| | az | en

CALENDAR

Mo Tu Th We Fr Sa Su
2345678
9101112131415
16171819202122
23242526272829
3031
DECREES AND ORDERS
Print version
29.07.2011
"İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına baxılması, qəbul edilməsi və təsdiqi qaydası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına baxılması, qəbul edilməsi və təsdiqi qaydası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanını "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının 2010-cu il 21 dekabr tarixli 21-IVKQ nömrəli Konstitusiya Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

1. "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına baxılması, qəbul edilməsi və təsdiqi qaydası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 492; 2007, № 11, maddə 1103) aşağıdakı dəyişikliklər edilsin:

1.1. Fərmanın adında və 1-ci hissəsində "aktlarına baxılması, qəbul edilməsi və təsdiqi" sözləri "aktlarının hazırlanması və qəbul edilməsi" sözləri ilə əvəz edilsin;

1.2. həmin Fərmanla təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına baxılması, qəbul edilməsi və təsdiqi qaydası haqqında Əsasnamə" yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

2. Normayaratma fəaliyyətinin aşkarlığının təmin edilməsi və normativ hüquqi aktların layihələrinin açıq (ictimai və ya peşəkar) müzakirəyə çıxarılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti və mərkəzi icra hakimiyyəti orqanları hazırladıqları normativ hüquqi aktların layihələrinin razılaşdırılmaya göndərildiyi andan "elektron hökumət" portalında yerləşdirilməsini təmin etsinlər.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş normativ hüquqi aktların layihələrinin "elektron hökumət" portalında yerləşdirilməsi işinin təşkilini təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi"ndə mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və ya kollegiyası tərəfindən normativ hüquqi aktların qəbul edilməsi hallarının müəyyən olunması ilə bağlı dəyişikliklər edilməsi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılması ilə bağlı tədbirlər görsün.

İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 iyul 2011-ci il.

18.12.2014

 ..."Baranina" (mutton) sausage of "Kristal CF" trademark produced by "Orxan SS" firm was detected in the trade network without the appropriate certificate...

read more
16.07.2014

...The state control measures have been fulfilled in "Mersin" café, located in M.F Akhundov avenue, city of Sheki, owned by an individual Yildirim Mahabbat Abdushakor...

read more
30.06.2014

..."Chinarli" restaurant located at the address of Khan Shushinski 9 str., Nasimi district, Baku city owned by a natural person Yashar Hasanov was investigated by the ...

read more

DECREE

                                                                

20.06.2017
read more
VİDEO NEWS
13.06.2014
Experimental- test centre(AzTEST) of SCSMP started tests of animal meats with DNA extraction method.
CALL CENTRE
SUBORDINATE STRUCTURES
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! All rights reserved.
Created by  Lider web studio