Print
Announcement
14.04.2011
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
vakant olan

1. Milli Metrologiya Mərkəzinin direktoru;
2. 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin rəis müavini;
3. 2 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin rəisi;
4. 3 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin rəisi;
5. 4 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin rəisi;
6. 5 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin rəisi;
7. 6 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin rəisi;
8. 5 saylı Ərazi Sınaq və Sertifikatlaşdırma İdarəsinin rəisi

vəzifələrinin tutulması ilə bağlı daxili müsahibə
ELAN EDİR:

Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilərlər. Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
• ərizə (2 nömrəli əlavə)
• ağ fonda rəngli fotoşəkil 1 ədəd ( 3 x 4 sm ölçüdə)

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 12 aprel 2011-ci il tarixdən 26 aprel 2011-ci il tarixdə saat 18:00-dək Standartlaşdlırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Aparatının Kadrlar şöbəsi tərəfindən aparılır. Ərizələr şəxsən (bazar ertəsi - cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.
Müsahibəyə dair ətraflı məlumat almaq üçün Standartlaşdlırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Aparatının Kadrlar şöbəsinə və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya müraciət edilə bilər.

Telefonlar: 449 99 59 (159,160), 465 87 94
İnternet sayt : www.azstand.gov.az