| | az | en

CALENDAR

Mo Tu Th We Fr Sa Su
2345678
9101112131415
16171819202122
23242526272829
3031
RESOLUTIONS
Print version
31.07.2010
Azərbaycan Respublikasının qüvvədə olan dövlət standartlarının, sandartlaşdırmaya dair digər normativ sənədlərin, habelə beynəlxalq (regional), dövlətlərarası standartların, norma, qayda və tövsiyələrin və xarici ölkələrin milli standartlarının fondlarının xüsusi dövlət reyestrinin və kataloqunun yaradılması, saxlanılması və aparılması qaydaları haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Standartlaşdırma haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 8 oktyabr tarixli 503 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikasının qüvvədə olan dövlət standartlarının, standartlaşdırmaya dair digər normativ sənədlərin, habelə beynəlxalq (regional), dövlətlərarası standartların, norma, qayda və tövsiyələrin və xarici ölkələrin milli standartlarının fondlarının xüsusi dövlət reyestrinin və kataloqunun yaradılması, saxlanması və aparılması qaydaları təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri
A.RASİZADƏ
Bakı şəhəri, 20 oktyabr 1997-ci il
№ 121

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1997-ci il 20 oktyabr tarixli 121 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR


Azərbaycan Respublikasının qüvvədə olan dövlət standartlarının, standartlaşdırmaya dair digər normativ sənədlərin, habelə beynəlxalq (regional), dövlətlərarası standartların, norma, qayda və tövsiyələrin və xarici ölkələrin milli standartlarının fondlarının xüsusi dövlət reyestrinin və kataloqunun yaradılması, saxlanması və aparılması
QAYDALARI


