti və hərəkət rejimi haqqında yol hərəkəti iştirakçılarına vaxtında məlumat verilməli, yol şəraitinin xeyli pisləşməsi zamanı (qar yığınları, yolun buz bağlaması) isə, bu məqsədlə radio və televiziya vasitələrindən istifadə olunmalı, əlverişsiz hava şəraitində yol hərəkəti iştirakçılarının təhlükəli yol sahələrini qəzasız keçmələri təmin edilməlidir;

6) avtomobil yollarında işlərin görüldüyü, yol tikintisində istifadə olunan mexaniki nəqliyyat vasitələrinin, tikinti materiallarının və s. qoyulduğu yerlər, yol örtüyünün hərəkət üçün təhlükə törədə biləcək zədələri (kələ-kötür və çökək yerlər, çuxurlar və s.) qəza təhlükəli sahələr və yol-nəqliyyat hadisələrinin tez-tez baş verdiyi yerlər vaxtında aşkar edilməli və təxirəsalınmadan aradan qaldırılmalıdır, bu mümkün olmadıqda isə müvafiq yol nişanları ilə, çəpərləyici və yönəldici vasitələrlə bu Qanunla nəzərdə tutulmuş xəbərdarlıq nişanları ilə işarələnməlidir;
7) avtomobil yollarının hərəkət hissəsinin palçıqdan, su, qum və ya qar yığınından, buzdan və yaxud daş düşməsindən təcili olaraq təmizlənməsi üçün tədbirlər görülməlidir;

8) tırtıllı, uzun ölçülü, iri qabaritli, təhlükəli və yükdaşıyan digər ağır çəkili nəqliyyat vasitələrinin avtomobil yollarının üst örtüyünü, yol qurğularını, dəmir yolunu və ya dəmiryol keçidinin avadanlığını zədələyə biləcəyi hallarda, onların hərəkəti qadağan olunmalı və ya yolun təhlükəli olan sahələrini qəzasız keçmələri təmin edilməli, xüsusilə təhlükəli hallarda isə, başqa yol hərəkəti iştirakçılarının hərəkəti məhdudlaşdırılmalıdır;

9) şəhərlərarası avtomobil yollarında təcili yardım çağırış sistemləri qurulmalıdır, nəqliyyat vasitələrinin dayanacaqları, duracaqları, təşkil edilməli və yol hərəkəti iştirakçılarının ilk tibbi yardım almaq, dincəlmək, qidalanmaq, insanın adi həyati və məişət ehtiyaclarının ödənilməsinin təmini məqsədi ilə müvafiq yerlər düzəldilməlidir;

10) avtomobil yollarından yol nişanlarının, svetoforların, hərəkətin təşkilinin digər texniki vasitələrinin çıxarılmasına, görünüşünün müxtəlif maneələrlə məhdudlaşdırılmasına, zədələnməsinə, özbaşına qurulmasına, görmə şəraitini pisləşdirən reklam lövhələrinin və transparantların qurulmasına yol verilməməlidir.

II. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün avtomobil yollarının bu maddənin birinci hissəsinin tələblərinə uyğun olaraq saxlanılmamasına və abadlaşdırılmamasına, habelə avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə:

1) dövlət əhəmiyyətli avtomobil yolları üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;

2) yerli əhəmiyyətli avtomobil yolları, küçələr və meydanlar üzrə müvafiq icra hakimiyyəti orqanları;

3) özəl avtomobil yolları üzrə bu yolların sahibləri;

4) dəmiryol keçidləri üzrə dəmiryol təşkilatları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

III. Bu maddənin birinci hissəsində göstərilmiş tələblərin hüquqi və ya fiziki şəxslər tərəfindən yerinə yetirməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

IV. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və həddə bu maddənin birinci hissəsində göstərilmiş tələbləri pozan hüquqi və ya fiziki şəxsləri məsuliyyətə cəlb və tənbeh etmək ixtiyarı vardır.

V. Bu maddənin ikinci hissəsində göstərilmiş hüquqi və fiziki şəxslər avtomobil yollarının lazımi vəziyyətdə saxlanılmaması, onların abadlaşdırılmaması və ya avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmaması nəticəsində baş vermiş yol-nəqliyyat hadisələri zamanı yol hərəkəti iştirakçılarına dəymiş maddi zərəri ödəməyə borcludurlar.

Maddə 11. Avtomobil yollarından istifadə olunması zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi

I. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər bu maddənin tələblərinə riayət etməklə avtomobil yollarından istifadə edə bilərlər. Avtomobil yollarında yalnız dövlət qeydiyyatından keçmiş, texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələrinin hərəkətinə yol verilir.
II. Nəqliyyat vasitələri yol hərəkəti qaydalarına uyğun olaraq, ancaq yolun hərəkət hissəsində hərəkət edə bilərlər. Nəqliyyat vasitəsinin yol çiyini ilə hərəkətinə yalnız dar yollarda başqa nəqliyyat vasitəsi ilə toqquşmamaq, habelə qısamüddətə dayanmaq üçün icazə verilir.
III. Nasaz nəqliyyat vasitələrinin, yüklərin, materialların sahibləri onları ümumi istifadədə olan yolun təhkim zolağı (yolların tikintisi və ya çəkilmiş yol üçün ayrılan zolaq) hüdudlarından kənara çıxarmadıqda, avtomobil yollarına xidmət edən yol təsərrüfatı müəssisələri özləri bu nəqliyyat vasitələrini, yükləri, materialları təhkim zolağının hüdudlarından kənara çıxarmaq hüququna malikdirlər. Bu zaman avtomobil yollarına xidmət edən yol təsərrüfatı müəssisələri nəqliyyat vasitələrinin, yüklərin və materialların salamatlığı üçün məsuliyyət daşımırlar.
IV. Avtomobil yollarında və təhkim zolağında aşağıdakılar qadağandır:
1) örtüyü təkmilləşdirilmiş yollarda tırtıllı, yaxud metal tikanlı şinləri olan nəqliyyat vasitələrinin hərəkəti (dolayı yollar olmadıqda, onların körpülərdən, bəndlərdən, bataqlıq yerlərdən keçən yol sahələrindən hərəkəti, yol örtüklərinin zədələnməməsi şərti ilə, yollara xidmət edən yol təsərrüfatı müəssisələrinin yazılı icazəsi ilə həyata keçirilə bilər);
2) yolların və ya yol qurğularının kənar predmetlərlə zibillənməsi, yaxud tutulması, yolda kənd təsərrüfatı məhsullarının qurudulması, zibil və qar yığınlarının yaradılması;
3) yolların hərəkət hissəsində yanacaq-sürtkü materiallarının, kimyəvi maddələrin, bitumun axmasının mümkünlüyü ilə bağlı işlərin görülməsi, habelə yük vurulub-boşaldılması;
Avtomotonəqliyyat vasitələrini və onların qoşqularını idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi qaydaları haqqında TƏLİMAT
1.Ümumi müddəalar
1.1.Bu Təlimat "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.03.1999-cu il tarixli 41 nömrəli qərarı ilə təsdiq olunmuş Əsasnaməyə müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində avtomotonəqliyyat vasitələrini və onların qoşqularını (bundan sonra - nəqliyyat vasitələri) idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi üzrə vahid qaydaları müəyyən edir. Təlimatda həmçinin müəyyən edilmiş nəqliyyat vasitələrinə aid kateqoriyaların, sürücülərin hazırlanması və ixtisasının artırılmasını həyata keçirən məktəb və kursların açılmasına razılıq verilməsi, fəaliyyətinə nəzarət edilməsi, nəzəri və təcrübi imtahanların qəbulu, metodikası, məzmunu və proseduru, verilmiş sürücülük vəsiqələrinin uçotunun aparılması barədə müvafiq müddəalar nəzərdə tutulur.
Bu Təlimat Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan tırtıllı mexaniki nəqliyyat vasitələrini (traktorları), kənd təsərrüfatında istifadə olunan və digər mexaniki nəqliyyat vasitələrini, həmçinin Azərbaycan Respublikası Fövləladə Hallar Nazirliyinin ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan texnoloji nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqələrinin verilməsi üzrə imtahanların qəbuluna, bu növ sürücülük vəsiqələrinin verilməsinə və dəyişdirilməsinə şamil edilmir.

1.2.Müəyyən olunmuş yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkət qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir.

1.3.Nəqliyyat vasitələrinin tipindən, təyinatından və idarəetmə xüsusiyyətlərindən asılı olaraq, sürücülük vəsiqələrində aşağıdakı kateqoriyalar göstərilir:
- "A" - motosiklet, moped, motoroller və digər motonəqliyyat vasitələrini idarə etmək üçün;
- "B" - "A" kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kiloqramdan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri idarə etmək üçün;
- "C" - "D" kateqoriyasına aid edilməyən, icazə verilən maksimum çəkisi 3.500 kiloqramdan artıq olan avtomobilləri idarə etmək üçün;
- "D" - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən çox olan avtomobilləri idarə etmək üçün;
- "E" - dartqısı "B", "C" və ya "D" kateqoriyalarına aid edilmiş qoşqulu nəqliyyat vasitələri tərkiblərini idarə etmək üçün, o şərtlə ki, sürücünün bütövlükdə həmin kateqoriyalara və ya bu kateqoriyalardan birinə daxil olan nəqliyyat vasitəsinin idarə edilməsinə hüquq verən müvafiq sürücülük vəsiqəsi olsun;
- "Tramvay" -tramvayları idarə etmək üçün;
- "Trolleybus" -trolleybusları idarə etmək üçün.
1.4. "B", "C" və "D" kateqoriyalarına aid olan nəqliyyat vasitələri sürücülərinə həmçinin bu kateqoriyalara aid olan nəqliyyat vasitələrini tam kütləsi 750 kq-dan artıq olmayan qoşqularla birlikdə idarə etməyə icazə verilir.
"B", "C" və "D" kateqoriyalarına aid edilmiş nəqliyyat vasitələrinin tam kütləsi 750 kq-dan artıq olan qoşqularla, habelə qoşqulu avtobusların idarə edilməsi üçün sürücünün sürücülük vəsiqəsində həmin kateqoriyalarla yanaşı, "E" kateqoriyasına icazə verilən qeydiyyat olmalıdır.

1.5.Azərbaycan Respublikasının ərazisindəki yollarda:
- motonəqliyyat vasitələrini (kateqoriya "A") idarəetmə hüququ - 16 yaşdan;
- "B" və "C" kateqoriyasından olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 18 yaşdan;
- tramvayları idarə etmə hüququ - 20 yaşdan;
- "D" və "E" kateqoriyalı nəqliyyat vasitələrini və trolleybusları idarəetmə hüququ - 21 yaşdan yaranır.
Qeyd: 1.Peşə tədris müəssisələrini bitirmiş şagirdlər, eləcə də "C", "BC" kateqoriyalı nəqliyyat vasitələri sürücülərini hazırlamaq üçün hərbi xidmətə cəlb olunmuş çağırışçılar kursları bitirdikdən və müvafiq şəhadətnamələr aldıqdan sonra qeydiyyat-imtahan məntəqələrində imtahanlara buraxılırlar. İmtahanları müvəffəqiyyətlə verən 18 yaşına çatmamış şəxslərə çağırış vəsiqəsi əsasında sürücülük vəsiqəsi verilir və "xüsusi qeydlər" qrafasında "18 yaşı tamam olduqdan sonra avtomobilləri idarə edə bilər" qeydi aparılır.
Müddətli xidmət aparan hərbi qulluqçular "D" və "E" kateqoriyalı sürücülük vəsiqəsi almaq üçün müstəsna olaraq 10 ay sürücülük təcrübəsi olduqda və 19 yaşa çatdıqda imtahanlara buraxılırlar.
1.6.Sürücülük vəsiqəsinin verilməsi işini aparan mərkəzi orqan - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən aşağıdakı tədbirlər həyata keçirilir:
-sürücülük vəsiqəsi blanklarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsi;
-sürücülərin hazırlanmasını və onların ixtisasının artırılmasını həyata keçirən məktəb və kursların açılmasına razılıq verilməsi, onların fəaliyyətinə nəzarət edilməsi, nəzəri və təcrübi imtahanların qəbul edilməsi, imtahanlardan müvəffəqiyyətlə keçənlərə sürücülük vəsiqəsinin verilməsi;
-verilmiş sürücülük vəsiqələrindəki məlumatların regional və mərkəzləşdirilmiş uçotunun aparılması;
-özünün struktur hissələrinin sürücülük vəsiqələri blankları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini;
-bu struktur hissələrə buraxılmış sürücülük vəsiqəsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsi və onların vaxtaşırı təftiş edilməsi.
1.7.Verilmiş sürücülük vəsiqələri barədə mərkəzləşdirilmiş və regional uçot bazasından məlumat almağa yalnız təhqiqat, istintaq, məhkəmə və qanunvericiliklə nəzərdə tutulmuş digər orqanların hüququ vardır.
2.DYP-də imtahanlara və nəqliyyat vasitələrinin idarə edilməsinə buraxılma qaydaları
2.1.İmtahanların qəbulu və "A", "B", "C", "D" və "E" kateqoriyalarına aid nəqliyyat vasitələrinin, tramvay və trolleybusun idarə edilməsi üçün sürücülük vəsiqələrinin verilməsi DYP-nin qeydiyyat-imtahan məntəqələri (bundan sonra mətndə - "QİM") tərəfindən aparılır.
2.2."A", "B", "C", "D" və "E" kateqoriyalarına aid nəqliyyat vasitələrindən birinin, "tramvay" və "trolleybusun" idarə edilməsi məqsədi ilə sürücülük vəsiqəsi almaq üçün fiziki şəxslər AR DİN BDYPİ ilə razılaşdırılmış və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş vahid tədris planları və proqramları əsasında müvafiq maddi-texniki baza və texniki-metodiki tədris vasitələrilə təchiz olunmuş tədris müəssisələrində hazırlıq kursları keçməlidirlər.
2.3.Siyahısı Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən xəstəliklərlə əlaqədar psixiatriya və ya narkoloji dispanserlərin uçotunda olan, nəqliyyat vasitələrini idarə etmək sahəsində üç ildən az təcrübəsi olan (tramvay və trolleybuslar istisna olmaqla), axırıncı iki il ərzində insanlara xəsarət yetirilməsi və ya onların ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətməyə, habelə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə sürücülük hüququndan məhrum olunmuş şəxslər avtobusları, tramvayları və trolleybusları idarə etməyə və həmin kateqoriyalar üzrə imtahanlara buraxılmır.
2.4.Ali, orta ixtisas, ümumtəhsil peşə məktəblərində, litseylərdə tələbə və şagirdlərə "B" və "C" kateqoriyalarına aid nəqliyyat vasitələrinin idarə edilməsinin tədrisi nəzərdə tutulduqda, bu müəssisələrdə tədris BDYPİ ilə razılaşdırılmış xüsusi proqram əsasında aparılır.
2.5.Tədris müəssisələrində Səhiyyə Nazirliyi tərəfindən əl ilə idarə olunan minik avtomobillərinin istismarına yararlı hesab edilən şəxslər Təhsil Nazirliyi tərəfindən hazırlanmış, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BDYPİ ilə razılaşdırılmış plan proqram üzrə ixtisas hazırlığı keçirlər. İmtahanları müvəffəqiyyətlə vermiş belə şəxslərə təqdim olunan sürücülük vəsiqələrində "xüsusi qeydlər" bölməsində "Əl ilə idarə icazəlidir" qeydi aparılır.
2.6.Bu tədris kurslarına qəbul üçün namizədlər müəyyən edilmiş qaydada tibbi müayinədən keçməlidirlər.
2.7.Sürücülərin peşə hazırlığı və peşənin təkmilləşdirilməsini təsdiq edən sənəd bu Təlimatda 2 saylı əlavəyə uyğun şəhadətnamədir.
2.8.Sürücülük vəsiqələrinin alınması üçün imtahan yalnız QİM tərəfindən xidmət aparılan ərazidə yaşayış yeri üzrə daimi və ya müvəqqəti qeydiyyatı olan şəxslərdən qəbul olunur. Digər hallarda şəxslərin imtahanlara buraxılması məsələsi BDYPİ rəhbərliyi tərəfindən müstəsna hal kimi həll oluna bilər.
Qeyd: 1.Təbii fəlakət və digər ekstrimal hadisələr baş verdiyi hallarda sürücülük vəsiqəsi almaq üçün fiziki şəxslər müvəqqəti məskunlaşdığı ərazi üzrə, hərbi qulluqçular isə hərbi hissənin yerləşdiyi ərazi üzrə QİM-də imtahanlara buraxıla bilər.
2.9."A", "B", "C", "D" və "E" kateqoriyalarına aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqələri QİM-də nəzəri və təcrübi, tramvay və trolleybusların idarə edilməsi üçün isə nəzəri imtahanları (təcrübi imtahanlar tramvay və trolleybus parklarında götürülür) müvəffəqiyyətlə verən şəxslərə verilir.

2.10.Tədris plan və proqramlarında avtomobil ixtisası üzrə kadrların hazırlanması nəzərdə tutulmuş ali və orta xüsusi təhsil müəssisələrini bitirmiş şəxslərə, "A", "B", "C" kateqoriyalarına aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqələrinin verilməsi istənilən kateqoriya üzrə nəzəri və təcrübi imtahanları müvəffəqiyyətlə verdikdən sonra həyata keçirilir.
Bu halda avtomobil ixtisası üzrə fənnin tədrisi haqqında təsdiqedici sənəd kimi:
-orta xüsusi təhsili olanlar üçün diplom və imtahan cədvəlindən çıxarış;
-ali təhsili olanlar üçün diplom və ona əlavə qəbul edilir.
2.11.İşi, fəaliyyəti, təhsili, sosial vəziyyəti ilə əlaqədar tədris müəssisələrində sürücülük ixtisası üzrə hazırlıq keçə bilməyən Azərbaycan Respublikası vətəndaşları yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara müstəqil hazırlaşa bilərlər.

2.11.1.Müstəqil hazırlaşmış şəxslər yalnız "A" və ya "B" kateqoriyalarına aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqəsi almaq məqsədilə imtahanlara buraxıla bilərlər.

2.11.2.Müstəqil hazırlaşmış şəxslər onların imtahanlara buraxılması üçün BDYPİ-yə ərizə ilə müraciət edirlər.
2.11.3.Müstəqil hazırlaşmış şəxs imtahanlara buraxılması üçün aşağıdakı sənədləri təqdim etməlidir:
-onun BDYPİ-də qeydiyyata götürülməsi barədə ərizə;
-müvafiq kateqoriyalı nəqliyyat vasitəsinin idarə edilməsinə yararlılığı barədə tibbi arayış;
-təhsil haqqında sənəd;
-imtahan və sürücülük vəsiqəsinin verilməsi üçün müvafiq ödənclərin (rüsum, haqq və s.) ödənilməsi barədə qəbzlər;
-Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi.
Ərizə qeydiyyata alındıqdan sonra imtahanın qəbul edilməsi vaxtı təyin olunur.
2.11.4.İmtahanlara müstəqil hazırlaşmış sürücülük vəsiqəsi almaq istəyən hər bir şəxs yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları verməlidir. Nəzəri imtahanı verməmiş şəxslər təcrübi imtahana buraxılmır. Nəzəri və təcrübi imtahanların qəbulu Təlimatın 7 və 8 nömrəli əlavələrinə uyğun aparılır.

2.11.5Müstəqil hazırlaşmış şəxslərdən yalnız bir dəfə nəzəri və ya təcrübi imtahan qəbul edilir.

2.11.6.İmtahanların birindən qeyri-məqbul alan şəxs yalnız tədris müəssisələrində müəyyən olunmuş qaydada hazırlıq kursları keçdikdən sonra bir daha imtahanlara buraxılır.
2.12.Sürücülük vəsiqəsi yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə qeydiyyat imtahan məntəqələri tərəfindən yeddi gün ərzində verilir.

2.13."E" kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsinə "B" və ya "C" və ya "BC", ya "BCD" və ya "BD", ya "CD" ya da "D" kateqoriyalarına aid olan avtonəqliyyat vasitələrini 3 ildən az olmayaraq idarə edən sürücülər müvafiq proqram əsasında tədris müəssisələrində yenidən hazırlıq kurslarını bitirdikdən və QİM-də nəzəri və təcrübi imtahanları verdikdən sonra buraxılırlar.

2.13.1"D" kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsinə "B" və ya "C", ya "BC" ya da "BCE" və ya "BE", ya da "CE" kateqoriyalarına aid nəqliyyat vasitələrini idarə etmə hüququ olan (2.3. maddəsinin tələblərində nəzərdə tutulan şərtlər daxilində) və müvafiq proqram əsasında yenidən hazırlıq kurslarını keçərək nəzəri və təcrübi imtahanları vermiş sürücülər buraxılırlar.

2.13.2."B" kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ olan sürücülər tədris müəssisələrində müvafiq proqram üzrə yenidən hazırlıq keçdikdən, nəzəri və təcrübi imtahanları müvəffəqiyyətlə verdikdən sonra "C" kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malik olurlar.

2.13.3."C" və ya "CD" kateqoriyalarına aid nəqliyyat vasitələrini idarəetmə hüququ olan sürücülər "A", "B" və ya "AB" kateqoriyalı nəqliyyat vasitələrini idarə etmə hüququ almaq üçün əlavə olaraq tədris kursu keçmədən nəzəri və təcrübi imtahanlara buraxılırlar.

2.13.4. "BD" kateqoriyalarına aid edilən nəqliyyat vasitələrini idarə etməyə hüququ olan sürücülər "A", "C" və ya "AC" kateqoriyaları üzrə sürücülük vəsiqəsi almaq üçün əlavə tədris kursu keçmədən nəzəri və təcrübi imtahanlara buraxılırlar. Təkcə "B" kateqoriyası olan sürücülər isə yalnız "A" kateqoriyası üzrə sürücülük vəsiqəsi almaq üçün imtahanlara buraxıla bilər.

2.13.5.Sürücülük vəsiqəsində göstərilmiş kateqoriyaların dəyişdirilməsi məqsədi ilə yeni sürücülük vəsiqəsinin verilməsi yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlardan sonra həyata keçirilir.

2.14.Şəxsin sağlamlıq cəhətdən sürücülüyə yararlılığı, habelə nəqliyyat vasitələrinin idarə edilməsinə mane olan xəstəliklərin və ya fiziki qüsurların siyahısı Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunur.

2.14.1.İmtahanları qəbul edən QİM-in müfəttişi imtahana buraxılmış şəxsin sağlamlığı aşkar əlamətlərlə şübhə doğurduğu hallarda onu təkrar tibbi müayinəyə göndərə bilər.

2.14.2.Əgər sürücü tibbi müayinədən keçməkdən yayınıbsa və ya tibbi komissiya tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə yararsız hesab edilmişsə, bu halda onun sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada DYP-nin əməkdaşları tərəfindən alınmalıdır.

2.15.Nəqliyyat vasitələrini idarə etmə hüququ müvəqqəti məhdudlaşdırılan şəxslərə sürücülük vəsiqələri bu müddət başa çatdıqdan sonra, onlar tibbi müayinədən keçdikdən, yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə verdiyi halda qaytarılır.

3.Sürücülük vəsiqəsi.
3.1.Sürücülük vəsiqəsi onun sahibi olan şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir.

3.2.Mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin motosiklet, avtomobil, tramvay və trolleybusları idarə etmək hüququ verən növləri vardır.

3.3.Növündən asılı olmayaraq, hər bir sürücülük vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - "AZ" və rəqəmlərlə nömrələnmiş aşağıdakı məlumatlar göstərilir:
-sahibinin soyadı;
-sahibinin adı və atasının adı;
-sahibinin doğum tarixi və yeri;
-sahibinin yaşayış yeri;
-vəsiqəni vermiş orqanın adı;
-vəsiqənin verilmə tarixi və yeri;
-vəsiqənin etibarlılıq müddəti;
-vəsiqənin nömrəsi;
-vəzifəli şəxsin imzası, vəsiqəni vermiş orqanın möhürü;
-sahibinin qan qrupu və imzası;
-xüsusi qeydlər;
Sürücülük vəsiqəsinin nümunəsi Təlimata 1 saylı əlavədə göstərilir.
3.4.Sürücülük vəsiqəsinin etibarlılıq müddəti onu verən QİM tərəfindən aşağıdakı kimi müəyyən edilir:
-60 yaşına çatmamış şəxslər üçün - 10 il;
-60 və daha çox yaşı olan şəxslər üçün - onların 70 yaşı tamam olanadək qalan müddət;
-70 və daha çox yaşı olan şəxslər üçün - 2 il;
-Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün - təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət.
Qeyd: 1.Etibarlılıq müddəti qurtarmış sürücülük vəsiqəsi müvafiq qaydada dəyişdirilir. Vəsiqə sahibinin göstəricilərində (adı, soyadı, ünvan, şəkil, imza və s.) dəyişiklik olmadıqda, onun istəyindən asılı olaraq, vəsiqənin etibarlılıq müddəti bu Təlimatın 3.4. bəndində nəzərdə tutulmuş müddətlər hüdudunda uzadıla bilər. Belə halda sürücülük vəsiqəsinin "Xüsusi qeydlər" qrafasında müvafiq qeydlər edilir.
3.5.Sürücülük vəsiqəsinin adı Azərbaycan Respublikasının dövlət dilində və fransız dilində ("Permis de conduire"), vəsiqədə göstərilən məlumatların adı isə azərbaycan və ingilis dillərində yazılır. Başqa məlumatlar isə azərbaycan dilində yazılır. Sürücülük vəsiqəsinin və onun rekvizitlərinin adı rus dilində təkrarlana bilər.

3.6.Sürücülük vəsiqəsinin sahibi ona verilmiş sürücülük vəsiqəsini qorumağa borcludur və onu itirdikdə qanunvericiliklə müəyyən edilmiş qaydada cərimə olunur.

4.Nəqliyyat vasitələri sürücülərinin hazırlanması (ixtisaslarının artırılması) üzrə tədris müəssisələrinin qeydiyyata alınması və onların fəaliyyətinə nəzarət qaydaları.
4.1.Avtomotonəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması ilə məşğul olan bütün tədris müəssisələri BDYPİ-də qeydiyyata alınmalıdır.
4.2.Sürücü kadrlarının hazırlanması və onların ixtisaslarının artırılması məqsədi ilə yeni yaradılmış tədris müəssisələrinin qeydiyyata alınması üçün bu təşkilatlarda həmin müəssisələrin bu fəaliyyət növü ilə məşğul olmasının hüquqi əsasları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il 41 nömrəli Qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında" Əsasnamənin tələblərinə uyğunluğu barədə müvafiq yoxlamalar təşkil edilir. Yoxlama komissiyası, bir qayda olaraq, aşağıdakı tərkibdə yaradılır:
-BDYPİ-nin əməkdaşı (sədr);
-tədris müəssisəsinin və onların baş idarələrinin, eləcə də digər nazirlik və baş idarələrin nümayəndələri (komissiyanın üzvləri).
4.3.Nəqliyyat vasitələri sürücülərinin hazırlanmasının keyfiyyətinə mənfi təsir göstərən səbəblərin araşdırılması və onların aradan qaldırılması məqsədi ilə tədris müəssisələrinin fəaliyyətinin yoxlanılması, bir qayda olaraq, ildə bir dəfə növbəti yoxlamalar əsasında aparılır. Hər il növbəti yoxlamaların aparılması üçün plan müəyyən edilir. Planda yoxlamanın müddəti və digər şərtlər əks olunur. Zəruri hallarda növbədənkənar yoxlamalar da həyata keçirilə bilər.

4.3.1.Yoxlama zamanı tədris müəssisəsinin maddi-texniki bazasının vəziyyəti, sürücülərin müəyyən edilmiş müddətdə hazırlanması və onların ixtisaslarının artırılması proqramlarına və Nazirlər Kabinetinin 41 saylı Qərarı ilə təsdiq olunmuş Əsasnamənin tərəblərinə riayət olunması vəziyyəti, eləcə də mühəndis - pedaqoji işçilərin, istehsalat ustalarının, təlimatçıların bilik səviyyələri müəyyən olunur. Eyni zamanda, göstərilən Əsasnaməyə uyğun keçirilən dərslərin metodiki vasitələrlə təmin olunması və sürmə vərdişi üzrə ilkin təlim avtodromlarının və bağlı meydançaların, yollarda sürmə təlimi keçmək üçün nəzərdə tutulmuş mexaniki nəqliyyat vasitələrinin texniki avadanlıqlaşdırılması vəziyyəti yoxlanılır.

4.3.2.Yollarda sürücülük təlimi keçən təlimatçının təlim nəqliyyat vasitəsinə uyğun azı 5 il sürücülük stajına malik olmasına dair sənədi, habelə sürücülük vəsiqəsi olmalıdır.

4.3.3.Yoxlamanın nəticəsi sərbəst formada tərtib edilmiş aktla sənədləşdirilir. Yoxlamanın nəticələrinə dair akt və aşkar edilmiş nöqsanların aradan qaldırılması barədə iradnamələr, tələbnamələr və göstərişlər müvafiq qərar qəbul edilməsi üçün əsas olan hüquqi sənəddir.
4.4.Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması üçün tədris qruplarında təhsil alanların sayı 10-30 nəfər olmalıdır.

4.4.1.Tədris təşkilatlarında məşğələlərin başlanmasından keçən 15 gün ərzində hər bir tədris qrupu ərazi üzrə QİM-də qeydiyyata alınmalıdır. QİM-ə daxil olan bu Təlimata 3 saylı əlavəyə uyğun formada hər bir tədris qrupunun siyahısı qeydiyyata alındıqdan sonra 7 gün müddətində BDYPİ-nin Respublika Qeydiyyat-İmtahan Şöbəsinə göndərilməlidir.
4.5.Maddi-texniki bazası qeyd olunan Əsasnamənin tələblərinə cavab verməyən, eləcə də BDYPİ-nin təqdimatlarından nəticə çıxarmayan tədris təşkilatının qrupları QİM-də qeydiyyata alınmır. Bu haqda tədris təşkilatına və onun baş idarəsinə yazılı məlumat göndərilir. Təşkilatın tədris qrupları yalnız aktda göstərilən nöqsanlar aradan qaldırıldıqdan və bu Təlimatın 4.1.-4.3. bəndlərində göstərilmiş qaydaların tələbləri yerinə yetirildikdən sonra təkrar qeydiyyata alına bilərlər.
5.İmtahanların qəbulu və sürücülük vəsiqələrinin verilməsi qaydaları
5.1.Sürücülük vəsiqəsi almaq istəyən hər bir şəxs yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları verməlidir.

