Çap et
ÖV-nin Dövlət Reyestri/Ümumi məlumat
ÖLÇMƏ VASİTƏLƏRİNİN DÖVLƏT REYESTRİ HAQQINDA TƏLİMAT

Təlimat Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (bundan sonra - Komitə) respublikada istehsal edilmiş və xaricdən partiyalarla və ya tək-tək gətirilmiş, tipi təsdiq edilmiş ölçmə vasitələrinin Dövlət reyesrtində qeydiyyata alınması üzrə ümumi tələbləri müəyyən edir. Bu tələblər «Ölçmələrin Vəhdətinin Təmin Edilməsi Haqqında» Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş Dövlət metroloji nəzarəti və təftişinin tətbiq edildiyi sahələrdə bütün tiplərdən olan ölçmə vasitələrinə və ölçmə sistemlərinə şamil edilir.

1. Ümumi tələblər

1.1. Ölçmə vasitələrinin (ÖV) dövlət reyestri - respublikada istehsal edilmiş və dövlət qəbul sınağından keçirilərək, tipi təsdiq edilmiş, həmçinin xaricdən partiyalarla və ya tək-tək gətirilmiş və təsdiq olunmuş tipə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə metroloji attestasiyadan keçirilərək, respublika ərazisində istifadəsinə icazə verilən ÖV-nin qeydiyyatını aparmaq üçün nəzərdə tutulmuşdur.

1.2. ÖV-nin dövlət reyesterində qeydiyyatı ÖV-nin istehsalata buraxılmasının və Azərbaycan Respublikasında istifadə olunmasının kompleks texniki təşkilati tədbirlərinin ayrılmaz hissəsidir.

1.3. Dövlət reyestri aşağıdakı məqsədlər üçün aparılır:

- istehsalata buraxılmış və Azərbaycan Respublikasında istehsalına, istifadəsinə icazə verilən ÖV-nin qeydiyyatının aparılması;

- tipi təsdiq olunmuş ÖV haqqında mərkəzləşdirilmiş məlumat fondlarının yaradılması;

1.4. ÖV-nin dövlət qeydiyyatı, onların tipinin təsdiqi və yaxud istehsalatdan çıxarılması, həmçinin Dövlət reyestri haqqında məlumat xidməti Komitə tərəfindən həyata keçirilir.

1.5. Dövlət qeydiyyatı və dövlət reyestrinin işinin tərtibatı üçün Əlavə 1, 2, 3-də göstərilmiş formalarda sənədlər təqdim olunmalıdır.

1.6. 1.5. bəndində adları sadalanan ÖV-nin dövlət sınağı materialları Dövlət reyestr fondunu təşkil edir və onların bir hissəsi (hazırki təlimatın 4.3. bəndindən başqa) müddətsiz olaraq qorunub saxlanılır.

2. ÖV-nin dövlət reyestrində qeydiyyatının ardıcıllığı

2.1. Komitə ÖV-ni Dövlət reyestrinə daxil edərkən aşağıdakı funksiyaları yerinə yetirir:

- Tipi təsdiq edilmiş ÖV-nin dövlət qeydiyyatı;

- Dövlət reyestrində qeydiyyata alınmış ÖV haqqında xüsusi məlumat fondunun yaradılması;

- Tipi təsdiq edilmiş ÖV-nin dövlət qeydiyyatının əsasında yaradılmış Dövlət reyestr sənədlərinin və materiallarının saxlanılması;

- Komitə tərəfindən tipi təsdiq edilmiş və Azərbaycan Respublikasında kütləvi istehsala buraxılmış ÖV-ri haqqında məlumatın nəşrə hazırlanması;

- Təsdiq edilmiş tipə uyğun olmayan ÖV-nin istismarına qadağa qoyulması və Dövlət reyestrindən çıxarılması;

- Komitənin rəhbərliyinin müvafiq qərarı əsasında Dövlət reyestrində uyğun dəyişikliklərin aparılması.

