| | az | en

CALENDAR

Mo Tu Th We Fr Sa Su
123
45678910
11121314151617
18192021222324
25262728293031
RESOLUTIONS
Print version
31.07.2010
 Dövlət standartları, texniki şərtlər, sahə standartları, habelə onların tətbiqi qaydaları haqqında rəsmi məlumatların və standartlaşdırma üzrə göstərilən normativ sənədlərin dövlət fondunun yaradılması qaydaları haqqında qərar

Dövlət standartları, texniki şərtlər, sahə standartları, texniki-iqtisadi və sosial-informasiya təsnifatları, beynəlxalq (regional) və dövlətlərarası standartlar, standartlaşdırma üzrə normalar, qaydalar və tövsiyələr, xarici ölkələrin milli standartları, standartlaşdırma üzrə beynəlxalq (regional) vədövlətlərarası müqavilələr, habelə onların tətbiqi qaydaları haqqında rəsmi məlumatların və standartlaşdırma üzrə göstərilən normativ sənədlərin dövlət fondunun yaradılması qaydaları haqqında qərar.


Qəbul edilmişdir: 28 mart 1997-ci il, № 25.
Əlavə və dəyişikliklər: 10 mart 2004-cü il, № 27.

«Standartlaşdırma haqqında» Aərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 8 oktyabr tarixli 503 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Dövlət standartları, texniki şərtlər, sahə standartları, texniki-iqtisadi və sosial-informasiya təsnifatları, beynəlxalq (regional) və dövlətlərarası standartlar, standartlaşdırma üzrə normalar, qaydalar və tövsiyələr, xarici ölkələrin milli standartları, standartlaşdırma üzrə beynəlxalq (regional) və dövlətlərarası müqavilələr, habelə onların tətbiqi qaydaları haqqında rəsmi məlumatların və standartlaşdırma üzrə göstərilən normativ sənədlərin dövlət fondunun yaradılması Qaydaları təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1997-ci il 28 mart tarixli, 25 nömrəli qərarı ilə təsdiq edilmişdir