5.1.1.İmtahanlar əvvəlcə nəzəri, sonra isə təcrübi ardıcıllığı üzrə aparılır. Nəzəri imtahanı verməmiş şəxslər, təcrübi imtahana buraxılmırlar. Nəzəri və təcrübi imtahanların qəbulu bu Təlimata 7 və 8 saylı əlavələrə uyğun aparılır.
5.2.Nəzəri və təcrübi imtahanlar QİM-də təşkil olunmuş imtahan komissiyası tərəfindən qəbul edilir. QİM-də imtahanlar tədris müəssisələri üzrə imtahan komissiyasının müəyyən etdiyi günlərdə qəbul edilir.

5.3.Nəzəri və təcrübi imtahanları qəbul edən imtahan komissiyası iki və daha çox nəfərdən ibarət olmalıdır.
Komissiyanın heyəti QİM-in rəisi tərəfindən təyin edilir və aşağıdakı tərkibdə olur:
-sədr-qeydiyyat-imtahan şöbəsinin (bölməsinin, qrupunun) əməkdaşı;
-üzvlər-tədris, avtonəqliyyat müəssisələrinin, hərbi komissarlığın və digər aidiyyəti təşkilatların nümayəndələri.

5.4.İmtahan komissiyası üzvləri yol hərəkəti qaydalarını və imitahanın qəbul edilmə qaydalarını bilməli, eləcə də həmin şəxslərin:
-avtomobil ixtisası üzrə ali, və ya orta texniki təhsili;
-imtahan qəbul olunan kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi olmalıdır.

5.5.Tədris müəssisələrinin müdavimləri QİM-ə aşağıdakı sənədləri təqdim edirlər:
-bu Təlimatın 2.10. və 2.11. bəndlərində göstərilmiş şəxslər istisna olmaqla, müvafiq kateqoriyaya aid nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə təhsil planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçməsi barədə şəhadətnamə;
-bu Təlimatın 2.10. bəndlərində göstərilən şəxslər üçün, diplomun surəti, semestr-imtahan cədvəllərindən çıxarış, ya da diploma əlavə;
-müvafiq kateqoriya üzrə imtahanlara müstəqil hazırlaşmış şəxslər üçün, onların BDYPİ-də qeydiyyata götürülməsi barədə sənəd;
-müvafiq kateqoriyalı nəqliyyat vasitəsinin idarə edilməsinə yararlılığı barədə tibbi arayış;
-imtahan və sürücülük vəsiqəsi verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş ödənc, rüsum və ya haqqın ödənilməsi barədə qəbzlər;
-Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində xarici vətəndaşın qeydiyyata alınması haqqında vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi).

5.6.Sürücülük vəsiqəsi yol hərəkətinin qaydalarına dair nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə QİM tərəfindən müvafiq qaydada verilir.

5.7.Nəqliyyat vasitələrinin idarə edilməsi üçün tədris müəssisələrində hazırlıq keçmiş şəxslər, təkrar nəzəri və təcrübi imtahanlara 7 gündən tez buraxılmamalıdırlar.

5.8.Bu Təlimatın 2.10.maddəsinin tələblərinə uyğun olaraq, imtahanlara buraxılmış şəxslərdən təkrar imtahanlar 20 gün keçdikdən sonra qəbul olunmalıdır.

5.9.Yol hərəkəti qaydaları və sürmə təlimi haqqında imtahanların nəticəsi imtahanların qəbulunda iştirak etmiş imtahan komissiyasının bütün üzvləri tərəfindən imzalanır və bu Təlimatın 4 saylı əlavəsinə uyğun formada protokolla sənədləşdirilir.

5.10.Sürücülük vəsiqələrinin düzgün tərtib olunması və verilməsinin əsaslılığı imtahan komissiyasının sədri tərəfindən yoxlanılır, onun imzası və QİM-in möhürü ilə təsdiq edilir. Verilən sürücülük vəsiqələri bu Təlimata 5 saylı əlavəyə uyğun formada reyestrdə qeydiyyata alınır.
6.Sürücülük vəsiqələrinin dəyişdirilməsi, itirildikdə əvəzinə yeni vəsiqələrin verilməsi qaydaları.
6.1.Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı hallar əsas sayılır:
-etibarlılıq müddətinin qurtarması;
-sahibinin soyadı, adı və atasının adının dəyişdirilməsi;
-yazılarında dəqiqsizlik müəyyən edilməsi;
-yararsız hala düşməsi;
-itirilməsi;
-yeni nümunəli vəsiqələrin tətbiqi nəticəsində ölkədə sürücülük vəsiqələrinin dəyişdirilməsi.
6.2.Sürücülük vəsiqəsinin dəyişdirilməsi vəsiqə sahibinin bu Təlimata 6 saylı əlavəyə uyğun formada ərizəsi, müvafiq kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsinə yararlılığı barədə tibbi arayış və şəxsiyyəti təsdiq edən sənəd əsasında QİM-də imtahansız, əvvəllər malik olduğu kateqoriyalar saxlanılmaqla bir gün ərzində həyata keçirilir. Bu hal Azərbaycan Respublikası vətəndaşlarının keçmiş SSRİ nümunəli sürücülük vəsiqələrinə də şamil edilir.

6.3.Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş məbləğdə haqq ödənilir. Bu Təlimatın 6.1. bəndinin dördüncü abzasında nəzərdə tutulan hallarda sürücülük vəsiqəsi sahibi tərəfindən haqq ödənilmədən BDYPİ-nin hesabına dəyişdirilir.

6.4.Sürücülük vəsiqəsi itirildikdə yenisi vəsiqə sahibinin yazılı ərizəsində qeydiyyatda olduğu rayon /şəhər/ DYP xidmətlərinin müvafiq qeydləri və tibbi arayış əsasında verilir. Zəruri hallarda isə tədris müəssisəsini qurtarması haqqında şəhadətnamə və ya itirilən sürücülük vəsiqəsini vermiş QİM-in təsdiqedici sənədi təqdim edilməsi tələb oluna bilər.

6.5.Sürücülük vəsiqəsi itirildikdə onun sahibinə bu Təlimatın 3.4. bəndində nəzərdə tutulmuş müddətə müvafiq vəsiqə verilir.

6.5.1.Zəruri hallarda (sorğuya cavab almaq üçün göndəriş yolladıqda, vəsiqənin itməsi ilə əlaqədar bir sıra hallar araşdırıldıqda) müvəqqəti sürücülük vəsiqəsi 1 il müddətinə qədər də verilə bilər.
6.6.Köhnə və ya itirilmiş sürücülük vəsiqələrinin əvəzinə yenisi verildikdə, bu vəsiqədə əvvəlki sürücülük vəsiqəsinin seriyası, nömrəsi və verilmə tarixi göstərilməlidir.

6.7.Yeni sürücülük vəsiqələri alan şəxslərin əvvəllər verilmiş sürücülük vəsiqələri aşkar olunarsa, bu sənədlər etibarsız sayılmalı və ləğv edilməsi üçün QİM-ə göndərilməlidir.

6.8.1977-ci il sentyabrın 1-nə kimi verilmiş I və II dərəcəli sürücülük ixtisaslarının şəhadətnamələri (ixtisas talonları) olan peşəkar sürücülərin (3-cü dərəcəli) köhnə nümunədən olan sürücülük vəsiqələri, yol hərəkəti qaydaları üzrə nəzəri, təcrübi imtahanları verməklə, yeni sürücülük vəsiqələrinə "BCE", "BCD" ya da "BCDE" kateqoriyalarına dəyişdirilməlidir.

6.9.Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən beynəlxalq standartlara uyğun verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqələri də Azərbaycan Respublikasının ərazisində vəsiqənin etibarlılıq müddətinə 1 ildən çox olmayaraq qüvvədədir.
Azərbaycan Respublikası ərazisində daimi və ya müvəqqəti yaşayan xarici ölkə vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə sürücülük vəsiqəsi ümumi əsaslarla verilir.
Respublika ərazisində müvəqqəti yaşayan əcnəbi şəxslərin, habelə əvvəllər xarici ölkələrdə yaşamış və sonradan Azərbaycan Respublikasına köçüb gəlmiş şəxslərin malik olduğu milli və ya beynəlxalq sürücülük vəsiqəsinin notarial qaydada təsdiq olunmuş tərcüməsi sürücülük vəsiqəsinin alınması üçün əsas götürülə bilər. Belə şəxslərə sürücülük vəsiqəsi onlar tibbi müayinədən keçdikdən, nəzəri bilik səviyyəsi və sürmə vərdişləri yoxlanıldıqdan sonra əvvəllər malik olduqları kateqoriyalar üzrə müvafiq qaydada verilə bilər.

Qeyd: 1.Xarici ölkələrin diplomatik, səfirlik və konsulluq nümayəndəlikləri-nin, beynəlxalq təşkilatların, akkreditə olunmuş mətbuat orqanlarının əməkdaşlarının və bunlara bərabər tutulan digər şəxslərin qüvvədə olan milli və ya beynəlxalq sürücülük vəsiqəsi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin vasitəçiliyi ilə vəsiqə sahibləri tibbi müayinədən keçmədən və müvafiq imtahanlara cəlb edilmədən dəyişdirilir.
Təlimatın bu bəndində göstərilən şəxslərə sürücülük vəsiqəsi "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin V hissəsində müəyyən olunmuş etibarlılıq müddətləri hüdudlarında verilir. Lakin sürücülük vəsiqəsinin Respublika ərazisində qüvvədəolma müddəti onun sahibinin Azərbaycan Respublikasında qeydiyyata alınma müddətindən çox olmamalıdır. Şəxslərin istəyindən asılı olaraq onların xarici sürücülük vəsiqəsi özlərinə qaytarıla bilər.

6.10.Bu Təlimatın 6.9-cu bəndində göstərilən şəxslərin sürücülük vəsiqəsi müəyyən şübhə doğurduqda QİM tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "İnterpol" Milli Mərkəzi Bürosu, Xarici İşlər Nazirliyinin səfirlik və konsulluq xidmətləri və qanunvericiliklə nəzərdə tutulmuş digər orqanlar vasitəsilə müvafiq sorğular edilə bilər. Təlimatın 6.9.-cu bəndinin "Qeyd" hissəsində göstərilən şəxslər barəsində müvafiq sorğular yalnız Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə verilə bilər. Vəsiqə sahibinə sorğuya cavab alınan müddətədək müvəqqəti sürücülük vəsiqəsi verilir. Müvafiq cavab alındıqdan sonra sürücülük vəsiqəsinin qəti verilməsi barədə mövcud qanunvericiliyə uyğun şəkildə qərar qəbul edilir.

6.11.QİM tərəfindən verilən sürücülük vəsiqələrinin mərkəzləşdirilmiş uçotu aparılır.
Verilmiş sürücülük vəsiqələrinin uçot reyestri aparılır. İmtahanların qəbulu və sürücülük vəsiqələrinin verilməsi kompüter vasitəsilə birbaşa üsulla həyata keçirildikdə, müvafiq protokol və reyestr də kompüterdən çıxarış vasitəsilə rəsmiləşdirilir və sürücülük vəsiqəsinin alınması barədə onun sahibinin vəsiqənin özündəki imzası əsas götürülür.

7.Sürücülük sənədlərinin və digər materialların hazırlanması, təchizatı və saxlanılması qaydaları.
7.1.Sürücülük vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə əsas olan sənədlər, tədris qrup və kurslarında təhsil alan şəxslərin siyahısı və tibb komissiyasının rəyi ilə nəqliyyat vasitələrini idarə etməkdən kənar edilmiş şəxslərin sürücülük vəsiqəsi, əvəzinə yenisi verilmiş və ya sonradan tapılıb QİM-ə daxil olmuş, eləcə də sürücülük hüququndan məhrum olunma müddəti bitmiş tələb olunmayan sürücülük vəsiqələri arxiv sənədləri kimi 2 il müddətində, imtahan komissiyasının protokolları 10 il, sürücülük vəsiqəsinin verilməsinə aid reyestr isə 60 il saxlanılır.

7.2.Arxiv sənədləri saxlama müddəti keçdikdən sonra QİM-də müvafiq qaydada akt tərtib edilməklə ləğv edilir.

7.3.Bu Təlimata 1 saylı əlavədə nəzərdə tutulan blanklar BDYPİ-nin sifarişi əsasında hazırlanır.

7.4.Tibbi arayış və təhsil müəssisəsini qurtarmaq barədə şəhadətğnamə, bütün məlumat qrafaları doldurulduqdan sonra sürücülük vəsiqəsi ilə birlikdə sürücülərə qaytarılır.

7.5.Sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən bu Təlimat ilə nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlərin tələb edilməsi qadağandır.

7.6.Sürücülük vəsiqəsinin sahibi vəsiqənin alınması zamanı süründürməçiliyə yol verilməsindən və ya ondan imtina olunmasından şikayət edə bilər.

7.7. Bu Təlimat Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.
sur_tel_elaveler.pdf
Təlimata 8 saylı əlavə TƏCRÜBİ İMTAHANIN KEÇİRİLMƏ METODİKASI
1.Nəqliyyat vasitəsi və onun avadanlığı
1.1.Sürücülüyə namizəddən təcrübi imtahan müvafiq kateqoriyaya uyğun olan nəqliyyat vasitəsində qəbul edilir.

1.1.1.A - motonəqliyyat vasitəsində.

1.1.2.B - minik avtomobilində.

1.1.3.C - tam kütləsi 3500 kq-dan artıq olan yük avtomobillində.

1.1.4.D - tutumu ən azı 20 oturacaq yeri və uzunluğu ən azı 6,5 m olan avtobusda. Hərbi qulluqçulardan isə digər tutumlu avtobuslarda da aparıla bilər.

1.1.5.E dərəcəsi üzrə:

1.1.5.1.E - tərkibində C dərəcəli nəqliyyat dartqısı və ona qoşulmuş ən azı iki oxu və aralarındakı məsafə 1 m-dən çox olan yarımqoşqusu və yaxud qoşqusu olan nəqliyyat vasitəsində, D dərəcəli nəqliyyat vasitələrində isə qoşqulu avtobusda.

1.1.5.2.E - hərəkət tərkibində B dərəcəli nəqliyyat dartqısı və ona qoşulmuş tam kütləsi 750 kq-dan 3.500 -kq-dək olan qoşqu və ya yarımqoşqu.

1.2.Təcrübi imtahanın qəbulu üçün nəzərdə tutulmuş avtomobillər əlavə ilişmə muftası (avtomatik transmissiyalı nəqliyyat vasitələrindən başqa) və tormoz ayaq altlıqları ilə, eləcə də sağ arxanı döstərən güzgü ilə avadanlıqlaşdırılmalıdır.

2.Avtomobildə imtahan qəbul edilməsinin təşkili

2.1.Avtomobilin idarə edilməsi barədə təcrübi imtahan xüsusi meydançada, avtodromda və ya sınaq marşrutlarında qəbul edilir.

2.1.1.Avtodrom və ya bağlı meydançanın ərazisinin örtüyü möhkəm olmalı, onlar digər nəqliyyat vasitələrinin hərəkətindən ayrılmalı və imtahan qəbul edilməsi üçün müvafiq vasitələrlə təchiz edilməlidir.
İmtahanın birinci mərhələsində təcrid edilmiş ərazidə sürücülüyə namizədin sürmə təlimi elementlərini yerinə yetirmə bacarığı və vərdişi yoxlanılır.

2.1.2.B, C, D dərəcələri üzrə təcrübi imtahan üçün istifadə edilən ərazinin mütləq aşağıda göstərilən quruluşları olmalıdır:

2.1.2.1.Yoxuş sahəsi (maillik 16%-dən aşağı olmayaraq).

2.1.2.2.Hərəkət hissəsinin geriyə dönmək üçün eni məhdudlaşdırılmış sahəsi.

2.1.2.3.Avtomobilin geriyə dayanacaq yerinə verilməsi üçün qutu (boks).

Avtodromun, yaxud bağlı meydançanın ölçüləri və onlardakı element quruluşları, imtahan qəbul edilməsi üçün nəzərdə tutulmuş avtomobillərin ölçülərindən asılı olaraq müəyyən edilir.
2.1.3.Daimi avtodrom, yaxud da bağlı meydança olmadıqda, başqa ərazidən də istifadə edilə bilər. Bu halda onların element quruluşları daşına bilən vasitələrin köməyi ilə tərtib olunmalıdır.

2.1.3.1.Minik avtomobillərinin hərəkət hissəsinin geriyə dönmək üçün eni məhdudlaşdırılmış sahəsinin və avtomobillərin geriyə dayanacaq yerinə verilməsi üçün boksun elementləri 1,2 m hündürlüyündən, davamlı özülü olan, yuxarılarında bayraqlar asılmış və qara - ağ rəngli dayaqlar ilə təchiz edilir.
Yük avtomobilləri üçün isə belə elementlər, aralarında tarıma çəkilmiş tros və onlara rəngli bayraqlar bağlanmış dayaqlarla təchiz edilir.
Tarıma çəkilmiş trosun hündürlüyü, avtomobilin yük platformasının hündürlüyünə uyğun gəlməlidir.
2.1.3.2.Bütün tip avtomobillər üçün nəzərdə tutulmuş yoxuşlu sahə elementi, kifayət qədər davamlılığı olan və onun üzərindən keçərkən hərəkətin təhlükəsizliyini təmin edən estakada kimi də düzəldilə bilər.

2.1.4.Vaxt itkisinə yol verməmək məqsədi ilə bağlı meydançalarda elementlərin yerləşdirilməsi onlarda eyni zamanda iki və daha çox avtomobildə imtahanların qəbulu mümkün olduqda məqsədəuyğun hesab edilir. Hərəkət yol nişanlarının və nişanlanma xətlərinin köməyi ilə təşkil olunur.
Sürücülüyə namizədi əvvəlcədən tanış etmək üçün sınaq elementləri göstərilməklə bağlı meydançanın hərəkət sxemi tablosu tədris müəssisələrində yaxşı görünən yerdə asılmalıdır.
2.2.Sınaq marşrutlarında hərəkətin sıx olduğu şəraitdə;

2.2.1.Aşağıda göstərilən şəraitlərdə sürücülüyə namizədin bilik və vərdişlərinin sınaq marşrutunda yoxlanılması mütləq qaydada aparılmalıdır:

2.2.1.1.Yol hərəkəti haqqında Qanunun 4 saylı əlavəsinə uyğun 2.4. yol verin, yaxud 2.5. dayanmadan keçmək qadağandır nişanlarının təsir zonalarında yol ayrıcından keçmək.

2.2.1.2.Xəbərdaredici, istiqamətverici və sürücüyə məlumat verən digər nişanları olan yol sahəsindən keçmək.

2.2.1.3.Svetoforla nizamlanan, yaxud nizamlanmayan yol ayrıcından keçmək.

2.2.1.4.İki dəfə sola dönmənin, yaxud da bir dəfə geriyə dönmənin yerinə yetirilməsi.
2.2.1.5.İki dəfə sağa dönmənin yerinə yetirilməsi.

2.2.1.6.Bir istiqamətdə hərəkət üçün iki və daha çox zolağı olan yolla hərəkət.
2.2.2.QİM üçün sınaq marşrutlarının, xidmət göstərilən əhalinin sayından, küçə yol şəbəkəsinin vəziyyəti və uzunluğundan asılı olaraq müəyyən edilir.

Marşrutların sayının:
əhalinin miqdarı 500 000 və daha çox olan şəhərlərdə 5-dən 10-a qədər, digər yaşayış məntəqələrində isə 3-dən 5-ə qədər olması tövsiyyə edilir.
Qeyd: E kateqoriyalı nəqliyyat vasitəsində sürmə üzrə birinci mərhələdə təcrübi imtahanın qəbul edilməsi üçün ərazi müvafiq mürəkkəb elementlərlə ölçüsündən asılı olaraq təchiz edilir.
2.2.3.Hər bir imtahan verən üçün marşrutun uzunluğunun, 2.2.1.1. -2.2.1.6. bəndlərində göstərilmiş elementlər də daxil olmaqla, 1,5-dən 4-km-ə qədər olması tövsiyyə edilir.

2.2.4.Sınaq marşrutu, marşrut xəritəsi (marşrut sxemi) 200x300 mm formatda tərtib edilir. Hər bir marşruta sıra nömrəsi verilir.
İmtahan verənləri vaxtlı vaxtında dəyişmək və vaxta qənaət etmək məqsədilə hər bir marşrutda imtahanı bir yerdən başlayıb həmin yerdə də qurtarması məqsədəuyğun sayılır (məsələn, imtahan məntəqəsində).
Əgər marşrutlar bir-birinin ardınca seçilibsə, onda birincinin başlanğıcı və axırıncının qurtaracağı eyni yer olmalıdır.
Vaxtaşırı dəyişilməsi üçün sınaq marşrutlarının ehtiyat variantlarının olması məqsədəuyğun hesab edilir.
İmtahanın ikinci mərhələsi başlanmazdan əvvəl imtahan qəbul edən təsadüfü seçmə üsulu ilə sürücülüyə namizədi sınaq marşrutundan hərəkət etmək üçün onu marşrut kartalarının biri ilə tanış edir.

2.3.Sürücülüyə namizədn tərəfindən onun istədiyi dərəcəyə malik nəqliyyat vasitəsini idarə etməsi bacarığının müəyyən edilməsi üçün imtahanın müddəti kifayət qədər olmalıdır.

2.4.İmtahanın birinci mərhələsində elementlərin yerinə yetirilməsinə nəzarəti imtahanı qəbul edən əməkdaş vizual, yaxud da texniki vasitələrin köməyi ilə həyata keçirir. Bu halda o, imtahan avtomobillərində, yaxud da ondan kənarda ola və nəzarət texniki vasitələrindən istifadə edə bilər.

3.İmtahanın məzmunu

Sürücülüyə namizədin hazırlığını müəyyən etmək üçün, onlar tərəfindən aşağıdakı elementlərin yerinə yetirilməsi nəzərə alınır:

3.1.Avtodromda:

3.1.1.Yoxuşda yerindən tərpənmə: - avtomobili yoxuşda saxlamalı, sonra hərəkəti davam etdirməli. /bu halda avtomobil yerindən səlis tərpənməli, mühərrik sönməməli və avtomobil 20 sm-dən çox arxaya getməməlidir/.

3.1.2.Hərəkət hissəsinin eni məhdudlaşdırılmış yerdə geriyə dönmə /ölçüləri məhdudlaşdırılmış yol sahəsində sürətlər qutusunun arxa ötürücüsünü işə salmaqla bir dəfədən geri dönmə/.
Geriyə verilərkən avtomobil elə dayandırılmalıdır ki, onun xarici konturu işarə edilmiş boksun daxilində olsun (bağlı meydança və hərəkət sxeminin nümunəsi bu Metodikaya 1 saylı əlavəyə uyğun olmalıdır).
Bu element yerinə yetirilərkən boksdan olan yan minimal məsafə imtahan qəbul edilən avtomobilin dönmə radiusunun xarici qabaritindən 1,5 dəfə az olmalıdır.
3.2.Sınaq marşrutunda:

3.2.1.Hərəkətin başlanılması;

3.2.1.1.Hərəkətin başlanmasına hazırlıq, digər hərəkət iştirakçılarına münasibətdə diqqətli olmaq.

3.2.1.2.Xəbərdaredici siqnalların yandırılması və vaxtında verilməsi.

3.2.1.3.Arxaya baxış gızgüsündən istifadə edilməsi.

3.2.1.4.Nəqliyyat vasitəsinin yerindən mükəmməl tərpədilməsi.

3.2.1.5.Sürət artırılması və ötürücüyə keçirmə.

3.2.1.6.Düzünə hərəkət.

3.2.1.7.Yolun hərəkət hissəsində düzgün yerləşmə.
3.2.2.Lazımi hərəkət sürətinə riayət olunması;

3.2.2.1.Nəqliyyat vasitələrinin arasında ara və yan məsafələrin seçilməsi.
3.2.3.Bir istiqamətdə iki və daha çox hərəkət zolağı olan yolda manevr etmə:

3.2.3.1.Xəbərdaredici siqnalların vaxtında verilməsi.

3.2.3.2.Dayanmış nəqliyyat vasitələrinin, o cümlədən ictimai nəqliyyatın və digər maneələrin yanından düzgün ötmə.

3.2.3.3.Bir zolaqdan digərinə yerdəyişmənin düzgün icra edilməsi.

3.2.3.4.Hərəkət iştirakçılarında siqnallara qarşı lazımi reaksiya.
3.2.4.Nizamlanan yol ayrıcından keçirməsi:

3.2.4.1.Yol ayrıcına yaxınlaşarkən yol şəraitində qiymət verilməsi. Lazım gəldikdə xəbərdaredici siqnalların verilməsi.

3.2.4.2.Nəqliyyat vasitəsinin yol ayrıcının qarşısında düzgün dayandırılması.

3.2.4.3.Dayandıqdan sonra nəqliyyat vasitəsinin yerindən mükəmməl tərpədilməsi.

3.2.4.4.Svetoforun siqnallarına və ya yol polisi əməkdaşının işarələrinə əməl olunması.
3.2.5.Nizamlanmayan yol ayırıcını keçmək:

3.2.5.1.Yol ayırıcına yaxınlaşarkən, yol nişanlanma xəttlərinin tələbləri, digər hərəkət iştirakçılarının işarələri nəzərə alınmaqla onlara qiymət verilməsi.

3.2.5.2.Hərəkətə üstünlük verilən hallarda onlara əməl edilməsi.

3.2.5.3.Yol ayırıcına yaxınlaşdıqda hərəkət sürəti və piyada keçidini keçmə.
3.2.6.Dönmənin (geriyə dönmənin) icrası:

3.2.6.1.Döngəyə düzgün daxil olunması.

3.2.6.2.Mükəmməllik, sürət və hərəkət trayektoriyası nəzərə alınmaqla döngədən çıxma.
3.2.7.Ötmə:

3.2.7.1.Ötmədən əvvəl yol nişanlarının, nişanlanma xətlərinin tələblərini və hərəkətin digər iştirakçılarının davranışlarını nəzərə alaraq, yol şəraitinin qiymətləndirilməsi.

3.2.7.2.Xəbərdardılq siqnallarının vaxtında verilməsi.

3.2.7.3.Konkret şəraitindən asılı olaraq ötmə vaxtı sürət rejimi.

3.2.7.4.Hərəkətin təhlükəsizliyini təmin etmək şərti ilə ötmə əməliyyatının başlanğıcı və qurtarma trayektoriyası.
3.2.8.Dayanma:

3.2.8.1.Xəbərdarlıq siqnalının verilməsi və düzgün yerdəyişmə.

3.2.8.2.Hərəkət sürətinin mükəmməl olaraq azaldılması.

3.2.8.3.Yolun hərəkət hissəsində (kənarda) dayanarkən nəqliyyat vasitəsinin düzgün yerləşdirilməsi.
4.Sürücülüyə namizədin hazırlığının qiymətləndirilməsi
4.1.İmtahanın yekunu üzrə imtahan qəbul edən müfəttiş, yol verilmiş səhvlər və qiymət barədə sürücülüyə namizədə məlumat verməlidir.

4.2.Sürücülüyə namizəd imtahan elementlərinin hər hansı birinin icrasından imtina edərsə və yaxud da qəza şəraiti yaratmaqla imtahan qəbul edən müfəttişi imtahanın gedişinə qarışmağa vadar edərsə o, qeyri-məqbul qiymət alır.

4.3.İnformasiya kommunikasiya texnologiyaları ilə təchiz edilmiş avtodromlarda sürücülüyə namizədlərdən təcrübi imtahanın qəbul edilməsi və onların sürmə vərdişlərinin qiymətləndirilməsi bu Metodikaya 2 saylı əlavədə göstərilən qaydada həyata keçirilir.
5.Motosikldə imtahan qəbul etmənin təşkili və tələbləri
5.1.İdarəetmə vərdişi, bir qayda olaraq, bir nəfərlik motosikletdə və ya motorollerdə yoxlanılır.

5.2.Sürmə vərdişinin yoxlanılması xüsusi meydançada bu metodikaya 3 saylı əlavəyə uyğun sxem üzrə aparılır.

5.3.Sürücülüyə namizəd aşağıda göstərilən manevrləri yerinə yetirməyi bacarmalıdır:

5.3.1.Düzünə hərəkət etməklə sürətlər qutusunu aşağıdan yuxarı və yuxarıdan aşağı ötürməyə keçirmək.

5.3.2.Ayaqları ayaq altlığından götürməməklə ən aşağı sürətlə idarə etmək.

5.3.3.Kiçik radiuslu döngənin və geri dönmənin icrası (qabarit dairə, ilanvari, səkkizvari).
5.4.Əgər imtahan verən şəxs dairə yaxud ilanvari yaxud da səkkizvari hərəkəti yerinə yetirə bilmirsə imtahan dayandırılır.

5.5.Motosikleti idarə edərkən aşağıdakı hərəkətlər üzrə bir və ya iki səhvə yol verildikdə qeyri-məqbul qiymət verilir.

5.5.1.Dairə və ya ilanvari və yaxud səkkizvari hərəkəti yerinə yetirərkən yol örtüyünə toxunma.

