| | az | en

CALENDAR

Mo Tu Th We Fr Sa Su
123
45678910
11121314151617
18192021222324
25262728293031
RESOLUTIONS
Print version
31.07.2010
Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanının 5-ci bəndinin 2-ci abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:
1. "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər" təsdiq edilsin (əlavə olunur).
II. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 7 noyabr 2002-ci il
№ 174
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2002-ci il 7 noyabr tarixli, 174 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq
xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan
ƏLAVƏ ŞƏRTLƏR


1. Kartoqrafiya fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
1.1. mütəxəssislərin müvafiq ixtisasa malik olduqlarını təsdiq edən sənədlərin surəti;
1.2. cihaz və alətlərin metroloji standartlara uyğunluğu və işə yararlığı haqqında Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiqedici sənədi;
1.3. məhdud qrifli materialların saxlanılması şəraiti, uçotu və istifadəsi haqqında məlumatlar.
2. Radioaktiv və ionizə şüaları verən maddələrin tullantılarının saxlanması və basdırılmasına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
2.1. ərizəçinin sanitar-ekoloji norma və qaydaların tələblərinə cavab verən, radioaktiv tullantıların saxlanma və basdırıma yerlərinə (poliqonlara) malik olması haqqında rəsmi sənəd;
2.2. radioaktiv tullantıların saxlanması və basdırılması poliqonunun bu məqsədlər üçün yararlı olması barədə Səhiyyə Nazirliyi tərəfindən verilmiş sənədin surəti;
2.3. poliqonun dövlət standartlarına müvafiq hazırlanmış texniki təhlükəsizlik və fövqəladə hallar üzrə tədbirlər planı;
2.4. poliqonun mühafizəsi və mühafizə siqnalizasiya sistemləri ilə təmin olunması barədə məlumat;
2.5. işçilərin xüsusi geyim, müvafiq cihaz və avadanlıqla təchiz olunması barədə məlumat.
3. Toksiki istehsalat tullantılarının utilizasiyası və zərərsizləşdirilməsinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
3.1. tullantıların toplanması, daşınması, saxlanılması və emalı üçün ərizəçinin texniki imkanları haqqında arayış;
3.2. ərizəçinin sanitar-ekoloji norma və qaydaların tələblərinə cavab verən, tullantıların saxlanma və basdırılma yerlərinə (poliqonlara) malik olması haqqında rəsmi sənəd;
3.3. müəssisənin dövlət standartlarına müvafiq hazırlanmış texniki təhlükəsizlik və fövqəladə hallar üzrə tədbirlər planı;
3.4. tullantıların utilizasiya və zərərsizləşdirmə yerlərinin mühafizəsi və mühafizə siqnalizasiya sistemləri ilə təmin olunması barədə məlumat;
3.5. işçilərin xüsusi geyim, müvafiq cihaz və avadanlıqla təchiz olunması barədə məlumat.
4. Əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükünə, emalına və satışına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
4.1. əlvan metal tullantılarının emalı üçün avadanlıqlardan istifadə hüququnun (mülkiyyət hüququ, icarə, istifadə və s.) və bu avadanlıqlarla işləyənlərin müəyyən edilmiş qaydada attestasiyadan keçmiş mütəxəssislər olduqlarını təsdiq edən sənədlərin surəti;
4.2. fəaliyyət növü ilə əlaqədar avadanlıq və qurğuların dövlət standartlarının tələblərinə uyğun olması barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiqedici sənədi.
5. Neft məhsullarının satışına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
5.1. obyektin istismara verilməsi barədə təsdiqedici sənəd;
5.2. tələb olunan qabların və avadanlıqların mövcudluğu və onların dövlət standartları səviyyəsində olması barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq ərazi üzrə orqanının təsdiqedici sənədi.
6. Qaz məhsullarının satışına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
6.1. obyektin istismara verilməsi barədə təsdiqedici sənəd;
6.2. tələb olunan qabların və avadanlıqların mövcudluğu və texniki təhlükəsizlik tələblərinə uyğun olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq ərazi üzrə orqanının təsdiqedici sənədi;
6.3. nəzərdə tutulan fəaliyyəti həyata keçirmək üçün tələb olunan qabların və avadanlıqların mövcudluğu və onların dövlət standartları səviyyəsində olması barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq ərazi üzrə orqanının təsdiqedici sənədi.
7. Tibb fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
7.1. tibb fəaliyyəti üçün nəzərdə tutulan avadanlıqların normativ-texniki tələblərə uyğun olması barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiqedici sənədi;
7.2. tibb xidməti göstərən şəxslərin müvafiq ixtisasa malik olmalarmı və bu ixtisas üzrə həkimlər üçün 5 ildən, orta tibb işçiləri üçün 3 ildən az olmayaraq iş stajına malik olmalarını təsdiq edən sənədlərin surəti.
8. Əczaçılıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
8.1. Əczaçılıq fəaliyyəti üçün nəzərdə tutulan avadanlıqların normativ-texniki tələblərə uyğun olması barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiqedici sənədi;
8.2. müvafiq ixtisasa malik olmalarını təsdiq edən sənədlərin surətləri.
(qüvvədən düşüb)
9. Su nəqliyyatı ilə yük və sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
9.1. üzgüçülük hüququna dair Dəniz Gəmiçiliyi Registrinin müvafiq sənədi;
9.2. ərizəçinin və ya cəlb ediləcək mütəxəssislərin dəniz nəqliyyatı qaydalarına əsasən müvafiq vəzifələrdə çalışmasına hüquq verən ali və ya orta dənizçilik ixtisası üzrə peşəyə yararlılığını təsdiq edən diplomunun notarial qaydada təsdiq olunmuş surəti.
10. Hava nəqliyyatı ilə yük və sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
10.1. ərizəçinin mülkiyyətində və ya istifadəsində olan müvafiq nəqliyyat vasitəsi haqqında məlumat (adı, növü, modeli, istehsal edildiyi il, texniki pasportu), həmin nəqliyyat vasitəsinin texniki vəziyyəti haqqında arayış;
10.2. ərizəçinin tabeliyində olan bilavasitə hərəkətlə əlaqədar işçilərin müvafiq təhsili olması haqqında sənədlər.