Dövlət standartları, texniki şərtlər, sahə standartları, texniki-iqtisadi və sosial-informasiya təsnifatları, beynəlxalq (regional) və dövlətlərarası standartlar, standartlaşdırma üzrə normalar, qaydalar və tövsiyələr, xarici ölkələrin milli standartları, standartlaşdırma üzrə beynəlxalq (regional) və dövlətlərarası müqavilələr, habelə onların tətbiqi qaydaları haqqında rəsmi məlumatların və standartlaşdırma üzrə göstərilən normativ sənədlərin dövlət fondunun yaradılması Qaydaları
I. Ümumi müddəalar
1. Dövlət standartları, texniki şərtlər, sahə standartları, texniki-iqtisadi və sosial-informasiya təsnifatları, beynəlxalq (regional) və dövlətlərarası standartlar, standartlaşdırma üzrə normalar, qaydalar və tövsiyələr, xarici ölkələrin milli standartları, standartlaşdırma üzrə beynəlxalq (regional) və dövlətlərarası müqavilələr, habelə onların tətbiqi qaydaları haqqında rəsmi məlumatların və standartlaşdırma üzrə göstərilən normativ sənədlərin dövlət fondu (bundan sonra - Dövlət Standartlar Fondu) - standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində sənədlər məcmusudur.
2. Dövlət Standartlar Fondu - Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən - nazirlik və idarələrlə, təsərrüfat fəaliyyətilə məşğul olan subyektlərlə, ictimai birliklərlə, standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə beynəlxalq və xarici təşkilatlarla qarşılıqlı əlaqə şəraitində yaradılır və aparılır.
3. Dövlət Standartlar Fondunun tərkibinə - nazirlik və idarələrin fəaliyyət göstərdikləri sahələrə aid standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə nazirlik və idarə standartlarının məcmusundan ibarət informasiya fondları daxildir.
4. Standartların informasiya fondları nazirlik və idarələr tərəfindən yaradılır və aparılır.
5. Dövlət Standartlar Fondu informasiya ehtiyatlarının yaradılması, onların saxlanmasının təşkilini, uçotunu həyata keçirir və Respublika Standartlar Fondu sənədlərindən vətəndaşların, cəmiyyətin və dövlətin mənafeyi üçün hərtərəfli istifadə olunmasını təmin edir.
6. Dövlət Standartlar Fondunun fəaliyyəti respublika büdcəsinin vəsaiti, Respublika İcra Hakimiyyəti orqanlarının, təsərrüfat fəaliyyəti ilə məşğul olan subyektlərin, ictimai birliklərin və Dövlət Standartlar Fondundan informasiya və sənədlərin surətlərinin alınmasında maraqlı olan fiziki şəxslərin vəsaitləri hesabına maliyyələşdirilir.
II. Dövlət Standartlar Fondunun strukturu və vəzifələri
7. Dövlət Standartlar Fondu:
Standartlaşdırma üzrə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Standartların Baş İnformasiya Mərkəzindən;
nazirlik və idarələrin ixtisaslaşdırılmış təşkilatları, yaxud təşkilatlarının (müəssisələrinin) struktur bölmələrinin standartlar üzrə informasiya mərkəzlərindən ibarətdir.
8. Standartların Baş İnformasiya Mərkəzi:
Dövlət Standartlar Fondunun tərtib olunmasını və aparılmasını təşkil edir;
Dövlət Standartlar Fondu sənədləri haqqında mərkəzləşdirilmiş uçot aparır;
standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində beynəlxalq (regional) təşkilatlarla qarşılıqlı əlaqə saxlayır;
nazirlik və idarələrin standartlar informasiya mərkəzlərinin fəaliyyətini əlaqələndirməyə dair təkliflər hazırlayır və onlara təşkilati-metodik rəhbərliyi həyata keçirir.
Dövlət Standartlar Fondunun sənədləri barədə informasiya ilə və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Baş İnformasiya Mərkəzi sənədlərinin surətləri ilə istifadəçilərin təminatını təşkil edir.
Standartların Baş İnformasiya Mərkəzinin vəzifələri, funksiyaları, strukturu, hüquqları Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən təsdiq olunan əsasnamə ilə müəyyən edilir.
9. Nazirlik və idarələrin standartlar informasiya mərkəzləri:
nazirlik və idarə standartları informasiya fondları sənədlərinin komplektləşdirilməsini və saxlanılmasını həyata keçirirlər;
Standartların Baş İnformasiya Mərkəzi ilə qarşılıqlı əlaqədə işləyir, ona nazirlik və idarələrin standartlar informasiya fondlarının sənədləri haqqında sorğu və biblioqrafik məlumat verirlər;
nazirlik və idarələrin standartlar informasiya fondlarının sənədləri və onların surətləri haqqında informasiya ilə istifadəçilərin təmin olunmasını təşkil edirlər.
Standartlar informasiya mərkəzlərinin vəzifələri, funksiyaları, struktur və hüquqları nazirlik və idarələr tərəfindən təsdiq olunan əsasnamələrlə müəyyən edilir.