1.ÜMUMİ MÜDDƏALAR
1.1. Dövlət reyestri-respublikaya daxil olan və Azərbaycan Respublikasında istehsal olunan məhsulların (işlərin, xidmətlərin), habelə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qeydiyyatdan keçən normativ sənədlərin (bundan sonra-NS) qeydiyyatını aparır.
1.2. Dövlət reyestri aşağıdakı məqsədlə aparılır.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçən NS-in uçotunu həyata keçirmək, Azərbaycan Respublikasında istifadə olunan və tətbiqinə icazə verilmiş NS haqqında mərkəzləşdirilmiş dövlət informasiya məlumat fondları yaratmaq, əlaqədar müəssisə və təşkilatları müəyyən edilmiş qaydada Dövlət reyestrinə daxil olan materiallar fondunun informasiyası ilə təmin etmək.
1.3. NS-in dövlət qeydiyyatını, onların qeydiyyatdan keçməsi, yaxud ləğv edilməsi barədə məlumatın dərc etdirilməsini, habelə Dövlət reyestri əsasında informasiya xidmətini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
1.4. Dövlət qeydiyyatının aparılması və Dövlət reyestrinin tərtib edilməsi üçün aşağıdakı sənədlər lazımdır:
normativ sənədlər (Dövlət standartları, texniki şərtlər (bundan sonra-TŞ), milli standartlar və s.);
yoxlama metodikasına dair normativ sənədlər (istismar sənədində "yoxlama" olmadıqda), digər rəhbər sənədlər;
NS-in ləğvi barədə əmr.
1.5. Dövlət qeydiyyatından keçmiş normativ sənədlər Dövlət reyestrinin fondudur və daimi saxlanmalıdır.
2. AZƏRBAYCAN RESPUBLIKASININ STANDARTLAŞDIRMA, METROLOGIYA VƏ PATENT ÜZRƏ DÖVLƏT KOMITƏSİNDƏ QEYDİYYATDAN KEÇMİŞ NORMATİV SƏNƏDİN DÖVLƏT REYESTRİNİN APARILMASI QAYDASI
2.1. Dövlət reyestrini apararkən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi aşağıdakı vəzifələri həyata keçirir:
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçmiş NS-in qeydiyyatı;
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçmiş dövlət, dövlətlərarası, sahə standartlarının və TŞ, standartlaşdırma üzrə beynəlxalq standartların (İSO, MEK və s.), digər beynəlxalq təşkilatların, xarici ölkələrin standartlarının (o cümlədən firma, cəmiyyət və birliklərin) komplektləşdirilməsi, NS-in elmi cəhətdən araşdırılması;
dövlət reyestrinə daxil edilmiş NS haqqında rəsmi informasiya məlumatları fondunun və bu fond üçün sorğu-axtarış aparatının formalaşdırılması;
qeydə alınmış NS-in, Dövlət reyestri sənədlərinin saxlanması;
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınmış NS-lər barədə məlumatların dərcə hazırlanması;
əlaqədar təşkilatların normativ sənədlər haqqında Dövlət reyestrində olan məlumatlarla müəyyən edilmiş qaydada təmin edilməsi;
dövlət reyestrində müvafiq dəyişikliklərin vaxtında aparılması.
2.2. Bütün sənədlər əyani, nömrəli, müntəzəm və əlifba (NS toplusunda) kataloqlarından ibarət olan Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sorğu-axtarış sistemində öz əksini tapır.
əyani kataloq - NS üçün əsas oxucu kataloqdur, onların maksimum aşkarlanmasına xidmət edir. Kataloqa qüvvədə olan standartların və texniki şərtlərin biblioqrafik təsviri olan kartoçkalar daxildir.
nömrəli kataloq - sənədlərin bütün kateqoriyaları və nömrələri üzrə fondu aşkarlayır. Onda dəyişikliklər, əlavələr, sənədlərin ləğvi, dəyişdirilməsi, nüsxələrin miqdarı haqqında məlumat verilir. Qüvvədə olan, əvəz edilmiş, ləğv olunmuş NS-i təsvir edən kartoçkalar verilir.
Nömrəli kataloq ayrı-ayrı sıralarla aşağıdakı ardıcıllıqla qurulur
Respublika standartları, TŞ, beynəlxalq standartlar, standartlaşdırma üzrə beynəlxalq təşkilatların tövsiyələri, xarici ölkələrin standartları.
müntəzəm kataloq - bilik sahələri üzrə mövcud fondun məzmununu açıqlayır.
əlifba kataloqu - normativ sənəd adlarının əlifba qaydasında toplusudur. Bu kataloqda sənədin titul vərəqində nömrəsinin göstərilib-göstərilməməsindən asılı olmayaraq bütün sənəd topluları əks etdirilir.
3. DƏYİŞİKLİKLƏR, ƏLAVƏLƏR, LƏĞV VƏ ƏVƏZ EDİLMƏLƏR HAQQINDA MƏLUMATLARIN KATALOQA DAXİL EDİLMƏSİ
Dəyişiklik və ya əlavə edilən hər bir sənəd üçün NS fondunun nömrəli kataloqunda müvafiq kartoçka axtarıb tapılır. Sənədin dəyişdirilməsi və ya əvəz edilməsinə dair məlumat siyahılardan, informasiya göstəricilərindən və başqa rəsmi sənədlərdən nömrəli kataloqa köçürülür. Kataloqlara və kartotekalara normativ sənədlərə dəyişikliklər, əlavələr edilməsi, onların ləğvi və əvəz olunmasının daxil edilməsi rəsmi xəbər alınan gündən etibarən beş gün ərzində həyata keçirilir.
4. AZƏRBAYCAN RESPUBLIKASININ STANDARTLAŞDIRMA, METROLOGIYA VƏ PATENT ÜZRƏ DÖVLƏT KOMİTƏSİNDƏ KEÇMİŞ NORMATİV SƏNƏDLƏRİN DÖVLƏT QEYDİYYATI QAYDASI
4.1. Əlavədə göstərilən formadakı yazı dövlət qeydiyyatına və reyestrə daxil etmək üçün əsasdır.
4.2. Hər normativ sənədə Dövlət qeydiyyatının sıra nömrəsindən və təsdiq edilən ilin son iki rəqəmindən ibarət qeydiyyat nömrəsi verilir.
4.3. NS-in adı Dövlət reyestrində qeyd olunur.
4.4. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qərarına əsasən Dövlət reyestrinə aşağıdakı dəyişikliklər daxil edilə bilər:
NS-in qüvvədə olma müddətinin uzadılması haqqında;
NS-in yenisi ilə əvəz edilməsi ilə əlaqədar onun adının dəyişdirilməsi haqqında.
5. DÖVLƏT REYESTRİNDƏN NORMATİV SƏNƏDLƏRİN ÇIXARILMASI QAYDASI
5.1. Normativ sənədlərin ləğvi haqqında əmr və ya bildiriş onların Dövlət reyestrindən çıxarılmasına əsasdır.
5.2. Ləğv ediləndən sonra on gün ərzində normativ sənədin ləğvi haqqında qeyd daxil edilir.
5.3. Dövlət reyestrindən çıxarılan qeydiyyat nömrəsi yeni tətbiq edilən NS-ə verilmir.
5.4. Ləğv edilmiş NS 5 il ərzində Dövlət reyestrinin arxivində saxlanmalıdır.
6.DÖVLƏT REYESTRİNİN MƏLUMATLARI İLƏ İNFORMASİYA XİDMƏTİ
6.1. Müəssisə, təşkilat və idarələrin Dövlət reyestrinin məlumatları ilə təmin edilməsi sahəsindəki informasiya xidmətini müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
6.2. Yeni reyestrlər haqqında informasiya, habelə Dövlət reyestrindən ləğv olunanların çıxarılması barəsində bildiriş Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəsmi nəşrlərində dərc olunmalıdır.
6.3. Rəsmi NS toplularına verilən tələbat, dərc olunmanın hazırlanma qaydası və dövriliyi, habelə Dövlət reyestrinin fondu əsasında başqa informasiya növlərinin təqdim edilməsi qaydası Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiq etdiyi normativ sənədlərlə müəyyən edilir.
6.4. İnformasiya xidməti sahəsindəki işlər və onların ödənilməsi maraqlı tərəflər arasında bağlanan müqavilələr əsasında həyata keçirilir.

