Çap et
Elanlar
26.05.2017

Hörmətli KİV nümayəndələri,

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə mayın 30-u “Əqli mülkiyyət və ənənəvi biliklər” mövzusunda, mayın 31-i “Coğrafi göstəricilər və mənşə yerinə əsaslanan fərqlənmə nişanlarının digər qorunma üsulları” mövzusunda beynəlxalq seminarlar keçiriləcək.

Seminarlarda SMPDK və Patent və Əmtəə Nişanları Mərkəzi ilə yanaşı, ÜƏMT-nin rəsmiləri, Böyük Britaniyanın patent sahəsi üzrə tanınmış mütəxəssisləri və digərləri iştirak edəcək.

“Əqli mülkiyyət və ənənəvi biliklər” mövzusunda keçirilən seminarda “ÜƏMT xidmətlərinə  baxış”, “Əqli mükiyyət, ənənəvi bilik və  ənənəvi mədəni  nümunələr”, “Əqli mükiyyət, ənənəvi biliklər və fərqlənmə nişanlarının qorunması”, “Ənənəvi biliklərin və ənənəvi  mədəni nümunələrin qorunması sahəsində Azərbaycanın təcrübəsi” mövzularında məruzələr, “Coğrafi göstəricilər və mənşə yerinə əsaslanan fərqlənmə nişanlarının digər qorunma üsulları” mövzusunda keçirilən seminarda isə “Coğrafi göstəricilər və mənşə  adları:  Mənşə yerlərinin və coğrafi göstəricilərin beynəlxalq qorunmasına dair Lissabon sisteminə baxış”, “Mənşə yerinə əsaslanan fərqlənmə nişanlarının qorunmasının digər üsulları: Əmtəə nişanları sistemi və digər hüquqi qorunma vasitələri”, “Azərbaycanın mənşə yerinə əsaslanan məhsullarını təqdimatı: mühafizə, kommersiyalaşdırma strategiyaları və carı problemlər”, “Mənşə yerinə əsaslanan məhsullarını qorunması – Qazaxıstan,  Qırğızıstan, Türkmənistan təcrübəsi” və digər mövzularda məruzələr dinləniləcək.

Seminar çərçivəsində Azərbaycana məxsus ənənəvi biliklər və coğrafi göstəricilərin istifadə olunduğu yerli məhsulların geniş sərgisi təşkil olunacaq.

Beynəlxalq seminar 30 may 2017-ci il tarixində 09.15-də “Holiday Inn Baku” otelinin “Bakı” zalında (Keykab xanım Səfərəliyeva küç. 5) öz işinə başlayacaq.