11. Rabitə xidmətlərinə (telefon (məftilli), sellülar (mobil), radiotrank və simsiz telefon, ölkədaxili telekommunikasiya kanallarının təşkili, beynəlxalq telekommunikasiya kanallarının təşkili, İP-telefoniya (internet-telefoniya), məlumatların ötürülməsi (data), sürətli poçt, 3-cü nəsil (3G) mobil rabitə) xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

11.1. lisenziya predmeti üzrə istifadə olunacaq telekommunikasiya vasitələri və qurğularına Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun verilmiş sertifikatların surəti;
11.2. milli təhlükəsizlik təminatı baxımından telekommunikasiya və digər rabitə şəbəkələrindən məlumatların əldə edilməsi üçün nəzərdə tutulan xüsusi avadanlıqların Milli Təhlükəsizlik Nazirliyi ilə razılaşdırılmış texniki şərtləri və bu şərtlərə uyğun olaraq ümumi rabitə şəbəkələri daxilində yaradılan və istismar edilən bütün növ telekommunikasiya şəbəkələrindən (idarə və müəssisələrə məxsus olan və ümumi rabitə şəbəkəsinə çıxışı olmayan şəbəkələr istisna olmaqla) informasiya əldə edilməsini təmin edən xüsusi təyinatlı avadanlıqlarla təchizat barədə zəmanət;
11.3. fəaliyyət növünün həyata keçirilməsi üçün radiorabitə vasitələrindən və radiotezliklərdən istifadə olunarsa, radiorabitə vasitələrinə müvafiq radiotezliklərin ayrılmasının mümkünlüyü barədə Radiotezliklər üzrə Dövlət Komissiyasının rəyi;
11.4. xidmətin təşkili üzrə qurulacaq şəbəkənin strukturu və rabitənin təşkili barədə məlumat;
11.5. xidmətin təşkili üçün tələb olunan telekommunikasiya vasitələri və qurğularından ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s.) təsdiq edən sənədlərin surəti;
11.6. beynəlxalq telekommunikasiya kanallarının təşkili fəaliyyətinin həyata keçirilməsi üçün ərizəçinin telekommunikasiya sahəsində ən azı 5 il iş təcrübəsinə malik olmasını təsdiq edən sənədin surəti;
11.7. İP-telefoniya (internet-telefoniya) fəaliyyətinin həyata keçirilməsi üçün ərizəçinin telekommunikasiya sahəsində ən azı 3 il iş təcrübəsinə malik olmasını təsdiq edən sənədin surəti.
11.8. 3-cü nəsil (3G) mobil rabitə xidmətləri sahəsində fəaliyyət üçün:
11.8.1. şəbəkənin istismara verilməsi mərhələləri barədə məlumat;
11.8.2. şəbəkədə istifadə olunacaq avadanlıqların texniki xarakteristikası barədə məlumat;
11.8.3. təşkil olunacaq xidmətlərin növləri və əhatə dairəsi barədə məlumat;
11.8.4. 3G eksperimental zonasının yaradılması təcrübəsi barədə məlumat;
11.8.5.«Telekommunikasiya haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hazırlanmış Radiotezliklər üzrə Dövlət Komissiyası tərəfindən təsdiq edilmiş «Azərbaycan Respublikasının radiotezliklər spektrindən perspektiv istifadə planı»na uyğun olaraq radiotezliklərdən istifadənin mümkünlüyü barədə Radiotezliklər üzrə Dövlət Komissiyasının rəyi.

12. Təhsil müəssisələrinə (məktəbəqədər tərbiyə müəssisələri, ümumtəhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla), peşə məktəbləri və peşə liseyləri, orta ixtisas təhsil müəssisələri, ali təhsil müəssisələri, dini orta ixtisas tədris müəssisələri, ali dini tədris müəssisələri) xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