3. Tipi təsdiq edilmiş ÖV-nin qeydiyyatının ardıcıllığı

3.1. Tipi təsdiq edilmiş ÖV-nin qeydiyyatı Komitənin rəhbərliyi tərəfindən təsdiq edilmiş texniki sənədlərin - Şəhadətnamə və Sertifikatın əsasında aparılır.

3.2. Sertifikatın müddəti Komitə tərəfindən 5 il müddətinə müəyyən olunur.

3.3. Dövlət qeydiyyatı müəyyən edilmiş formada aparılır.

3.4. ÖV-nin tipinin təsdiqi haqqında məlumat Əlavə 4-də göstərilən formaya əsasən dövlət reyestrinə daxil edilir.

3.5. Hər bir ÖV-nə qeydiyyat nömrəsi verilir. Qeydiyyat nömrəsindəki axırıncı iki rəqəm tipin təsdiq olunma ilini göstərir. Metroloji attestasiyadan keçmiş ÖV-nin qeydiyyatı zamanı qeydiyyat nömrəsinin axırıncı 2 rəqəminə «/A» işarəsi əlavə edilir.

3.6. Eyni tipdən olan ÖV-nin sayı 20 ədəddən artıq olduqda (partiya) dövlət qəbul sınaqları aparılaraq tipi təsdiq olunur. Bundan az olduqda isə metroloji attestasiyadan keçirilərək Dövlət reyesterində qeydiyyata alınır.

3.7. ÖV-nin adı və tipi təsdiq edilmiş sənədlər əsasında dövlət reyestrində göstərilir. Xaricdən gətirilmiş ÖV-nə verilmiş sertifikatda həmin sertifikatın etibarlılıq müddəti göstərilir.

3.8. Komitənin rəhbərliyinin qərarına əsasən Dövlət reyestrində aşağıdakı dəyişikliklər aparıla bilər:

- Azərbaycan Respublikasında ÖV-nin kütləvi istehsalı, istifadəyə buraxılması və xaricdən partiyalarla gətirilmiş ÖV-nin qeydiyyat müddətinin artırılması;

- Yeni normativ texniki sənədlərin dəyişilməsi ilə əlaqədar olaraq təsdiq edilmiş ÖV-nin tipinin dəyişdirilməsi;

- ÖV-nin yeni modifikasiyası işləndikdə, qeydiyyat nömrəsinin axır rəqəmləri əvvəlki kimi saxlanılır.

3.9. Dövlət qəbul sınağından keçirilmiş ÖV-nin təsdiq edilmiş tipinə Əlavə 5-də göstərilən formada tipi təsdiq edən sertifikat, metroloji attestasiyadan keçmiş ÖV-nə Əlavə 6-da göstərilmiş formada şəhadətnamə verilir.

3.10. Azərbaycan Respublikasında hazırlanmış və Dövlət reyestrinə daxil edilmiş ÖV-nə, həmçinin istismar sənədinə Əlavə 7-də göstərilən ölçülərdə dövlət reyestr işarəsi qoyulur.

4. ÖV-nin Dövlət reyestrindən çıxarılması ardıcıllığı

4.1. ÖV-nin təsdiq edilmiş tiplərinin Dövlət reyestrindən çıxarılması, Komitənin onların istehsalatdan çıxarılması haqqında qərarı ilə həyata keçirilir.

4.2. Uyğun qərarın qəbul edilməsindən sonra 10 gün müddətində dövlət reyestrinə aşağıdakı əlavə edilir:

- ÖV-nin xaricdən partiyalarla gətirilməsinin və kütləvi hazırlanmasının dayandırılması müddəti haqqında qeyd.

