Çap et
Elanlar
18.11.2010
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi (AzTesT) 2 saylı Ərazi Şöbəsində (Gəncə şəhəri) vakant vəzifələrin tutulması üçün müsahibə

ELAN EDİR

Müsahibə aşağıdakı vakant yerlərin tutulması üçün keçirilir:

1) Radiotexniki, elektrotexniki və akustik ÖV-nin kalibrlənməsi laboratoriyası
(1 yer-mütəxəssis)
2) Fiziki-kimyəvi, defektoskopiya, qaz qarışıqları və qazanalizedici ÖV-nin kalibrlənməsi laboratoriyası (1 yer-mütəxəssis)
3) Təzyiq, sərf, temperatur və həcm ÖV-nin kalibrlənməsi laboratoriyası
(1 yer-mütəxəssis)
4) Kütlə, mexaniki və həndəsi ÖV-nin kalibrlənməsi laboratoriyası
(1 yer-mütəxəssis)
5) Yeyinti, kənd təsərrüfatı və yüngül sənaye məhsullarının sınaq laboratoriyası
(2 yer-mütəxəssis)

Müsahibədə ən azı 3 il iş stajı olan aşağıdakı ixtisaslar üzrə mütəxəssislər iştirak edə bilərlər.
- Elektrik və radio-texnika
- Energetika
- Avtomatlaşdırma
- Elektronika
- Radio-elektronika
- Kimya
- Fizika
- Neft-kimya
- Mikrobioloq
Qeyd: Yuxarıda göstərilən ixtisaslardan başqa qeyri-ixtisas sahiblərinin sənədləri qəbul olunmur.

Müsahibədə ali təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Müsahibədə iştirak etmək istəyən vətəndaşlar aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Ərizə
2. Şəxsiyyəti təsdiq edən sənədin surəti
3. Kadrlar uçotunun şəxsi vərəqəsi
4. Tərcümeyi-hal
5. Hərbi biletin surəti
6. Ali və sonrakı təhsil haqqında sənədin surəti
7. Əmək kitabçasının surəti
8. Sığorta kartı (surəti)
9. 3x4 sm ölçüdə 4 ədəd rəngli foto-şəkil
Qeyd: Sənədlər əsli ilə birlikdə təqdim olunmalıdır.

Sənədlər 2010-cu il noyabrın 18-dən dekabrın 10-na kimi, saat 10:00-dan 17:00-dək ( I-V günlər ) Gəncə şəhəri, Heydər Əliyev 98, AZ 2000 ünvanında (AzTEST-in 2 saylı Ərazi şöbəsində) qəbul olunur.

Daha ətraflı məlumatı 449-99-59 (250) nömrəli telefonla əldə etmək olar.