Çap et
Elanlar
26.05.2017

Hörmətli KİV nümayəndələri,

Cari ilin 30 may – 1 iyun tarixlərində Bakı şəhərində Müstəqil Dövlətlər Birliyinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının (MQS) yaradılmasının 25 illiyinə həsr olunan beynəlxalq konfrans və təşkilata üzv dövlətlərin 51-ci iclası keçiriləcək.

Tədbirdə Elektrotexnikanın Standartlaşdırılması üzrə Avropa Komitəsinin (CENELEC) prezidenti Tiis Bernard, Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Akademiyasının direktoru Gerundino Daniel, Beynəlxalq Elektrotexnika Komissiyasının (İEC) vitse-prezidenti Spindler Ulrix, BMT-nin Sənayenin İnkişafı üzrə Təşkilatının (UNİDO) departament müdiri Kalzadilla Sarmiento Bernardo, həmçinin Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Ukrayna, Moldova, Polşa,Slovakiya, Sloveniya, Türkiyə respublikalarının standartlaşdırma, akkreditasiya, metrologiya sahələrində fəaliyyət göstərən qurumlarının rəhbər şəxsləri iştirak edəcəklər.

“Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahələrində 25 il razılaşdırılmış siyasətin aparılması” mövzusunda beynəlxalq konfrans 30 may 2017-ci il tarixində saat 10.00-da “Boulevard” otelinin “Tağıyev” zalında (Xəqani Rüstəmov 4C) başlayacaq. Tədbirdən öncə 08.15-də tədbir iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, sonra Şəhidlər Xiyabanını ziyarət edəcəklər. 

3 gün ərzində keçiriləcək tədbirdə MDB ölkələri arasında ticari əlaqələrin genişləndirilməsi, ticarətdə texniki maneələrin aradan qaldırılması, texniki tənzimləmə, standartlaşdırma, akkreditasiya sahələrində qarşılıqlı tanınmanın təminatının gücləndirilməsi və s. mövzularda müzakirələr aparılacaq.