| | az | en

CALENDAR

Mo Tu Th We Fr Sa Su
2345678
9101112131415
16171819202122
23242526272829
3031
DECREES AND ORDERS
Print version
24.10.2012
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanını "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 aprel tarixli 604 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 631; 2010, № 12, maddə 1064; 2011, № 2, maddə 85) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
1. 8.12-ci, 8.13-cü, 8.18-ci, 8.20-ci, 8.21-ci, 8,32-ci, 8.45-8.48-ci, 9.18-9.20-ci və 9.22-ci bəndlərdə ismin müvafiq hallarında "normativ sənədlər" sözləri "texniki normativ hüquqi aktlar" sözləri ilə əvəz edilsin.
2. 8.14-cü bənddə "istifadəsi, istismarı," sözləri çıxarılsın və "normativ sənədlərin" sözləri "texniki normativ hüquqi aktların" sözləri ilə əvəz edilsin.
3. 8.22-ci bənd aşağıdakı redaksiyada verilsin:
"8.22. istehlak bazarının texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış mallardan (işlərdən, xidmətlərdən) qorunması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;".
4. 8.25-ci bənddə "uyğunluğun qiymətləndirilməsi orqanlarının, sınaq laboratoriyalarının (mərkəzlərinin)" sözləri "sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının" sözləri ilə əvəz edilsin.
5. 8.26-cı bənddə "normativ sənədlərin" sözləri "texniki normativ hüquqi aktların" sözləri ilə və "uyğunluğun qiymətləndirilməsi orqanlarının, sınaq laboratoriyalarının" sözləri "sınaq və kalibrlənmə laboratoriyalarının, uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının" sözləri ilə əvəz edilsin.
6. 8.39-cu bənd aşağıdakı redaksiyada verilsin:
"8.39. akkreditasiya edilmiş uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanları tərəfindən qanunvericiliyə müvafiq olaraq təsərrüfat subyektlərinə uyğunluğun qiymətləndirilməsi sahəsində təsdiqedici sənədlər verilməsi zamanı qanunvericiliyə riayət olunmasına nəzarət etmək;"
7. 9.8-ci bənddə "qanunvericiliyə uyğun olaraq" sözləri "qanunvericiliklə müəyyən edilmiş qaydada" sözləri ilə əvəz edilsin;
8. 9.10-cu bənddə "öz səlahiyyətləri daxilində qanunvericilikdə nəzərdə tutulmuş" sözləri "qanunvericiliklə müəyyən edilmiş" sözləri ilə əvəz edilsin;
9. 9.13-cü bənd aşağıdakı redaksiyada verilsin:
"9.13. məhsulların (işlərin, xidmətlərin) texniki normativ hüquqi aktların tələblərinə uyğunluğunu müəyyən etmək üçün qanunvericiliyə uyğun olaraq sınaq nümunələrini əvəzsiz qaydada seçib götürmək, sınaq nəticəsində istifadəyə yararlılığını itirməmiş məhsul nümunəsini təsərrüfat subyektinə qaytarmaq;".
10. 9.14-cü bənddə "normativ sənədlərin" sözləri "texniki normativ hüquqi aktların" sözləri ilə və "qanunvericilikdə nəzərdə tutulmuş" sözləri "qanunvericiliyə uyğun olaraq" sözləri ilə əvəz edilsin.
11. 9.15-ci bənd aşağıdakı redaksiyada verilsin:
"9.15. məhsullarda texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan, lakin aradan qaldırılması mümkün olan qüsurlar aşkar edildikdə, 30 günədək müddət müəyyən etməklə həmin qüsurların aradan qaldırılması barədə təsərrüfat subyektlərinə müvafiq yazılı göstərişlər vermək;".
12. 9.17-ci bənddə "nöqsanlar" sözü "qüsurlar" sözü ilə və "müvafiq tədbirlər görmək" sözləri "tələbnamə vermək" sözləri ilə əvəz edilsin.
13. 9.21-ci bənddən "və xüsusi icazələrin" sözləri çıxarılsın.
14. 9.24-cü, 9.25-ci və 9.27-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
"9.24. metroloji qayda və normalara uyğun olmayan ölçmə vasitələrinin istismarının, istehsalının və satışının qadağan edilməsi barədə tələbnamə vermək;";
"9.25. metroloji qayda və normaların pozulmasının aradan qaldırılması üçün 30 günədək müddət müəyyən etməklə iradnamə vermək;";
"9.27. müqayisəli yoxlamadan keçməyən ölçmə vasitələrinin istismarının qadağan edilməsi barədə tələbnamə vermək;".
15. 9.28-ci bənddə "qadağalar" sözü "qadağa" sözü ilə əvəz edilsin.
16. 9.31-ci bənddə "qanunvericiliyə uyğun olaraq" sözləri "qanunvericiliklə müəyyən edilmiş qaydada" sözləri ilə əvəz edilsin.
17. 9.32-ci bənd aşağıdakı redaksiyada verilsin:
"9.32. Azərbaycan Respublikasının qanunvericiliyi, o cümlədən müvafiq dövlət standartları ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatından keçməyən və ya dövlət standartlarının tələblərinə cavab verməyən, insan həyatına, sağlamlığına və əmlakına, habelə ətraf mühitə zərər vura bilən xarici məhsul və xidmətlərin realizə edilməsini qadağan etmək;".
18. 11-ci hissə aşağıdakı redaksiyada verilsin:
"11. Komitənin strukturu və işçilərinin ümumi say həddi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Komitənin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.".
19. 15.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
"15.4. Komitənin aparatının işçilərini, strukturuna daxil olan qurumların və tabeliyindəki digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) rəhbərlərini, rəhbərlərin müavinlərini, onların struktur bölmələri və ərazi idarələrinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;".

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 oktyabr 2012-ci il
№ 710
18.12.2014

 ..."Baranina" (mutton) sausage of "Kristal CF" trademark produced by "Orxan SS" firm was detected in the trade network without the appropriate certificate...

read more
16.07.2014

...The state control measures have been fulfilled in "Mersin" café, located in M.F Akhundov avenue, city of Sheki, owned by an individual Yildirim Mahabbat Abdushakor...

read more
30.06.2014

..."Chinarli" restaurant located at the address of Khan Shushinski 9 str., Nasimi district, Baku city owned by a natural person Yashar Hasanov was investigated by the ...

read more

DECREE

                                                                

20.06.2017
read more
VİDEO NEWS
13.06.2014
Experimental- test centre(AzTEST) of SCSMP started tests of animal meats with DNA extraction method.
CALL CENTRE
SUBORDINATE STRUCTURES
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! All rights reserved.
Created by  Lider web studio