Print
Announcement
14.02.2012
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsi

vakant dövlət qulluğu vəzifələrinin
tutulması ilə bağlı müsahibə
ELAN EDİR:

 

Vakant vəzifələr:

Texniki tənzimləmə və standartlaşdırma şöbəsi, Normativ sənədlərin dövlət fondu sektoru, sektor müdiri

Texniki tənzimləmə və standartlaşdırma şöbəsi, Əlaqələndirmə və planlaşdırma sektoru, baş məsləhətçi

Müsahibə barəsində müsahibə elan edilən vəzifənin tasnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində çalışan dövlət qulluqçuları iştirak edə bilərlər.

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
- ərizə (2 nömrəli əlavə)
- ağ fonda rəngli fotoşəkil 1 ədəd (3x4 sm ölçüdə)

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 06 fevral 2012-ci il tarixindən 20 fevral 2012-ci il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində aparılır. Ərizələr şəxsən (bazar ertəsi-cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edilə bilər.

Telefon: 449-99-59