12.1. təhsil müəssisəsinin pedaqoji, elmi-pedaqoji işçiləri haqqında məlumat;
12.2. təhsil müəssisəsinin maddi-texniki bazası (yerləşdiyi binanın ümumi və tədris sahəsi, təhsil, təcrübə, qrup, yataq otaqlarının sayı, laboratoriya, kitabxana, idman, musiqi zalı, həkim otağı və izolyator, mətbəx, metodiki kabinet, sanitar qovşağı və s.) və təlim-tərbiyə prosesinin təminatı haqqında ətraflı məlumat (texniki təminat vasitələri, proqram, metodiki təminat, didaktik materiallarla təminat və s.).
12.3. Dini tədris müəssisələri tərəfindən müvafiq fəaliyyətin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi.
13. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
13.1. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələri haqqında xarici ölkələrin hüquqi və ya fiziki şəxsləri ilə imzalanmış müqavilə;
13.2. təklif olunan əmək müqavilələrində Azərbaycan Respublikası vətəndaşlarının sosial müdafiəsinin beynəlxalq normalara müvafiq təmin olunması barədə zəmanət məktubu;
13.3. fəaliyyət növünün həyata keçirilməsi üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəyi.
14. Sığorta fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
14.1. hüquqi şəxsin nizamnamə kapitalının minimum məbləğinin qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilməsini təsdiq edən sənəd;
14.2. sığorta fəaliyyətinin aparılması nəzərdə tutulan könüllü sığorta növləri üzrə qaydalar;
14.3. rəhbər qismində cəlb edilən mütəxəssislərin ali iqtisadi, texniki, hüquqi və ya dəqiq elmlər sahəsində təhsilinin və sığorta əməliyyatlarının aparılması ilə əlaqədar sığorta sahəsində azı iki il iş təcrübəsinin yaxud bu şərtlərdən asılı olmayaraq, ali təhsilin və belə sahədə azı dörd il iş təcrübəsinin olmasını təsdiq edən sənədlərin surəti.
15. Auditor fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
15.1. ərizəçinin və ya cəlb ediləcək mütəxəssislərin mühasibat uçotu, maliyyə, iqtisadçı və ya hüquqşünas ixtisasları üzrə ali təhsilə malik olmasını təsdiq edən sənədin surəti.
16. Əmtəə birjasının fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
16.1 birja təsisçilərinin ümumi yığıncağında qəbul olunmuş və möhürlə təsdiq edilmiş birja ticarəti qaydaları.
17. Fond birjasının fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
17.1. sonuncu hesabat tarixi üçün tərtib olunmuş mühasibat balansı və maliyyə təsərrüfat fəaliyyəti haqqında hesabatın surəti;
17.2. ərizəçinin ştatında olan 3 (üç) əməkdaşa Azərbaycan Respublikasının Prezidenti Yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra - QKDK) tərəfindən fond birjası fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş ixtisas şəhadətnamələrinin surətləri;
17.3. QKDK tərəfindən təsdiq edilmiş standartlara uyğun olaraq hazırlanmış:
17.3.1. qiymətli kağızlarla ticarətin qaydalarının surəti;
17.3.2. qiymətli kağızların ticarətə buraxılması (listinq) və ticarətdən çıxarılması (delistinq) qaydalarının surəti;
17.3.3. birjada bağlanmış əqdlər üzrə hesablaşmaların və uçotun həyata keçirilməsi qaydalarının surəti.
17.4. Mövcud qanunvericiliyə uyğun olaraq QKDK tərəfindən müəyyən olunmuş qaydada birja fəaliyyətini lazımi səviyyədə təmin edən yer, proqram təminatı, texniki vasitələr və digər müvafiq avadanlıqların olması barədə arayış.
18. İnvestisiya fondunun fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
18.1. ərizəçinin səhm buraxılışları haqqında məlumat (səhmin növü, buraxılış forması, səhmin nominal dəyəri, buraxılışın ümumi məbləği, buraxılışın dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi, qeydiyyat orqanının adı);
18.2. fondun depozitar ilə bağlanmış müqaviləsinin sürəti;
18.3. QKDK tərəfindən təsdiq edilmiş "İnvestisiya fondunun idarə edilməsi barədə müqaviləyə dair tələblər"ə müvafiq olaraq investisiya fondunun idarə olunması barədə fond müdiri ilə bağlanmış müqavilənin surəti;
18.4. müstəqil auditor ilə bağlanmış müqavilənin surəti;
18.5. fond müdirinin qiymətli kağızların idarə olunmasına dair lisenziyasının notarial qaydada təsdiq edilmiş surəti.
19. Qiymətli kağızlar bazarının professional iştirakçılarının fəaliyyətinə (broker, diler, qiymətli kağızların idarə edilməsi, qarşılıqlı öhdəliklərin müəyyən edilməsi (klirinq), depozitar, qiymətli kağız sahiblərinin reyestrinin aparılması, qiymətli kağızlar bazarında ticarətin təşkili) xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
19.1. broker fəaliyyəti (hüquqi şəxslər üçün):
19.1.1. sonuncu hesabat tarixi üçün tərtib olunmuş mühasibat balansı və maliyyə təsərrüfat fəaliyyəti haqqında hesabat;
19.1.2. ərizəçinin ştatında olan 3 (üç) əməkdaşın QKDK tərəfindən broker fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş ixtisas şəhadətnamələrinin surətləri;
19.1.3. mövcud qanunvericiliyə uyğun olaraq QKDK tərəfindən müəyyən olunmuş qaydada broker fəaliyyətinin həyata keçirilməsi üçün müvafiq şəraitə malik olan yerin, proqram təminatının, texniki vasitələrin və digər müvafiq avadanlıqların olması barədə arayış.
19.2. Broker fəaliyyəti (fiziki şəxslər üçün):
19.2.1. fiziki şəxsin QKDK tərəfindən broker fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş ixtisas şəhadətnaməsinin surəti;
19.2.2. mövcud qanunvericiliyə uyğun olaraq QKDK tərəfindən müəyyən olunmuş qaydada broker fəaliyyətinin həyata keçirilməsi üçün müvafiq şəraitə malik olan yerin, proqram təminatının, texniki vasitələrin və digər müvafiq avadanlıqların olması barədə arayış.
19.3. Diler fəaliyyəti üçün:
19.3.1. sonuncu hesabat tarixi üçün tərtib olunmuş mühasibat balansı və maliyyə təsərrüfat fəaliyyəti haqqında hesabat;
19.3.2. ərizəçinin ştatında olan 3 (üç) əməkdaşın QKDK tərəfindən diler fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş ixtisas şəhadətnamələrinin surətləri;
19.3.3. mövcud qanunvericiliyə uyğun olaraq QKDK tərəfindən müəyyən olunmuş qaydada diler fəaliyyətinin həyata keçirilməsi üçün müvafiq şəraitə malik olan yerin, proqram təminatının, texniki vasitələrin və digər müvafiq avadanlıqların olması barədə arayış.
19.4. Qiymətli kağızların idarə edilməsi fəaliyyəti (hüquqi şəxslər üçün):
19.4.1. sonuncu hesabat tarixi üçün tərtib olunmuş mühasibat balansı və maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabat;
19.4.2. ərizəçinin ştatında olan 3 (üç) əməkdaşın QKDK tərəfindən qiymətli kağızların idarə edilməsi fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş ixtisas şəhadətnamələrinin surətləri;
19.4.3. mövcud qanunvericiliyə uyğun olaraq QKDK tərəfindən müəyyən olunmuş qaydada qiymətli kağızların idarə edilməsi fəaliyyətinin həyata keçirilməsi üçün müvafiq şəraitə malik olan yerin, proqram təminatının, texniki vasitələrin və digər müvafiq avadanlıqların olması barədə arayış.
19.5. Qiymətli kağızların idarə edilməsi fəaliyyəti (fiziki şəxs üçün):
19.5.1. fiziki şəxsin QKDK tərəfindən qiymətli kağızların idarə edilməsi fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş ixtisas şəhadətnaməsinin surəti;
19.5.2. mövcud qanunvericiliyə uyğun olaraq QKDK tərəfindən müəyyən olunmuş qaydada qiymətli kağızların idarə edilməsi fəaliyyətinin həyata keçirilməsi üçün müvafiq şəraitə malik olan yerin, proqram təminatının, texniki vasitələrin və digər müvafiq avadanlıqların olması barədə arayış.