5.5.2.Dayanarkən və mühərrik işləyərkən ötürməni ayıra bilməmək.
metodikaya_elaveler.pdf
yollardan qum və çınqıl çıxarılması;

5) xüsusi olaraq buna uyğunlaşdırılmamış körpülərin altından taxta-şalban axıdılması;

6) mal-qaranın otarılması, habelə onların yolun müəyyən edilməmiş və uyğunlaşdırılmamış yerlərindən keçirilməsi;

7) üzən nəqliyyat vasitələrinin körpü dayaqlarına yan alması, körpülərin altında qayıq stansiyalarının, digər qurğuların yerləşdirilməsi;

8) torpaqların şumlanması, yaşıllığın qırılması;

9) kütləvi istirahət yerlərinin təşkil edilməsi;

10) kanalizasiya, sənaye və çirkli suların axıtması;

11) yolu və təhkim zolağını zibilləyə bilən materialların və yüklərin müvafiq qaydada qablaşdırılmadan aparılması;

12) müəyyənləşdirilməmiş yerlərdə yola girmə və yoldan çıxma.

V. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmadan avtomobil yollarında və nəzarət edilən zonalarda aşağıdakılar qadağandır:

1) yolun hərəkət hissəsində və ya səkilərdə materialların yığılması və predmetlərin saxlanılması (səkilərdə materialların və ya predmetlərin saxlanılması nəticəsində yaranmış məhdudiyyətlərin piyadaların gediş-gəlişi üçün yolun hərəkət hissəsindən istifadə etməsinə səbəb olmadığı hallar istisna olmaqla);

2) geoloji, axtarış, tikinti, meliorasiya işlərinin aparılması, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsi;

3) daimi və müvəqqəti giriş-çıxış yerlərinin, başqa yollarla birləşmələrin və kəsişmələrin yaradılması;

4) yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsi;

5) təhkim zolağında hərəkət təhlükəsizliyinə aid olmayan nişanların və göstəricilərin, reklam lövhələrinin və transparantların qurulması;

6) dəmiryol keçidlərinin, bəndlərin, şlüzlərin, nohurların, digər meliorasiya və hidrotexniki qurğuların tikintisi, yenidən qurulması, təmiri və ləğvi, çayların və kanalların yatağının dərinləşdirilməsi;'

7) bərk örtüklü yollarda avtomobillərin, traktorların, digər özügedən və qoşqulu nəqliyyat vasitələrinin zavod sınaqlarının keçirilməsi;

8) təhkim zolağında nəqliyyat vasitələrinin durması və yuyulması üçün meydançaların, servis obyektlərinin, köşklərin, pavilyonların, digər qurğuların yerləşdirilməsi və ticarət aparılması;

9) yarışların, məşqlərin və digər idman tədbirlərinin keçirilməsi (krosslar, avtomotoyarışlar, digər kütləvi tədbirlər).

VI. Tırtıllı, uzun ölçülü, iri qabaritli, ağır çəkili və ya təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti bu Qanunun 10-cu maddəsinin ikinci hissəsində göstərilən hüquqi və ya fiziki şəxslər ilə razılaşdırılmalıdır. Tırtıllı, uzun ölçülü, iri qabaritli, ağır çəkili və ya təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin avtomobil yollarından istifadə qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Tırtıllı, uzun ölçülü, iri qabaritli, ağır çəkili və ya təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəydikdə, onların sahibləri bu zərəri ödəməyə borcludurlar.

VII. Bu maddədə sadalanan qadağanlar və məhdudiyyətlər bu Qanunun 10-cu maddəsinin ikinci hissəsində göstərilmiş hüquqi və ya fiziki şəxslər tərəfindən avtomobil yollarının saxlanılması, abadlaşdırılması və avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılması üçün görülən işlərə şamil edilmir.

VIII. Avtomobil yollarından istifadə olunması zamanı yol hərəkəti təhlükəsizliyinin bu maddədə göstərilmiş tələblərini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 12. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi
I. Yol hərəkəti yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər:

1) yollarda təmir və ya abadlaşdırma işləri görüldükdə;
2) təbii fəlakət, qəza və ya digər fövqəladə hadisə baş verdikdə;
3) yol hərəkətinin təhlükəsizliyi, insanların həyatı və ya əmlakı üçün təhlükə yarandıqda;
4) hava-iqlim şəraiti xeyli pisləşdikdə;
5) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda kütləvi tədbirlər həyata keçirildikdə.

II. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərar, yolun mənsubiyyətindən asılı olaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları və ya özəl yolun sahibi tərəfindən qəbul edilir. Yol şəraiti hərəkət üçün ciddi təhlükə yaradarsa, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə nəzarəti həyata keçirən orqan yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərarın qəbul edilməsi barədə göstəriş verə bilər. Qərar olmadan, yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi, yalnız fövqəladə hadisələr, habelə qəza təhlükəsinin aradan qaldırılması ilə bağlı işlərin görülməsi zərurəti ilə əlaqədar hallarda mümkündür.

III. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərarda yol hərəkətinin məhdudlaşdırılmasının və ya qadağan edilməsinin yeri, səbəbi, vaxtı və şərtləri, qəbul olunan qərar barədə yol hərəkəti iştirakçılarına məlumat verilməsi qaydası, yol hərəkətinin təhlükəsizliyi tədbirləri və işlərin yerinə yetirilməsi müddətləri, zəruri işlərin icrasına cavabdeh olan şəxslər göstərilir.

IV. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərar təxirəsalınmadan dövlət orqanlarının və əhalinin nəzərinə çatdırılmalıdır. Qərarda göstərilmiş zəruri işlərin icrasına cavabdeh olan şəxslər yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə nəzarəti həyata keçirən orqanla birlikdə zəruri, o cümlədən dolayı yol ilə yol hərəkətinin təşkil edilməsinə dair tədbirləri həyata keçirməlidirlər.

V. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi zamanı, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi şərtilə, yalnız bu Qanunda nəzərdə tutulmuş xüsusi işarələrdən, fərqləndirici nişanlardan, svetoforlardan və digər texniki vasitələrdən istifadə olunmalıdır.

VI. Yollara xidmət edən yol təsərrüfatı müəssisələri, fövqəladə hallar istisna olmaqla, avtomobil yollarında hərəkətin müvəqqəti məhdudlaşdırılmasının və ya qadağan edilməsinin planlaşdırılması, habelə bunun üçün müəyyən olunmuş müddətlər haqqında yol istifadəçilərinə qabaqcadan xəbər verməlidirlər. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılmasının və ya qadağan edilməsinin hər bir halında yollara xidmət edən yol təsərrüfatı müəssisələri yol hərəkətinin müəyyən olunmuş müddətdə təcili bərpası üçün zəruri tədbirlər həyata keçirməlidirlər.

VII. Bu maddənin müddəalarını, habelə yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qəbul olunmuş qərarla müəyyənləşdirilmiş göstərişləri və ya qadağan edilməsi müddətlərini pozan və ya özbaşına yol hərəkətini müvəqqəti məhdudlaşdıran və ya qadağan edən təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyət daşıyırlar.
Maddə 13. Küçələrin, meydanların və ya dəmiryol keçidlərinin tikilməsi, saxlanılması və istifadə olunması zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi
Avtomobil yolları küçələrdən meydanlardan və ya dəmiryol keçidlərindən keçirsə, avtomobil yollarının tikilməsi, saxlanılması və istifadə olunması zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə, habelə avtomobil yollarında hərəkətin müvəqqəti məhdudlaşdırılmasına və ya qadağan edilməsinə dair bu Qanunun 9-12-ci maddələrində nəzərdə tutulmuş müddəalar eyni dərəcədə həmin küçələrin, meydanların və ya dəmiryol keçidlərinin tikilməsinə, saxlanılmasına və istifadə olunmasına, habelə küçələrdə, meydanlarda və ya dəmiryol keçidlərində hərəkətin müvəqqəti məhdudlaşdırılmasına və ya qadağan edilməsinə də şamil olunur.
Maddə 14. Nəqliyyat vasitələrinin yol hərəkətində iştirak etməyə buraxılması
Azərbaycan Respublikasında qüvvədə olan vahid beynəlxalq texniki göstərişlərə, yol hərəkətinin təhlükəsizliyi normativlərinə və standartlarına uyğun gələn, bu tələblərə uyğunluğu barəsində sertifikatı olan, qeydiyyatdan, dövlət texniki baxışından keçmiş nəqliyyat vasitələri Azərbaycan Respublikası ərazisində yol hərəkətində iştiraka buraxılırlar.
Maddə 15. Yol hərəkətinin nizama salınması
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün yol hərəkətinin vahid qaydaları müəyyənləşdirilir. Yol hərəkəti Qaydaları bu Qanunla təsbit olunur və Azərbaycan Respublikasının ərazisində olan bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikasında yol hərəkətinin xüsusiyyətlərini müəyyənləşdirən digər normativ-hüquqi aktlar (xüsusi yüklərin daşınması, nəqliyyat vasitələrinin ayrı-ayrı növlərinin istismarı, qapalı ərazilərdə hərəkət etməsi və s.) yol hərəkəti Qaydalarının tələblərinə əsaslanmalı və onlara uyğun olmalıdır.
Maddə 16. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılmasının təşkili
I. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması lazımi texniki-metodiki tədris vasitələri ilə təmin olunmuş, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada razılıq almış kurslarda həyata keçirilir. Belə kursların fəaliyyəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən «Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında» Əsasnamə ilə nizama salınır. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması ilə məşğul olan bütün tədris müəssisələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmalıdır.

II. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması xüsusi proqramlar üzrə aparılır. Müvafiq kateqoriyalı nəqliyyat vasitələrinin sürücüləri üçün proqramlar, dövlət təhsil standartları əsasında, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır və təsdiq edilir.

III. Sürücülük vəsiqəsini almaq üçün yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələri idarəetmə məsələləri üzrə təcrübi imtahanlara müstəqil hazırlanmasının qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Maddə 17. Nəqliyyat vasitələri sürücülərinin sağlamlığının qorunması və onlar üçün lazımi əmək şəraitinin yaradılması
I. Nəqliyyat vasitəsinin sürücüsünü işə götürmüş hər hansı fiziki və ya mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxs:
1) yol hərəkəti hadisələrindən sürücünün sığortalanmasını təşkil etməlidir;
2) sürücülərin işini Azərbaycan Respublikasının qanunvericiliyinə, əmək və istirahət rejiminə uyğun olaraq təşkil etməlidir;
3) sürücülərin əmək gərginliyinin və yorğunluğunun səviyyəsini azaltmağa yönəldilmiş lazımi tədbirlər görməlidir.
II. Sürücülərinin sayı 100 nəfər və daha çox olan nəqliyyat vasitələrinin sahibləri ixtisaslaşdırılmış tibbi idarə və sağlamlaşdırma məntəqələri, tibbi-sanitariya hissələri, poliklinika bölmələri və səhiyyə müəssisələri yaradırlar. Sürücülərinin sayı 100-dən az olan nəqliyyat vasitələrinin sahibləri isə, onlara tibbi xidmət göstərilməsi üçün ərazi tibb müəssisələri ilə müqavilələr bağlayırlar.
Maddə 18. Yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi
I. Yollarda təhlükəsiz davranma qaydaları vətəndaşlara məktəbəqədər, ümumtəhsil və xüsusi təhsil müəssisələrində, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada razılıq almış digər müəssisələrdə öyrədilir.
II. Yollarda təhlükəsiz davranma qaydaları vətəndaşlara Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanmış və təsdiq edilmiş nümunəvi proqramlar və metodik tövsiyyələr əsasında öyrədilir.
III. Yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi barədə müddəa müvafiq dövlət təhsil standartlarına daxil edilir.
IV. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müəssisələr tərəfindən, yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi işinə köməklik göstərməlidirlər.
V. Yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi üçün kütləvi informasiya vasitələrindən də istifadə oluna bilər.

Maddə 19. Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı
I. Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı sürücülüyə namizədlərin və nəqliyyat vasitələri sürücülərinin məcburi qaydada tibbi müayinədən və təkrar müayinədən keçməsindən, nəqliyyat vasitələri sürücülərinin reys qabağı, reysdən sonra cari tibbi müayinədən keçməsindən, yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərə tibbi yardım göstərilməsindən, yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərə, ixtisaslı həkim köməyinədək ilk tibbi yardım göstərilməsi üsullarının yol hərəkəti iştirakçılarına, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və ixtisaslaşdırılmış bölmələrin vəzifəli şəxslərinə, habelə əhaliyə öyrədilməsindən ibarətdir.

II. Məcburi tibbi müayinənin və təkrar müayinənin məqsədi sürücülüyə namizədlərin və nəqliyyat vasitələri sürücülərinin sağlamlığının sürücülük fəaliyyətinə zidd göstəricilərinin və ya digər məhdudiyyətlərin müəyyən edilməsindən ibarətdir.

III. Yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərə göstərilən tibbi yardım aşağıdakılardan ibarətdir:

1) yol-nəqliyyat hadisələrinin baş verdiyi yerdə ilk tibbi yardımın göstərilməsindən;

2) yol-nəqliyyat hadisələrinin baş verdiyi yerdə, tibb müəssisəsinə gedərkən və tibb müəssisəsində tibbi yardımın göstərilməsindən.

IV. Məcburi tibbi müayinənin dövriliyi, onun keçirilməsi qaydası, Azərbaycan Respublikası vətəndaşları tərəfindən nəqliyyat vasitələrinin idarə olunmasını qeyri-mümkün edən tibbi göstəricilərin siyahısı, habelə yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərə tibbi yardımın təşkili qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 20. Yol-nəqliyyat hadisələrində zərər çəkənlərə tibbi yardım göstərilməsinin təşkili
I. Azərbaycan Respublikasının səhiyyə müəssisələri yol-nəqliyyat hadisələri nəticəsində zərər çəkənlərə yardım göstərilməsini təmin edir, nəqliyyat vasitəsini idarə edən şəxslərin alkoqoldan, narkotik vasitələr, psixotrop maddələrdən və onların analoqlarından və güclü təsir göstərən digər maddələrdən istifadə nəticəsində sərxoş vəziyyətdə olub-olmadıqlarını müəyyən edir, onların uçotunu aparır, nəqliyyat vasitələrini idarə etməyə yararlılıq haqqında arayış verirlər.

II. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları mütəxəssislərlə, şöbə və palatalarla təchiz olunmuş, müayinə və müalicə etmək imkanına, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının stasionar postları ilə rabitə əlaqəsinə malik olan müalicəxanaları yolların konkret sahələrinə təhkim edirlər. Bu müalicəxanalar yol-nəqliyyat hadisəsi yerinə dərhal getmək və zərər çəkənlərə zəruri tibbi yardım göstərmək üçün lazımi tədbirlər görməlidirlər.

III. Yolların yaxınlığında olan tibb müəssisələri (xəstəxanalar və müalicə-profilaktika müəssisələri) rabitə vasitələri ilə təchiz edilməli və tibbi yardım çağırışlarına cavab verməlidirlər. Yollara təhkim edilmiş xəstəxanalar və təcili yardım stansiyaları da müvafiq rabitə cihazları ilə təmin olunur. Məlumatı qəbul etməməyə, eləcə də yol-nəqliyyat hadisəsi yerinə vaxtında getməməyə və ya ixtisaslı tibbi yardım göstərməməyə görə, tibbi heyətin məsul şəxsləri Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

IV. Sürücülər idarə etdikləri nəqliyyat vasitələrində xüsusi dərman qutularının olmasını, onların komplektləşdirilməsini təmin etməlidirlər.
Maddə 21 Ətraf mühitin mühafizəsi
I. Mexaniki nəqliyyat vasitələrini layihələşdirən, istehsal və istismar edən fiziki və hüquqi şəxslər göstərilən nəqliyyat vasitələrinin ətraf mühitə çirkləndirici maddələr buraxmasının, eləcə də səs-küyün və vibrasiyanın qarşısını almaq və onları azaltmaq üçün tədbirlər görməlidirlər. Tullantılarında müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin istehsalı, idxalı və istismarı qadağandır.
II. Bütün hüquqi və fiziki şəxslər müvafiq nəqliyyat tipinin ətraf mühitə tullantılarında çirkləndirici maddələrin yol verilən hədlərini və fiziki təsir göstərilməsinin yol verilən səviyyələrini müəyyən edən normativlərə əməl edilməməsi üçün məsuliyyət daşıyırlar.

Maddə 22. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi proqramları
I. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə və yol-nəqliyyat hadisələrinin sayının, bu hadisələr nəticəsində dəyən zərərin azaldılmasına yönəldilmiş dövlət və yerli əhəmiyyətli proqramlar işlənib hazırlanır.

II. Bu proqramlar ərazi və sahə planlaşdırılmasının səmərəli əlaqələndirilməsi, bir-birinə bağlı olan balanslaşdırılmış göstəricilərin formalaşdırılması əsasında, konkret regionun sosial-iqtisadi və ekoloji şəraiti, yol şəbəkəsinin inkişaf səviyyəsi, qəza vəziyyəti və yol hərəkətinin vahid uçotu sisteminin digər göstəriciləri nəzərə alınmaqla hazırlanır.

III. Yol hərəkəti təhlükəsizliyinin təmin olunması proqramına aşağıdakılar daxil edilməlidir:

1) yolların inkişafı və genişləndirilməsi;

2) yol hərəkətinin təşkilinin təkmilləşdirilməsi;

3) yol hərəkətinin təhlükəsizliyi vəziyyətinin təhlili və yol-nəqliyyat hadisələrinin, onların nəticələrinin azaldılması üzrə tədbirlər;

4) müəyyən dövr üçün proqnozlar;

5) əsaslandırılmış konkret məqsədlər;

6) həyata keçirilməsi nəzərdə tutulan məqsədlərə çatmağa imkan verəcək tədbirlər;

7) proqramın dəyəri və onun maliyyələşdirilmə mənbələri, yol fondlarının yaradılması;

8) proqramın yerinə yetirilməsinə nəzarətin formaları və mütəmadiliyi.

Maddə 23. Yol hərəkəti təhlükəsizliyini təmin etmək tədbirlərinin maliyyələşdirilməsi
I. Proqramlarda nəzərdə tutulmuş tədbirlər, habelə yol hərəkəti təhlükəsizliyini təmin etmək sahəsində digər tədbirlər Azərbaycan Respublikası büdcəsinin, yerli büdcələrin, büdcədənkənar vəsaitlərin və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının vəsaiti hesabına maliyyələşdirilir.'

II. Yol hərəkəti təhlükəsizliyini təmin etmək tədbirləri həmçinin Azərbaycan Respublikası dövlət yol fondunun vəsaiti və bu Qanunun müddəalarını pozmağa görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən cərimələrin ödənilməsi, nəqliyyat vasitələrinin sığortası, onların qeydiyyatı, nəqliyyat vasitələrinin dövlət qeydiyyatı şəhadətnamələrinin və nişanlarının verilməsi, sürücülərin hazırlanması və ixtisaslarının artırılması üzrə kurs imtahanlarının qəbulu, sürücülük vəsiqələrinin verilməsi, nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlər nəticəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına daxil olan vəsait hesabına maliyyələşdirilir.

III. Bu Qanunun müddəalarını pozmağa görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsait Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və subyektlər tərəfindən təyinatı üzrə istifadə olunmalıdır.
Maddə 24. Yol hərəkəti təhlükəsizliyi vəziyyətinin əsas göstəricilərinin dövlət uçotunun təşkili
I. Azərbaycan Respublikası ərazisində yol hərəkətinin təhlükəsizliyi vəziyyətinin əsas göstəricilərinin dövlət uçotu aparılır. Bu göstəricilər aşağıdakılardır:

1) yol-nəqliyyat hadisələrinin;
2) yol-nəqliyyat hadisələrində zərər çəkmiş şəxslərin;
3) nəqliyyat vasitələri sürücülərinin;
4) yol hərəkəti qaydalarını pozmuş şəxslərin;
5) yol hərəkəti sahəsində inzibati xətaların və cinayətlərin sayı;
6) yol hərəkəti təhlükəsizliyi vəziyyətini əks etdirən göstəricilər və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə dair fəaliyyətin nəticələrinin göstəriciləri.

II. Azərbaycan Respublikası ərazisində yol hərəkəti təhlükəsizliyi vəziyyətinin dövlət uçotu aparılarkən yol-nəqliyyat hadisələrində zərər çəkmiş şəxslər aşağıdakılar sayılır:

1) yaralılar - yol-nəqliyyat hadisəsi nəticəsində səhhətinin müəyyən müddətə pozulmasına səbəb olan şəxslər;

2) həlak olanlar - yol-nəqliyyat hadisəsi yerində həlak olmuş və ya bu cür hadisə nəticəsində sonrakı 7 gün ərzində ölmüş şəxslər.

III. Dövlət uçotunun sistemi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi işinin təşkilini və tətbiqini təmin edir.

IV. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət uçotunun aparılması, məlumat uçotlarının istifadəsi və hesabat məlumatlarının formalaşdırılması Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
Maddə 25. Yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid uçot sistemi
I. Azərbaycan Respublikasında yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin (avtomobil yollarının, nəqliyyat vasitələrinin, sürücülərin və yol hərəkəti sahəsində inzibati xətaların, yol-nəqliyyat hadisələrinin, yol-nəqliyyat zədələnmələrinin və sair) vahid dövlət uçotu sistemi müəyyən edilir.

II. Yol hərəkətinin təhlükəsizliyi göstəricilərinin siyahısını, uçot və hesabat qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

III. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid uçotu sistemində nəzərdə tutulmayan hesabatlar verilməsini tətbiq edə bilməzlər.

Maddə 26. Layihə və elmi işlərin aparılması
Mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq, yol hərəkəti təşkilinin perspektiv proqramlarını, kompleks sxemlərini və layihələrini hazırlayan, habelə bunları həyata keçirən fiziki və hüquqi şəxslər həmin sənədlərdə hərəkət təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitə çirkləndirici maddələr buraxılmasının və tullanmasının, habelə səs-küyün və vibrasiyanın qarşısının alınması və azaldılması istiqamətində tədbirlər nəzərdə tutmalı və bunları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmalıdırlar.
Üçüncü fəsil. Nəqliyyat vasitələrinin yol hərəkətində iştirak etməyə buraxılması

Maddə 27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı
I. Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən «Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında» Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların və ya vergilərin, yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir.
II. Mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatını Azərbaycan Respublikasının rayon, şəhər və bölgələrində aşağıdakılar aparırlar:

1) hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;

2) tramvayların və trolleybusların - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;
3) hüquqi və fiziki şəxslərin ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan tırtıllı mexaniki nəqliyyat vasitələrinin (traktorların), kənd təsərrüfatında istifadə olunan və digər mexaniki nəqliyyat vasitələrinin - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;
4) hüquqi və fiziki şəxslərin ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan texnoloji nəqliyyat vasitələrinin - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;
5) hüquqi və fiziki şəxslərin yarış məqsədli idman nəqliyyat vasitələrinin - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;
III. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və digər birləşmələrin mexaniki nəqliyyat vasitələrinin vahid dövlət qeydiyyatını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı aparır.
IV. Hüquqi və fiziki şəxslər hüquqi ünvanı və ya yaşayış yeri üzrə bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlarda:
1) əldə edildiyi vaxtdan on gün ərzində;
2) fiziki şəxsin yaşayış yeri və hüquqi şəxsin olduğu yer dəyişildiyi vaxtdan on gün ərzində;
3) nəqliyyat vasitələrinin girov qəbul edildiyi vaxtdan on gün ərzində;
4) nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri dəyişdirildiyi və ya qeydiyyat məlumatlarının dəyişdirilməsini tələb edən digər halların yarandığı vaxtdan on gün ərzində onlara məxsus olan mexaniki nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirməli və daimi uçota aldırmalıdırlar.
Qeyd: Vərəsəlik üzrə alınan nəqliyyat vasitələrinin qeydiyyatı istisna olmaqla, nəqliyyat vasitələri 18 yaşına, asma mühərrikli velosipedi, mopedi və motosikletləri isə 16 yaşına çatmış fiziki şəxslərin adına qeydiyyata alınır. Nəqliyyat vasitəsi yetkinlik yaşına çatmamış vərəsənin adına qeydiyyata alınarkən, qeydiyyat sənədində onun valideyninin, övladlığa götürənin və himayəçinin soyadı, adı, atasının adı göstərilir və belə nəqliyyat vasitəsinin qəyyumluq və himayəçilik orqanının icazəsi olmadan qeydiyyatdan çıxarılması qadağan olunur.
V. Bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır.
VI. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir:
1) ərizə;
2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı;
4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların və ya vergilərin, yaxud ödənclərin ödənilməsi barədə qəbz;
5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını.

VII. Əvvəl qeydə alındığı dövlətin daimi uçotundan çıxarılmadan Azərbaycan Respublikasına gətirilmiş nəqliyyat vasitəsi gömrük orqanlarının verdiyi icazə sənədi əsasında sahibinin adına müvəqqəti qeydiyyata alınaraq, qeydiyyat şəhadətnaməsi və nişanları ilə təmin olunur, nəqliyyat vasitəsinin əvvəlki uçot yerinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən edilən müraciətə müvafiq təsdiqləyici cavab alındıqdan sonra daimi şəhadətnamə verilir. Nəqliyyat vasitəsinin əvvəlki uçot yerindən silinməsi Azərbaycan Respublikasında yerləşən xarici səfirlik və konsul nümayəndəlikləri tərəfindən həyata keçirildikdə, bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara müvafiq konsul şəhadətnaməsi təqdim edilir.

VIII. Dövlət qeydiyyatının aparılması və daimi uçota alınması üçün nəqliyyat vasitəsinin təqdim edilməsi texniki nasazlıq səbəbindən mümkün olmadıqda, nəqliyyat vasitəsinin sahibi ərizədə həmin səbəbi qeyd etməli və bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqan tərəfindən ona göstəriləcək xidmət üçün əlavə haqq ödəməlidir. Əlavə xidmət haqqının ödənilməsi barədə qəbz təqdim edildikdən sonra beş gün ərzində həmin orqan nasaz nəqliyyat vasitəsinin olduğu yer üzrə onun mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədi ilə müayinə keçirməlidir.

IX. Nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsini dövlət qeydiyyatı üzrə daimi uçotdan aşağıdakı hallarda çıxarmalıdır:
1) nəqliyyat vasitəsi sahibinin yaşayış yeri dəyişdikdə və onun yeni yaşayış yeri nəqliyyat vasitəsini qeydiyyata almış müvafiq orqanın fəaliyyət göstərdiyi ərazinin hüdudlarından kənarda olduqda, habelə qeydiyyat yerinin dəyişməsi ilə bağlı olan digər hallarda;
2) nəqliyyat vasitəsinə mülkiyyət hüququ xitam edildikdə və ya nəqliyyat vasitəsi başqasına verildikdə;
3) nəqliyyat vasitələri çıxdaş edildikdə.

X. Xarici dövlətlərdə qeydiyyatdan çıxarılmadan Azərbaycan Respublikasına 30 günədək müddətə müvəqqəti gətirilən nəqliyyat vasitələri Azərbaycan Respublikasının sərhəd məntəqəsinin yaxınlığında yerləşən, bu maddənin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanında təxirəsalınmadan müvəqqəti uçota alınır. Bu barədə həmin nəqliyyat vasitələrinin sahiblərinə 30 gün müddətinə müvafiq sənəd verilir.

XI. Xarici dövlətlərdə daimi qeydiyyatdan çıxarılmadan Azərbaycan Respublikasına 30 gündən artıq müddətə müvəqqəti gətirilən nəqliyyat vasitələri, onları geriyə qaytarmaq barədə sahibinin verdiyi öhdəçilik və gömrük orqanlarının verdiyi icazə sənədi əsasında, bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında nəqliyyat vasitəsi sahibinin əcnəbilər üçün vizasında göstərilən müddətə, Azərbaycan Respublikası vətəndaşı üçün isə bir il müddətindən artıq olmamaq şərti ilə, onun öhdəçiliyi müddətinə dövlət qeydiyyatından keçirilir. Bu zaman həmin nəqliyyat vasitələrinin xarici qeydiyyat sənədləri və nişanları müvəqqəti olaraq saxlanca qəbul olunur və əvəzində onlar müvəqqəti dövlət qeydiyyat şəhadətnaməsi və qeydiyyat nişanları ilə təmin edilirlər. Respublika ərazisini tərk etdikdə xarici qeydiyyat sənədləri və nişanları nəqliyyat vasitəsi sahibinə geri qaytarılır.

XII. Xarici dövlətlərdə qeydiyyatdan çıxarılmadan Azərbaycan Respublikasına gətirilmiş nəqliyyat vasitələrinin müvəqqəti dövlət qeydiyyatının aparılması və müvəqqəti uçota alınması üçün, onların sahibləri və ya sərəncam vermək hüququ olan digər şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədləri təqdim etməlidirlər:
1) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini;
2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların və ya vergilərin, yaxud ödənclərin ödənilməsi barədə qəbzi;
4) lazım olarsa, nəqliyyat vasitəsinin idarə edilməsi hüququnu təsdiq edən sənədi;
5) gömrük orqanlarının müvəqqəti icazə sənədlərini.

XIII. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə müqaviləsi, vəkalətnamə və ya digər əsaslarla başqa şəxsə verildikdə, on gün müddətində göstərilən sənədlər əsasında bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq orqanlarda qeydiyyatdan keçirilməlidir.

XIV. Təqdim edilən sənədlərdə, dövlət qeydiyyat nişanlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır.

XV. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır.

XVI. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsini qeydiyyata almaqdan imtina etdikdə, onun sahibinə imtinanın səbəbləri barədə yazılı məlumat verməlidir.

XVII. Azərbaycan Respublikasının ərazisində:

1) dövlət qeydiyyatından keçməyən və yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməyən;
2) dövlət qeydiyyat nişanı və ya onlardan biri yerində olmayan, eləcə də saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş və ya dövlət standartına uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

XVIII. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla müəyyən olunmayan sənədləri tələb edən, nəqliyyat vasitəsinin qeydiyyata alınmasında və ya qeydiyyatdan çıxarılmasında süründürməçiliyə yol verən və ya onların həllindən qanunsuz olaraq imtina edən bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanların vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

XIX. Nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması zamanı süründürməçiliyə yol verilməsindən və yaxud onlardan imtina olunmasından məhkəməyə şikayət edə bilər.

