Çap et
Elanlar
24.08.2010
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bildirir ki, Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında keyfiyyət sahəsində (istehsal və göstərilən xidmətlər üzrə) əldə edilən nailiyyətlərə görə mükafatların müəyyən edilməsi məqsədilə müsabiqə keçirilir.

Müsabiqənin keçirilməsi haqqında Qərar 25 noyabr 2005-ci il tarixdə MDB hökumət başçıları Şurası tərəfindən təsdiq edilmişdir.
MDB ölkələri arasında keyfiyyət sahəsində əldə edilən nailiyyətlərə görə mükafatların müəyyən edilməsi məqsədilə müsabiqə 2 mərhələdə keçirilir.
Müsabiqənin I mərhələsi MDB üzv dövlətlərinin Milli orqanları tərəfindən aparılır. Müsabiqədə iştirak etmək istəyən təşkilatlar (fiziki və ya hüquqi şəxslər) müsabiqənin qaydalarına (qaydalar təqdim ediləcək) müvafiq olaraq keyfiyyətlə bağlı sənədlər toplusunu (70 səhifədən çox olmamaq şərtilə) Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim etməlidir.
Müsabiqənin qalibləri Dövlət Komitəsi tərəfindən 01.01.11-ci ilə qədər Azərbaycan Respublikası səviyyəsində (xüsusi komissiya heyyəti tərəfindən) müəyyən ediləcək, müvafiq mükafatlar təqdim olunmaqla qaliblər respublikanın kütləvi informasiya vasitələrində élan ediləcəkdir.
I mərhələnin qaliblərinin II mərhələdə iştirakı üçün qaliblər haqqında məlumatlar və sənədlər toplusu Dövlət Komitəsi tərəfindən Dövlətlərarası Şuraya təqdim ediləcək.
Müsabiqə 2 ildə bir dəfə keçirilir. Müsabiqədə iştirak etmək üçün şərtlər:
- Azərbaycan Respublikasında keçirilmiş seçimdə (Milli orqan tərəfindən elan edilmiş müsabiqədə) iştirak;
- İki il müddətindən az olmamaq şərtilə istehsal edilən məhsulun (göstərilən xidmətin) yüksək keyfiyyətliliyinin təsdiqi;
- İstehsal edilən məhsulun (göstərilən xidmətlərin) ikidən az olmamaq şərtilə MDB üzv dövlətlərinə ixrac edilməsi (və ya xidmətlərin göstərilməsi).
Müsabiqədə sənaye və xalq istehlakı malları istehsal edən (xidmət göstərən) təşkilatlar (fiziki və ya hüquqi şəxslər) iştirak edə bilərlər.
Müsabiqənin II mərhələsi Dövlətlərarası Şura tərəfindən keçiriləcək, 2011-ci ilin dekabr ayında MDB üzv dövlətləri arasında qaliblər müəyyən ediləcəkdir.
Sifarişlər iki dildə (Azərbaycan və rus dillərində) Dövlət Komitəsinə təqdim olunmalıdır.
Müsabiqədə iştirak etmək istəyən fiziki və ya hüquqi şəxslər 2010-cu il sentyabırın 30-dək sifariş təqdim edə bilərlər.
Əlavə məlumat almaq üçün Dövlət Komitəsinin Qanunvericilik və hüquq ekspertizası şöbəsinə müraciət oluna bilər.
Tel: (+994 12) 449 99 59