19.6. Qarşılıqlı öhdəliklərin müəyyən edilməsi üzrə fəaliyyət (klirinq) üçün:
19.6.1. sonuncu hesabat tarixi üçün tərtib olunmuş mühasibat balansı və maliyyə təsərrüfat fəaliyyəti haqqında hesabat;
19.6.2. ərizəçinin ştatında olan 3 (üç) əməkdaşın QKDK tərəfindən qarşılıqlı öhdəliklərin müəyyən edilməsi üzrə fəaliyyətinin (klirinqin) həyata keçirilməsi üçün verilmiş ixtisas şəhadətnamələrinin surətləri:
19.6.3. QKDK tərəfindən təsdiq edilmiş "Qarşılıqlı öhdəliklərin müəyyən edilmiş üzrə fəaliyyətin (klirinqin) həyata keçirilməsi qaydaları"nın tələblərinə uyğun hazırlanmış müvafiq qaydaların surəti;
19.6.4. mövcud qanunvericiliyə uyğun olaraq QKDK tərəfindən müəyyən olunmuş qaydada klirinq fəaliyyətinin lazımi səviyyədə təmin edən yer, proqram təminatı, texniki vasitələrin və digər müvafiq avadanlıqların olması barədə arayış.
19.7. Depozitar fəaliyyəti üçün:
19.7.1. sonuncu hesabat tarixi üçün tərtib olunmuş mühasibat balansı və maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabat;
19.7.2. ərizəçinin ştatında olan 3 (üç) əməkdaşın QKDK tərəfindən depozitar fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş ixtisas şəhadətnamələrinin surətləri;
19.7.3. QKDK tərəfindən təsdiq edilmiş "Depozitar fəaliyyətinin həyata keçirilməsi standartları"nın tələblərinə uyğun hazırlanmış müvafiq standartların surəti;
19.7.4. mövcud qanunvericiliyə uyğun olaraq QKDK tərəfindən müəyyən olunmuş qaydada depozitar fəaliyyətini lazımi səviyyədə təmin edən yer, proqram təminatı, texniki vasitələrin və digər müvafiq avadanlıqların olması barədə arayış.
19.8. Qiymətli kağız sahiblərinin reyestrinin aparılması fəaliyyəti üçün:
19.8.1. sonuncu hesabat tarixi üçün tərtib olunmuş mühasibat balansı və maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabat;
19.8.2. ərizəçinin ştatında olan 3 (üç) əməkdaşın qiymətli kağız sahiblərinin reyestrinin aparılması fəaliyyəti üçün QKDK tərəfindən verilmiş ixtisas şəhadətnamələrinin surətləri;
19.8.3. QKDK tərəfindən təsdiq edilmiş "Qiymətli kağız sahiblərinin reyestrinin aparılması standartları"nın tələblərinə uyğun hazırlanmış müvafiq standartların surəti;
19.8.4. mövcud qanunvericiliyə uyğun olaraq QKDK tərəfindən müəyyən olunmuş qaydada qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyəti lazımi səviyyədə təmin edən yer, proqram təminatı, texniki vasitələrin və digər müvafiq avadanlıqların olması barədə arayış.
19.9. Qiymətli kağızlar bazarında ticarətin təşkili üzrə fəaliyyət üçün:
19.9.1. sonuncu hesabat tarixi üçün tərtib olunmuş mühasibat balansı və maliyyə təsərrüfat fəaliyyəti haqqında hesabat;
19.9.2. ərizəçinin ştatında olan 3 (üç) əməkdaşın QKDK tərəfindən qiymətli kağızlar bazarında ticarətin təşkili üzrə fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş ixtisas şəhadətnamələrinin surətləri;
19.9.3. QKDK tərəfindən təsdiq edilmiş "Qiymətli kağızlar bazarında ticarətin təşkili üzrə fəaliyyətin həyata keçirilməsi qaydaları"nın tələblərinə uyğun hazırlanmış müvafiq qaydaların surəti;
19.9.4. mövcud qanunvericiliyə uyğun olaraq QKDK tərəfindən müəyyən olunmuş qaydada qiymətli kağızlar bazarında ticarətin təşkili üzrə fəaliyyəti lazımi səviyyədə təmin edən yer, proqram təminatı, texniki vasitələrin və digər müvafiq avadanlıqların olması barədə arayış.
20. Bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı üzrə fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
20.1. qiymətli kağızlar blanklarının işlənməsinin və nömrələnməsinin, habelə onların saxtalaşdırılması və digər sui-istifadə hallarından yüksək mühafizəsini təmin edən texnologiya və avadanlıqlar haqqında məlumat;
20.2. qiymətli kağızlar blanklarının, o cümlədən onların nümunələrinin saxlanılmasının və satışının təmin edilməsi üçün şərait və uçot sistemi haqqında məlumat.
21. Ciddi hesabat blanklarının hazırlanmasına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
21.1. ərizəçinin ciddi hesabat blanklarını çap etmək üçün bütün tələblərə cavab verən müvafiq texnikaya malik olması haqqında məlumat;
21.2. ərizəçinin ciddi hesabat blanklarının hazırlanmasında istifadə etdiyi avadanlıqları, onların istismarı ilə bağlı, habelə hazırlanmış ciddi hesabat blanklarının saxlanılmasına dair bütün texniki tələblərə cavab verən istehsal sahəsinə və anbara malik olması haqqında məlumat;
21.3. ciddi hesabat blanklarının hazırlanmasını təşkil edən rəhbərliyin (baş mühasib istisna olmaqla) poliqrafiya sahəsində təcrübəsinin olmasını təsdiq edən sənədin (sənədlərin) surəti.
22. Turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
22.1. turist marşrutları və proqramlarının (ən azı bir marşrut və proqram) surəti;
22.2. turist marşrutları üzrə turistlərin müvafiq mehmanxana və nəqliyyat vasitələri ilə təmin olunacaqlarını təsdiq edən müqavilənin surəti.
22.3. müəssisədə çalışan ən azı 2 işçinin turizm sahəsində üç il iş təcrübəsi və ya ali turizm təhsilinin olmasını təsdiq edən sənədlərin sürəti.
23. Gömrük brokeri fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
23.1. ərizəçinin ştatında gömrük rəsmiləşdirilməsi üzrə müvafiq ixtisas attestatına malik olan mütəxəssislərin olması barədə rəsmi sənəd;
23.2. müəyyən olunmuş qaydada öz fəaliyyəti üçün sığorta müqaviləsinin bağlanması barədə məlumat, sığorta müqaviləsinin surəti;
23.3. gömrük brokeri qismində fəaliyyət göstərmək üçün şəraitin olması haqqında məlumat.
24. Gömrük anbarlarının, müvəqqəti saxlanc anbarlarınm, sərbəst anbarların təsis edilməsinə xüsusi razıhq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
24.1. müraciət etmiş ərizəçinin sahibliyində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş gömrük anbarı rejiminə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvəqqəti saxlanması üçün müvafiq texniki vasitələrlə təchiz olunmuş üstüörtülü yerlərin və ərazilərin olması haqqında rəsmi sənədlərin surəti;
24.2. ərizədə gömrük anbarının və müvəqqəti saxlanc anbarının tipinin, anbar üçün nəzərdə tutulmuş yerlərin ünvanının, onun ayrı-ayrılıqda və ümumi sahəsi haqqında məlumatların, anbar üçün nəzərdə tutulan yerlərin maddi-texniki təchizatının xarakteristikasının, siqnalizasiyasının, yanğına qarşı qurğu və avadanlıqların, anbarda saxlanması nəzərdə tutulan mallara zərər vura bilən başqa mal növlərinin siyahısının və onların ayrıca yerləşdirilməsi üçün xüsusi olaraq təchiz edilmiş yerlərin xarakteristikasının olması, həmin yerlərin mühafizəsinin təmin edilməsi barədə məlumat;
24.3. ərazinin planının, anbar üçün nəzərdə tutulan yerin plan və çertyojunun surətləri, anbara daxilolma hüququ olan işçilərin siyahısı barədə rəsmi məlumat.
25. Prekursorların idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
a) idxalı, ixracı və tranzit nəql edilməsi:
25.1. xarici şəxslərlə (müqabil tərəflərlə) bağlanmış müqavilənin əsli və surəti;
b) istehsalı:
25.2. ərizəçinin sanitar-ekoloji, texniki-təhlükəsizlik norma və qaydaların tələblərinə cavab verən istehsal sahəsinin və malik olduqları avadanlıqların normativ-texniki tələblərə uyğun olması barədə rəsmi sənəd;
25.3. işçilərin xüsusi geyim, müvafiq cihaz və avadanlıqla təchiz olunması barədə məlumat.