Maddə 28. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi
I. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda yol hərəkətində olan nəqliyyat vasitəsi və onun sahibi haqqında məlumatları təsdiq edən vahid sənəddir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - «AZ», bu sənədi verən orqanın adı, onun verilmə tarixi və aşağıdakı məlumatlar göstərilir:
1) nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi - «A»;
2) nəqliyyat vasitəsinin buraxılış ili və ya ilk qeydiyyatının tarixi - «B»;
3) nəqliyyat vasitəsi sahibinin soyadı, adı, atasının adı və yaşayış yeri - «C»;
4) nəqliyyat vasitəsi istehsalçısının adı və ya markası - «D»;
5) nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, rəngi - «E»;
6) nəqliyyat vasitəsinin icazə verilmiş maksimum kütləsi (yalnız yük daşıyan nəqliyyat vasitəsi üçün) «F»;
7) nəqliyyat vasitəsinin yüksüz kütləsi (yalnız yük daşıyan nəqliyyat vasitəsi üçün) - «G»;
8) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarlılıq müddəti (bu müddət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhdudlaşdırılırsa) - «H».

II. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin adı Azərbaycan Respublikasının dövlət dilində və fransız dilində («Certificat dimmatriculation»), bu maddənin birinci hissəsinin 1-ci-8-ci bəndlərində göstərilən məlumatların adı Azərbaycan və ingilis dillərində, başqa məlumatlar isə Azərbaycan dilində yazılırlar.

III. Nəqliyyat vasitəsi qeydiyyat üzrə uçota alındıqda, bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə haqq ödənilir.

IV. Nəqliyyat vasitəsi sahibinin soyadı, adı, atasının adı dəyişdirildikdə, ona verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi itdikdə və ya yararsız hala düşdükdə, bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada onlara verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi dəyişdirilir. Qeydiyyat şəhadətnaməsinin dublikatını almaq üçün, onun sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs əvvəlki şəhadətnamənin itirilməsi barədə ərazi üzrə müvafiq icra hakimiyyəti orqanının müvafiq arayışını təqdim edir.

V. Bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki yazılarda dəqiqsizliyə yol verilmişdirsə, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi nəqliyyat vasitəsi sahibindən haqq alınmadan, müvafiq dövlət orqanının hesabına dəyişdirilir.

VI. Bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları nəqliyyat vasitələrinə verilmiş qeydiyyat şəhadətnamələrindəki məlumatların mərkəzləşdirilmiş uçotunun aparılmasını təmin edirlər.
Maddə 29. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı
I. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərində və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur.

II. Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə haqq ödənilir.

III. Nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatı üzrə uçota alınması zamanı nəqliyyat vasitəsinin sahibinin istəyi ilə, habelə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı itdikdə və ya yararsız hala düşdükdə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş qaydada dəyişdirilir. Dövlət qeydiyyat nişanı itirildikdə, onun sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs əvvəlki dövlət qeydiyyat nişanının itirilməsi barədə ərazi üzrə müvafiq icra hakimiyyəti orqanının müvafiq arayışını təqdim edir.

Maddə 30.Nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsi
I. Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan nəqliyyat vasitələri yol hərəkətinə buraxılmamalıdırlar.

II. Nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər:

1) nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət etməlidirlər;
2) nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmət göstərməlidirlər;
3) texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlığı dəyişdirilmiş və ya texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər.

III. Nəqliyyat vasitələrinə texniki xidmət yalnız nəqliyyat vasitələrinin sahibləri, xüsusi texniki biliyə və ixtisasa malik olan şəxslər və yaxud Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada texniki-təmir stansiyaları tərəfindən həyata keçirilir. Nəqliyyat vasitələrinin sayı 10 və daha artıq olan hüquqi şəxslər nəqliyyat vasitələrinə təminatlı texniki xidməti bu məqsədlə təşkil etdikləri texniki-təmir sahələrində həyata keçirirlər.

IV. Nəqliyyat vasitəsinə təminatlı texniki xidmət göstərilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən «Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında», «Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərilməsi haqqında», «Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir sahələri haqqında» və «Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında» nümunəvi əsasnamələrlə müəyyən edilir.

V. İstismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir. Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, habelə tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi qadağandır.

VI. Azərbaycan Respublikasında qeydiyyatda olan bütün nəqliyyat vasitələrinə bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlarda ildə bir dəfə texniki baxış keçirilir. İstehsal olunduğu ildə qeydiyyata alınan nəqliyyat vasitəsi həmin ildə texniki baxışa cəlb olunmur. Texniki baxış keçirilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə haqq ödənilir.

VII. Texniki baxış keçirilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs müvafiq orqana nəqliyyat vasitəsini və aşağıdakı sənədləri təqdim etməlidir:

1) nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənədi;
2) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini;
3) nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların aradan qaldırılması barədə təminatlı texniki xidmət göstərən texniki-təmir sahəsinin və ya stansiyasının sənədini (əgər belə xidmət həmin stansiya və ya sahə tərəfindən göstərilmişdirsə);
4) Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş rüsumun və ya verginin və yaxud ödənclərin ödənilməsi barədə qəbzi.

VIII. Nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər və nəqliyyat vasitəsi bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara təqdim edildikdə, həmin orqanlar təxirəsalınmadan nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlayır, mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edir və saz nəqliyyat vasitəsinə texniki baxış talonu verir.

IX. Bu Qanuna 1 saylı Əlavə ilə istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki baxışdan keçirməməyə görə nəqliyyat vasitəsinin sahibləri, nəqliyyat vasitəsinin texniki vəziyyətinə cavabdeh olan şəxslər və ya sürücüləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

X. Nəqliyyat vasitəsinin sahibindən və ya sərəncam vermək hüququ olan digər şəxslərdən bu Qanunla nəzərdə tutulmayan sənədləri tələb etməyə, nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində süründürməçiliyə yol verməyə və ya onların həllindən qanunsuz olaraq imtina etməyə görə bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanların vəzifəli şəxsləri, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verməyə, onların verilməsindən qanunsuz olaraq imtina etməyə, həmin sənədin və sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə nəqliyyat vasitəsinə təminatlı texniki xidmət göstərən təminatlı texniki-təmir sahəsinin və ya stansiyasının müvəkkil edilmiş şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 31. Nəqliyyat vasitələrinin saxlanılması
I. Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri nəqliyyat vasitələrini duracaqlarda və qarajlarda, habelə yol hərəkəti təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və ictimai təhlükəsizliyin tələblərinə cavab verən yerlərdə saxlamalıdırlar. «Nəqliyyat vasitələrinin duracaqları və qarajlar haqqında» nümunəvi Əsasnaməni Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qəbul edir.

II. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları:

1) yaşayış məntəqələrinin layihələşdirilməsi zamanı nəqliyyat vasitələri duracaqlarının, habelə qarajlarının yollara bitişik ərazilərdə yerləşdirilməsini planlaşdırmalıdırlar;
2) qarajların və ya duracaqların tikintisi üçün torpaq sahələrini bu barədə müraciət etmiş şəxslərin olduqları ərazinin və ya onların yaşadığı binaların yaxınlığında ayırmalıdırlar.

III. Nəqliyyat vasitələri duracaqlarının, qarajlarının sahibləri nəqliyyat vasitələrinin toxunulmaz və təhlükəsiz şəraitdə saxlanılmasını təmin edirlər. Nəqliyyat vasitələri saxlanca qəbul edildikdən sonra onların müəyyən edilmiş qaydalara uyğun saxlanılmamasına görə duracaqların və dayanacaqların sahibləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

IV. Nəqliyyat vasitələri duracaqlarının, qarajlarının sahibləri:

1) nəqliyyat vasitəsinin sahibindən və ya sürücülərindən nəqliyyat vasitəsinin saxlanılma qaydasına əməl olunmasını tələb etməlidirlər;
2) saxlanılması üçün təqdim olunan nəqliyyat vasitəsinin xarici görünüşünü və komplektliyini, zərurət olduqda isə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, onu idarə edənin sürücülük vəsiqəsini yoxlamalıdırlar və onları hökmən qeydə almalıdırlar;
3) nəqliyyat vasitəsinin sahibinə və ya sürücüsünə nəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barədə xüsusi sənəd verməlidirlər;
4) yol-nəqliyyat hadisəsinə dair arayışın təqdim edildiyi hallardan başqa, banın hissələri zədələnmiş nəqliyyat vasitəsini saxlanca qəbul etməməlidirlər;
5) nəqliyyat vasitəsi oğurlandıqda və ya qaçırıldıqda, müvafiq icra hakimiyyəti orqanlarına təcili məlumat verməlidirlər.

V. Nəqliyyat vasitələrinin icazə verilməyən yerlərdə saxlanılması üçün sürücülər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Maddə 32. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi qaydası
I. Bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulan nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsində və girov qoyulmasında maraqlı olan şəxs, müvafiq əqd bağlamazdan əvvəl, nəqliyyat vasitəsini müayinədən keçirilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsinin qeydiyyat sənədlərini, onun mühərrik, ban və şassi nömrələrini, rəngini informasiya-axtarış bazasının məlumatları əsasında yoxlayır və yoxlamanın nəticəsi barədə nəqliyyat vasitəsini təqdim etmiş şəxsə müvafiq arayış verir.

II. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi, girov qoyulması yalnız nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış təqdim edildikdən sonra, Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır.

Dördüncü fəsil. Nəqliyyat vasitələrini idarəetmə hüququ

Maddə 33. Nəqliyyat vasitələrini idarəetmə hüququ
I. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir.

II. Azərbaycan Respublikasının ərazisindəki yollarda:
1) velosipedi və ya arabanı idarəetmə hüququ - 14 yaşdan;
2) asma mühərrikli velosipedi və mopedi idarəetmə hüququ - 16 yaşdan;
3) motosikletləri idarəetmə hüququ - 16 yaşdan;
4) oturacaq yerlərinin sayı sürücünün oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri idarəetmə hüququ - 18 yaşdan;
5) tramvayları idarəetmə hüququ - 20 yaşdan;
6) trolleybusları idarəetmə hüququ - 21 yaşdan;
7) oturacaq yerlərinin sayı sürücünün oturacağından əlavə 8-dən çox olan avtomobilləri idarəetmə hüququ - 21 yaşdan (müstəqil qaydada hərbi qulluqçular üçün 19 yaşdan) yaranır.

III. Hər hansı şəxsin sağlamlıq cəhətdən sürücülüyə yararlı hesab edilməsinin əsaslarını, habelə nəqliyyat vasitələrini idarə etməsinə mane olan xəstəliklərin və ya fiziki qüsurların siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

IV. Bu maddənin ikinci hissəsinin 1-ci və 2-ci bəndləri istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir.

V. Azərbaycan Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər:

1) şəxsin sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıbsa - sürücülük vəsiqəsi dəyişdirilənədək;
2) şəxs tərəfindən yol hərəkətinin qaydaları bu Qanunla müəyyən edilmiş hallarda kobud surətdə pozulmuşdursa - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada beş ildən artıq olmayan müddətin qurtarmasınadək;
3) şəxsdə bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş xəstəliklər və ya fiziki qüsurlar müəyyən edilərsə - xəstəlik müalicə olunanadək və ya fiziki qüsur aradan qaldırılanadək.

VI. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi siyahıda nəzərdə tutulmuş xəstəliklərlə əlaqədar psixiatriya və ya narkoloji dispanserlərin uçotunda olan, nəqliyyat vasitələrini idarə etmək sahəsində üç ildən az təcrübəsi olan, axırıncı iki il ərzində insanlara xəsarət yetirilməsi və ya onların ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətməyə, habelə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə sürücülük hüququndan məhrum olunmuş şəxslər avtobusları, tramvayları və trolleybusları idarə etməyə buraxılmırlar.
Maddə 34. Sürücülük vəsiqəsi
I. Sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir.

II. Mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin aşağıdakı növləri vardır:

1) motosikletləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün;
2) traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün.

III. Növündən asılı olmayaraq hər bir sürücülük vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - «AZ» və rəqəmlərlə nömrələnmiş aşağıdakı məlumatlar göstərilir:

1) sahibinin soyadı;
2) sahibinin adı və atasının adı;
3) sahibinin doğum tarixi və yeri;
4) sahibinin yaşayış yeri;
5) vəsiqəni vermiş orqanın adı;
6) vəsiqənin verilmə tarixi və yeri;
7) vəsiqənin qüvvədə olma müddətinin qurtardığı tarix;
8) vəsiqənin nömrəsi;
9) vəzifəli şəxsin imzası, vəsiqəni vermiş orqanın ştampı və ya möhürü;
10) sahibinin qan qrupu və imzası;
11) xüsusi qeydlər.

IV. Motosikletləri və avtomobilləri idarə etmək üçün verilən sürücülük vəsiqələrində, bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş məlumatlardan başqa, idarə etmək hüququnun qüvvəsinin şamil edildiyi nəqliyyat vasitələrinin aşağıdakı kateqoriyaları göstərilir:

1) «A» - motosikletləri idarə etmək üçün;
2) «B» - «A» kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olmayan avtomobilləri idarə etmək üçün;
3) «C» - «D» kateqoriyasına aid edilməyən, icazə verilən maksimum çəkisi 3.500 kq-dan artıq olan avtomobilləri idarə etmək üçün;
4) «D» - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə 8-dən çox olan avtomobilləri idarə etmək üçün;
5) «E» - qoşqusu «B», «C» və ya «D» kateqoriyalarına aid edilmiş, lakin tərkibləri bütövlükdə həmin kateqoriyalara və ya bu kateqoriyalardan birinə daxil olmayan nəqliyyat vasitələrini idarə etmək üçün;
6) «Tramvay» - tramvayları idarə etmək üçün;
7) «Trolleybus» - trolleybusları idarə etmək üçün.

V. Sürücülük vəsiqəsinin etibarlıq müddəti aşağıdakı kimidir:

1) 60 yaşına çatmamış şəxslər üçün - 10 il;
2) 60 və daha çox yaşı olan şəxslər üçün - onların 70 yaşı tamam olanadək qalan müddət;
3) 70 və daha çox yaşı olan şəxslər üçün - 2 il;
4) siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün - təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət.

VI. Sürücülük vəsiqəsinin adı Azərbaycan Respublikasının dövlət dilində və fransız dilində («Permis de conduire»), bu maddənin üçüncü hissəsinin 1-ci-11-ci bəndlərində göstərilən məlumatların adı Azərbaycan və ingilis dillərində, başqa məlumatlar isə Azərbaycan dilində yazılırlar.

VII. Sürücülük vəsiqəsinin sahibi ona verilmiş sürücülük vəsiqəsini möhkəm saxlamağa borcludur.

VIII. Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən beynəlxalq standartlara uyğun verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqələri də Azərbaycan Respublikasının ərazisində qüvvədədir.

Maddə 35. Sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi
I. Bu Qanunun 33-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs:

1) müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə təhsil planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçməli;
2) yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları verməli;
3) Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə haqq ödəməlidir.

II. Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməlidir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

1) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
2) müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə təhsil planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçməsi barədə təhsil müəssisəsinin sənədi və ya müstəqil hazırlıq keçməsi ilə əlaqədar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyata götürülməsi barədə sənəd;
3) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş formada tibbi arayış;
4) sürücülük vəsiqəsi verilməsi üçün haqqın ödənilməsi qəbzi.

III. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı sürücülük vəsiqəsinin verilməsi üçün bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş sənədləri daxil olduğu həmin gün yoxlayır və orada göstərilmiş məlumatlar əsasında şəxsin yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılması məsələsini həll edir.

IV. Bu Qanunla müəyyən edilmiş yaş və sağlamlıq vəziyyəti tələblərinə cavab verən:

1) sürücülərin hazırlanması və onların ixtisasının artırılması kurslarının məzunları;
2) avtomobil nəqliyyatı vasitələri ixtisası üzrə kadrların hazırlanması nəzərdə tutulmuş ali və orta ixtisas tədris ocaqlarının məzunları;
3) Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada imtahanlara müstəqil hazırlaşmış şəxslər onların ərizələri Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanına daxil olduqdan sonra on gün ərzində yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılırlar.

V. Sürücülük vəsiqəsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının imtahan-qeydiyyat məntəqələrində yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə həmin orqan tərəfindən bir gün ərzində verilir. Sürücülük vəsiqələrinin verilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş «Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında» Əsasnaməyə uyğun olaraq həyata keçirilir.

VI. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır:

1) onun etibarlıq müddətinin qurtarması;
2) sahibinin soyadı, adı və ya atasının adının dəyişdirilməsi;
3) onun yazılarında dəqiqsizlik müəyyən edilməsi;
4) onun yararsız hala düşməsi;
5) onun itirilməsi;
6) yeni nümunəsinin bu Qanunla müəyyən edilmiş qaydada təsdiqi nəticəsində ölkədə sürücülük vəsiqələrinin dəyişdirilməsi.

VII. Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir gün ərzində həyata keçirilir.

VIII. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün, bu maddənin altıncı hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləğdə haqq alınır. Sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halında, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə cərimə ödənilir.

IX. Sürücülük vəsiqəsində göstərilmiş kateqoriyaların dəyişdirilməsi məqsədi ilə sürücülük vəsiqəsinin dəyişdirilməsi bu maddənin birinci-dördüncü hissələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

X. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sürücülük vəsiqələrindəki məlumatların mərkəzləşdirilmiş uçotunu aparmalıdır.

XI. Hər hansı şəxs bu Qanunla müəyyən edilmiş qaydada ona sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasından və yaxud belə ərizənin süründürülməsindən, habelə yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara onun buraxılmasından imtina edilməsindən məhkəməyə şikayət edə bilər.

XII. Bu Qanunun tələblərinə zidd olaraq, sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasında və ya süründürməçilik edilməsində, yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılmasından əsassız imtina edilməsində, habelə sürücülük vəsiqəsinin qəsdən korlanmasında, oğurlanmasında, qanunsuz hazırlanmasında, saxtalaşdırılmasında, satılmasında və ya ondan qanunsuz istifadə olunmasında təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Beşinci fəsil. Yol hərəkəti qaydaları
Maddə 36. Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları
I. Yol hərəkətinin iştirakçıları:

1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər;
2) yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar;
3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar;
4) yol örtüyünü zədələməməli və ya çirkləndirməməli, yol nişanlarını çıxarmamalı, qarşısını kəsməməli, zədələməməli, özbaşına yol nişanları, svetoforlar və hərəkətin təşkilinin digər texniki vasitələrini quraşdırmamalıdırlar;
5) hərəkətə maneçilik törədən əşyaları və ya materialları ataraq, boşaldaraq və ya yolda qoyaraq yol hərəkətini çətinləşdirməməli və ya onun təhlükəsizliyi üçün qorxu törətməməlidirlər (bu cür maneənin və ya təhlükənin yaranmasına yol verməmək mümkün olmadıqda, onların mümkün qədər tez aradan qaldırılması üçün lazımi tədbirlər görməli, bunu dərhal etmək mümkün olmadıqda isə, əl altında olan vasitələrlə digər hərəkət iştirakçılarının xəbərdar edilməsini və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təmin etməlidirlər);
6) yol hərəkəti qanunvericiliyinə riayət olunması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının sərəncamlarını yerinə yetirməlidirlər;
7) nəqliyyat, yol, kommunal və digər müəssisə və təşkilatların vəzifəli şəxsləri, yolda hər hansı bir iş aparan fəhlələr, eləcə də digər şəxslər müəyyən edilmiş yol hərəkəti qaydalarına təsir göstərə biləcək maneələr yaratmaqdan və başqa hərəkətlərdən çəkinməlidirlər.

II. Yol hərəkəti qaydalarına riayət edən yol hərəkətinin hər bir iştirakçısı digər şəxslərdən həmin qaydaların tələblərini gözləməyi tələb edə bilər.

III. Yol hərəkəti iştirakçılarının:

1) təhlükəsiz və rahat yol hərəkəti şəraitinə malik olmaq, yolların, küçələrin, meydanların və dəmiryol keçidlərinin hərəkətin təhlükəsizliyi tələblərinə uyğunsuzluğu nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmək;

2) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları və yol sahibləri qüvvədə olan qanunvericiliyi pozduqda, onların hərəkətlərindən məhkəməyə şikayət etmək;

3) hidrometeorologiya, yol, kommunal və başqa təşkilatlardan yol hərəkət şəraiti haqqında məlumat almaq hüquqları vardır.
Maddə 37. Mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri
I. Mexaniki nəqliyyat vasitəsinin sürücüsü:

1) sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır;
2) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının tələbi ilə nəqliyyat vasitəsini dayandırdıqda, həmin əməkdaş yaxınlaşdıqdan sonra bu maddənin birinci hissəsinin 1-ci bəndində göstərilən sənədləri yoxlanılması üçün ona təqdim etməlidir və zəruri olduqda həmin əməkdaşın tələbi ilə nəqliyyat vasitəsindən çıxmalıdır;
3) yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir;
4) yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir;
5) hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə, əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etməlidir;
6) konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməli (12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə bunlardan başqa, operativ nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verilir), motosikletdə isə motoşlemi düymələməli və sərnişinlərin də motoşlemi düymələməsini təmin etməlidir;
7) dayanaraq qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalları verən operativ nəqliyyat vasitəsinə üstün keçid hüququ verməlidir;
8) hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir;
9) yolda su və ya palçıq olduqda, nəqliyyat vasitəsini idarə edərkən, onların piyadalara, binalara və başqa nəqliyyat vasitələrinə sıçramamasına çalışmalıdır;
10) hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmasını təmin etməlidir;
11) yol hərəkətinin ən müdafiəsiz iştirakçılarının - uşaqların, əlillərin, velosipedçilərin və qocaların təhlükəsiz hərəkətini təmin etmək üçün mümkün olan bütün tədbirləri görməli, küçəni keçən kor piyadanın siqnalı ilə (siqnal - ağ əsanın qaldırılmasıdır) nəqliyyat vasitəsini dərhal dayandırmağa borcludur;
12) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən sağ əlindəki üfiqi vəziyyətdə olan jezllə və ya onların nəqliyyat vasitələrindəki qırmızı və ya göy sayrışan işıqla və yaxud xüsusi səs siqnalı ilə ona verilən işarəyə nəqliyyat vasitəsini dayandırmalıdır;
13) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının tələbi ilə alkoqol, narkotik vasitələr psixotrop maddələrdən və onların analoqlarından və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətinin yoxlanılması üçün müayinədən keçməlidir;
14) nəqliyyat vasitəsini idarə etmək qabiliyyətinin təsdiqi üçün müəyyən olunmuş hallarda tibbi müayinədən keçməlidir;
15) təcili tibi yardıma ehtiyacı olan şəxsləri daşımalıdır.

II. Bu maddə ilə müəyyən edilmiş sənədlər özündə olmayan nəqliyyat vasitəsinin sahibi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

III. Mexaniki nəqliyyat vasitələri:

1) təcili tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə;
2) yol-nəqliyyat hadisələri və ya nasazlıq nəticəsində zədələnmiş nəqliyyat vasitələrinin daşınması üçün (yalnız yük daşıyan nəqliyyat vasitələrini), təbii fəlakət yerlərinə getmək üçün, eləcə də qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş digər təxirəsalınmaz hallarda, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşlarına təqdim edilməlidir.
Qeyd: 1) bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş məqsədlər üçün nəqliyyat vasitəsinin təqdim edilməsi tələbi diplomatik korpusa və digər şəxslərə məxsus nəqliyyat vasitələrinə şamil edilmir; 2) nəqliyyat vasitəsindən istifadə etmiş şəxslər sürücünün tələbi ilə yol getmə müddətini, gedilmiş məsafəni, özünün soyadını, vəzifəsini, xidməti vəsiqəsinin nömrəsini, işlədiyi təşkilatın adını göstərməklə arayış verməli və ya yol vərəqəsində qeyd aparmalıdırlar, tibb işçiləri isə sürücüyə müəyyən edilmiş nümunədə arayış verməlidirlər; 3) nəqliyyat vasitəsinin Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının əməkdaşına təqdim edilməsi ilə əlaqədar xərclər nəqliyyat vasitəsi sahibinin tələbi ilə müəyyən edilmiş qaydada həmin orqanlar tərəfindən ödənilir.
IV. Mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı:

1) nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nikanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir;
2) zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, «Təcili tibbi yardım» maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır;
3) başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir;
4) hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir;
5) əgər yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almamışdırsa, maddi zərər cüzidirsə, nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa və yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib imzaladıqdan sonra, hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər.

V. Mexaniki nəqliyyat vasitəsinin sürücüsünə:

1) nəqliyyat vasitəsini qapıları bağlanmamış vəziyyətdə yerindən tərpətmək və ya onun hərəkəti zamanı qapıları açmaq;
2) nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək, sükan arxasında telefonla danışmaq;
3) hərəkət zamanı sükanı əlindən buraxmaq, mühərriki söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etmək;
4) nəqliyyat vasitəsinin təkərlərində və ya banında yol örtüyünü zibilləyən palçıq və s. varsa, yaxud onlardan yanacaq-sürtkü materiallarının, kimyəvi maddələrin, tikinti və digər materiallarının axması olarsa, onlarla örtüyü təkmilləşdirilmiş yollarda hərəkət qadağandır.

VI. Mexaniki nəqliyyat vasitəsinin sürücüsü Beynəlxalq yol hərəkətində iştirak etdikdə:

1) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, sürücülük vəsiqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır;
2) nəqliyyat vasitəsində onu qeydə almış dövlətin dövlət qeydiyyat nişanı və fərqlənmə nişanı olmalıdır.

Maddə 38. Velosipedçinin vəzifələri

Mühərriksiz velosipedi idarə edən şəxs xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməli və bunun üçün:

1) texniki cəhətdən saz və lazımınca təchiz olunmuş velosipeddən istifadə etməlidir;
2) velosipedi idarə etməyə mane olan yük və ya sərnişin daşımamalıdır.
Maddə 39. Mal-qara ötürənlərin vəzifələri
Mal-qara ötürənlər:
1) mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürməməlidirlər;
2) sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmir yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qaranı ötürməməlidirlər;
3) mal-qara sürüsünü yoldan son dərəcə diqqətli nəzarət etməklə ötürməlidirlər.
Maddə 40. Piyadanın vəzifələri
I. Piyada:

1) səki ilə, piyada zolağı ilə, yol çiyinləri ilə, bunlar olmadıqda isə velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped yolu ilə hərəkət etməli və ya ayırıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə getməlidir (iri əşyalar daşıyan və ya aparan piyadaların, habelə mühərriksiz əlil arabalarında gedən şəxslərin səki və ya yol qırağı ilə hərəkəti başqa piyadalar üçün maneə yaratdıqda, onlar yolun hərəkət hissəsinin kənarı ilə gedə bilərlər);
2) dəmiryolunu, avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidir;
3) yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi ilə hərəkət etdikdə nəqliyyat vasitələrinin hərəkəti istiqamətinə qarşı getməlidir (mühərriksiz əlil arabalarında hərəkət edən, motosiklet, moped, velosiped sürən şəxslər belə hallarda nəqliyyat vasitələrinin hərəkəti istiqamətində getməlidirlər);
4) ümumi istifadədə olan nəqliyyat vasitəsini və taksini, yalnız yolun hərəkət hissəsindəki nisbətən azca hündürə qaldırılmış minik meydançalarında, onlar olmadıqda isə, səkidə və ya yol çiyinlərində gözləməlidir (azca hündürə qaldırılmış minik meydançalarının olmadığı dayanacaq məntəqələrində nəqliyyat vasitəsinə minmək üçün yolun hərəkət hissəsinə yalnız nəqliyyat vasitəsi dayandıqdan sonra çıxmağa icazə verilir. Nəqliyyat vasitəsindən düşdükdən sonra ləngimədən yolun hərəkət hissəsini tərk etmək lazımdır);
5) hərəkətin nizamlandığı yerlərdə nizamlayıcının və ya piyada svetoforunun, o olmadıqda isə, nəqliyyat svetoforunun işarəsini əsas tutmalıdır;
6) yolun hərəkət hissəsində zərurət olmadan ləngiməməli və dayanmamalıdır;
7) qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşdıqda, yolun hərəkət hissəsini keçməməlidir (hərəkət hissəsində olanlar isə bu nəqliyyat vasitələrinə yol verməli və hərəkət hissəsini dərhal boşaltmalıdırlar);
8) dayanmış nəqliyyat vasitəsinin və ya görmə sahəsini məhdudlaşdıran başqa maneənin arxasından yolun hərəkət hissəsinə çıxmazdan əvvəl yaxınlaşan nəqliyyat vasitəsinin olmadığını yəqin etməlidir;
9) görünmə zonasında keçid və ya yolayrıcı olmadıqda, ayırıcı zolaq olmayan və sədd çəkilməyən, hər iki tərəfdən yaxşı görünən sahələrdə hərəkət hissəsinin kənarına nisbətən yolu düzbucaq altında keçməlidir;
10) sutkanın qaranlıq vaxtı yolun işıqlanmayan hissələrində yalnız görünüş dairəsində nəqliyyat vasitəsi olmadıqda keçməlidir.

II. Piyada, nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər.

III. Keçidi başa çatdıra bilməmiş piyadalar nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üstündə dayanıb gözləməlidirlər. Piyadalar yalnız hərəkətin təhlükəsizliyinə əmin olduqdan sonra və svetoforun (nizamlayıcının) siqnalını nəzərə almaqla yolu keçməyə davam edə bilərlər.

IV. Mütəşəkkil piyada dəstələrinə yalnız nəqliyyat vasitələrinin hərəkəti istiqamətində, yolun hərəkət hissəsinin sağ tərəfi ilə, bir sırada dörd nəfərdən çox olmayan dəstə ilə getməyə icazə verilir. Dəstənin qabağında və arxasında - sol tərəfdə müşayiətçilər olmalıdırlar, onlar əllərində qırmızı bayraqcıqlar, sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində isə, yandırılmış fənərlər: qabaqda - ağ, arxada - qırmızı işıq fənəri tutmalıdırlar.

