Çap et
Elanlar
07.03.2016

Azərbaycan Respublikasının
Standartlaşdırma, Mertologiya və Patent üzrə Dövlət Komitəsi
tabeliyində olan təsərrüfat hesablı qurumlarda dövlət büdcəsindən maliyyyələşməyən 70-ədək daimi vakant vəzifənin tutulması üçün müsahibə 

ELAN   EDİR

     Müsahibə Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) və digər təsərrüfat hesablı qurumlarının Bakı şəhəri və regional şöbələrində, o cümlədən Gəncə, Sumqayıt, Şəki, Lənkəran, Xaçmaz, Salyan və İmişli ərazi şöbələrində aşağıdakı vakant yerlərin tutulması  üçün keçirilir:

1Radiotexniki və akustik ölçmə vasitələrinin  kalibrlənməsi laboratoriyasına mütəxəssis;

2. Elektrotexniki ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyasına mütəxəssis;

3. Fiziki-kimyəvi və optiki-fizika ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyasına               mütəxəssis;

4. Təzyiq, sərf və həcm ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyasına mütəxəssis;

5. Temperatur ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyasına mütəxəssis;

6. Kütlə ölçmə vasitələrinin  kalibrlənməsi laboratoriyasına mütəxəssis;

7. Mexaniki və həndəsi ölçmə vasitələrinin  kalibrlənməsi laboratoriyasına mütəxəssis.

8. Standartlaşdırma və sertifikatlaşdırma ixtisası üzrə mütəxəssis.

    Müsahibəyə müsair texnoloji proseslərlə, innovativ yeniliklərlə yaxından tanış olan, yeni avadanlıqlarla işləməyi bacaran, peşə bacarıqlarına malik ali təhsilli,  həmçinin xarici dillərdən ən azı birinə yiyələnmiş (rus, ingilis və ya alman) ixtisaslı mütəxəssislər dəvət olunur.

    Müsahibədən uğurla keçmiş mütəxəssislər işə qəbul ediləcək. Eyni zamanda onların mütəmadi olaraq  ölkədaxili və xaricdə təşkil olunacaq ixtisasartırma kurslarında iştirak etmələri  üçün şərait yaradılacaq.

              Müsahibədə iştirak etmək üçün tələb olunan sənədlər:

                     -  Ərizə;

                     -  Şəxsiyyəti təsdiq edən sənədin surəti;

                     -  Kadrlar uçotunun şəxsi vərəqəsi;

                     -  Tərcümeyi-hal;

                     -  Ali təhsil haqqında sənədin surəti;

                     -  Əmək kitabçasının surəti;

                     -  Sosial sığorta şəhadətnaməsinin surəti;

                     -  Sağlamlıq haqqında arayış;

                     -  3x4 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil.

Sənədləri (AZ 1147, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küç. 124 ünvanına) 2016-ci il 11 fevral tarixindən 2016-cı il 11 mart tarixinədək, I-V günlər saat 10:00-dan 17:00-dək təqdim etməlidirlər. Əlaqə telefonu: (012) 449-99-59 (dax: 232))