Çap et
Akkreditasiya sahəsində standartlaşdırma üzrə TK/Cari müzakirələr

"Keyfiyyətin idarə olunması" Texniki Komitəsinin (TK 176) yaradılması haqqında iclasın protokolu:

Tarix: 12 May 2010-cı il

Keçirildiyi yer: Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

İştirak etdilər:
1. F.Cəfərov, C.Hüseynov, D.Quliyev, S.Məmmədov, L.İsmayılov, M.Qəhrəmanov, İ.Təmrazov, V.Atakişiyev - Standartlaşdırma , Metrologiya və Patent üzrə Dövlət Komitəsi;
2. Asif Əmirsultanov - "Zygon Caspian Consalting" Ltd;
3. Şamo Muradov - "İCERT" MMC;
4. Aydın Ağayev - "Det-Norske Veritas AS" şirkəti;
5. Yuriy Qasanov, Ruslan Məmmədov - "SGS" MMC;
6. Cavidan Melikova - "Moody İnternational" Ltd:
7. Seymur Cəfərov - "Azsertifika" MMC;
8. Abbas Quvalov - "Akkord İnşaat-Sənayə" ASC;
9. Şahin İmanov - "QV" MMC.

İclasın məqsədi:
1. "Keyfiyyətin İdarəetmə Sistemi" Texniki Komitəsi (TK 176) haqqında məlumatları iştirakçılara təqdim etmək;
2. TK-nin əsas fəaliyyət sahəsini müəyyən etmək;
3. TK-nin təşkilatı strukturunu müzakirə etmək;
4. Beynəlxalq standartların tərcümə olunması və milli standart kimi qəbul edilməsi haqqında məlumat vermək.

- Akkreditasiya şöbəsinin müdiri F.Cəfərov iclası acaraq, iclas iştirakçılarını salamladı və iclas iştirakçılarından TK-nin əsasnaməsi ilə bağlı rəylərini bildirmələrini təklif etdi;
- "Azsertifika" MMC-in nümayəndəsi Seymur Cəfərov TK-nin əsasnaməsində bir neçə bəndlərdə dəyişikliklər aparılmasını təklif etdi;
- Söz Akkreditasiya şöbəsinin baş məsləhətçisi C.Hüseynov "Keyfiyyətin İdarəetmə Sistemi" Texniki Komitəsinin əsasnaməsi ilə bağlı aparılması vacib olan dəyişikliklər baradə öz təklifini bildirdi;
- "Det-Norske Veritas AS" şirkətinin nümayəndəsi A.Ağayev də TK-nin əsasnaməsinin bəzi bəndlərində dəyişiklik aparılmasını zəruri hesab etdi;
- "Akkord" ASC-nin nümayəndəsi çıxışında "Təklif bəndinin" razılaşdırılmış vaxtla təyin olunmasını vacib saydı;
- "ZCC" şirkətinin nümayəndəsi TK-nin iclasında səs vermədə iştirak etmək üçün iclas iştirakçılarının 50 % deyil, 3/2 iştirakını vacib hesab etdi. TK rəhbərlərinin təqdim olunması və azad olunması məsələsinə baxmaq (müzakirə etmək) təklifini verdi.