5. Dövlət reyestri haqqında məlumat xidməti

5.1. Təsdiq edilmiş ÖV-nin tipi haqqında maraqlanan müəssisə və təşkilatlar, həmçinin xarici ölkələrin metroloji təşkilatlarına məlumat xidmətini Komitə müəyyən edilmiş qaydada həyata keçirir.

5.2. Tipi təsdiq edilmiş ÖV haqqında məlumat, həmçinin ÖV-nin təsdiq edilmiş tipinin Dövlət reyestrindən çıxarılması haqqında bildiriş Komitənin xüsusi nəşriyyatında dərc edilir.

5.3. Nəşrin periodikliyi və hazırlıq ardıcıllığı, həmçinin dövlət reyestri fondu əsasında məlumatın verilmə ardıcıllığının tələbləri Komitənin təsdiq etdiyi normativ sənədlərə əsasən müəyyən edilir.

5.4. Məlumat xidmətinə görə iş və onun dəyərinin ödənilməsi maraqlı tərəflərin arasında olan müqaviləyə görə və ya zəmanət məktubu əsasında həyata keçirilir.

 

ƏLAVƏ 1

Respublikada istehsal edilmiş ÖV-nin Dövlət qəbul sınaqlarının keçirilməsi üçün tələb olunan sənədlərin siyahısı:

1. Müəyyən edilmiş qaydada təsdiq edilmiş texniki tapşırıq
2. İşləyib-hazırlayan müəssisə rəhbərinin təsdiq etdiyi texniki şərtin layihəsi (Dövlət və ya sahə standartı olmadıqda)
3. İstismar sənədləri
4. Yoxlama metodikası sənədlərinin layihəsi
5. ÖV-nin yığım cizgiləri
6. Müəssisə tərəfindən öncədən aparılmış sınaqların nəticələri
7. Yeni işlənib-hazırlanmış ÖV-nin tipinin təsvirinin layihəsi
8. 13x18 və ya 18x24 sm ölçüdə ÖV-nin ümumi görünüşünün fotoşəkli
9. Yeni işlənib-hazırlanan ÖV-nin Komitə tərəfindən təsdiq edilmiş Dövlət qəbul sınağının proqram layihəsi

ƏLAVƏ 2

Xaricdən partiyalarla gətirilmiş ÖV-nin Dövlət qəbul sınaqları üçün lazım olan sənədlərin siyahısı:

1. ÖV-ni buraxan firmanın prospekti
2. ÖV-nin komplekt texniki sənədləri
3. 13x18 və ya 18x24 sm ölçüdə ÖV-nin ümumi görünüşünün fotoşəkli
4. ÖV-nin dövlət reyestri üçün ÖV-nin tipinin təsviri
5. ÖV-nin yoxlama metodikası

Qeyd: 1. ÖV-ni hazırlayan firmanın sənədləri Azərbaycan dilinə tərcümə edilmiş
vəziyyətdə təqdim olunmalıdır. ÖV-nin ümumi görünüşünün fotoşəklinə
tərcümə olunmuş işarələr əlavə olunur.
2. Təqdim olunan sənədlərdə milli normativ texniki sənədlərə istinad
olunmuşsa, milli normativ texniki sənədlər əlavə olunur.

ƏLAVƏ 3

ÖV-nin metroloji attestasiyasının keçirilməsi üçün lazım olan sənədlərin siyahısı:

1. İşlənib hazırlanan ÖV üçün:
 işlənib hazırlanması üçün texniki tapşırıq;
 texniki şərt, texniki təsvir, istismar təlimatı;
 metroloji attestasiya üçün proqram layihəsi, yoxlama metod və vasitələrinin normativ texniki sənədləri.

2. Vahid saylarda xaricdən gətirilmiş ÖV-nin texniki sənədlərinin komplekti:
 ÖV-nin metroloji xarakteristikalarının tələblərini əks etdirən sənəd;
 ÖV-nin dövlət reyestri üçün tipin təsviri və istismar təlimatı;
 ÖV-nin yoxlama metodikası.