Çap et
AzTEST HAQQINDA
Təcrübə-Sınaq Mərkəzi (AzTEST) 15 aprel 2009-cu ildə Azərbaycan Respublikası Stadartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Sədrinin 037 saylı əmri ilə yaradılmışdır. Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) fəaliyyətinə daxildir:
1. Ölçmə vasitələrinin kalibrlənməsi;
2. Sınaq avadanlıqlarının attestasiyası;
3. Yeyinti, kənd təsərrüfatı və yüngül sənaye məhsullarının sınaqları.

Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) tərkibində olan şöbələr:
1. Maliyyə şöbəsi;
2. Kadrlar, hüquq və ümumi şöbə (ixtisasartırma kursları);
3. Keyfiyyəti idarəetmə şöbəsi;
4. Təsərrüfat şöbəsi;
5. Ərazi bölmələri ilə əlaqə şöbəsi
6. Ölçmə vasitələrinin sınağı və attestasiyası şöbəsi

Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyaları:
1. Kütlə ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyası
2. Mexaniki və həndəsi ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyası;
3. Elektrik ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyası;
4. Radio-texniki və akustik ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyası;
5. Fiziki-kimyəvi, qaz qarışıqları, ultrasəsli və maqnit defektoskopiya ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyası
6. Təzyiq və sərf ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyası
7. Temperatur və həcm ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyası

Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) sınaq laboratoriyaları:
1. Yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyası;
2. Yüngül sənaye məhsullarının sınaq laboratoriyası.

Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) ərazi bölmələri:
1. 2 saylı Ərazi şöbəsi (Gəncə)
Əhatə etdiyi inzibati-ərazi vahidləri: Gəncə və Naftalan şəhərləri, Göygöl, Samux, Şəmkir, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax, Ağstafa, Goranboy və Kəlbəcər rayonları
2. 3 saylı Ərazi şöbəsi (Sumqayıt)
Əhatə etdiyi inzibati-ərazi vahidləri: Sumqayıt şəhəri, Abşeron, Xızı, Şamaxı, Ağsu, Qobustan, Qubadlı və Zəngilan rayonları
3. 4 saylı Ərazi şöbəsi (Şəki)
Əhatə etdiyi inzibati-ərazi vahidləri: Şəki, Balakən, Zaqatala, Qax, Qəbələ, Oğuz və İsmayıllı rayonları
4. 5 saylı Ərazi şöbəsi (Lənkəran)
Əhatə etdiyi inzibati-ərazi vahidləri: Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonları
5. 6 saylı Ərazi şöbəsi (Xaçmaz)
Əhatə etdiyi inzibati-ərazi vahidləri: Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonları
6. 7 saylı Ərazi şöbəsi (Salyan) 
Əhatə etdiyi inzibati-ərazi vahidləri: Şirvan şəhəri, Salyan, Neftçala, Saatlı, Sabirabad, Hacıqabul, Kürdımir, İmişli, Beyləqan və Fizuli rayonları
7. 8 saylı Ərazi şöbəsi (Yevlax)
Əhatə etdiyi inzibati-ərazi vahidləri: Yevlax və Mingəçevir şəhərləri, Bərdə, Tərtər, Ağdam, Ağdaş, Ucar, Göyçay, Zərdab, Ağcabədi və Laçın rayonları

Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) hüquqi ünvanı: Bakı ş., Nərimanov rayonu, İsaqzadə qəsəbəsi 7-ci köndələn.
Faktiki ünvan: Bakı ş., Nəsimi rayonu, Mərdanov qardaşları 124
VÖEN 1500244751
Tel: (012) 449-99-59