V. Uşaqları dəstə halında yalnız sutkanın işıqlı vaxtı və böyüklərin müşayiəti ilə ancaq səki ilə, piyada yolu ilə, bunlar olmadıqda isə yol çiyini ilə aparmağa icazə verilir.
Maddə 41. Sərnişinin vəzifələri
Sərnişin:
1) nəqliyyat vasitəsinə yalnız xüsusi minik meydançasından, belə meydança olmadıqda isə, səkidən və ya yolun çiyini tərəfdən yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra minib-düşməlidir (sərnişinlərin səki və ya yolun çiyini tərəfdən minib-düşməsi mümkün olmayan halda, onlar yolun hərəkət hissəsindən o şərtlə minib-düşə bilər ki, bu, təhlükəli olmasın və hərəkətin digər iştirakçıları üçün maneə yaratmasın);
2) hərəkət vaxtı sürücünün diqqətini nəqliyyat vasitəsini idarə etməkdən yayındırmamalıdır;
3) təhlükəsizlik kəməri olan avtomobildə gedərkən kəməri bağlamalı, motosikletdə isə motoşlem geyinməlidir.
Maddə 42. Hərəkətə başlama, manevr etmə
I. Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır.

II. Yana uzadılmış sol qol, yaxud yana uzadılaraq düzbucaq şəkildə dirsəkdən yuxarı bükülmüş sağ qol sola (geriyə) dönmə siqnalına uyğundur. Yana uzadılmış sağ qol, yaxud yana uzadılaraq düzbucaq şəklində dirsəkdən yuxarı bükülmüş sol qol sağa dönmə siqnalına uyğundur. Yuxarı qaldırılmış sol və ya sağ qol tormozlama siqnalına uyğundur.

III. Dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal kəsilir (əl ilə verilən siqnal bilavasitə manevrə başlamazdan əvvəl qurtara bilər). Bu zaman verilən siqnal hərəkətin digər iştirakçılarını çaşdırmamalıdır. Siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir.

IV. Sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə yol verməlidir.

V. Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir.

VI. Dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Solda hərəkət hissəsi ilə bir səviyyədə yerləşən eyni istiqamətli tramvay yolları olduqda, 5.8.1 və ya 5.8.2 nişanları ilə başqa hərəkət qaydası müəyyən edilməmişdirsə, həmin yollardan keçərək sola və geriyə dönmək lazımdır. Bu zaman tramvay üçün maneə yaradılmamalıdır.

VII. Elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. Nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir.

VIII. Nəqliyyat vasitəsi öz qabaritinə və ya başqa səbəblərə görə bu maddənin altıncı hissəsinin tələblərinə əməl etməklə dönə bilmirsə, həmin tələblərdən kənara çıxmağa o şərtlə yol verilir ki, hərəkət təhlükəsizliyi təmin olunsun və bu, digər nəqliyyat vasitələri üçün maneə yaratmasın.
IX. Yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməlidir. Yolayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir.

X. Nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir.

XI. Tormozlama zolağı olduqda, hərəkət istiqamətini dəyişmək istəyən sürücü vaxtında həmin zolağa keçməli və yalnız burada sürəti azaltmalıdır. Yola giriş yerində sürətləndirmə zolağı olduqda, sürücü həmin zolaqla getməli və bu yolla gedən nəqliyyat vasitələrinə yol verərək qonşu zolağa keçməlidir.

XII. Aşağıdakı hallarda geriyə dönmək qadağandır:

1) piyada keçidlərində;
2) tunellərdə;
3) körpülərdə, estakadalarda və onların altında;
4) dəmiryol keçidlərində;
5) ən azı bir istiqamətdə yolun 100 metrdən az hissəsi görünən yerlərdə;
6) ictimai nəqliyyatın dayanacaq məntəqələrinin yerləşdiyi yerlərdə.

XIII. Nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir.

XIV. Yolayrıclarında və bu maddənin on ikinci hissəsinə əsasən, geriyə dönmənin qadağan edildiyi yerlərdə geriyə hərəkət qadağandır.

Maddə 43. Avtomagistrallarda hərəkət
I. Nəqliyyat vasitələrinin sürücüləri avtomagistrala girdikdə, avtomagistralda hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər. Sürətləndirmə zolağı olduqda, sürücülər bundan istifadə etməlidirlər.
II. Avtomagistrallarda:

1) piyadaların, mal-qaranın, at-araba nəqliyyatının, yük motorollerlərinin, atlıların, əl arabalarının, velosipedlərin, mopedlərin, traktorların, kənd təsərrüfatı maşınlarının və özügedən maşınların, texniki xarakteristikasına və ya vəziyyətinə görə, sürəti saatda 50 kilometrdən az olan digər nəqliyyat vasitələrinin, avtomagistralda xidmət işlərinin görülməsi halları istisna olmaqla, yol maşınlarının hərəkəti;
2) icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakılarda hərəkəti;
3) 5.15 və ya 6.11 nişanları ilə işarə edilmiş xüsusi dayanacaq meydançalarından kənarda dayanmaq;
4) geriyə dönmək və ayırıcı zolağın texnoloji kəsiklərinə girmək;
5) geriyə hərəkət etmək;
6) sürmə təlimi keçmək qadağandır.

III. Sürücü avtomagistralın hərəkət hissəsində məcburi dayandıqda, nəqliyyat vasitəsini bu Qanunun tələblərinə müvafiq nişanlamalı və onu bu məqsəd üçün nəzərdə tutulan zolağa (hərəkət hissəsinin qırağını göstərən xətdən sağdakı yol hissəsinə) çıxarmaq üçün tədbirlər görməlidir.

IV. Bu maddənin tələbləri 5.3 nişanı ilə işarə olunmuş yollara da şamil edilir.
Maddə 44. Dəmiryol keçidlərində hərəkət
I. Nəqliyyat vasitələrinin sürücüləri dəmir yollarını qatara (lokomotivə, drezinaya) yol verməklə, yalnız dəmiryol keçidlərində keçə bilərlər.

II. Sürücü dəmiryol keçidinə yaxınlaşdıqda yol nişanlarını, svetoforları, nişanlama xətlərini, şlaqbaumun vəziyyətini və keçid növbətçisinin göstərişlərini əsas tutmalı, yaxınlaşan qatarın (lokomotivin, drezinanın) olmadığını yəqin etməlidir.

III. Keçidə girmək:

1) svetoforun siqnalından asılı olmayaraq şlaqbaum bağlı olduqda və ya bağlanmağa başladıqda;
2) svetoforun qadağan siqnalı yandıqda (şlaqbaumun vəziyyətindən və mövcudluğundan asılı olmayaraq);
3) keçid növbətçisi qadağan siqnalı verdikdə (növbətçi əlindəki jezli, qırmızı fənəri və ya bayraqcığı başı üzərində tutaraq və ya qollarını yana açaraq sinəsi, yaxud kürəyi sürücüyə tərəf dayandıqda);
4) keçiddən o tayda tıxac yarandıqda və bu, sürücünü keçiddə dayanmağa məcbur etdikdə;
5) keçidə qatar (lokomotiv, drezina) yaxınlaşdıqda (görünmə həddində);
6) qarşıdan hərəkət zolağına girməklə, keçid qarşısında dayanmış nəqliyyat vasitələrinin yanından keçib getmək qadağandır.Bundan əlavə:
1) şlaqbaumu özbaşına açmaq;
2) qeyri-nəqliyyat vəziyyətində olan kənd təsərrüfatı, yol, inşaat və s. maşınları və mexanizmləri dəmiryol keçidindən keçirmək;
3) dəmiryol stansiyası rəisinin icazəsi olmadan, sürəti saatda 8 kilometrdən aşağı olan nəqliyyat vasitələrinin, habelə traktora qoşulan yük kirşəsinin hərəkəti qadağandır.

IV. Keçiddən hərəkət qadağan olunan hallarda sürücü stop-xəttin, 2.5 nişanın və ya svetoforun yanında, bunlar olmazsa, şlaqbauma azı 5 metr qalmış, şlaqbaum olmadıqda isə birinci relsə azı 10 metr qalmış dayanmalıdır.

V. Sürücü keçiddə məcburi dayandıqda, adamları dərhal nəqliyyat vasitəsindən düşürməli və keçidi boşaltmaq üçün tədbirlər görməlidir. Eyni zamanda sürücü:
1) yaxınlaşan qatarı saxlamaq üçün maşinistə dayanma siqnalı verməyi imkan daxilində iki adama başa salıb, onları dəmiryol xətti boyunca 1000 metr məsafədə hər iki tərəfə (bir nəfər olduqda isə yolun daha pis görünən tərəfinə) göndərməlidir;
2) nəqliyyat vasitəsinin yanında qalmalı və ümumi həyəcan siqnalları verməlidir;
3) qatar görünən kimi, ona tərəf qaça-qaça dayanma siqnalı verməlidir.
Qeyd: Dayanma siqnalı qolun dairəvi hərəkət etdirilməsindən ibarətdir (gündüz parlaq rəngli parça, yaxud yaxşı görünən hər hansı əşya ilə, gecə məşəl və ya fənərlə). Ümumi həyəcan siqnalı bir neçə dəfə, bir uzun və üç qısa səs siqnalı verməkdən ibarətdir.
Maddə 45. Yaşayış zonalarında hərəkət
I. Yaşayış zonası olan ərazidə piyadaların hərəkətinə həm səkilərdə, həm də yolun hərəkət hissəsində icazə verilir. Yaşayış zonasında piyadalara üstünlük verilir, lakin onlar nəqliyyat vasitələrinin hərəkəti üçün əsassız maneə yaratmamalıdırlar.

II. Yaşayış zonasında xüsusi olaraq ayrılmış, işarələrlə göstərilmiş, nişanlanmış yerlərdən kənarda saatda 20 kilometrdən artıq sürətlə hərəkət etmək, sürmə təlimi keçmək, mühərriki söndürmədən durmaq, habelə icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin durması qadağandır.

III. Sürücülər yaşayış zonasından çıxarkən, hərəkətin digər iştirakçılarına yol verməlidirlər.

IV. Bu maddənin tələbləri həyət ərazilərinə də şamil edilir.
Maddə 46. Velosipedlərin, mopedlərin hərəkətlərinə dair tələblər
I. Velosipedlər və mopedlər yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər. Piyadalar üçün maneə yaratmamaq şərti ilə velosipedlərin yol çiyini ilə hərəkətinə icazə verilir. Velosiped dəstələri yolun hərəkət hissəsi ilə getdikləri vaxt hərəsi 10 velosipedçidən çox olmayan qruplardan ibarət olmalıdırlar. Nəqliyyat vasitələrinin ötməsini asanlaşdırmaq üçün dəstələrin arasındakı məsafə 80-100 metr olmalıdır.

II. Velosiped və moped sürücülərinə:

1) sükanı tutmadan hərəkət etmək;
2) velosipedin və mopedin uzunu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya velosipedi, mopedi idarə etməyə mane olan yük aparmaq;
3) velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət etmək;
4) tramvay hərəkəti olan yollarda və həmin istiqamətdə hərəkət üçün birdən artıq zolağı olan yollarda sola və ya geriyə dönmək;
5) sərnişin daşımaq;
6) velosiped və ya mopedlə birgə istismar üçün nəzərdə tutulan qoşqunun yedəyə alınması istisna olmaqla, velosipedləri və mopedləri, eləcə də velosipedlərlə və mopedlərlə yedəyə almaq qadağandır.

III. Yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində velosiped və moped sürücüləri bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər.
Maddə 47. At arabalarının sürülməsinə və mal-qaranın ötürülməsinə dair tələblər
I. At arabalarının (kirşələrin), yük və minik heyvanlarının yalnız yolun sağ kənar zolağından mümkün qədər sağ tərəfdə bir cərgədə hərəkətlərinə icazə verilir. Piyadalar üçün maneə yaratmamaq şərtilə onların yol çiyni ilə də hərəkət etmələri mümkündür.

II. Yola bitişik ərazidən və ya ikinci dərəcəli yoldan çıxan zaman görünmə məhdud olan yerdə at arabasının (kirşənin) sürücüsü heyvanı cilovundan tutaraq əsas yola çıxarmalıdır.

III. Ötməni asanlaşdırmaq üçün yük və minik heyvanları sürülərə, at arabaları (kirşələr) isə sayı 5-dən çox olmayan dəstələrə bölünməlidirlər, bu dəstə və sürülər arasındakı məsafə ən azı 80-100 metr olmalıdır.

IV. Mal-qaranı yolda sutkanın işıqlı vaxtı ötürmək lazımdır. Mal-qara ötürənlər mal-qaranı yolun mümkün qədər sağ kənarı ilə ötürməlidirlər.

V. Mal-qara dəmiryol xətlərinin və yolun hərəkət hissəsinin üstündən keçirildikdə, sürü mal-qaranı ötürənlərin sayı nəzərə alınmaqla elə sayda dəstələrə bölünməlidir ki, mal-qaranın təhlükəsiz keçirilməsini təmin etmək mümkün olsun.

VI. At arabası nəqliyyatının (kirşəsinin) sürücüsünə, yük və minik heyvanlarını sürənlərə, mal-qaranı ötürənlərə:

1) mal-qaranı yolda nəzarətsiz qoymaq;
2) mal-qaranı dəmiryol xətlərinin və yolların üstündən xüsusi olaraq bu məqsəd üçün ayrılmış yerlərdən kənarda, habelə sutkanın qaranlıq vaxtında və məhdud görünmə şəraitində keçirmək (müxtəlif səviyyələrdə mal-qaranı ötürmə yerlərindən başqa);
3) mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürmək qadağandır.
Qeyd: At arabaları (kirşələr) işığı əks etdirən qurğu ilə, sutkanın qaranlıq vaxtı isə, həm də fənərlərlə təchiz olunmalıdırlar.
Maddə 48. Nəqliyyat vasitələrinin üstün hərəkət rejimi ilə hərəkəti və bununla
əlaqədar digər sürücülərin vəzifələri
I. Üstündə «polis», «təcili tibbi yardım», «yanğınsöndürən» yazılar olan, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər nəqliyyat vasitələri xüsusi tapşırığı yerinə yetirərkən üstün hərəkət rejiminə malikdirlər. Bu şəraitdə onların sürücüləri xüsusi işıq və səs siqnallarını qoşmalıdırlar.

II. Yuxarıda nəzərdə tutulmuş nəqliyyat vasitələrindən biri yaxınlaşdıqda, hərəkətdə iştirak edən digər nəqliyyat vasitələrinin sürücüləri sağa dönmə işıq göstəricisini yandırmalı, üstün hərəkət rejimi ilə gedən nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə nəqliyyat vasitəsini saxlamalıdırlar.

III. Yolayrıcından kənarda, tramvay yollarının yolun hərəkət hissəsi ilə kəsişdiyi yerlərdə tramvay, onun depodan çıxması hallarından başqa, relssiz nəqliyyat vasitələrinə nisbətən üstünlüyə malikdir.

IV. 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır.

V. Yaşayış məntəqələrində sürücülər işarələnmiş dayanacaqdan hərəkətə başlayan trolleybuslara və avtobuslara yol verməlidirlər. Trolleybus və avtobus sürücüləri yalnız onlara yol verildiyinə əmin olduqdan sonra hərəkətə başlaya bilərlər. Üstün hərəkət rejimli nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin qalan iştirakçılarını təhlükə altında qoymamaq şərtilə, bu Qanunun tələblərindən kənara çıxa bilər. Bütün hallarda, o, nizamlayıcının siqnallarına tabe olmalıdır.
Maddə 49. Nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşməsi
I. Normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər.

II. Hər istiqamətdə azı iki hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında qarşıdan hərəkət üçün nəzərdə tutulmuş tərəfə keçmək qadağandır.

III. Üç hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında nəqliyyat vasitələri yolun hərəkət hissəsinin mərkəzində yerləşən və hər iki istiqamət üçün sol kənar hesab olunan orta zolağa keçməməlidirlər. Orta zolağa keçməyə yalnız ötmə, yandan keçmə və sola, yaxud geriyə dönmə üçün icazə verilir.

IV. Eyni istiqamətdə azı iki hərəkət zolağı olan yolda tramvay yolları olduqda, tramvay yollarına çıxmaq qadağandır. Başqa yollarda nəqliyyat vasitələrinin sürücüləri tramvay yaxınlaşarkən, imkan olan kimi tramvay xəttini boşaltmalıdırlar.

V. Eyni istiqamətdə üç və daha çox hərəkət zolağı olan yolda nəqliyyat vasitələrinin bütün hərəkət zolaqlarını tutduqları intensiv hərəkət vaxtı asta gedən nəqliyyat vasitələri yalnız sağ kənar zolaqla hərəkət etməli, ağır çəkili nəqliyyat vasitələri isə həmin istiqamətdə sol kənar hərəkət zolağını tutmamalıdır; hərəkət istiqamətini sola dəyişmək və ya dönmə halları istisna təşkil edir.

VI. Nəqliyyat vasitələrinin sürücüləri intensiv hərəkət vaxtı yalnız sola və ya sağa dönmək, ötməyə hazırlaşmaq, hərəkəti düzünə istiqamətdə davam etdirmək, dayanacağa və ya duracağa çıxmaq üçün olduqları hərəkət zolağını qaydalara əməl etməklə dəyişə bilərlər.
Maddə 50. Hərəkət sürəti və nəqliyyat vasitələri arasında ara məsafəsi
I. Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir.

II. Nəqliyyat vasitələri:
1) yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz);
2) minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda: avtomagistrallarda - saatda 110 kilometrdən çox olmayan sürətlə; başqa yollarda - saatda 90 kilometrdən çox olmayan sürətlə;
3) şəhərlərarası və xüsusilə kiçik avtobuslar və motosikletlər yaşayış məntəqələrindən kənarda bütün yollarda saatda 90 kilometrdən çox olmayan sürətlə;
4) digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda:avtomagistrallarda - saatda 90 kilometrdən çox olmayan sürətlə; başqa yollarda - saatda 70 kilometrdən çox olmayan sürətlə;
5) banında adamlar daşıyan yük avtomobilləri - saatda 50 kilometrdən çox olmayan sürətlə;
6) yedəyində mexaniki nəqliyyat vasitələri aparan nəqliyyat vasitələri - saatda 50 kilometrdən çox olmayan sürətlə;
7) təhlükəli, ağır çəkili və iri qabaritli yüklər daşıyan nəqliyyat vasitələri - daşıma şərtləri razılaşdırılarkən müəyyən edilmiş həddən çox olmayan sürətlə hərəkət etməlidirlər.

III. Sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun.

IV. Yaşayış məntəqələrindən kənarda ötməni asanlaşdırmaq məqsədilə, asta gedən, ağır yüklü və ya uzun nəqliyyat vasitələrinin sürücüləri özlərindən qabaqda gedən nəqliyyat vasitəsi ilə kifayət qədər ara məsafəsi saxlamalıdırlar ki, onları ötən nəqliyyat vasitələri ötməni tam təhlükəsiz şəraitdə başa çatdırsınlar. Əgər sürücü ötmə əməliyyatına başlamışdırsa və ötürsə, bu tələbə əməl olunmur.

V. Üstün hərəkət rejimli nəqliyyat vasitələri zərurətdən irəli gələn sürətlə hərəkət edə bilərlər. Göstərilən nəqliyyat vasitələrinin sürücüləri yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün hər cür tədbir görməlidirlər.

VI. Sürücülərə:

1) nəqliyyat vasitəsini onun texniki xarakteristikası üzrə müəyyən edilmiş maksimum sürətdən artıq sürmək;
2) lüzumsuz olaraq həddindən az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaratmaq;
3) yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün lazım olan hallar istisna edilməklə, nəqliyyat vasitəsini sərt tormozlamaq qadağandır.
Maddə 51. Ötmə və qarşılıqlı keçmə
I. Ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki:

1) girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq;

2) eyni zolaqda arxasınca gələn nəqliyyat vasitəsi onu ötməyə başlamayıb, özündən qabaqda gedən nəqliyyat vasitəsi isə ötmə, sola dönmə, yerdəyişmə barədə siqnal vermir;

3) qarşıdan gələn nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəkdir.

II. Eyni istiqamətdə hərəkət üçün iki və daha artıq zolaq olmadığı halda relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir. Lakin sürücüsü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazımdır.

III. Ötmənin sonunda (sağ tərəfdən ötməyə icazə verilən hallardan başqa) sürücü əvvəl tutduğu hərəkət zolağına qayıtmalıdır. Lakin eyni istiqamətdə hərəkət üçün iki və daha artıq zolaq olduqda, ötən sürücü əgər əvvəl tutduğu zolağa qayıdıb dərhal yenidən ötməyə başlamalı olacaqsa və onun arxasınca daha yüksək sürətlə gələn nəqliyyat vasitələri üçün maneə yaratmayacaqsa, sol zolaqda qala bilər.

IV. Hərəkət sürətini artırmaqla və ya başqa hərəkətlərlə ötən nəqliyyat vasitəsinin sürücüsünə maneçilik törətmək qadağandır.

V. Ötmə:

1) nizamlanan yolayrıclarında - əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında - baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə);
2) piyada keçidlərində - piyadalar olduqda;
3) dəmiryol keçidlərində və onlara 100 metrdən az qaldıqda;
4) ötən və ya yanından keçən nəqliyyat vasitəsini;
5) yoxuşun axırında və yolun məhdudiyyətli görünüşlü digər sahələrində - əks istiqamətli hərəkət zolağına çıxmaqla;
6) tunellərdə qadağandır.

VI. Yaşayış məntəqələrindən kənarda asta gedən və ya iriqabaritli nəqliyyat vasitəsini ötmək çətinləşdikdə, sürücü nəqliyyat vasitəsini mümkün qədər sağa çəkməli, lazım gəldikdə isə arxasında yığılmış nəqliyyat vasitələrini buraxmalıdır.

VII. Qarşılıqlı keçmə çətinləşən hallarda - hansı sürücü tərəfdə maneə varsa, həmin sürücü yol verməlidir. 1.13 və 1.14 nişanları ilə işarələnmiş yerlərdə maneə olduqda, enişlə aşağı hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü yoxuşla yuxarı gedən nəqliyyat vasitəsinə yol verməlidir.
Maddə 52. Dayanma və durma
I. Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər.

II. Yolun sol tərəfində dayanmağa və durmağa yaşayış məntəqələrində ortasından tramvay yolları keçməyən, hər istiqamət üçün bir hərəkət zolağı olan yollarda və birtərəfli hərəkət yollarında (icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinə birtərəfli hərəkət yollarının sol tərəfində dayanmağa yalnız yük götürmək və ya boşaltmaq üçün) icazə verilir. Yolun hərəkət hissəsinə bitişik səkinin kənarında durmağa yalnız minik avtomobillərinə, motosikletlərə, mopedlərə və velosipedlərə bu şərtlə icazə verilir ki, onlar piyadaların hərəkətinə mane olmasın.

III. Yaşayış məntəqəsindən kənarda uzunmüddətli dincəlmə, gecələmə və istirahət üçün durmağa yalnız bu məqsədlə düzəldilmiş meydançalarda və ya yoldan kənarda icazə verilir.

IV. Aşağıdakı yerlərdə:

1) tramvay yollarında, habelə tramvay yollarının bilavasitə yaxınlığında, əgər bu, tramvayın hərəkətinə maneə yaradarsa;
2) dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə (əgər həmin istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında;
3) nizamlama xətti (hərəkət hissəsinin kənarını göstərən xətdən başqa) ilə dayanmış nəqliyyat vasitəsi arasında məsafə 3 metrdən az olan yerlərdə;
4) piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda;
5) hərəkət hissəsində təhlükəli döngələrin və yolun uzununa profilinin qabarıq əyintili hissəsinin yaxınlığında - hər hansı bir istiqamətdə yolun görünmə sahəsi 100 metrdən az olduqda;
6) 1.1-1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda;
7) dayanacaq meydançasından, meydança olmadıqda isə marşrut nəqliyyat vasitələrinin və ya taksilərin dayanma yeri göstəricisinə (əgər bu, onların hərəkətinə mane olursa) 15 metrdən az yaxınlıqda;
8) nəqliyyat vasitəsi svetofor siqnallarının, yol nişanlarının qarşısını tutmaqla başqa sürücülərin bunları görməsinə mane olduğu və ya başqa nəqliyyat vasitələrinin hərəkətini (girmə və ya çıxma) qeyri- mümkün etdiyi, yaxud piyadaların hərəkəti üçün maneə yaratdığı yerlərdə;
9) nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa - səkilərdə;
10) 3.27 yol nişanının təsir zonalarında dayanma qadağandır.

V. Nəqliyyat vasitəsini duracağa qoyduqda sürücü mühərriki söndürməli, duracaq tormoz sistemini qoşmalı, təkərləri səkiyə və ya yolun qırağındakı başqa maneəyə tərəf çevirməli və qapıları kilidləməlidir. İcazə verilən maksimum kütləsi 3,5 tondan çox olan nəqliyyat vasitəsini yoxuşda və ya enişdə duracağa qoyduqda, nəqliyyat vasitəsinin öz-özünə hərəkət etməsinə yol verməmək üçün sürücü təkərlərdən heç olmasa birinin altına tıxac qoymalıdır.

VI. Nəqliyyat vasitələrinin aşağıdakı yerlərdə durması qadağandır:
1) dayanacağın qadağan edildiyi yerlərdə;
2) yaşayış məntəqələrindən kənarda - yolların hərəkət hissəsində;
3) 5.1 nişanı ilə işarələnmiş yerlərdə;
4) dəmiryol keçidlərinə 50 metrdən az yaxınlıqda;
5) girişin, habelə darvaza qarşısında;
6) 3.28 yol nişanının təsir zonalarında.

VII. Dayanacağın qadağan edildiyi yerlərdə məcburi dayandıqda sürücü nəqliyyat vasitəsinin həmin yerlərdən aparılması üçün mümkün olan bütün tədbirləri görməlidir.

VIII. Nəqliyyat vasitəsi qapılarının açılması yol hərəkətinin digər iştirakçıları üçün maneə yaradarsa, onları açmaq qadağandır.

IX. Nəqliyyat vasitəsinin öz-özünə hərəkətini və ya sürücü olmadıqda ondan istifadəni istisna edən zəruri tədbirləri gördükdən sonra sürücü öz yerini tərk edə və ya nəqliyyat vasitəsini qoyub gedə bilər.

Maddə 53. Parklanma

I. Nəqliyyat vasitələrinə xüsusi olaraq ayrılan, nişanlarla və ya nişanlama xətti ilə işarələnən yerlərdə parklanmağa icazə verilir.

II. Yol hərəkətinin təhlükəsizliyini təmin etməyən yerlərdə və yolun hərəkət hissəsində nəqliyyat vasitələrinin parklanması qadağandır.
Maddə 54. Piyada keçidləri və ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanması
I. Nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar.

II. Əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər.

III. Əgər piyada keçidindən o biri tərəfdə tıxac yaranıbsa və bu, sürücünü piyada keçidində dayanmağa məcbur edəcəksə, onun piyada keçidinə girməsi qadağandır.

IV. Sürücü yaşayış məntəqələrində, piyada keçidlərindən kənarda ağ çəliklə işarə verən kor piyadalara yol verməlidir.

V. Əgər ümumi istifadədə olan nəqliyyat vasitəsinə minmə və ya ondan düşmə yolun hərəkət hissəsində və ya orada yerləşən minik meydançasında aparılırsa, sürücü dayanacaqda duran ümumi istifadədə olan nəqliyyat vasitəsinə doğru gedən və ya ondan düşüb gedən sərnişinlərə yol verməlidir (qapılar tərəfdən).

VI. «Uşaqlar» tanınma nişanı olan dayanmış nəqliyyat vasitəsinə yaxınlaşarkən, sürücü sürəti azaltmalı, lazım gəldikdə dayanmalı və uşaqlara yol verməlidir.
Maddə 55. Nasaz nəqliyyat vasitələri və onların yedəyə alınması
I. Nəqliyyat vasitəsi sıradan çıxdıqda, sürücü onu yolun hərəkət hissəsindən kənara çəkməli, bu mümkün olmadıqda səkinin bordürünün (hərəkət hissəsilə bir səviyyədə və ya ondan hündür olan yol örtüyünün konstruktiv yan məhdudiyyəti) yanına, yaxud yolun çiyininə çəkməli və bu zaman onu hərəkət hissəsinin kənarına paralel qoymalı, texniki yardım xidmətinə məlumat verməlidir.

II. Dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır.

III. Qəza dayanma nişanı nəqliyyat vasitəsinin arxa tərəfində, zərurət olduqda isə, həm də qabaq tərəfində, həmin zolaqda, nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə elə quraşdırılır ki, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin sürücüləri onu kifayət qədər məsafədən görə bilsinlər. Yaşayış məntəqələrində hərəkət intensiv olduqda, qəza dayanma nişanı daha yaxın məsafədə və ya bilavasitə nəqliyyat vasitəsinin üstündə elə qoyula bilər ki, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin sürücüləri onu görə bilsin.

IV. Əgər nəqliyyat vasitəsi qəza işıq siqnalı ilə təchiz edilməmişdirsə və ya bu siqnal saz deyildirsə, sürücü gecə vaxtı və ya məhdudiyyətli görünmə şəraitində yanıb-sönən qırmızı işıqlı portativ fənərdən istifadə edə bilər. Həmin fənər bu maddənin üçüncü hissəsinin tələblərinə uyğun quraşdırılır.