26. Yabanı dərman bitkilərinin xammalının yığılmasına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
26.1. yabanı dərman bitkilərinin yığılması, saxlanılması və qurudulması üçün ərizəçinin sanitar-ekoloji norma və qaydaların tələblərinə cavab verən texniki imkanları haqqında arayış;
26.2. yabanı dərman bitkilərinin xammalının tədarük edildiyi təbiət komplekslərinin (ekosistemin) ekoloji şəraitinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən verilən rəyin surəti.
27. Mehmanxana və mehmanxana tipli obyektlərin (bundan sonra - obyekt) fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
27.1. obyekt haqqında ətraflı məlumat (otaqların və yerlərin sayı, otaqların təchizatı, obyektdə olan servis və xidmətlər);
27.2. obyektin dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edilməsi haqqında aktın surəti;
27.3. obyektin yanğından təhlükəsizlik tələblərinə uyğun olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin orqanları tərəfindən verilən sənədin surəti;
27.4. obyektin sanitar-ekoloji norma və qaydaların tələblərinə uyğun olması barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilən sənədin surəti.

28. Qeyri-dövlət pensiya fondlarının fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
28.1. qeyri-dövlət pensiya fondunun rəhbərliyinin bu fəaliyyət növü üçün tələb olunan təhsilə, ixtisasa, fondlarda, sığorta və maliyyə müəssisələrində ən azı 3 il iş stajına malik olmasını təsdiq edən sənəd;
28.2. qeyri-dövlət pensiya fondunun fəaliyyət istiqaməti üzrə biznes-plan.