10. Dövlət Standartlar Fondunun fəaliyyət prinsiplərini müəyyənləşdirmək üçün və standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə sənədlər haqqında informasiyadan istifadə edənlərlə onun qarşılıqlı əlaqəsini təmin etmək sahəsində tövsiyələr işləyib hazırlamaq üçün Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi Standartların Respublika Fondu Şurasını (bundan sonra - Şura) yaradır.
Şura nazirlik və idarə nümayəndələrindən təşkil edilir və ona Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi baş direktorunun müavini başçılıq edir.
Şura və onun şəxsi heyəti haqqında əsasnamə əlaqədar nazirlik və idarələrlə razılaşdırıldıqdan sonra Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən təsdiq olunur.
III. Dövlət Standartlar Fondunun informasiya ehtiyatlarının yaradılması və onlardan istifadə qaydaları
11. Yaradılma mənbəyindən, ifadə növündən və saxlanma yerindən asılı olmayaraq standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə sənədlərin Dövlət Standartlar Fondu sənədlərinə aid edilməsi, həmçinin fondun həmin sənədlərlə komplektləşdirilməsi qaydalarını Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi müəyyən edir.
12. Dövlət Standartlar Fondu aşağıdakı sənədlərlə komplektləşdirilir:
məhsulun və xidmətlərin standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində normativ aktları, dövlət reyestrləri, qayda və tövsiyələrilə;
dövlət standartları və onların layihələri, respublika texniki-iqtisadi informasiyalarının təsnifatları ilə;
sahə standartları, elmi-texniki, mühəndis cəmiyyətləri və sair ictimai birliklərin standartları haqqındakı informasiyalarla;
məhsul və xidmətlərin standartlaşdırılma, metrologiya və sertifikatlaşdırma sahəsində beynəlxalq müqavilələri, beynəlxalq (regional) təşkilatların standartları, standartlaşdırma üzrə qaydaları, norma və tövsiyələrilə, xarici ölkə standartlarına dair sənədlərlə;
nazirlik və idarələrin standartlara dair informasiya fondunun sənədləri haqqında biblioqrafik və başqa informasiyalarla.
13. Nazirlik və idarələrin standartlara dair informasiya fondu nazirlik və idarələrin öz səlahiyyətləri dairəsində standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə hazırladıqları sənədlərlə, həmçinin həmin nazirlik və idarələrin müəyyən etdikləri başqa sənədlərlə komplektləşdirilir.
14. Dövlət Standartlar Fondunun sənədləri barədə informasiya Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin informasiya nəşrlərində müntəzəm olaraq dərc olunur.
Dövlət Standartlar Fondunun sənədləri və onların surətləri haqqında informasiya almaq üçün onlardan istifadə edənlərin müraciətləri Standartların Baş İnformasiya Mərkəzinə, yaxud nazirlik və idarələrin standartlara dair informasiya mərkəzlərinə göndərilir.
15. Standartlara dair Baş İnformasiya Mərkəzi və nazirlik və idarələrin standartlara dair informasiya mərkəzləri istifadəçiləri təmin edirlər:
Dövlət Standartlar Fondunun sənədləri haqqında informasiya ilə (sənədlərin mövcudluğu, onların qüvvədə olma müddəti, sənədlərin dəyişilməsi, onların əvəz edilməsi və ləğv olunması haqqında); sənədləri işləyib hazırlayanlar haqqında informasiya ilə; sənədlərin surəti ilə.
Göstərilən informasiya və sənədlərin surətləri təsərrüfat fəaliyyəti ilə məşğul olan subyektlərə, ictimai birliklərə və fiziki şəxslərə müqavilə əsasında verilir.
16. Dövlət Standartlar Fondunun pullu xidmət göstərilməsi sahəsindəki fəaliyyəti nəticəsində əldə olunan gəlir Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, nazirlik və idarələr tərəfindən Dövlət Standartlar Fondunun texniki bazasının inkişafina yönəldilir.

18.12.2014

 ..."Baranina" (mutton) sausage of "Kristal CF" trademark produced by "Orxan SS" firm was detected in the trade network without the appropriate certificate...

read more
16.07.2014

...The state control measures have been fulfilled in "Mersin" café, located in M.F Akhundov avenue, city of Sheki, owned by an individual Yildirim Mahabbat Abdushakor...

read more
30.06.2014

..."Chinarli" restaurant located at the address of Khan Shushinski 9 str., Nasimi district, Baku city owned by a natural person Yashar Hasanov was investigated by the ...

read more

DECREE

                                                                

06.11.2017
read more
VİDEO NEWS
13.06.2014
Experimental- test centre(AzTEST) of SCSMP started tests of animal meats with DNA extraction method.
CALL CENTRE
SUBORDINATE STRUCTURES
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! All rights reserved.
Created by  Lider web studio