V. Nəqliyyat vasitələri aşağıdakı qaydalara əməl edilməklə yedəyə alınır:

1) yedəyə alan nəqliyyat vasitəsinin sükanı arxasında azı bir il sürücülük təcrübəsi olan sürücü əyləşməlidir;
2) yedəyə alınan nəqliyyat vasitəsinin sükanı arxasında sürücü və ya müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olan başqa şəxs əyləşməlidir;
3) yedəyə alan nəqliyyat vasitəsinin sürücüsü hərəkətə başladıqda, gündüz vaxtı yaxın işıq faralarını yandırmalıdır;
4) yedəyə alınan nəqliyyat vasitəsinin sürücüsü yedəyə alan nəqliyyat vasitəsi sürücüsünün siqnallarına uyğun siqnallar verməlidir;
5) nəqliyyat vasitəsi öz kütləsindən artıq olan nəqliyyat vasitəsini yedəyə almamalıdır (yedəyə almaq üçün xüsusi olaraq nəzərdə tutulan nəqliyyat vasitələrinin yedəyə alması halları istisna təşkil edir);
6) yedəyə alma zamanı hərəkət sürəti 50 km/saatdan artıq olmamalıdır;
7) yedəyə alma zamanı yedəyə alınan avtobusda, trolleybusda və yük avtomobilinin bort platformasında sərnişin daşınması qadağandır;
8) tormozu və sükanı nasaz olan nəqliyyat vasitələrinin yedəyə alınması onların tam və ya qismən yüklənməsi yolu ilə həyata keçirilməlidir;
9) birləşdirici hissə sərt yedəyə almada nəqliyyat vasitələri arasında ən çoxu 4 metr, elastik yedəyə almada isə 4 metrdən 6 metrə qədər məsafə qalmasını təmin etməlidir. Elastik yedəyə alma zamanı birləşdirici hissəsinin hər metri uyğun olaraq siqnal lövhəcikləri və ya bayraqcıqları ilə işarələnir.

VI. Aşağıdakı hallarda yedəyə alma qadağan edilir:

1) buzlu yol şəraitində;
2) yedəyə almadan sonra ümumi nəqliyyat qatarının uzunluğu 24 metrdən artıq olduqda;
3) ikitəkərli motosikletlərlə və ya onları;
4) birdən artıq nəqliyyat vasitəsini.
Maddə 56. Adamların daşınması
I. Banında adamlar daşınan yük avtomobillərini yalnız «S» kateqoriyalı (kabinədəki sərnişinlər də daxil olmaqla 8 nəfərdən artıq adam daşındıqda), habelə «C» və «D» kateqoriyalı sürücülük vəsiqəsinə malik olan şəxslərin idarə etməsinə icazə verilir.

II. Yük avtomobilinin bort platformasında gedərkən hərəkət vaxtı ayaq üstə durmaq, bort və ya yükün üstündə oturmaq, nəqliyyat vasitəsinin qapısını açmaq qadağandır.
Qeyd: Hərbi sürücülərin yük avtomobillərində adamların daşınmasına buraxılması müəyyən edilmiş qaydada həyata keçirilir.

III. Bort platforması olan yük avtomobilinin banında adamların daşınmasına bu Qanunun müddəalarına uyğun təchiz edildikdən sonra icazə verilir.

IV. Yük avtomobilinin banında daşınan adamların sayı oturmaq üçün düzəldilən yerlərin sayından artıq olmamalıdır.

V. Yük avtomobilinin sürücüsü hərəkətə başlamazdan əvvəl minmək, düşmək və banda yerləşmək qaydası haqqında sərnişinlərə təlimat verməlidir. Yalnız sərnişinlərin təhlükəsiz daşınması üçün şəraitin təmin edildiyinə əmin olduqdan sonra hərəkətə başlamaq olar.

VI. Adam daşımaq üçün avadanlıq qoyulmamış yük avtomobilinin bort platforması olan banında yalnız yükü müşayiət edən və ya onu almalı olan şəxslər, avtomobil bortun səviyyəsindən aşağıda yerləşən oturacaq yeri ilə təmin edilmiş olduqda, gedə bilərlər.

VII. Avtobusda qrupla uşaq daşındıqda onların yanında bir nəfər yaşlı müşayiətçi olmalıdır. Bu nəqliyyat vasitələrinin önündə və arxasında «Uşaqlar» tanınma nişanı olmalıdır.

VIII. Sürücü sərnişinləri yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra mindirməli və ya düşürməli, hərəkətə isə yalnız qapıları bağladıqdan sonra başlamalı və onları tam dayanana qədər açmamalıdır.

IX. Adamların daşınması:

1) avtomobilin (bort platforması olan yük avtomobilinin banında və ya ban-furqonunda daşınmasından başqa), traktorun, digər özügedən maşınların kabinəsindən kənarda, yük qoşqusunda, qoşqu-yaylaqda, yük motosikleti banında və motosikletin konstruksiyasında oturmaq üçün nəzərdə tutulmayan yerlərdə;
2) 12 yaşından kiçik uşaqları hesaba almadan, nəqliyyat vasitəsinin texniki xarakteristikasında nəzərdə tutulduğundan artıq sayda (nəqliyyat vasitəsinin faktik kütləsi istehsalçı müəssisənin müəyyən etdiyi icazə verilən maksimum kütlənin kəmiyyətindən artıq olmamalıdır) habelə, motosikletin arxa oturacağında, minik avtomobilinin qabaq oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda, 12 yaşınadək uşaqları həmin nəqliyyat vasitələrində daşımaq;
3) yük avtomobillərinin bort platformasında, ban furqonlarında uşaqların qrup halında daşınması qadağan edilir.

X. Sərnişinlərə:

1) hərəkət vaxtı ümumi istifadədə olan nəqliyyat vasitələrinə minmək, düşmək, onun qapılarını açıq saxlamaq və ya güclə açmaq;
2) hərəkət vaxtı tramvayların, trolleybusların, avtobusların və ya digər nəqliyyat vasitələrinin pillələrində dayanmaq və ya yük avtomobilinin banında ayaq üstə durmaq;
3) nəqliyyat vasitəsi dayandıqda və ya durduqda, heç bir təhlükənin olmadığını yəqin etmədən onun qapılarını açmaq;
4) sürücünü nəqliyyat vasitəsini idarə etməkdən yayındırmaq;
5) nəqliyyat vasitəsindən çıxdıqdan sonra, səbəb olmadan yolun hərəkət hissəsində ləngimək;
6) nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmaq qadağandır.
Maddə 57. Yüklərin daşınması
I. Daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır.

II. Yükün düşməməsi, hərəkətə mane olmaması üçün sürücü hərəkətə başlamazdan əvvəl və hərəkət vaxtı yükün yerləşdirilməsinə, bağlanmasına və vəziyyətinə nəzarət etməlidir.

III. Yükün daşınmasına:

1) adamları təhlükəyə məruz qoymaması, şəxsi və ya digər əmlaka zərər vurmaması;
2) sürücünün ətrafı görməsini məhdudlaşdırmaması, nəqliyyat vasitəsinin davamlılığını pozmaması və idarə olunmasını çətinləşdirməməsi;
3) yükün yerlə sürünməməsi və yola düşməməsi;
4) yükün xarici işıq siqnallarının və işıqqaytarıcıların, qeydiyyat və tanınma nişanlarının üstünü tutmaması, habelə əl ilə verilən siqnalların qəbul edilməsinə mane olmaması;
5) səs salmaması, toz qaldırmaması, yolu və ətraf mühiti çirkləndirməməsi şərti ilə yol verilir.

IV. Yükün vəziyyəti və yerləşdirilməsi göstərilən tələblərə cavab vermədikdə, sürücü sadalanan daşıma qaydalarının pozulmasını aradan qaldırmaq üçün tədbirlər görməli və ya hərəkəti dayandırmalıdır.

V. Yük qabaq və ya arxa tərəfdən nəqliyyat vasitəsinin qabaritindən - qabarit işığının xarici kənarından 1 metrdən çox və ya yan tərəfdən 0,4 metrdən çox qırağa çıxdıqda «İri qabaritli yük» tanınma nişanı ilə işarələnməlidir, sutkanın qaranlıq vaxtı və məhdud görünmə şəraitində isə, bundan başqa, qabaq tərəfdən ağ işıq fənəri və ya işıqqaytarıcı ilə arxa tərəfdən qırmızı işıq fənəri və ya işıqqaytarıcı ilə işarə olunmalıdır.

VI. Ağır çəkili və təhlükəli yüklərin, zərərsizləşdirilməmiş taranın daşınması, yüklə birlikdə və ya yüksüz qabarit parametrlərinin eni 2,5 metrdən, hündürlüyü yolun hərəkət hissəsinin səthindən 4 metrdən, uzunluğu bir qoşqulu avtoqatar üçün 20 metrdən, iki qoşqulu avtoqatar üçün 24 metrdən artıq olan, yaxud yükü nəqliyyat vasitəsinin qabaritinin arxa nöqtəsindən 2 metrdən çox kənara çıxan nəqliyyat vasitələrinin, iki və daha çox qoşqulu avtoqatarların hərəkəti xüsusi qaydalara uyğun olaraq həyata keçirilir.

VII. Taxıl, ot, yem və tökülən digər yüklər daşınarkən, onların üstünə örtük çəkilməlidir.

VIII. Nəqliyyat vasitəsindən yolun hərəkət hissəsinə düşən yük maneə yaratdıqda və onu dərhal aradan götürmək mümkün olmadıqda, sürücü qəza dayanma nişanı və ya yanıb-sönən qırmızı işıqlı portativ fənər qoymalıdır.

IX. Mikroavtobusların, avtobusların və minik maşınlarının sürücülərinə:

a) nəqliyyat vasitəsinin damında xüsusi olaraq bu məqsəd üçün yük yeri quraşdırılmadıqda, onun damında yük daşımaq;
b) yük yerinin qarşısını açıq qoymaqla, iri həcmli və ya çox uzun əşyalar daşımaq qadağandır.
X. Tezalışan, partlayış qorxusu olan, radioaktiv, güclü zəhərləyici maddələr və ya digər təhlükəli yüklər yalnız fərqləndirmə-tanınma nişanları olan xüsusi təchiz edilmiş nəqliyyat vasitələri ilə və xüsusi qaydalarda müəyyən edilmiş şərtlərlə daşınır.
Maddə 58. Nizamlayıcının siqnalları
I. Yollarda, yolayrıcılarında və digər yerlərdə yol hərəkəti qaydalarına nəzarəti həyata keçirmək, yol hərəkətinin gərginliyinə yol verməmək və ya onu aradan qaldırmaq üçün nizamlayıcı siqnallarından istifadə olunur (2 saylı Əlavə).

II. Nizamlayıcının siqnallarının aşağıdakı mənaları vardır:

1) Bütün nəqliyyat vasitəsi sürücülərinə və piyadalara aid olan siqnallar:
a) «Diqqət. Hərəkət dayandırılsın» siqnalı hərəkəti qadağan edir, lakin siqnal verilərkən yolayrıcında olan sürücülərə və piyadalara hərəkətlərini davam etməyə icazə verir;
b) «Müəyyən istiqamət üzrə hərəkət» siqnalı nizamlayıcının sinə və arxa tərəfindən gələn nəqliyyat vasitələrinin və piyadaların hərəkətini qadağan edir, sol və sağ tərəfindən gələn tramvayların düzünə, relssiz nəqliyyat vasitələrinin düzünə və sağa hərəkət etməsinə, sinə və arxa tərəfindən isə piyadalara yolun hərəkət hissəsini keçməyə icazə verir;
v) «Sola dönmə» siqnalı nizamlayıcının sol tərəfindən gələn tramvayların sola dönməsinə, relssiz nəqliyyat vasitələrinə bütün istiqamətlərdə hərəkət etməyə, sinə tərəfindən gələn nəqliyyat vasitələrinə sağa dönməyə, arxa tərəfindən piyadalara hərəkət hissəsini keçməyə icazə verir, sağ və arxa tərəfindən gələn nəqliyyat vasitələrinin hərəkətini isə qadağan edir;
2) Konkret nəqliyyat vasitəsi sürücüsünə və piyadaya aid olan siqnallar:
a) «Sürəti azaldın» siqnalı nizamlayıcı əl ilə yuxarı-aşağı hərəkətlər edərsə, hərəkətə icazə verilən istiqamətlərdə sürücüdən öz nəqliyyat vasitəsinin sürətini azaldılmasını tələb edir;
b) «Sürəti artırın» siqnalı nizamlayıcı əli ilə üfiqi vəziyyətdə (saat əqrəbi istiqamətində) dairəvi hərəkətlər edərsə, hərəkətə icazə verilən istiqamətlərdə sürücüdən öz nəqliyyat vasitələrinin sürətini artırmaq, piyadalardan isə yolu keçməsini tezləşdirməyi tələb edir;
v) «Dayanın» siqnalı nizamlayacı tərəfindən hər hansı nəqliyyat vasitəsinə tərəf yönəldilmişdirsə, onun sürücüsündən öz nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin kənarında dayandırmasını tələb edir.

III. Müstəsna hallarda (yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə təxirə salınmayan tədbirlərin görülməsi üçün zərurət yaranarsa), nizamlayıcı bu maddənin ikinci hissəsində göstərilən siqnalların mənalarından fərqli olaraq yol hərəkəti iştirakçılarına aydın olan digər siqnalları verə bilər.

IV. Bu maddədə nəzərdə tutulmuş siqnalları verərkən, nizamlayıcı fitdən də istifadə edə bilər.

V. Nizamlayıcı elə yerdə dayanmalı və elə təchiz edilməlidir ki, yol hərəkəti iştirakçıları onun tərəfindən verilən siqnalları sutkanın işıqlı və qaranlıq vaxtı seçə bilsinlər. Bu məqsədlə sutkanın qaranlıq vaxtında nizamlayıcı işıq düşən yerdə dayanmalıdır və ya istifadə edilən jezl işıq saçan və yaxud işıq verən olmalıdır.
Maddə 59. Svetoforun siqnalları
I. Yollarda, yolayrıclarında və digər yerlərdə yol hərəkətini nizama salmaq üçün svetoforlardan istifadə olunur. Svetoforların vasitəsi ilə verilən siqnallarda yaşıl, sarı, qırmızı və ağ-sarımtıl rənglər tətbiq edilir (3 saylı Əlavə).

II. Təyinatından asılı olaraq svetofor siqnalları dairəvi formalı, ox (oxlar), piyadanın və ya velosipedin silueti şəklində və X formalı ola bilər. Dairəvi siqnallı svetoforların yaşıl ox (oxlar) şəklində bir və ya iki əlavə bölməsi ola bilər: həmin bölmələr dairəvi yaşıl siqnalın səviyyəsində yerləşdirilir.

III. Svetoforun dairəvi siqnallarının aşağıdakı mənaları vardır:

1) yaşıl rəngli işığın yanması - bu siqnal hərəkətə icazə verir;
2) yaşıl rəngli işığın yanıb- sönməsi - bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər);
3) sarı rəngli işığın yanması - bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir;
4) sarı rəngli işığın yanıb-sönməsi - hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının və ya piyada keçidinin olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir;
5) qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi - bu siqnal hərəkəti qadağan edir;
6) qırmızı və sarı rəngli işıqların eyni vaxtda yanması - bu siqnal hərəkəti qadağan edir və tezliklə yaşıl siqnalın yanacağını bildirir.

IV. Svetoforun oxlar şəklində qırmızı, sarı və yaşıl rəngli işıqlarının mənası müvafiq rəngli dairəvi işıqların mənası ilə eynidir, lakin onların qüvvəsi yalnız oxlarla göstərilən istiqamətə (istiqamətlərə) şamil edilir. Həm də sola dönməyə icazə verən ox, müvafiq yol nişanının geriyə dönməyi qadağan etmədiyi hallarda, geriyə dönməyə də icazə verir. Əlavə bölmədəki yaşıl oxun da mənası belədir. Əlavə bölmənin işığının sönməsi bu bölmənin nizamladığı istiqamətdə hərəkətin qadağan edilməsi deməkdir.

V. Svetoforun əsas yaşıl işığının üstünə qara konturlu ox (oxlar) çəkilmişsə, bu, sürücülərə svetoforun əlavə bölməsinin olduğunu bildirir və əlavə bölmənin işığında göstəriləndən fərqlənən digər istiqamətlərdə hərəkətə icazə verir.

VI. Svetoforun işığı piyada (velosiped) silueti şəklindədirsə, onun qüvvəsi yalnız piyadalara (velosipedçilərə) şamil edilir. Bu zaman yaşıl işıq piyadaların (velosipedçilərin) hərəkətinə icazə verir, qırmızı işıq isə onların hərəkətini qadağan edir. Velosipedçilərin hərəkətini nizamlamaq üçün həmçinin dairəvi işıqları olan kiçik ölçülü svetoforlardan da istifadə edilə bilər; həmin svetoforlara üzərində qara rəngli velosiped təsviri olan 200x200 mm ölçüdə ağ rəngli düzbucaqlı lövhə əlavə olunur.

VII. Kor piyadalara yolun hərəkət hissəsini keçməyin mümkünlüyünü bildirmək üçün svetoforun işıq siqnallarına səs siqnalı da əlavə edilə bilər.

VIII. Yolun hərəkət hissəsinin zolaqları ilə, xüsusən hərəkət istiqaməti əks tərəfə dəyişə bilən zolaqları ilə nəqliyyat vasitələrinin hərəkətini nizamlamaq üçün belə yollarda qırmızı rəngli X formalı siqnalı və aşağı yönəldilmiş oxşəkilli yaşıl siqnalı olan qarşılıqlı svetoforlar tətbiq edilir. Bu siqnallar onların altında yerləşən zolaqda hərəkəti müvafiq sürətdə qadağan edir və ya ona icazə verir. Qarşılıqlı svetoforun əsas siqnallarına diaqonal üzrə aşağı sağa və ya sola istiqamətləndirilmiş oxşəkilli sarı siqnal əlavə edilə bilər; onun yanması siqnalın dəyişəcəyini və oxun göstərdiyi zolağa keçməyin zəruriliyini bildirir. Hər iki tərəfdən 1.9 nişanlama xətti olan zolağın üzərində asılmış qarşılıqlı svetofor siqnalları yanmadıqda, bu zolağa girmək qadağandır.

IX. Tramvaylar, habelə digər ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolaqda hərəkət edən həmin nəqliyyat vasitələrinin hərəkətini nizamlamaq üçün «T» hərfi şəklində yerləşmiş ağ-sarımtıl dörd dairəvi siqnalı olan birrəngli siqnal svetoforları tətbiq edilə bilər. Svetoforun aşağısında yanan siqnalla eyni anda yuxarıda yanan bir və ya bir neçə siqnal - hərəkətə icazə verir. Aşağı siqnalla birlikdə: yuxarıdakı sol siqnal yananda - sola, ortadakı yananda - düzünə, sağdakı yananda - sağa hərəkət etməyə icazə verir. Əgər yalnız yuxarıdakı üç siqnal yanırsa, hərəkət qadağandır.

X. Dəmiryol keçidində yerləşən dairəvi ağ-sarımtıl siqnal nəqliyyat vasitələrinin keçiddən keçib getməsinə icazə verir. Yanıb-sönən ağ-sarımtıl və sönmüş qırmızı siqnal olduqda görmə sahəsi həddində keçidə yaxınlaşan qatarın (lokomotivin, drezinanın) olmadığı halda hərəkətə icazə verir.

XI. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yol hərəkəti təhlükəsizlik komissiyasının qərarı olmadan onların ərazisində yerləşən yollarda svetoforlar qurmaq qadağandır
.
XII. Yollarda svetoforların qurulması və onların lazımi vəziyyətdə işləməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

XIII. Müvafiq qərar olmadan yol nişanlarının qurulması üçün onları quraşdıran şəxslər məsuliyyət daşıyırlar.

Maddə 60. Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi
I. Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir.

II. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar:

1) yolayrıcında - kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla);
2) bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında;
3) başqa yerlərdə - hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında.

III. Sürücü nəqliyyat vasitəsini nizamlayıcının göstərdiyi yerdə dayandırmalıdır.

IV. Svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bu mümkün olmadıqda isə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanmalıdırlar.
V. Nizamlayıcının siqnalları və göstərişləri svetoforun siqnallarına, yol nişanlarının və nişanlama xətlərinin tələblərinə zidd olduqda belə, sürücülər və piyadalar bu siqnallara və göstərişlərə əməl etməlidirlər.

VI. Dəmiryol keçidlərində svetoforun yanıb-sönən qırmızı siqnalı ilə bərabər, keçiddən keçməyin qadağan olunması barədə hərəkət iştirakçılarına əlavə məlumat vermək üçün səs siqnalı da tətbiq oluna bilər.

Maddə 61. Yol nişanları

I. Yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (4 saylı Əlavə).

II. Yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər).

III. Hər bir yol nişanının öz nömrəsi olur ki, onun birinci rəqəmi qrupun nömrəsinə uyğun olur, sonrakı rəqəmlər qrupda ardıcıl nömrəni və müxtəliflik mövcud olduqda onun ardıcıl nömrəsini əks etdirir.

IV. Müxtəlif qruplardan toplanan üstünlük nişanlarından başqa, hər qrup yol nişanlarının özünə məxsus rəngi və forması vardır.

V. Yol nişanlarının sutkanın hər bir vaxtı fərqləndirilməsi və oxunması üçün, onlar daxili və xarici işıqlandırılma və ya işıqqaytarıcı səth ilə (nəqliyyat vasitələrinin işıq cihazlarının işığını əks etdirən xırda şüşə kürəciklərinin əsasında xüsusi nazik pərdə) təchiz edilirlər. Daxildən işıqlandırılmış nişanlar yolun süni işıqlandırılmış yerlərində qurulur. Süni işıqlandırılmamış yollarda işıqqaytarıcı səthli nişanlar tətbiq olunur. İşıqqaytarıcı səthli nişanların 100 metrdən az olmayan məsafədən görünməsi təmin edilərsə, onların stasionar işıqlandırılmış yollarda da qurulmasına yol verilir.

VI. Yol nişanlarının yerləşdirilməsi müvəqqəti xarakter daşıyırsa (məsələn, yollarda təmir işləri görülürsə, yolun üstü sürüşkəndirsə və s.) və onların istifadə edilməsinə ehtiyac qalmayıbsa, bu nişanlar təcili çıxarılmalıdırlar.

VII. Yolun eyni kəsiyində üçdən artıq yol nişanının qurulmasına icazə verilmir (təkrar olunan nişanlar və əlavə lövhəciklər nəzərə alınmamaqla). Xüsusi qeyd olunmuş hallardan başqa yolun sağ tərəfində bütün yol nişanları qurulur. İki və ya artıq zolaqlarla bir istiqamətdə hərəkəti olan yollarda yol nişanları vaxtlı-vaxtında sürücü tərəfindən çətinliklə qavranılarsa, onlarda olan məlumat nəzərə alınmaqla nişanlar təkrar qurulmalıdır. Təkrar nişanlar ayırıcı zolaqlarda, əgər ayırıcı zolaq yoxdursa və əks istiqamətli hərəkət üçün iki hərəkət zolağından artıq hərəkət zolağı nəzərdə tutulmamışdırsa, belə yol nişanları yolun sol tərəfində qurulurlar. Yolun solunda yerləşdirilən yol nişanının görünməsinin təmin olunması mümkün deyilsə və ya əks istiqamətli hərəkət üçün üç və artıq hərəkət zolağı vardırsa, onda yol nişanları yolun hərəkət hissəsinin üstündə qurulurlar.

VIII. Yol nişanlarının qavranması üçün münasib şəraitin yaradılmasının təmin olunması məqsədilə, onlar dəqiq müəyyənləşdirilmiş yerdə yolun hərəkət hissəsinə nisbətən yerləşdirilirlər. Yol nişanlarının qurulmasından asılı olaraq, onun alt hissəsindən örtüyə qədər olan məsafə:
1) yaşayış məntəqələrindən kənar olan yolların qırağında - 1,5-2,2 metr;
2) eyni ilə yaşayış məntəqələrində - 2-4 metr;
3) təhlükəsizlik adacıqlarında və yolun hərəkət hissəsində - 0,6 metrdən az olmadan;
4) yolun hərəkət hissəsinin üstündə - 5-6 metr təşkil etməlidir.

IX. Yolun hərəkət hissəsinin kənarından, yol çiyninin isə torpaq örtüyünün kənarından quraşdırılmış nişana qədər məsafə 0,5-2,2 metr, 5.20.1, 5.21.1-5.27 nişanlarının qırağına qədər olan məsafə isə 0,5-5 metr olmalıdır.

X. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının yol hərəkəti təhlükəsizlik komissiyasının qərarı olmadan onların ərazisində yerləşən yollarda yol nişanları qurmaq qadağandır.

XI. Yollarda yol nişanlarının qurulması və onların lazımi vəziyyətdə saxlanılmamasına nəzarət Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

XII. Müvafiq qərar olmadan yol nişanlarının qurulması üçün onları quraşdıran şəxslər məsuliyyət daşıyırlar.

Maddə 62. Xəbərdarlıq nişanları
I. Xəbərdarlıq nişanları hərəkət zamanı şəraitə uyğun tədbirlər görülməsi tələb edilən yolun təhlükəli sahəsinə yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkəti iştirakçılarına məlumat verir.

II. Xəbərdarlıq nişanlarının əsas fərqləndirici əlamətləri (1.3, 1.4 və 1.31 qrupları istisna olmaqla) onların ağ fonlu üçbucaqlı və qırmızı haşiyəli formasıdır. Onlar heç bir məhdudiyyət nəzərdə tutmurlar. Lakin belə işanları görən sürücü diqqətini artırmalı və şəraitə uyğun təhlükəsizlik tədbirləri görməyə hazır olmalıdır.

III. Xəbərdarlıq nişanlarını hərəkətin icazə verilmiş sürətindən, görünmə şəraitindən və onların yerləşdirilməsi imkanından asılı olaraq yaşayış məntəqələrindən kənarda, təhlükəli sahələrin başlanğıcından 150-300 metr, yaşayış məntəqələrində isə 50-100 metr aralıda quraşdırırlar. Zərurət olduqda bu nişanlar başqa məsafədə də quraşdırıla bilər. Bu halda təhlükəli sahəyə qədər yolayrıcı varsa, bu yolayrıcından sonra təkrar nişan 7.1.1 lövhəciyi ilə quraşdırılır. Bundan başqa kəsişən (və ya birləşən) yolda yolayrıcından 50 metr məsafədə 7.1.3 və ya 7.1.4 lövhəciklərindən biri ilə birlikdə belə xəbərdarlıq nişanı quraşdırıla bilər.

IV. Xəbərdarlıq nişanlarını:

1) yolun hərəkət hissəsində qısamüddətli işlər aparılarkən 1.23 nişanı işlərin aparıldığı yerə 10-15 metr qalmış (7.1.1 lövhəciyi olmadan);
2) enişlər və yoxuşlar bir-birinin ardınca gəlirsə, 1.13 və 1.14 nişanları 7.1.1 lövhəciyi olmadan, enişin və ya yoxuşun başlanğıcında;
3) yaşayış məntəqələrindən kənarda 1.1, 1.2, 1.9, 1.10, 1.21 və 1.23 nişanları təkrarlanırsa, ikinci nişan təhlükəli sahənin başlanmasına azı 50 metr qalmış;
4) 1.3.1 və 1.3.2 nişanları bilavasitə dəmiryol keçidinin qabağında quraşdırılır.
Maddə 63. Üstünlük nişanları
I. Üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir.

II. Üstünlük nişanları başqa qruplardan toplandığına görə vahid forma və rəng fonuna malik deyildirlər.
Maddə 64. Qadağan nişanları
I. Qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir.

II. Onların dairəvi forması, ağ fonu, 3.27-3.30 işarələrinin mavi və qırmızı haşiyəsi vardır. 3.1, 3.21, 3.23, 3.25 və 3.31 nişanlar rəngli tərtibatla fərqlənirlər.

III. Qadağan nişanları müvafiq məhdudiyyətin qoyulduğu küçə və yolların sahələrinin bilavasitə qabağında və ya onun ləğv edildiyi yerlərdə quraşdırılır. Qadağan nişanları əvvəlcədən 7.1.1 lövhəciyi ilə quraşdırıla bilər.

IV. 3.2-3.9, 3.32 və 3.33 qadağan nişanları müvafiq nəqliyyat vasitələrinin hər iki istiqamətdə hərəkətini qadağan edir.

V. Qadağan nişanlarının qüvvəsi aşağıdakılara şamil edilmir:

1) 3.1-3.3, 3.18.1, 3.18.2, 3.19, 3.27 - ümumi istifadədə olan nəqliyyat vasitələrinə;
2) 3.2-3.8 - işarələnmiş sahədə yerləşən müəssisələrə xidmət edən, habelə bu sahədə yaşayan və ya işləyən vətəndaşlara xidmət edən və ya məxsus olan nəqliyyat vasitələrinə. Belə hallarda, nəqliyyat vasitələri işarələnmiş sahəyə təyinat yerinə ən yaxın olan yolayrıcından girib-çıxmalıdırlar;
3) 3.28-3.30 - taksometri işləyən taksilərə;
4) 3.2, 3.28-3.30 - I və II qrup əlillərin idarə etdiyi 5.15 fərqləndirici nişana malik nəqliyyat vasitələrinə;
5) 3.18.1, 3.18.2 nişanlarının qüvvəsi, qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə aiddir.

VI. 3.16, 3.20, 3.22, 3.24, 3.26-3.30 nişanlarının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Yola bitişik ərazilərdən yola çıxış yerlərində, çöl, meşə yolları və qarşısında müvafiq nişanlar qoyulmuş digər ikinci dərəcəli yollarda kəsişmə (qovuşma) yerlərində nişanlar qüvvəsini itirmir.

VII. 5.22 nişanı ilə işarələnən yaşayış məntəqəsindən qabaqda qurulmuş 3.24 nişanı həmin nişana qədər qüvvədə olur.

VIII. Nişanların qüvvədə olduğu sahə aşağıdakı üsullarla azaldıla bilər:

1) 3.16 və 3.26 nişanları üçün - 7.2.1 lövhəciyi tətbiq etməklə;
2) 3.20, 3.22, 3.24 nişanları üçün - onların qüvvədə olduğu sahənin qurtaracağında müvafiq olaraq 3.21, 3.23, 3.25 nişanları qoymaqla və ya 7.2.1 lövhəciyi tətbiq etməklə. 3.24 nişanının qüvvədə olduğu sahəni maksimum hərəkət sürətinin başqa kəmiyyəti göstərilən 3.24 nişanı qoymaqla azaltmaq olar;
3) 3.27-3.30 nişanları üçün - onların qüvvədə olduğu sahənin qurtaracağında 3.27-3.30 nişanlarını 7.2.3 lövhəciyi ilə təkrarən qoymaqla və ya 7.2.2 lövhəciyi tətbiq etməklə, 3.27 nişanı 1.4 nişanlama xətti ilə birlikdə; 3.28 nişanı isə 1.10 nişanlama xətti ilə birlikdə tətbiq edilə bilər: bu zaman nişanların qüvvədə olduğu sahə nişanlama xəttinin uzunluğu ilə müəyyənləşdirilir.
IX. 3.10, 3.27-3.30 qadağan nişanlarının qüvvəsi yolun yalnız nişan qurulmuş tərəfinə şamil edilir.
Maddə 65. Məcburi hərəkət istiqaməti nişanları
I. Məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir.