29. Qiymətli metallar və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi fəaliyyətlərinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
fəaliyyət növü ilə əlaqədar avadanlıqlar, qurğular və ölçü vasitələrinin dövlət standartlarının tələblərinə uyğun olması barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiqedici sənədi.
30. Təhlükəli yüklərin nəqliyyat vasitələri ilə daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
30.1. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;
30.2. lisenziyalaşdırılan fəaliyyət növü üzrə tələb olunan normativ-texniki sənədlərin siyahısı;
30.3. daşınacaq təhlükəli yüklərin siyahısı;
30.4. təhlükəli yükləri daşıyan nəqliyyat vasitələri üçün yuyucu, buxarlayıcı, deqazasiya məntəqələri və onların texniki təchizatı vasitələrinə malik olmalarını təsdiq edən sənəd;
30.5. nəqliyyat vasitələrinin modeli və texniki göstəriciləri, dövlət qeydiyyat şəhadətnaməsinin surəti;
30.6. qəzanın aradan qaldırılması planı daxil olmaqla, qəzaya qarşı kompleks tədbirlərin yerinə yetirilməsi hazırlığı barədə məlumat.
31. Maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
31.1. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;
31.2. lisenziyalaşdırılan fəaliyyət növü üzrə tələb olunan normativ-texniki sənədlərin siyahısı;
31.3. maye və təbii qaz təsərrüfatı obyektinin istismara qəbulu aktının surəti;
31.4. maye və təbii qaz təsərrüfatı obyektində istifadə olunan partlayış-yanğın mühafizəli avadanlıqların, mühərriklərin və cihazların "Texniki təhlükəsizlik sertifikatı"nın surəti.
32. Dağ-mədən işlərinin, dağ və buruq qazmalarının aparılmasına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
32.1. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;
32.2. yataq hissəsinin işlənməsi ilə bağlı "Dağ işlərinin inkişafı planı"nın surəti;
32.3. dağ-mədən işlərinin, dağ və buruq qazmalarının aparılması üçün ərizəçinin mülkiyyətində və ya istifadəsində olan maşın-mexanizmlərin, qazma dəzgahlarının və avadanlıqlarının siyahısı, onlar haqqında məlumat (adı, növü, modeli, istehsal ili, texniki pasportu), həmin avadanlıqların texniki vəziyyəti və texniki baxışdan keçmələri barədə məlumat.
33. Liftlərin quraşdırılması və təmirinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
33.1. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;
33.2. lisenziyalaşdırılan fəaliyyət növü üzrə tələb olunan normativ-texniki sənədlərin siyahısı;
33.3. ərizəçinin müvafiq işləri aparmaq üçün lazım olan vasitələrə, alətlərə və texnoloji avadanlıqlara malik olması barədə məlumat;
33.4. ərizəçinin quraşdıracağı liftlərin növü (sərnişin, yük və xəstəxana liftləri).
34. Attraksionların quraşdırılması və istismarına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
34.1. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin və yüksəklikdə işləyən işçilərin icazə vərəqələrinin surəti;
34.2. lisenziyalaşdırılan fəaliyyət növü üzrə tələb olunan normativ-texniki sənədlərin siyahısı.
35. Energetika obyektlərinin, avadanlıqlarının və qurğularının quraşdırılması, sazlanması və təmirinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
35.1. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;
35.2. lisenziyalaşdırılan fəaliyyət növü üzrə tələb olunan normativ-texniki sənədlərin siyahısı;
35.3. ərizəçinin müvafiq işləri aparmaq üçün maddi-texniki bazaya malik olması barədə arayış.
36. Qaldırıcı qurğuların, metallurgiya avadanlıqlarının, təzyiq altında işləyən qazanların, tutumların istehsalı, quraşdırılması və təmirinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
36.1. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;
36.2. lisenziyalaşdırılan fəaliyyət növü üzrə tələb olunan normativ-texniki sənədlərin siyahısı;
36.3. ərizəçinin müvafiq işləri aparmaq üçün maddi-texniki bazaya malik olması barədə arayış.
37. Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlıqların və texniki qurğuların diaqnostikasına və digər texniki yoxlamaların keçirilməsinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
37.1. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;
37.2. lisenziyalaşdırılan fəaliyyət növü üzrə tələb olunan normativ-texniki sənədlərin siyahısı;
37.3. ərizəçiyə məxsus olan laboratoriyaların akkreditasiyadan keçməsi haqqında şəhadətnamənin surəti;
37.4. ərizəçinin müvafiq işləri aparmaq üçün lazım olan vasitələrə, alətlərə və texnoloji avadanlıqlara malik olması haqqında məlumat.
38. Müəssisələrin və yaşayış məntəqələrinin müqavilə əsasında yanğınlardan qorunmasına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
38.1. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;
38.2. yanğın söndürən avtomobillərin, yanğın-texniki ləvazimatların və odsöndürücü vasitələrin yanğın təhlükəsizliyi sahəsində sertifikatlarının surəti;
38.3. hər bir avtomobilin döyüş hesabının ən azı 75 faiz ştat vahidi ilə komplektləşdirilməsi barədə arayış;
38.4. lisenziyalaşdırılan fəaliyyət növü üzrə tələb olunan normativ-texniki sənədlərin siyahısı;
38.5. ərizəçinin müvafiq işləri aparmaq üçün maddi-texniki bazaya malik olması barədə arayış;
38.6. işçilərin xüsusi geyim, müvafiq cihaz və avadanlıqlarla təchiz olunması barədə məlumat.
39. Yanğınsöndürmə texnikası məhsulunun istehsalı və alınmasına, sınaqların keçirilməsinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
39.1. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa (və ya peşə hazırlığına) malik olmaları haqqında sənədin surəti;
39.2. ərizəçinin müvafiq işləri aparmaq üçün maddi-texniki bazaya malik olması barədə arayış;
39.3. istifadə olunan maddə və materialların uyğunluq sertifikatlarının surətləri.
40. Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmirinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
40.1. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;
40.2. fəaliyyət növünün həyata keçirilməsi üçün istifadə olunacaq avadanlıqların olması barədə məlumat;
40.3. ərizəçinin müvafiq işləri aparmaq üçün maddi-texniki bazaya malik olması barədə arayış.
41. Yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmətə, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpasına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
41.1. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;
41.2. fəaliyyət növünün həyata keçirilməsi üçün istifadə olunacaq cihazların, avadanlıqların və texniki qurğuların uyğunluq sertifikatlarının surətləri.
42. Yanğından mühafizə binalarının, qurğularının, otaqlarının tikilməsi, yenidən qurulması və təmirinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
42.1. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;
42.2. ərizəçinin müvafiq işləri aparmaq üçün maddi-texniki bazaya malik olması barədə arayış.
43. Dövlət standartlarına uyğun olaraq, I və II məsuliyyət səviyyəli bina və qurğuların mühəndis-axtarış işlərinin aparılmasına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
43.1. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə 3 (üç) mütəxəssisin müvafiq ixtisasa və ən azı 5 illik iş təcrübəsinə malik olmaları haqqında sənədin surəti;
43.2. ərizəçinin müvafiq işləri aparmaq üçün lazım olan çöl-tədqiqat avadanlıqlarının, ölçü vasitələrinin və cihazlarının standartlara uyğunluğunu və yararlılığını təsdiq edən sənədlərin surəti;
43.3. ərizəçiyə məxsus olan və ya bağlanılmış müqavilə əsasında müvafiq yoxlamaları aparan laboratoriyaların akkreditasiyadan keçməsi haqqında şəhadətnamənin surəti;
43.4. ərizəçinin müvafiq işləri aparmaq üçün qanuni istifadəsində olan obyektin, qeyri-yaşayış sahəsinin maddi-texniki bazası barədə arayış;
43.5. ərizəçinin görülən işlərin keyfiyyətinə nəzarət sisteminə malik olması barədə arayış.
44. Dövlət standartlarına uyğun olaraq, I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi üçün:
