Çap et
Elanlar
24.09.2010
29-30 sentyabr 2010-cu il tarixlərində "Standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrinin gücləndirilməsi" üzrə Tvinninq layihəsi çərçivəsində "Tvinninq layihəsinin Azərbaycanda keyfiyyət infrastrukturu üzrə yeni yanaşmanın qəbul edilməsinə tövhəsi" adlı konfrans keçiriləcəkdir.

Konfransın açılışı 29 sentyabr 2010-cu il saat 9.30-da Bakı şəhərində, "Excelsior" otelinin "Afurja" zalında olacaqdır.

Konfransda
- "SMPDK-ya standartlaşdırmanın, metrologiyanın, uyğunluğun qiymətləndirilməsi və akkreditasiyanın gücləndirilməsi" Tvinninq layihəsinin nəticələrinə və mahiyyətinə dair icmal;
- Yeni yanaşmaya əsasən qanunvericiliyin uyğunlaşması;
- Məhsulların təhlükəsizliyi və texniki tənzimləmə;
- CE markalanmasına dair Avropa yanaşması;
- Sənaye inkişafında standartlaşdırmanın rolu;
- Akkreditasiya və uyğunluğun qiymətləndirilməsi;
- Aİ-də bazara nəzarət və Azərbaycanda bu sahədə olan vəziyyət;
- Metrologiya keyfiyyət infrasturkturunun bir hissəsi kimi;
mövzularında çıxışlar və müzakirələr olacaqdır.