II. Bu nişanların dairəvi forması və mavi fonu vardır.

III. 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir. Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir. 4.1.1-4.1.6 nişanlarının qüvvəsi ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir.

IV. 4.1.1-4.1.6 nişanlarının qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir.

V. Yol sahəsinin başlanğıcında qurulmuş 4.1.1 nişanı ən yaxın yolayrıcına qədər qüvvədə olur. Bu nişan həyətlərə və yola bitişik digər ərazilərə girmək üçün sağa dönməyi qadağan etmir. 4.4 nişanı minik avtomobillərinin, avtobusların, motosikletlərin, ümumi istifadədə olan nəqliyyat vasitələrinin və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobillərinin hərəkətinə icazə verir. Bu nişan işarələnmiş sahədə yerləşən müəssisələrə xidmət edən, habelə həmin sahədə yaşayan vətəndaşlara xidmət edən və ya məxsus olan digər nəqliyyat vasitələrinin hərəkətinə də icazə verir. Belə hallarda, nəqliyyat vasitələri işarələnmiş sahəyə təyinat yerinə ən yaxın yolayrıcından girib-çıxmalıdırlır.
Maddə 66. Məlumatverici-göstərici nişanlar
I. Məlumatverici-göstərici nişanlar hərəkətin müəyyən rejimini tətbiq və ya ləğv edirlər, eləcə də yaşayış məntəqələrinin və başqa obyektlərin yerləşməsi barədə məlumat verirlər.

II. Bu nişanların düzbucaq forması vardır, sürücülərin və hərəkətin digər iştirakçılarını yolun vəziyyətinin xüsusiyyətləri, yaşayış məntəqələrinin adları, onların keçmə qaydaları, küçələrin və yolların ayrı-ayrı sahələrində hərəkət rejiminin müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Bu qrup nişanların müxtəlif fonları vardır. Yaşıl fon avtomagistral, göy fon bütün başqa avtomobil yolları, ağ fon yaşayış məntəqəsi əlaməti deməkdir. İşarələrin sarı fonu yolun təmir olunan hissələrinin yanından keçmə üçün tətbiq olunur.

Maddə 67. Servis nişanları

I. Servis nişanları yollarda müvafiq obyektlərin yerləşməsi barədə məlumat verir.
II. Servis nişanlarının düzbucaq forması, enli mavi haşiyəsi vardır. Müvafiq rəmzlər ağ fon üzərində təsvir olunur. Servis nişanları yaşayış məntəqələrində bilavasitə obyektlərin yanında və ya onlara dönəcək yerlərdə quraşdırılır. Yaşayış məntəqələrindən kənar yollarda nişanlar əvvəlcədən göstərilən obyektdən 60-80 kilometr, 15-20 km və 400-800 metr aralıda quraşdırılır. Yaşayış məntəqələrinin yollarında onları əvvəlcədən, göstəriləcək obyektlərdən 100-150 metr aralı məsafədə və onlara yaxın dönəcək yerlərdə quraşdırırlar.
Maddə 68. Əlavə məlumat nişanları
I. Əlavə məlumat nişanları (lövhəciklər) birlikdə tətbiq olunduğu nişanların təsirini dəqiqləşdirir və ya məhdudlaşdırırlar.

II. Lövhəciklər birlikdə tətbiq olunduqları yol nişanının bilavasitə altında yerləşdirilirlər. Yolun hərəkət hissəsinin qırağında və ya səkinin üstündə asıldıqda, 7.2.2-7.2.4, 7.13 əlavə məlumat nişanları yol nişanlarının yan tərəfində yerləşdirilir.
Maddə 69. Yolun nişanlanması

I. Yolun nişanlanması (5 saylı Əlavə) yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindən biri olmaqla, nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət edir.

II. Yol nişanlanmasına hərəkət təhlükəsizliyini artırmaq məqsədi ilə yol hərəkəti qaydalarını müəyyənləşdirən, yol qurğularının ölçülərini və ya yolun istiqamətini bildirən, yolun hərəkət hissəsinə, yolun və yol qurğularının digər elementlərinə çəkilən xətlər, yazılar və digər qeydlər aiddir. Yol nişanlanması müstəqil şəkildə, habelə yol nişanları və svetoforlarla birlikdə tətbiq olunur.

III. Yolun nişanlanmasının aşağıdakı formaları vardır:

1) üfiqi;
a) uzununa (1.1-1.11);
b) köndələninə (1.12-1.15);
v) digərləri (1.16.1-1.24);
2) şaquli.

IV. Yolun nişanlanması yol hərəkətinin təşkilinə, yol hərəkəti iştirakçılarının xəbərdar edilməsinə və istiqamətləndirilməsinə xidmət edir. Ondan müstəqil şəkildə ayrıca və ya tələblərini dəqiqləşdirdiyi və yaxud tamamladığı yol nişanları ilə birgə istifadə edilir.

V. Yolun üfiqi nişanlanması müəyyən hərəkət rejimini və hərəkət tərzini müəyyən etməklə, yolun hərəkət hissəsinə, sarı rənglə olan 1.4, 1.10 və 1.17 xətləri istisna olunmaqla, ağ rəngdə çəkilir.

VI. Üfiqi nişanlanma xətləri aşağıdakılardır:

1) 1.1 - əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir;
2) 1.2 - avtomagistrallarda hərəkət hissəsinin kənarını göstərir (enli bütöv xətlər);
3) 1.3 - dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır;
4) 1.4 - dayanma qadağan olunan yerləri bildirir, müstəqil və ya 3.27 nişanı ilə birlikdə tətbiq edilir və hərəkət hissəsinin kənarına və ya bordürün üst hissəsində çəkilir;
5) 1.5 - iki və ya üç zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır, bir istiqamətdə hərəkət üçün iki və daha çox zolaq olduqda, hərəkət zolaqlarının sərhədlərini göstərir;
6) 1.6 - əks istiqamətli və ya eyni istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 və ya 1.11 nişanlanma xətlərinə yaxınlaşma barədə xəbərdarlıq edir (yaxınlaşma xətti - cizgilərinin uzunluğu onların aralarındakı məsafədən üç dəfə böyük olan qırıq xətlər);
7) 1.7 - yolayrıcının hüdudlarında hərəkət zolaqlarını göstərir (cizgiləri qısa və onların aralarındakı məsafə cizginin uzunluğuna bərabər olan qırıq xətlər);
8) 1.8 - sürətləndirmə və ya tormozlama zolağı ilə yolun hərəkət hissəsinin əsas zolağı arasında sərhədi göstərir (enli qırıq xətlər müxtəlif səviyyələrdəki yolayrıclarında, kəsişmələrdə, avtobus dayanacaqları zonasında və sair yerlərdə);
9) 1.9 - reversiv hərəkətlə nizamlanma tətbiq edilən hərəkət zolaqlarının sərhədlərini göstərir, qarşılıqlı hərəkətlə nizamlanma tətbiq olunan yollarda əks istiqamətli (qarşılıqlı hərəkət svetoforları söndürülən zaman) nəqliyyat axınlarını ayırır;
10) 1.10 - duracağın qadağan olunduğu yerləri bildirir, müstəqil və ya 3.28 nişanı ilə birlikdə tətbiq olunur və hərəkət hissəsinin kənarına və ya bordürün üst hissəsində çəkilir;
11) 1.11 - yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən yol sahələrində əks və ya eyni istiqamətli nəqliyyat axınlarını ayırır və yalnız bir tərəfə hərəkət etməyə icazə verilən yollarda duracaqlara girmək və çıxmaq, geriyə dönmək və sair üçün nəzərdə tutulmuş yerləri göstərir;
12) 1.12 (stop-xətt) - 2.5 nişanı olduqda və ya svetoforun (nizamlayıcının) qadağan siqnalı verildikdə, sürücünün dayanmalı olduğu yeri göstərir;
13) 1.13 - kəsişən yolla hərəkət edən nəqliyyat vasitələrinə yol vermək üçün sürücünün lazım gəldikdə, dayanmalı olduğu yeri göstərir;
14) 1.14.1 - nizamlanmayan piyada keçidini, 1.14.2 - piyadaların hərəkət istiqamətini, 1.14.3 - hərəkətin svetoforla nizamlandığı piyada keçidini göstərir;
15) 1.15 - velosiped yolunun yolun hərəkət hissəsi ilə kəsişdiyi yeri göstərir;
16) 1.16.1-1.16.3 - nəqliyyat axınlarının ayrıldığı və ya birləşdiyi yerlərdə istiqamətləndirici adacıqları göstərir;
17) 1.17 - ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaqlarını və taksi duracaqlarını göstərir;
18) 1.18 - yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir;
19) 1.19 - yolun hərəkət hissəsinin daralan sahəsinə (həmin istiqamətdə zolaqların sayının azaldığı sahəyə), yaxud əks istiqamətlərdə nəqliyyat axınlarını ayıran 1.1 və 1.11 nişanlama xətlərinə yaxınlaşmanı göstərir. Birinci halda 1.19 nişanlama xətti 1.18.1-1.18.3 nişanları ilə birlikdə tətbiq oluna bilər;
20) 1.20 - 1.13 nişanlanma xəttinə yaxınlaşmanı bildirir;
21) 1.21 («stop» yazısı) - 2.5 nişanı ilə birlikdə tətbiq olunduğu hallarda 1.12 nişanlanma xəttinə yaxınlaşmanı bildirir;
22) 1.22 - yolun (marşrutun) nömrəsini göstərir;
23) 1.23 - ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi zolağı göstərir.

VII. Üfiqi nişanlanma xəttinin xüsusiyyəti:

1) 1.1-1.3 xətlərini kəsib keçmək qadağandır;
2) nəqliyyat vasitəsini yolun çiynində dayandırmaq üçün hərəkət hissəsinin kənarını göstərən və sürücüdən sağda yerləşən 1.1 və 1.2 xətlərini kəsib keçməyə yol verilir;
3) 1.5-1.8 xətlərini istənilən tərəfdən kəsib keçməyə icazə verilir;
4) qarşılıqlı hərəkət svetoforlar olmadıqda və ya söndürülmüş olduqda, 1.9 xətti sürücüdən sağdadırsa, onu kəsib keçməyə icazə verilir, qarşılıqlı hərəkət svetoforları yanarkən bir istiqamətdə hərəkətə icazə verilən zolaqları bir-birindən ayıran 1.9 nişanlama xəttini istənilən tərəfdən kəsib keçmək olar. Qarşılıqlı hərəkət svetoforları söndürüldükdə sürücü dərhal 1.9 nişanlanma xəttindən sağ tərəfə yerdəyişmə etməlidir. Qarşılıqlı hərəkət svetoforları söndürülmüş olduqda əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.9 xəttini kəsib keçmək qadağandır;
5) 1.11 xəttini qırıq xətt tərəfdən, habelə yalnız ötməni və ya yandan keçməni başa çatdırdıqdan sonra bütöv xətt tərəfdən kəsib keçməyə icazə verilir. Yeri dəyişdirilə bilən dayaqlarda qurulmuş müvəqqəti yol nişanlarının və nişanlanma xətlərinin mənaları bir-birinə zidd gəldikdə, sürücülər yol nişanlarını əsas tutmalıdırlar.

VIII. Yol qurğularının elementlərinə (körpülərə, dəmiryol keçidlərinə, dayaq qurğularına və s.) hasarlara, sütunlara, eləcə də yollarda olan və hərəkət üçün təhlükə yaradan digər obyektlərin üzərinə, onların ölçülərini göstərmək və həmçinin sürücülərin gözlə istiqaməti müəyyənləşdirməsinə kömək etmək məqsədilə, ağ və qara rəngli zolaq şəklində şaquli nişanlama çəkilir.

IX. Şaquli nişanlanma xətləri aşağıdakılardır:

1) 2.1 - yol qurğularının hərəkətdə olan nəqliyyat vasitələri üçün təhlükə doğuran ünsürlərini (körpülərin dayaqlarını və s.) göstərir;
2) 2.2 - tunellərin, körpülərin aşırımlarının aşağı kənarını göstərir;
3) 2.3 - ayırma zolaqlarında və ya təhlükəsizlik adacıqlarında düzəldilmiş dairəvi adacıqları göstərir;
4) 2.4 - istiqamətləndirici dirəkcikləri, yolkənarı kötükcükləri, çəpərlərin dayaqlarını və s. göstərir
5) 2.5 - kiçik radiuslu döngələrdə, sərt enişlərdə, digər təhlükəli sahələrdə yol sədlərinin yan səthini göstərir;
6) 2.6 - başqa sahələrdə yol sədlərinin yan səthini göstərir;
7) 2.7 - təhlükəli sahələrdə yol səthindən hündürə çıxan təhlükəsizlik adacıqlarını göstərir.
Maddə 70. Dəmiryol keçidlərinin siqnallaşdırılması
I. Dəmiryol keçidlərindəki işıq siqnalları eyni səviyyədə quraşdırılmış, növbəliklə işləyən və keçiddən hərəkəti qadağan edən iki yanıb-sönən qırmızı işıqdan ibarətdir.

II. İşıq siqnallarını ahənglə səslənən və keçiddən hərəkəti qadağan edən səs siqnalları müşayiət edə bilər.

III. Qırmızı işıqların arasında, yaxud onların üzərində yerləşən və yanıb-sönən ağ işıq hərəkətə icazə verir.

IV. Şlaqbaum quraşdırılmış keçidlərdə bağlı, yaxud bağlanmağa başlayan şlaqbaum olduqda, keçidə daxil olmaq qadağandır.

V. Şlaqbaum ardıcıllıqla qırmızı və ağ zolaqlarla rənglənməlidir, ortada isə qırmızı rəngdə disk nəzərdə tutula bilər. Sutkanın qaranlıq vaxtı işıqlandırılmayan yollarda şlaqbaum işıqlandırılmalı və ya qırmızı işıqlar nəzərdə tutulmalıdır.

VI. Dəmiryol keçidlərinə yaxınlaşma 1.1 və 1.2 xəbərdarlıq nişanları ilə, yaxud şlaqbaumla nişanlanmalı, keçidin bilavasitə yaxınlığında isə hər bir tərəfdən 1.3.1 və 1.3.2 xəbərdarlıq nişanları quraşdırılmalıdır.

VII. Dəmiryol keçidi önündə yaşayış məntəqələrindən kənarda yol boyu 1.4.1-1.4.6 lövhələri quraşdırılır. Həmin lövhələr hərəkət boyu yolun sol tərəfində də quraşdırıla bilər. Bu zaman onları 1.1 və ya 1.2 xəbərdarlıq nişanları müşayiət edə bilər.

VIII. Hərəkət intensivliyi az olan keçidlərdə 2.5 üstünlük nişanı quraşdırılır. Həmin keçidlərdə nəqliyyat vasitələrinin hərəkətini dəmiryol keçidi üzrə növbətçi nizamlayır.
Maddə 71. Yol işlərində olunan işarələr
I. Yol işləri aparılarkən, habelə yolun zədələnmiş sahələrində təhlükəsiz və fasiləsiz hərəkəti təmin etmək məqsədi ilə aşağıdakı işarələrdən istifadə olunur (6 saylı Əlavə):

1) görülməli işlərin sahəsini müəyyənləşdirən lövhə və səyyari konuslar;
2) nizamlayıcı göstəriciləri olan sürətli hərəkət lövhələri;
3) iş sahəsini müəyyənləşdirən qırmızı və ya narıncı rəngli sarışan işıqlar;
4) hərəkətin istiqamətini göstərən maneə;
5) görülən yol işarələrindən yan keçməni göstərən maneələr;
6) yol işləri sahəsinin müəyyən edilməsi üçün bayraqlar.

II. Yol işləri görülməsinə, onun xarakteri və davam etmə müddətindən asılı olaraq, yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan, xüsusi yol nişanlarının və ya işıq siqnallarının qurulmasından sonra başlanıla bilər.

III. İş aparılacaq sahələri aydın görünən stendlərlə, şlaqbaumlarla, ayırıcı dirəklərlə və ya digər xüsusi vasitələrlə işarə etmək lazımdır.

IV. Yuxarıda göstərilən vasitələr işıqqaytarıcı olmazsa, axşamlar qırmızı və narıncı rəngli daimi və ya sayrışan işıqlar quraşdırılmalıdır.

V. Yolun zədələnmiş hissəsində hərəkəti nizamlamaq üçün xüsusi yol nişanları və işıq siqnalları quraşdırılır, zəruri hallarda isə yaranmış vəziyyətə uyğun olaraq yolun nişanlanması aparılır. Əgər vəziyyət tələb edərsə, yol hərəkəti yol fəhlələri tərəfindən nizamlanmalıdır.

VI. Yol işlərinin aparılması müddətində qurulmuş xüsusi yol nişanları və ya işıq siqnalları saxlanılır, işlər qurtardıqda isə ilkin vasitələr bərpa edilir və zəruri olduqda yeni yol hərəkəti şəraitinə müvafiq olaraq dəyişikliklər edilir.

VII. Yolun hərəkət hissəsində işləyən şəxs narıncı qolsuz paltar geyməlidir, gecə isə həmin geyim işıq qaytaran olmalıdır və yaxud onun üzərində işıqqaytarıcı elementlər nəzərdə tutulmalıdır.

VIII. Yol işlərinin aparılması ilə əlaqədar hərəkətin bağlanılması və ya onun məhdudlaşdırılması, eləcə də işin aparıldığı yerin, yaxud zonanın nişanlanması dövlət standartı ilə müəyyən edilir.
Maddə 72. Nəqliyyat vasitələrinin tanınma nişanları
Nəqliyyat vasitələrində aşağıdakı tanınma nişanlarından istifadə olunur (7 saylı Əlavə):
1) «Avtoqatar» - qoşqulu yük avtomobillərində və təkərli traktorlarda (1,4 ton və daha artıq yük götürən), habelə birləşdirilmiş avtobus və trolleybuslarda - kabinənin damında bir-birindən 150-300 mm aralı, üfiqi yerləşdirilmiş narıncı rəngli üç fənər şəklində;
2) «Tikanlı şinlər» - tikanlı şinlər qoyulmuş mexaniki nəqliyyat vasitələrinin arxasında - bərabərtərəfli, ağ rəngli, təpəsi yuxarı yönəldilmiş və qırmızı haşiyəyə alınmış içərisində qara rənglə şin təsviri olan üçbucaq şəklində (üçbucağın tərəfləri azı 200 mm, haşiyənin eni üçbucağın tərəfinin onda biri qədər);
3) «Uşaqların daşınması» - avtobusda və ya yük avtomobilinin banında dəstə ilə uşaq apararkən, bu nəqliyyat vasitələrinin qabağında və arxasında - qırmızı haşiyəyə alınmış və içərisində qara rənglə 1.21 yol nişanının simvolu təsvir edilmiş sarı rəngli kvadrat şəklində (kvadratın tərəfləri azı 250 mm, haşiyənin eni kvadratın tərəfinin onda biri qədər);
4) «Kar sürücü» - lal-kar və ya kar sürücülərin idarə etdiyi mexaniki nəqliyyat vasitələrinin qabağında və arxasında-diametri 160 mm olan, içərisində təpəsi aşağı yönəldilmiş bərabərtərəfli xəyali üçbucağın künclərində 40 mm diametrli üç qara dairəcik çəkilmiş sarı rəngli dairə şəklində;
5) «Əlil» - I və II qrup əlillər üçün xüsusi avadanlıqlar quraşdırılmış, onlar tərəfindən idarə olunan və qeydiyyat şəhadətnaməsində bu barədə müvafiq qeyd olan nəqliyyat vasitələrinin qabaq və arxasında - tərəfləri 150 mm ölçülü, daxilində 7.17 simvolunun qara boya ilə təsviri olan sarı rəngli kvadrat şəklində;
6) «Həkim» - sürücü-həkimlərin idarə etdiyi nəqliyyat vasitələrinin qabağında və arxasında - tərəflərinin ölçüsü 140 mm olan, içərisinə ağ dairədə (diametri 125 mm) qızıl xaç (ştrixin hündürlüyü 90 mm, eni 25 mm) təsviri vurulmuş, göy rəngli kvadrat şəklində;
7) «Təlim nəqliyyat vasitəsi» - sürücülük öyrətmək üçün istifadə olunan mexaniki nəqliyyat vasitəsinin qabağında və arxasında - bərabərtərəfli, ağ rəngli, təpəsi yuxarı yönəldilmiş və qırmızı haşiyəyə alınmış (üçbucağın tərəfləri azı 200 mm, haşiyənin eni üçbucağın tərəfinin onda biri qədər) və içərisində qara rəngdə «təlim» sözü yazılmış üçbucaq şəklində (minik avtomobilinin damında ikitərəfli nişan qoyulmasına yol verilir);
8) «Nəqliyyat vasitəsinin qabaritindən kənara çıxan yük» - 400x400 mm ölçüdə, diaqonal boyu 50 mm enində, növbə ilə qırmızı və ağ zolaqlar çəkilmiş, işıqqaytarıcı səthə malik lövhəcik şəklində;
9) «Təhlükəli yük» - belə yüklər daşıyan nəqliyyat vasitələrinin qabağında və arxasında - 690x300 mm ölçüdə, onun 400x300 mm ölçüdə sağ hissəsi narıncı, sol hissəsi isə 15 mm enində qara haşiyəyə alınmış ağ rəngdə olan düzbucaq şəklində (nişanda yükün təhlükəli xassələrini xarakterizə edən işarələr çəkilir);
10) «Uzunölçülü nəqliyyat vasitəsi» - yüklü və ya yüksüz iki və daha çox qoşqusu olan uzunluğu 24 metrdən artıq olan avtoqatarların arxasında - 40 mm enində qırmızı haşiyəsi olan sarı rəngli, azı 1200x200 mm ölçülü, işıqqaytarıcı səthə malik düzbucaq şəklində (göstərilən ölçüdə nişanı yerləşdirmək mümkün olmadıqda, azı 600x200 mm ölçüdə iki eyni nişanı nəqliyyat vasitəsinin oxuna simmetrik yerləşdirməyə yol verilir) tanınma nişanları quraşdırılır;
11) «Qəza dayanacağı» - yolun hərəkət hissəsində nəqliyyat vasitəsi məcburi dayandığı hallarda quraşdırılır;
12) «AZ» fərqlənmə nişanı - beynəlxalq yol hərəkətlərində iştirak edən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına mənsubiyyətini bildirmək məqsədilə quraşdırılır;
13) «Təcrübəsiz sürücü» - nəqliyyat vasitəsini idarə edən şəxsin sürücülük vərdişlərinə mükəmməl malik olmadığı barədə yol hərəkətinin başqa iştirakçılarını xəbərdar etmək məqsədilə quraşdırılır.
Maddə 73. Nəqliyyat vasitəsinin sürücüsü tərəfindən səs siqnalları və xarici işıq cihazlarından istifadə edilməsi
I. Təhlükənin və ya hərəkətdə olan maneələrin aradan qaldırılması məqsədilə nəqliyyat vasitələrinin sürücüləri fara işıqlarından, bu və ya digər istiqamətə dönmə işıq göstəricilərindən, səs siqnallarından və ya əl işarəsindən istifadə edirlər.

II. Yuxarıda göstərilən vasitələrlə səs və işıq siqnallarının verilməsi, nəqliyyat vasitələrinin sürücülərini sürəti azaltmaq və yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün bütün digər zəruri tədbirləri görmək vəzifəsindən azad etmir
.
III. Sutkanın qaranlıq vaxtı tunellərdə və məhdudiyyətli görünmə şəraitində hərəkətdə olan nəqliyyat vasitələrində və qoşqularda işıq cihazları və işıq siqnalları aşağıdakı qaydada yandırılmalıdır:
1) təchizatından asılı olaraq nəqliyyat vasitələrində - faraların yaxın və ya uzaq işıqları və arxa qabarit işıqları;
2) qoşqularda - qabarit işıqları.

IV. Uzaq işıq yaxın işığa:

1) yaşayış məntəqələrində yol kifayət qədər işıqlandırıldıqda və yaşayış məntəqələrindən kənarda, əgər yolun hərəkət hissəsi yol boyu işıqlanmışdırsa və əgər həmin işıqlandırma sürücüyə kifayət qədər məsafədə görmək imkanı verirsə;
2) sürücünün gözlərini qamaşdırmamaq məqsədi ilə qarşıdan gələn nəqliyyat vasitəsinə azı 150 metr qalmışsa;
3) yol hərəkətinin digər iştirakçılarının gözlərini qamaşdıra bilən hər hansı digər hallarda keçirilməlidir. Gözü qamaşdıqda sürücü qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalıdır;
4) irəlidə hərəkət edən nəqliyyat vasitəsindən yaxın məsafədə hərəkət etdikdə, ötməzdən əvvəl qısa müddətə faraların uzaq işığını yandırmaqla xəbərdarlıq işıq siqnalı vermək olar.

V. Faranın yaxın işıqları sutkanın işıqlı vaxtında:
1) motosiklet, moped;
2) uşaq dəstələri daşıyan avtobus və mikroavtobus;
3) mütəşəkkil nəqliyyat dəstəsində hərəkət edən nəqliyyat vasitələri;
4) digər nəqliyyat vasitələrini yedəyə alan nəqliyyat vasitələri;
5) təhlükəli, ağır çəkili və iri qabaritli yük daşıyan nəqliyyat vasitələri;
6) xüsusi olaraq ayrılmış zolaqla nəqliyyat vasitələrinin axınına qarşı hərəkət edən ümumi istifadədə olan nəqliyyat vasitələrinin sürücüləri tərəfindən isə, hərəkət edən nəqliyyat vasitəsini göstərmək məqsədilə duman faraları da yandırılmalıdır.
Qeyd: Duman faralarından aşağıdakı hallarda istifadə oluna bilər: 1) məhdud görünmə şəraitində - həm ayrıca, həm də faranın yaxın və ya uzaq işıqları ilə birlikdə; 2) sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmamış sahələrində - faraların yaxın və uzaq işıqları ilə birlikdə

VI. Sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, habelə məhdudiyyətli görünmə şəraitində dayanarkən və durarkən nəqliyyat vasitəsində və avtoqatarda qabarit və ya dayanacaq işıqları yandırılmalıdır. Əgər qabarit işıqları nasazdırsa, nəqliyyat vasitəsi yoldan kənara çıxarılmalı, bu mümkün olmadıqda isə o, qəza siqnalı və sıradan çıxmış nəqliyyat vasitələri və onların yedəyə alınması işarəsi ilə nişanlanmalıdır.

VII. Qatı duman şəraitində, güclü qar və yağış yağanda, yaxud buna uyğun digər şəraitdə, həmçinin faranın yaxın işıqları və ya duman faraları və dumana qarşı fənərlər yandırala bilər.
Qeyd: Yuxarıda göstərilən hallar istisna olmaqla, nəqliyyat vasitələri işıq və səs siqnalları söndürülmüş vəziyyətdə aşağıdakı hallarda duracaqda dayana bilər: 1) işıqlandırılmış yollarda nəqliyyat vasitəsi kifayət qədər məsafədən aydın göründükdə; 2) yolun hərəkət hissəsinin kənarından aralı saxlandıqda; 3) akkumulyatorla təchiz olunmamış motosikletlər yaşayış məntəqəsində yolun hərəkət hissəsinin qırağında saxlandıqda; 4) yaşayış məntəqələrində hərəkət gərginliyi az olan küçələrdə.

VIII. Projektor-faradan və axtarıcı-faradan yalnız yaşayış məntəqələrindən kənarda, qarşıdan nəqliyyat vasitələri gəlmədikdə istifadə etməyə icazə verilir. Yaşayış məntəqələrində belə faralardan yalnız operativ və xüsusi xidmət nəqliyyat vasitələrinin sürücüləri xidməti tapşırığı yerinə yetirərkən istifadə edə bilərlər.

IX. Arxa duman fənərlərindən yalnız məhdudiyyətli görünmə şəraitində istifadə edilə bilər. Arxa duman fənərlərini stop-siqnallara qoşmaq qadağandır.

X. «Avtoqatar» tanınma nişanlı avtoqatar hərəkət edərkən, sutkanın qaranlıq vaxtı isə, həm də məhdud görünmə şəraitində, bundan əlavə, dayandığı və ya durduğu müddətdə yanmalıdır.

XI. Səs siqnallarından yalnız aşağıdakı hallarda istifadə oluna bilər:

1) yaşayış məntəqələrindən kənarda ötmə niyyəti haqqında başqa sürücüləri xəbərdar etmək üçün zəruri olan hallarda;
2) yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün.

XII. Ötmə barədə xəbərdarlıq etmək üçün səs siqnalı əvəzinə (və ya onunla birlikdə) işıq siqnalı verilə bilər. Bu işıq siqnalı sutkanın işıqlı vaxtı - faraların işıqlarını qısamüddətli yandırıb-söndürməkdən, sutkanın qaranlıq vaxtı isə faraların yaxın işığını dəfələrlə uzaq işığa keçirməkdən ibarətdir.

Maddə 74. Xüsusi siqnalların tətbiqi
I. Üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərtilə bu Qanunun tələblərindən kənara çıxara bilər. Üstün keçid hüquqi olan operativ nəqliyyat vasitələrinin xüsusi səs siqnalı və sayrışan işıq siqnalı olmalıdır.

II. Hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayışan işıq və xüsusi səs siqnalını qoşmalıdırlar. Həmin sürücülər, onlara yol verildiyini yəqin etdikdən sonra üstünlükdən istifadə edə bilərlər.
III. Üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda, hərəkətin digər iştirakçıları yolun hərəkət hissəsini boşaldaraq idarə etdikləri nəqliyyat vasitəsini dayandırmalıdırlar.
IV. Dövlət standartları ilə müəyyən edilmiş rəng qrafikası sxemlərindən və rənglərin birləşdirilməsindən, habelə gücü dəyişən işıqlardan və avazı dəyişən çoxavazlı siqnallardan digər nəqliyyat vasitələrinin istifadə etməsi qadağandır.

V. Narıncı və ya sarı rəngli sayrışan işıq siqnalları quraşdırılmış xüsusi nəqliyyat vasitələrinin sürücüləri yolda tikinti, təmir və ya təmizlik işləri görərkən hərəkət təhlükəsizliyini təmin etmək şərtilə, yol nişanlarının və nişanlama xətlərinin tələblərindən kənara çıxa bilərlər. Başqa sürücülər onların işinə maneçilik törətməməlidirlər. Narıncı və ya sarı rəngli işartılı məşəl, hərəkət zamanı üstünlük vermir və hərəkətin digər iştirakçılarını təhlükə barədə xəbərdar etməyə xidmət edir.

VI. Xüsusi səs və işıq siqnalları quraşdırılmış nəqliyyat vasitələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xüsusi qeydiyyatdan keçməlidirlər. Belə səs və işıq siqnallarının quraşdırılmasına bu Qanunda nəzərdə tutulmuş hallarda icazə verilir.

VII. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan, xüsusi çoxavazlı səs və sayrışan işıq siqnalları ilə və ya sürəti ölçməyə maneçilik törədən, yaxud ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrlə və yaxud operativ xidmətlərin nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri ilə təchiz olunmuş nəqliyyat vasitələrinin sahibləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 75. Yolayrıcılarının keçilməsi
I. Sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir.

II. Əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır.

III. Hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyən edilən yolayrıcı nizamlanan hesab edilir.

IV. Yanıb-sönən sarı siqnal olduqda, svetoforlar işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab edilir və sürücülər nizamlanmayan yolayrıcılarını keçmə qaydalarını və yolayrıcında quraşdırılmış üstünlük nişanlarını əsas tutaraq hərəkət etməlidirlər.
Maddə 76. Nizamlanan yolayrıcıları
I. Relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar.

II. Svetoforun sarı və ya qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən sürücü başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir.

III. Svetoforun və ya nizamlayıcının siqnalları eyni vaxtda həm tramvayın, həm də relssiz nəqliyyat vasitələrinin hərəkətinə icazə verirsə, tramvay, hərəkət istiqamətindən asılı olmayaraq, üstünlüyə malikdir. Lakin svetoforun qırmızı və ya sarı siqnalı ilə eyni vaxtda olan əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən tramvay başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir.

IV. Svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Lakin, əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında stop-xətlər (5.33 nişanı) vardırsa, sürücü hər bir svetoforun siqnalını əsas tutmalıdır.

V. Svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamış piyadalara yol verməlidir.

Maddə 77. Nizamlanmayan yolayrıcları
I. Eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir.

II. Yolayrıcında baş yol istiqamətini dəyişirsə, baş yolla hərəkət edən sürücülər öz aralarında eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcını keçmək qaydalarını əsas tutmalıdırlar. İkinci dərəcəli yollarla hərəkət edən sürücülər də öz aralarında bu qaydaları əsas tutmalıdırlar.

III. Eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Belə yolayrıclarında tramvay, onun hərəkət istiqamətindən asılı olmayaraq, relssiz nəqliyyat vasitələri qarşısında üstünlüyə malikdir.

IV. Relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar.

V. Əgər sürücü yolun örtüyünün olub-olmadığını təyin edə bilmirsə (sutkanın qaranlıq vaxtı, palçıq, qar və s. nəticəsində), üstünlük nişanları isə yoxdursa, o, belə hesab etməlidir ki, ikinci dərəcəli yoldadır.
Maddə 78. Sürmə təlimi
I. Nəqliyyat vasitələrinin idarə edilməsi üzrə ilkin təlim bağlı meydançalarda və ya avtodromlarda keçirilməlidir.

II. Yollarda sürmə təliminə yalnız təlim verən şəxsin iştirakı ilə və nəqliyyat vasitəsini sürməyi öyrənən şəxsin onu idarə etməkdə ilkin vərdişi olduqda yol verilir. Nəqliyyat vasitəsini sürməyi öyrənən şəxs bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarını bilməli və onun tələblərini yerinə yetirməlidir.

III. Sürmə təlimi verən şəxsin üstündə həmin kateqoriyalı nəqliyyat vasitəsini sürmə təlimi vermək hüququna dair sənəd və ya azı 5 il sürücülük stajına malik olmasına, habelə müvafiq kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququna dair vəsiqə olmalıdır.
IV. Sürmə təlimi keçirilən mexaniki nəqliyyat vasitəsi «Təlim nəqliyyat vasitəsi» tanınma nişanı ilə işarələnməli və sürmə təlimi verən şəxs üçün arxanı göstərən güzgü və pedallar ilə təchiz olunmalıdır.

V. Siyahısı müəyyən edilmiş qaydada elan olunan yollarda sürmə təlimi qadağandır.
Altıncı fəsil. Yol hərəkəti qaydalarının pozuntuları

Maddə 81. Yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyət
Bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Yeddinci fəsil. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə nəzarət

Maddə 83. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində nəzarətin həyata keçirilməsi
I. Bu Qanunun tələblərinə ciddi əməl etməklə yollarda hərəkət təhlükəsizliyinə nəzarəti yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları həyata keçirirlər.

II. Yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya texniki nəzarətetmə vasitələrinin tətbiqi ilə həyata keçirilir.

III. Müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və nəqliyyat vasitələrinin alkoqol, narkotik vasitələr psixotrop maddələrdən və onların analoqlarından və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halları müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər. Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir.

Maddə 84. Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının vəzifələri

Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının vəzifələri aşağıdakılardır:

1) bu Qanunu mükəmməl bilmək və düzgün tətbiq etmək;
2) yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları üçün müəyyən edilmiş müvafiq formalı geyimdə olmaq;
3) xidmətdə olarkən xidməti vəsiqəni, xidməti silahını, şəxsi nömrə ilə döş nişanını, jezli, fiti, xüsusi çantanı (onun içində bu Qanunun mətnini, qələmi, inzibati xətalar haqqında protokolun blanklarını, eləcə də inzibati cərimənin yerində ödənilməsi barədə qəbz blanklarını) özündə saxlamaq;
4) yol hərəkəti iştirakçılarına qarşı ədəb və nəzakətlə rəftar etmək, onlarla münasibətdə insanın şərəf və ləyaqətini alçaldan hərəkətlərə və sözlərə yol verməmək;
5) yol hərəkəti iştirakçılarını saxladıqda onlara yaxınlaşmaq, özünü təqdim etmək, dayandırmanın səbəbini, yol hərəkəti qaydalarının pozuntusu aşkar edilmişdirsə, onun məzmununu və həmin pozuntunun bu Qanunun hansı maddəsində nəzərdə tutulduğunu onlara bildirmək, habelə inzibati məsuliyyətə cəlb etmə haqqında qərardan şikayət verilməsi qaydasını izah etmək;
6) tərəfindən aşkar edilmiş yol hərəkəti qaydalarının bütün pozuntularını qeyd etmək, onların dəqiq uçotunu aparmaq və bu barədə tabeçilik üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxslərinə raportla məruzə etmək;
7) nəzarət etdiyi yol sahəsində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlər görmək;
8) cinayət törətmiş şəxsləri təqib etmək, tutub saxlamaq və müəyyən edilmiş qaydada müvafiq dövlət orqanına təhvil vermək (bu mümkün olmadığı halda, tabeçilik üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə təqibi təşkil etmək təklifi ilə müraciət etmək).
Maddə 85. Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının hərəkətləri
Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşı:

1) Qanunla ona verilmiş səlahiyyətlər daxilində öz vəzifələrini yerinə yetirir;
2) qaydanı pozan və ya nəqliyyat vasitəsini idarə edən şəxslərdən, onların sənədlərini yoxlamaq məqsədi ilə fit və ya jezllə işarə verməklə və ya səsgücləndirici cihaz vasitəsilə dayanmağı tələb edir;
Qeyd: Bu tələb sürücü tərəfindən yerinə yetirilmədikdə, pozuntunun vaxtı, yeri, xarakteri, nəqliyyat vasitəsinin markası, rəngi və dövlət qeydiyyat nişanı göstərilməklə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə dərhal radiocihaz vasitəsilə məlumat və bundan sonra yazılı formada raport verilməlidir. Nəqliyyat vasitəsinin təqib olunması yalnız onu idarə edən şəxs və ya onunla birlikdə olan sərnişin tərəfindən cinayətin törədilməsi və ya cinayətin törədilməsində şübhəli olunması haqqında dəqiq məlumat olduqda həyata keçirilə bilər.
3) nəqliyyat vasitəsi dayandıqda ona yaxınlaşır, özünü nəqliyyat vasitəsinin sürücüsünə təqdim edir və bundan sonra ona dayandırılmanın səbəbini bildirərək ondan bu Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində göstərilən sənədləri təqdim etməyi tələb edir;
Qeyd: Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Baş Nazirinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) və Azərbaycan Respublikası hakimlərinin şəxsiyyəti, həmin şəxslərin xidməti və şəxsi nəqliyyat vasitələri toxunulmaz olduğuna görə onların yoxlanılmasına və ya inzibati qaydada tutulmasına yol verilə bilməz.
4) nəqliyyat vasitəsini idarə edən şəxsin sənədləri qaydasındadırsa və o, yol hərəkəti qaydalarını pozmamışdırsa, ona hərəkəti davam etməyə icazə verir;
5) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə cərimə müəyyən edilmiş pozuntulardan hər hansı birini və ya bir neçəsini törətmiş şəxs ona qarşı edilən inzibati tənbehlə razıdırsa və cəriməni pozuntu baş verdiyi yerində ödəmək imkanına malikdirsə, həmin pozuntuya görə cərimə edir və bu barədə qaydanı pozana, kötüyündə ona qol çəkdirməklə ciddi hesabat sənədi olan və nömrə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarına verilən blank üzrə doldurulmuş qəbz verir;
Qeyd: Nəqliyyat vasitəsinin sahibi müəyyən edilmiş hərəkət sürətinin həddini saatda 10 kilometrdən çox aşdıqda, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən sürətölçənin göstəricisi və pozuntunun baş verdiyi tarix barədə ölçmə cihazının göstəricilərinin uçotu kitabında müvafiq qeyd aparılmalıdır (əgər nəqliyyat vasitəsinin sahibi müəyyən edilmiş hərəkət sürətinin həddini saatda 10 kilometrdən çox aşaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının dayanmaq tələbini yerinə yetirməkdən boyun qaçırıbsa, onu məsuliyyətə cəlb etmək üçün pozuntunun yeri və tarixi, sürətölçənin göstəricisi, nəqliyyat vasitəsinin markası, rəngi və qeydiyyat nişanı göstərilməklə, bu barədə tərtib olunmuş raport nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçota alındığı yerə göndirilməlidir).
6) aşkar edilmiş yol hərəkəti qaydalarının pozuntusu faktı üzrə inzibati protokol tərtib edir (qaydanı bir neçə şəxs pozmuşdursa, onlardan hər biri barədə ayrıca inzibati protokol tərtib edir);
Qeyd: Yol hərəkəti qaydalarının pozuntusu haqqında inzibati protokol həmin pozuntu və qaydanı pozan şəxs barəsində məlumatları əks etdirən əsas sənəddir. Protokol xüsusi hazırlanmış və nömrə üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarına ciddi hesabatla verilən blank şəklində tərtib edilir. Protokolda baş vermiş pozuntunun xarakteri konkret olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin hansı maddəsində nəzərdə tutulması, qaydanı pozan şəxs barəsində məlumatlar, pozuntunun aşkar edilməsində istifadə olunmuş texniki nəzarət etmə vasitələri və onların göstəriciləri qeyd olunur. Yol hərəkəti qaydalarının pozulması nəticəsində maddi zərər vurulmuşdursa və ya bədənə yüngül xəsarət yetirilmişdirsə, bu hallar inzibati qaydanı pozmuş şəxsin qeydləri üçün ayrılan yerdə onun qısa izahatı yazılır və inzibati məsuliyyətə cəlb edilən şəxsin hüquq və vəzifələrinin ona elan edilməsi barədə müddəa göstərilir. Protokol tərtib edildikdən sonra Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşı və qaydanı pozan şəxs tərəfindən imzalanır və inzibati xəta haqqında inzibati icraatın həyata keçirilməsi üçün aiddiyyəti üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərilir. Nəqliyyat vasitəsinin sahibi yol hərəkəti qaydasını pozmuşdursa, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının əməkdaşı həmin şəxsin sürücülük vəsiqəsini götürüb haqqında tərtib edilmiş inzibati protokola əlavə edir. Bu halda eyni zamanda Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən qaydanı pozan şəxsə bir ay müddətinə sürücülük vəsiqəsini əvəz edən xüsusi hazırlanmış və nömrə üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarına ciddi hesabat blankı olan müvəqqəti icazə vərəqi verilməlidir.
7) qaydanı pozan şəxs yol-nəqliyyat hadisəsi yerini tərk etmişsə, bu haqda şahidlər barədə məlumatları göstərilməklə raport tərtib edir və onu tabeçilik üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə təqdim edir;
8) şəxsin alkoqol, narkotik vasitələr psixotrop maddələrdən və onların analoqlarından və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyini müəyyən etmək üçün texniki vasitələrdən istifadə edir və ya onun tibbi müayinədən keçirilməsini təşkil edir.
Qeyd: Nəqliyyat vasitəsini idarə edən şəxs onun sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, belə şəxs məcburi qaydada tibbi müayinədən keçirilir.
9) dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və ya onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, habelə həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas olmadıqda; nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri yerində olmadıqda (saxta və ya qeyri-standart olduqda); dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi onu idarə edən şəxs tərəfindən təqdim edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə; dayandırılmış nəqliyyat vasitəsi Azərbaycan Respublikasında bu Qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilmədikdə; dayandırılmış nəqliyyat vasitəsi alkoqol, narkotik vasitələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinlərdən birində sürücülük vəsiqəsi olmadıqda, nəqliyyat vasitəsi yol hərəkətində iştirakdan kənarlaşdırılır və göstərilən səbəblər aradan götürülənədək müvəqqəti olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracaqlarında saxlanılması üçün nəqliyyat vasitələrini müəyyən edilmiş qaydada oraya göndərir (nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati protokola əlavə edilir, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilir);
Qeyd: 3 saat ərzində nəqliyyat vasitəsinin saxlanılması səbəbini yerində aradan qaldırmaq mümkün olduqda, nəqliyyat vasitəsi onu yol hərəkətində iştirakdan kənarlaşdırmış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının yanında saxlanılır. Belə səbəb aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya mübahisəli hallar araşdırıldıqdan və ya pozuntuya görə inzibati tənbeh verildikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. 3 saat ərzində nəqliyyat vasitəsinin saxlanılması səbəbini yerində aradan qaldırmaq mümkün olmadıqda, nəqliyyat vasitəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına gətirilir. Nəqliyyat vasitəsinin saxlanılması səbəbi aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya pozuntuya görə inzibati tənbeh verildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Belə nəqliyyat vasitələrinin duracaqdan buraxılması üçün xüsusi icazə tələb olunmur.Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində maddi zərər vurulmuşdursa, onun sahibi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.
10) Bu Qanunun 52-ci maddəsinin dördüncü və altıncı hissələrində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitəsini müəyyən edilmiş qaydada müvəqqəti olaraq saxlanılması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına göndərir;
Qeyd: Nəqliyyat vasitəsinin sahibi inzibati pozuntuya görə müəyyən edilmiş cəriməni verdikdən və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına nəqliyyat vasitəsinin gətirilməsi və onun orada saxlanılması üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə haqq ödədikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi ona qaytarılır. Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində ona maddi zərər vurulmuşdursa, nəqliyyat vasitəsinin sahibi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.
11) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və digər birləşmələrin nəqliyyat vasitəsini idarə edən hərbi qulluqçu yol hərəkəti qaydalarını pozduğu haqda, ümumi qaydada inzibati protokol tərtib edir (bu maddənin 9-cu bəndində nəzərdə tutulmuş hallar varsa, hərbi hissənin nəqliyyat vasitəsini idarə edən hərbi qulluqçu haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına dərhal məlumat verir);
Qeyd: Bu protokol müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qaydanı pozan şəxsin xidmət etdiyi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərilir. Onlar belə fakt üzrə qərar qəbul edib bu barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verirlər.
2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən Azərbaycan Respublikasında toxunulmazlıq hüququndan istifadə edən əcnəbilərin Azərbaycan Respublikasının ərazisində törətdikləri yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar inzibati xətalara görə məsuliyyət məsələsi beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilir.
Səkkizinci fəsil. Yekun müddəalar
Maddə 86. Beynəlxalq aktların hüquqi qüvvəsi
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyənləşdirilmiş qaydalar Azərbaycan Respublikasının yol hərəkəti qanunvericiliyində nəzərdə tutulanlardan fərqli olduqda, beynəlxalq müqavilələr tətbiq edilir.
Maddə 87. Qanunun qüvvəyə minməsi
I. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir. Qüvvəyə mindiyi gündən altı ay müddətində yol hərəkəti qaydalarını tənzimləyən bütün digər normativ-hüquqi aktlar bu Qanuna uyğunlaşdırılmalıdır.

II. Bu Qanun qüvvəyə mindiyi gündən sükanı sağ tərəfdə olan nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına gətirilməsi və dövlət qeydiyyatından keçirilməsi qadağandır.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 3 iyul 1998-ci il
№ 517-IQ
«Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanuna 1 saylı Əlavə
Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların Siyahısı
I. Tormoz sistemləri

1) Yolda sınaqlar zamanı iş tormoz sistemi aşağıdakı tormozlama səmərəlilik normalarını təmin etmədikdə:
Nəqliyyat vasitələrinin növləri
Tormoz yolu (m) ən çoxu
Müəyyən edilmiş yavaşıma (m/s) ən azı
Tək nəqliyyat vasitələri: minik avtomobilləri və onların yükdaşıma üçün modifikasiyaları
12,2 (14,5)
6,8 (6,1)
İcazə verilən maksimum kütləsi 5 tonadək olan (5 ton da daxil olmaqla) avtobuslar
13,6 (18,7)
6,8 (5,5)
İcazə verilən maksimum kütləsi 5 tondan çox olan avtobuslar
16,8 (19,9)
5,7 (5)
İcazə verilən maksimum kütləsi 3,5 tonadək olan (3,5 ton da daxil olmaqla) yük avtomobilləri
15,1 (19)
5,7 (5,4)
İcazə verilən maksimum kütləsi 3,5 tondan 12 tonadək olan (12 ton da daxil olmaqla) yük avtomobilləri
17,3 (18,4)
5,7 (5,7)
İcazə verilən maksimum kütləsi 12 tondan çox olan yük avtomobilləri
16 (17,7)
6,2 (6,1)
İkitəkərli motosikletlər və mopedlər
7,5 (7,5)
5,5 (5,5)
Yanqoşqulu motosikletlər
8,2 (8,2)
5 (5)
Minik avtomobillərinin və onların yükdaşıma üçün modifikasiyalarının yedəyə aldığı avtomobil qatarları
13,5 (14,5)
5,9 (6,1)
İcazə verilən maksimum kütləsi 5 tonadək olan (5 ton da daxil olmaqla) avtobusların yedəyə aldığı avtoqatarları
15,2 (18,7)
5,7 (5,5)
İcazə verilən maksimum kütləsi 5 tondan çox olan avtobusların yedəyə aldığı avtoqatarları
18,4 (19,9)
5,5 (5)
İcazə verilən maksimum kütləsi 3,5 tonadək olan (3,5 ton da daxil olmaqla) yük avtomobillərinin yedəyə aldığı avtoqatarları
17,7 (22,7)
4,6 (4,7)
İcazə verilən maksimum kütləsi 3,5 tondan 12 tonadək olan (12 ton da daxil olmaqla) yük avtomobillərinin yedəyə aldığı avtoqatarları
18,8 (22,1)
5,5 (4,9)
İcazə verilən maksimum kütləsi 12 tondan çox olan yük avtomobillərinin yedəyə aldığı avtoqatarları
18,4 (21,9)
5,5 (5)
Qeyd:
1) İş tormoz sisteminin sınağı sement və ya asfalt-beton örtüklü hamar yolun quru üfiqi sahəsində və tormozlanmanın başlanğıc sürəti avtomobillər, avtobuslar və avtoqatarları üçün isə saatda 40 kilometr, motosiklet və mopedlər üçün isə saatda 30 kilometr olan halda aparılır; nəqliyyat vasitələrini təchiz edilmiş vəziyyətdə, sürücünün iştirakı ilə, idarəetmə orqanına iş tormoz sisteminin birdəfəlik təsiri yolu ilə sınayırlar; 2) Nəqliyyat vasitələrinin iş tormoz sisteminin səmərəliliyi dövlət standartlarına uyğun olaraq başqa göstəricilərə görə də qiymətləndirilə bilər.
2) Hidravlik tormoz ötürücüsünün hermetikliyi pozulduqda.
3) Pnevmatik və pnevmohidravlik tormoz ötürücülərində hermetikliyin pozulması mühərrik işləməyərkən tormoz sistemini idarəetmə orqanları tam qoşulmuş halda olduqda - 15 dəqiqə ərzində havanın təzyiqinin 0,05 MPa (0,5 kq-q/sm2) aşağı düşməsinə səbəb olursa.
4) Pnevmatik və ya pnevmohidravlik tormoz ötürücülərinin manometri işləmədikdə.
5) Duracaq tormoz sistemi aşağıdakı nəqliyyat vasitələrinin tərpənməz vəziyyətini təmin etmədikdə:tam yüklü nəqliyyat vasitələrinin - 16 dərəcədən az olmayan enişdə; təchiz olunmuş vəziyyətdə minik avtomobillərinin və avtobusların - 23 dərəcədən az olmayan enişdə; təchiz olunmuş vəziyyətdə yük avtomobillərinin və avtomobil qatarlarının - 31 dərəcədən az olmayan enişdə istismarı qadağan edilir.

II. Sükan idarə mexanizmi

1) Sükan idarə mexanizmində lüftün cəmi aşağıdakı son hədd qiymətlərindən çox olduqda:
Nəqliyyat vasitəsinin növü
Cəmi lüftün son hədd qiymətləri,(dərəcə ilə), ən çoxu
Minik avtomobilləri və onların bazasında yaradılmış yük avtomobilləri və avtobuslar 10
Avtobuslar 20
Yük daşıyan avtomobillər 25
2) Detal və qovşaqların konstruksiyada nəzərdə tutulmayan yerdəyişməsinə yol verildikdə; yivli birləşmələr müəyyənləşdirilmiş üsulla burulub bağlanmadıqda və ya bərkidilmədikdə.
3) Konstruksiyada nəzərdə tutulmuş sükan idarə gücləndiricisi və ya sükan dempferi (motosikletlər üçün) nasaz olduqda və ya ümumiyyətlə olmadıqda istismarı qadağan edilir.

III. Xarici işıq cihazları

1) Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda.
Qeyd: İstehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir.
2) Faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun olmadıqda.
3) Xarici işıq cihazları və işıqqaytarıcılar müəyyənləşdirilmiş rejimdə işləmədikdə və ya çirklənmiş olduqda.
4) İşıq cihazlarında işıqyayıcılar olmadıqda və ya həmin işıq cihazının tipinə uyğun olmayan yayıcılardan istifadə edildikdə.
5) Sayrışan işıqlar standartın tələblərinə uyğun qurulmadıqda.
6) Geriyə hərəkət fənərləri və dövlət qeydiyyat nişanının, işıqqaytarıcı qeydiyyat, fərqləndirici və tanınma nişanlarının işıqlandırılması istisna edilməklə, nəqliyyat vasitəsinin qabağında qırmızı rəngli, arxasında isə ağ rəngli işıq cihazları və ya işıqqaytarıcılar qurulduqda nasazlıq aradan qaldırılır.

IV. Qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları

1) Şüşə silgəcləri müəyyən edilmiş rejimdə işləmədikdə.
2) Nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulmuş şüşəyuyanlar işləmədikdə nasazlıq aradan qaldırılır.

V. Təkərlər və şinlər

1) Minik avtomobilləri şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü 1,6 mm-dən, yük avtomobillərində - 1 mm-dən, avtobuslarda - 2 mm-dən, motosiklet və mopedlərdə - 0,8 mm-dən az olduqda.
Qeyd: Qoşqular üçün şinlərin protektorundakı naxışların qalmış hündürlüyü normaları yedəkçi nəqliyyat vasitələrinin şinləri üçün olan normalarda müəyyən edilir.
2) Şinlərdə kordun çılpaqlaşması, habelə karkasın təbəqələrə ayrılması, protektorun və şinin yan rejiminin qopması kimi yerli zədələr (yarıq, kəsik, qırıq) olduqda.
3) Bərkitmə boltu olmadıqda və ya təkərlərin diskində və çənbərlərində çatlar olduqda.
4) Şinlər ölçüsünə və ya yükgötürmə qabiliyyətinə görə nəqliyyat vasitəsinin modelinə uyğun gəlmədikdə.
5) Avtobusun, minik avtomobilinin və ya onun qoşqusunun bir oxuna radial şinlə birlikdə diaqonal şin və ya protektoru müxtəlif naxışlı şinlər geydirildikdə. Yük daşıyan avtomobilinin və ya onun qoşqusunun bir oxuna radial şinlə birlikdə diaqonal şin və ya protektoru müxtəlif naxışlı şinlər geydirildikdə nasazlıq aradan qaldırılır.
VI. Mühərrik

1) İşlənmiş qazlarda zərərli maddələrin miqdarı və onların tüstülənməsi dövlət standartlarında müəyyən edilmiş kəmiyyətlərdən çox olduqda.
2) Yanacaq sisteminin hermetikliyi pozulduqda.
3) İşlənmiş qazları xaricetmə sistemi saz olmadıqda nasazlıq aradan qaldırılır.

VII. Konstruksiyanın digər ünsürləri

1) Nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulmuş arxanı göstərən güzgü, şüşə olmadıqda.
2) Səs siqnalı işləmədikdə.
3) Sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək, təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkildikdə.
Qeyd: Avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilər. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilir. Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrində sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.
4) Konstruksiyada nəzərdə tutulmuş kuzov və ya kabinə qapılarının qıfılları, yük platforması bortlarının cəftələri, sistern boğazının və yanacaq bakı tıxacının cəftələri, sürücünün oturacağının vəziyyətini nizamlayan mexanizm, qəza çıxış yerləri və onları hərəkətə gətirən qurğular, qapıları idarə edən ötürücü, spidometr, taxoqraf, ilin mövsümi şəraitlərindən asılı olaraq şüşəqızdıran və havaüfürən işləmədikdə.
5) Konstruksiyada nəzərdə tutulmuş arxa mühafizə qurğusu, palçıqdan qoruyan fartuklar və brızqoviklər olmadıqda.
6) Yedəkçinin və qoşquların ilişmə-dartı və ilişmə-dayaq qurğuları nasaz olduqda, habelə onların konstruksiyalarında nəzərdə tutulmuş sığorta trosları (zəncirlər) olmadıqda və ya nasaz olduqda.
Motosikletin çərçivəsi ilə yanqoşqunun çərçivəsi birləşən yerdə lüft olduqda.
7) Aşağıdakılar olmadıqda:avtobusda, minik və yük daşıyan avtomobillərində, təkərli traktorda - dərman qutusu, odsöndürən, qəza dayanma nişanı (yanıb-sönən qırmızı fənər); icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərində və icazə verilmiş maksimum kütləsi 5 tondan çox olan avtobuslarda - diyirlənməyə qarşı dayaqlar (azı ikisi); yanqoşqulu motosikletdə - dərman qutusu, qəza dayanma nişanı (yanıb-sönən qırmızı fənər).
8) Operativ və xüsusi xidmətlərə məxsus olmayan nəqliyyat vasitələrində dövlət standartlarında nəzərdə tutulmuş işartılı mayakcıqlardan, səs çaları növbə ilə dəyişən səs siqnallarından və rəng qrafikası sxemlərindən istifadə olunduqda.
9) Təhlükəsizlik kəmərləri nəqliyyat vasitələrinin konstruksiyasında nəzərdə tutulduğu halda belə kəmərlər olmadıqda və ya onlar kəmərləri yararsız olduqda.
10) Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının standartın tələblərinə cavab vermədikdə. Dövlət qeydiyyat nişanlarının rəqəmləri və hərfləri yük daşıyan avtomobillərinin, qoşquların (minik avtomobillərinin və motosikletlərin qoşqularından başqa) və avtobusların (xüsusi kiçik avtobuslardan başqa) kuzovunun arxa divarında təkrar və rəqəmlərin hündürlüyü ən azı 300 mm, eni azı 120 mm, cizginin qalınlığı 30 mm, hərflərin ölçüsü rəqəmlərin 2/3-si qədər olunmadıqda, tramvay və trolleybuslarda müvafiq idarələrin verdikləri verdikləri dövlət qeydiyyat nişanları yazılmadıqda.
11) Motosikletdə konstruksiyada nəzərdə tutulmuş təhlükəsizlik qövsü olmadıqda.
12) Motosikletlərin və mopedlərin yəhərində əyləşmiş sərnişin üçün onların konstruksiyasında nəzərdə tutulmuş köndələn əl tutacaqları və ayaqaltılar olmadıqda.
13) Tormoz sistemlərinin, sükan idarəsinin, digər qovşaq və aqreqatların müəyyənləşdirilmiş tələblərə uyğun gələn əlavə elementləri konstruksiyada nəzərdə tutulduğu halda, qurulmadıqda nasazlıq aradan qaldırılır.