44.1. ərizəçinin texniki-istehsalat heyəti haqqında arayış;
44.2. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə rəhbər və aparıcı mütəxəssislərin, o cümlədən layihənin baş mühəndisi və ya baş memarının, memarının, konstruktorunun, mühəndis avadanlıqları, şəbəkələri və sistemləri, nəqliyyat infrastrukturu layihələri, layihənin xüsusi bölmələri və digər sahələr üzrə mütəxəssislərin müvafiq ixtisasa və ən azı 5 illik iş təcrübəsinə malik olmaları haqqında sənədlərin surəti;
44.3. ərizəçinin baş layihəçi funksiyasını həyata keçirmək üçün müvafiq ixtisas tələblərinə cavab verən daimi işləyən aparıcı mütəxəssisləri olmadıqda, həmin sahələr üzrə (layihənin baş memarı və ya baş mühəndisi istisna olmaqla) işlərin yerinə yetirilməsi məqsədi ilə müvafiq lisenziyayam malik olan hüquqi və ya fiziki şəxslə əməkdaşlıq haqqında bağlanmış
müqavilənin surəti;
44.4. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növünü həyata keçirmək üçün hüquqi şəxsin mülkiyyətində və ya qanuni istifadəsində qeyri-yaşayış sahəsinin olmasını təsdiqləyən sənədlərin surəti;
44.5. ərizəçinin layihə işlərinin keyfiyyətinə nəzarət sisteminin mövcudluğu barədə arayış.
45. Dövlət standartlarına uyğun olaraq, I və II məsuliyyət səviyyəli bina və qurğuların (12 metr hündürlüyədək fərdi yaşayış və bağ evləri istisna olmaqla) tikinti-quraşdırma işlərinin aparılmasına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
45.1 ərizəçinin ştatında olan 5 (beş) mütəxəssisin müvafiq ixtisas üzrə ən azı 3 illik iş stajına malik olmaları haqqında sənədlərin surəti;
45.2. ərizəçinin müvafiq işləri aparmaq üçün maddi-texniki bazaya, o cümlədən binalara və ya qeyri-yaşayış sahələrinə, tikinti avadanlıqlarına, nəqliyyat, texnoloji və təhlükəsizlik təminatı vasitələrinə, mexaniki və əl alətlərinə, daşınan enerji qurğularına və nəzarət-ölçü cihazlarına malik olması barədə arayış;
45.3. ərizəçinin görülən işlərin keyfiyyətinə nəzarət sisteminə malik olması barədə arayış;
45.4. ərizəçinin ölçü vasitələrinin və cihazlarının standartlara uyğunluğunu və yararlılığını təsdiq edən sənədlərin surəti;
45.5. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növlərinin mülki məsuliyyətinin sığortalanmasını təsdiq edən sənədin (sığorta şəhadətnaməsinin) surəti.
46. Özəl baytarlıq təbabəti fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərt:
özəl baytarlıq təbabəti fəaliyyətini həyata keçirəcək hüquqi şəxslərin mütəxəssislərinin ali və ya orta ixtisas təhsilinə malik olduqlarını təsdiq edən sənədlərin surəti.
47. Baytarlıq preparatlarının istehsalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
47.1. istehsalı:
47.1.1. ərizəçinin istehsal sahəsinin və malik olduğu avadanlıqların normativ-texniki tələblərə uyğun olması, habelə istehsal edilən baytarlıq preparatlarının keyfiyyətinə nəzarət etmək üçün akkreditə edilmiş laboratoriyanın mövcudluğu barədə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiqedici sənədi;
47.1.2. baytarlıq preparatlarının istehsalı üzrə mütəxəssislərin ali və ya orta ixtisas təhsilinə malik olduqlarını təsdiq edən sənədlərin surəti.
47.2. satışı:
baytarlıq preparatlarının satışı ilə məşğul olan mütəxəssislərin baytarlıq ixtisası üzrə ali və ya orta ixtisas təhsilinə malik olduqlarını təsdiq edən sənədlərin surəti.
48. Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
48.1. ərizəçinin bu fəaliyyət növünü həyata keçirməsi üçün zəruri texnoloji, təcrübi ölçü qurğularından, proqram vasitələrindən və digər avadanlıqlardan istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s.) təsdiq edən sənədlərin surəti;
48.2. ərizəçinin bu fəaliyyət növü, o cümlədən informasiya texnologiyaları sahəsi üzrə müvafiq təhsilə, ixtisasa və ən azı 3 il iş təcrübəsinə malik olan mütəxəssislərin olmasını təsdiq edən sənədlərin surəti;
48.3. ərizəçinin bu fəaliyyət növü üzrə istifadə edəcəyi avadanlıqlar, müvafiq proqram-texniki təminat vasitələri, o cümlədən informasiya mühafizəsi vasitələri üzrə uyğunluq sertifikatlarının surəti;
48.4. ərizəçinin bu fəaliyyət növünü həyata keçirməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəyləri;
48.5. ərizəçinin fəaliyyət obyektinin mühafizə olunmasını təsdiq edən surəti.
49. İnformasiya mühafizəsi vasitələrinin layihələndirilməsi və istehsalı sahəsində fəaliyyətə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:
49.1. fəaliyyət növünü həyata keçirən ərizəçinin mütəxəssislərinin müvafiq ixtisaslarını, fəaliyyət növünün həyata keçirilməsi, təhlükəsizliyin və məxfiliyin təmin edilməsi üçün lazımi avadanlıqların mövcudluğunu və zəruri şəraitin olmasını təsdiq edən sənədlərin surəti;
49.2. layihələndirmə və ya istehsal zamanı Milli Təhlükəsizlik Nazirliyi tərəfindən texniki ekspertizanın həyata keçirilməsi üçün müvafiq vasitələrin təqdim olunması barədə zəmanət məktubu;
49.3. dövlət orqanları üçün nəzərdə tutulmuş informasiya mühafizə vasitələrinin Milli Təhlükəsizlik Nazirliyi ilə razılaşdırmaqla layihələndirilməsi və istehsalı barədə zəmanət məktubu;
49.4. fəaliyyətin təşkili üçün istifadə olunan vasitələr və qurğular üzrə ərizəçinin mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti;
49.5. ərizəçinin və ya fərdi əmək müqaviləsi əsasında cəlb edilmiş işçilərin əvvəllər ağır və ya xüsusilə ağır cinayət törətmiş və buna görə məhkum olunmuş, qanunvericiliklə müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş, barəsində müəyyən fəaliyyətlə məşğul olmasının məhdudlaşdırılması və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxarılan şəxslər olmaması bərədə ərizəsində müvafiq qeyd;
49.6. fəaliyyət növü ilə əlaqədar avadanlıq və texnologiyaların dövlət standartlarının tələblərinə uyğun olması barədə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiqedici sənədi.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 10 fevral 2004-cü il tarixli 8 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 115)
2. 8 sentyabr 2005-ci il tarixli 169 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 9, maddə 860)
3. 21 dekabr 2005-ci il tarixli 235 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №12, maddə 1234)
4. 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822)
5. 25 dekabr 2006-cı il tarixli 273 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1159)
6. 21 fevral 2006-cı il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 205)
7. 21 fevral 2006-cı il tarixli 57 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 205)
8. 3 avqust 2007-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 849)
9. 23 avqust 2007-ci il tarixli 131 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 857)
10. 25 oktyabr 2007-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 1025)
11. 11 yanvar 2008-ci il tarixli 2 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 1, maddə 37)
12. 8 oktyabr 2008-ci il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 10, maddə 928)
13. 5 dekabr 2008-ci il tarixli 271 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 12, maddə 1110)
14. 15 dekabr 2008-ci il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 12, maddə 1114)
15. 6 yanvar 2009-cu il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 22)
16. 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32)
17. 27 fevral 2009-cu il tarixli 35 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 156)
18. 13 aprel 2009-cu il tarixli 61 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 279)
19. 5 avqust 2009-cu il tarixli 117 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 08, maddə 670)
20. 10 sentyabr 2009-cu il tarixli 135 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 739)
21. 24 sentyabr 2009-cu il tarixli 150 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 754)
22. 26 dekabr 2009-cu il tarixli 203 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ()

