Çap et
Sədr
RAMİZ AYVAZ OĞLU HƏSƏNOV

- 20 avqust 1961-ci ildə Gürcüstan Respublikasının Marneuli şəhərində anadan olmuşdur;

- 1978-1983-cü illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda təhsil almışdır;

- 1983-cü ildən 1990-cı ilədək SSRİ Xarici Ticarət Nazirliyində işləmişdir;

- 1990-1992-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Xarici İqtisadi Əlaqələr Komissiyasında (1992-ci ildən Komitə) əmək fəaliyyətini davam etdirmişdir;

- 1993-1997-ci illərdə Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyində çalışmışdır;

- 1997-2004-cü illər ərzində Azərbaycan Respublikasının "Azərkontrakt" ASC Sədrinin 1-ci müavini vəzifəsində işləmişdir;

- 2004-2005-ci illərdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri olmuşdur;

- 14 dekabr 2005-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sədri vəzifəsində çalışır.

İngilis, rus, türk və gürcü dillərini mükəmməl bilir.

Ailəlidir, iki övladı var.