Çap et
Elanlar
04.10.2011
4 oktyabr - 3 noyabr 2011-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsabiqə və ümumi müsahibə elan edilib.

Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar namizədliklərinin qeydə alınması üçün 30 gün müddətində Komissiyanın www.csc.gov.az (və ya www.dqmk.gov.az) internet saytı vastəsilə qeydiyyatdan keçməlidirlər. Ümumi müsahibədə iştirak etmək istəyən vətəndaşlar 20 gün müddətində namizədliklərinin qeydə alınması üçün müvafiq sənədlərlə şəxsən və ya poçt vastəsilə Komissiyaya müraciət etməlidirlər.

Müsabiqəyə çıxarılmış vakant vəzifələr:

İşlər şöbəsi, Mətbuat xidməti sektoru, sektor müdiri (kod:131012) (1 yer)
İşlər şöbəsi, Mətbuat xidməti sektoru, böyük məsləhətçi (kod:131004) (1 yer)
Metrologiya şöbəsi, böyük məsləhətçi (kod:131002) (1 yer)
Daxili Nəzarət şöbəsi, baş məsləhətçi (kod:131003) (1 yer)
2 saylı ərazi Dövlət Nəzarəti İdarəsi, Keyfiyyətə nəzarət sektoru, aparıcı məsləhətçi (kod:131005) (2 yer)
4 saylı ərazi Dövlət Nəzarəti İdarəsi, Keyfiyyətə nəzarət sektoru, məsləhətçi (kod:131006) (1 yer)
6 saylı ərazi Dövlət Nəzarəti İdarəsi, Keyfiyyətə nəzarət sektoru, baş məsləhətçi (kod:131007) (1 yer)
7 saylı ərazi Dövlət Nəzarəti İdarəsi, Keyfiyyətə nəzarət sektoru, böyük məsləhətçi (kod:131008) (1 yer)
8 saylı ərazi Dövlət Nəzarəti İdarəsi, Keyfiyyətə nəzarət sektoru, sektor müdiri (kod:131009) (1 yer)
1 saylı ərazi Sınaq və Sertifikatlaşdırma İdarəsi, Qeyri-ərzaq məhsullarının sertifikatlaşdırılması sektoru, böyük məsləhətçi (kod:131010) (1 yer)
4 saylı ərazi Sınaq və Sertifikatlaşdırma İdarəsi, aparıcı məsləhətçi (kod:131011) (1 yer)

Müsahibəyə çıxarılmış vakant vəzifə:

baş məsləhətçi (kod:131001) (1 yer)

Ətraflı: www.dqmk.az saytında