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32) ilə "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər"in 2.2-ci, 5.2-ci, 6.2-ci, 7.3-cü, 8.1-ci, 9.1-ci və 32-ci bəndlərində "Agentliyinin" sözü "Komitəsinin" sözü ilə əvəz edilmişdir.

13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarı ilə təsdiq edilmiş "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər"in 7.2-ci bəndində "Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin" sözləri "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin" sözləri ilə əvəz edilmişdir.

15 dekabr 2008-ci il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 12, maddə 1114) ilə "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər"in 8.2-ci bəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:

21 dekabr 2005-ci il tarixli 235 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №12, maddə 1234) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli, 174 nömrəli qərarı ilə təsdiq edilmiş «Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlərin» 10-cu və 11-ci bəndləri qüvvədən düşmüş hesab edilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:

10 sentyabr 2009-cu il tarixli 135 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 739) ilə «Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər»in 11-ci bəndinə birinci abzasda «sürətli poçt» sözlərindən sonra «, 3-cü nəsil (3G) mobil rabitə» sözləri əlavə edilmişdir.

10 sentyabr 2009-cu il tarixli 135 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 739) ilə «Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər»nə 11.8-ci bənd əlavə edilmişdir.

24 sentyabr 2009-cu il tarixli 150 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 753) ilə təsdiq edilmiş "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər"in 12-ci bəndin birinci abzasda "ali təhsil müəssisələri" sözlərindən sonra ",dini orta ixtisas tədris müəssisələri, ali dini tədris müəssisələri" sözləri əlavə edilmişdir.

3 avqust 2007-ci il tarixli 123 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 849) ilə 14-cü və 15-ci bəndlər yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:

24 sentyabr 2009-cu il tarixli 150 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 753) ilə təsdiq edilmiş "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər"in 12.3-cü bənd əlavə edilmişdir.

11 yanvar 2008-ci il tarixli 2 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 1, maddə 37) ilə Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər»in 16.2-ci bəndində nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və 16.3-cü bənd əlavə edilmişdir.

6 yanvar 2009-cu il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 22) ilə təsdiq edilmiş "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər"in 20.2-ci bəndindən "Prezidenti yanında" sözləri çıxarılmışdır.


5 dekabr 2008-ci il tarixli 271 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 12, maddə 1110) ilə yeni məzmunda 25.3-cü yarımbənd əlavə edilmişdir.

10 fevral 2004-cü il tarixli 8 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 115) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarı ilə təsdiq edilmiş "Fəaliyyət növlərinin xüsusiyyətlərindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər"ə 26-cı və 27-ci bəndlər əlavə edilmişdir.

8 sentyabr 2005-ci il tarixli 169 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 9, maddə 860) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarı ilə təsdiq edilmiş "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər"ə 28-ci bənd əlavə edilmişdir.

21 fevral 2006-cı il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 205) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarı ilə təsdiq edilmiş "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər"ə 29-cu bənd əlavə edilmişdir.

8 oktyabr 2008-ci il tarixli 239 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 10, maddə 928) ilə «Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər»in 29-cu bəndi («Avtomobil nəqliyyatı ilə beynəlxalq, şəhərlərarası, şəhərdaxili sərnişin və yük daşınması fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:») çıxarılmışdır.


21 fevral 2006-cı il tarixli 57 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 205) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarı ilə təsdiq edilmiş "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər"ə 29-cu bənd əlavə edilmişdir.

25 dekabr 2006-cı il tarixli 273 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1159) ilə Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarına 30-cu bənd əlavə edilmişdir.
3 avqust 2007-ci il tarixli 123 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 849) ilə yeni məzmunda 31-ci bənd əlavə edilmişdir.

23 avqust 2007-ci il tarixli 131 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 857) ilə "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər"ə yeni məzmunda 32-ci bənd əlavə edilmişdir.


25 oktyabr 2007-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 1025) ilə "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər"ə yeni məzmunda 33-45-ci bəndlər əlavə edilmişdir.

27 fevral 2009-cu il tarixli 35 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 156) ilə yeni məzmunda 43-cü, 44-cü və 45-ci bəndlər əlavə edilmişdir.

9 aprel 2009-cu il tarixli 61 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 279) ilə «Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlə»rə yeni məzmunda 46-cı və 47-ci bəndlər əlavə edilmişdir.


5 avqust 2009-cu il tarixli 117 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 08, maddə 670) ilə «Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər»ə 48-ci bənd əlavə edilmişdir.
26 dekabr 2009-cu il tarixli 203 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı () ilə «Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər»ə yeni məzmunda 49-cu bənd əlavə edilmişdir.

 

18.12.2014

 ..."Baranina" (mutton) sausage of "Kristal CF" trademark produced by "Orxan SS" firm was detected in the trade network without the appropriate certificate...

read more
16.07.2014

...The state control measures have been fulfilled in "Mersin" café, located in M.F Akhundov avenue, city of Sheki, owned by an individual Yildirim Mahabbat Abdushakor...

read more
30.06.2014

..."Chinarli" restaurant located at the address of Khan Shushinski 9 str., Nasimi district, Baku city owned by a natural person Yashar Hasanov was investigated by the ...

read more

DECREE

                                                                

06.11.2017
read more
VİDEO NEWS
13.06.2014
Experimental- test centre(AzTEST) of SCSMP started tests of animal meats with DNA extraction method.
CALL CENTRE
SUBORDINATE STRUCTURES
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! All rights reserved.
Created by  Lider web studio