Əlavə

 

 

Sıra nöm-rəsi

Dövlət reyestrinin nömrəsi, dövlət

NS-in adı

NS-in işarəsi

NS müddətinin uzadılması haqqında

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmr, qərar və sərəncamının tarixi və nömrəsi

Dövlət reyestri üzrə sıra nömrəsi

Qeyd

 

reyestrindən çıxarılma haqqında qeyd

 

 

qeyd

Dövlət reyestrinə daxil olan

Dövlət reyestrindən çıxan

əvəz edilən NS

əvəz edən NS

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-cü il tarixli 27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 193)
2. 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32) ilə "Azərbaycan Respublikasının qüvvədə olan dövlət standartlarının, standartlaşdırmaya dair digər normativ sənədlərin, habelə beynəlxalq (regional), dövlətlərarası standartların, norma, qayda və tövsiyələrin və xarici ölkələrin milli standartlarının fondlarının xüsusi dövlət reyestrinin və kataloqunun yaradılması, saxlanılması və aparılması Qaydaları"nın 1.1-ci, 1.2-ci, 1.3-cü bəndlərində, 2-ci bölmənin adında, 2.1-ci, 2.2-ci bəndlərində, 4-cü bölmənin adında, 4.4-cü, 6.1-ci, 6.2-ci, 6.3-cü bəndlərində və qaydalara əlavə olunmuş cədvəldə ismin müvafiq hallarında "Agentliyi" sözü ismin müvafiq hallarında "Komitəsi" sözü ilə əvəz edilsin.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-cü il tarixli 27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 193) ilə "Azərbaycan Respublikasının qüvvədə olan dövlət standartlarının, standartlaşdırmaya dair digər normativ sənədlərin, habelə beynəlxalq (regional), dövlətlərarası standartların, norma, qayda və tövsiyələrin və xarici ölkələrin milli standartlarının fondlarının xüsusi dövlət reyestrinin və kataloqunun yaradılması, saxlanılması və aparılması Qaydaları"nın 1.1-ci bəndində "Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzində (bundan sonra Azərdövlətstandart)" sözləri "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi" sözləri ilə əvəz edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-cü il tarixli 27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 193) ilə "Azərbaycan Respublikasının qüvvədə olan dövlət standartlarının, standartlaşdırmaya dair digər normativ sənədlərin, habelə beynəlxalq (regional), dövlətlərarası standartların, norma, qayda və tövsiyələrin və xarici ölkələrin milli standartlarının fondlarının xüsusi dövlət reyestrinin və kataloqunun yaradılması, saxlanılması və aparılması Qaydaları"nın 1.2-ci, 1.3-cü bəndlərində, 2-ci bölmənin adında, 2.1-ci, 2.2-ci bəndlərində, 4-cü bölmənin adında, 4.4-cü, 6.1-ci, 6,2-ci, 6.3-cü bəndlərində və qaydalara əlavə olunmuş cədvəldə isə "Azərdövlətstandart" sözü "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi" sözləri ilə əvəz edilmişdir.

 

 

 

18.12.2014

 ..."Baranina" (mutton) sausage of "Kristal CF" trademark produced by "Orxan SS" firm was detected in the trade network without the appropriate certificate...

read more
16.07.2014

...The state control measures have been fulfilled in "Mersin" café, located in M.F Akhundov avenue, city of Sheki, owned by an individual Yildirim Mahabbat Abdushakor...

read more
30.06.2014

..."Chinarli" restaurant located at the address of Khan Shushinski 9 str., Nasimi district, Baku city owned by a natural person Yashar Hasanov was investigated by the ...

read more

DECREE

                                                                

20.06.2017
read more
VİDEO NEWS
13.06.2014
Experimental- test centre(AzTEST) of SCSMP started tests of animal meats with DNA extraction method.
CALL CENTRE
SUBORDINATE STRUCTURES
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! All rights reserved.
Created by  Lider web studio