Çap et
Qanunlar
02.12.2014
 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndinə əsasən qərara alır:


“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 8; 2001, № 12, maddə 736; 2003, № 1, maddə 7; 2004, № 1, maddə 6; 2007, № 6, maddə 560; 2009, № 2, maddələr 49, 55; 2011, № 4, maddə 257; 2013, №11, maddə 1290) 6-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Birinci hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Azərbaycan Respublikasına idxal olunan yeyinti məhsullarına uyğunluq sertifikatı həmin məhsulun son yararlılıq müddətinədək verilir.”;

2. aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:

“Sertifikatın (şəhadətnamənin) alınmasına görə dövlət rüsumu yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya İnternet vasitəsi ilə ödənilməlidir.”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 oktyabr 2014-cü il.