Print
Announcement
27.03.2012
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) Şəki şəhərində yerləşən 4 saylı Ərazi şöbəsində vakant vəzifələrin tutulması üçün müsahibə elan edir

Müsahibə aşağıdakı vakant yerlərin tutulması üçün keçirilir:

1. Ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyaları üzrə:

-Elektrotexniki, radiotexniki və akustik ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyasına mütəxəssis;
-Fiziki-kimyəvi, defektoskopiya qaz qarışıqları və qazanalizedici ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyasına mütəxəssis;
-Kütlə, mexaniki və həndəsi ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyasına mütəxəssis.

2. Sınaq laboratoriyası üzrə:

-Yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasına mütəxəssis-kimyaçı və mütəxəssis-mikrobioloq.

Müsahibəyə müasir texnoloji proseslərlə, innovativ yeniliklərlə yaxından tanış olan, yeni avadanlıqlarla işləməyi bacaran, yüksək peşə bacarıqlarına malik ali təhsilli, ixtisaslı mütəxəssislər dəvət olunur .

Müsahibədən uğurla keçmiş mütəxəssislər yüksək əmək haqqı ilə işə qəbul ediləcəklər. Onların vaxtaşırı ölkədaxili və xaricdə təşkil olunacaq ixtisasartırma kurslarında iştirakı da təmin ediləcəkdir.

Müsahibədə iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Ərizə;
- Şəxsiyyəti təsdiq edən sənədin surəti;
- Kadrlar uçotunun şəxsi vərəqəsi;
- Tərcümeyi-hal;
- Hərbi biletin surəti;
- Ali və sonrakı təhsil haqqında sənətin surəti;
- Əmək kitabçasının surəti;
- Sığorta kartının surəti;
- 3x4 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil.

Sənədlər əsli ilə birlikdə Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) Kadrlar və ümumi şöbəsində (Bakı şəhəri, Mərdanov qardaşları küçəsi 124) və 4 saylı Ərazi şöbəsində (Şəki şəhəri, M.Ə.Rəsulzadə, 156. AZ5500) 2012-ci il mart ayının 28-dən aprel ayının 28-nə kimi saat 10:00-dan 17:00-dək (I-V günlər) qəbul olunur.

Əlaqə telefonları:

(012) 449-99-59

(077) 438-88