Çap et
Elanlar
04.10.2010
Azərbaycan Respublikasının Nazirlər Kabineti

QƏRAR №21
Bakı şəhəri, 17 mart 1997-ci il
 
Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında
 
Respublika ərazisində yay vaxtının tətbiq edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. 1997-ci ildən başlayaraq hər il mart ayının son bazar günü saat 4.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə Azərbaycan Respublikası ərazisində yay vaxtına keçilsin.
2. Hər il oktyabr ayının son bazar günü saat 5.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilsin.
3. Qərarın həyata keçirilməsinə nəzarət Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə tapşırılsın.
4. Bu qərarın məzmunu barədə Birləşmiş Millətlər Təşkilatı Avropa İqtisadi Komissiyasının İcraçı Katibliyinə və MDB ölkələrinin müvafiq təşkilatlarına məlumat verilsin.
 
A.Rasi-zadə 
Azərbaycan Respublikasının
Baş naziri