| | az | en

CALENDAR

Mo Tu Th We Fr Sa Su
123
45678910
11121314151617
18192021222324
25262728293031
Hazardous products
29.10.2012
"Cənnət-M" MMC-yə məxsus "Cənnət" şadlıq evində "paytaxt" salatının və "lülə kabab" üçün yarımfabrikat - "ət qiyməsi"nin hazırlanması və satışı qadağan edilmişdir

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 2404 ünvanında fəaliyyət göstərən "Cənnət-M" MMC-yə məxsus "Cənnət" şadlıq evində dövlət nəzarəti həyata keçirilmişdir.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisədə müxtəlif kulinar məmulatlar və milli xörəklərin hazırlanması üçün yarımfabrikatlar ГОСТ 30390-95 (bənd 5.1) və AZS 126-2005 (bənd 4.1) standartlarının tələbləri pozularaq təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan hazırlanır, şadlıq evinin mətbəxi sanitar normalara cavab vermir, mətbəxdə işləyən işçilər yemək hazırlayarkən əlcək, papaq və maskalardan istifadə etmirlər, anbarda məhsulların saxlanma rejiminə riayət olunmur. Anbara baxış zamanı 15 ədəd 3 litrlik balonlarda mənşəyi məlum olmayan, üzərində istehsal tarixi yazılmayan müxtəlif turşular (xiyar, zeytun, kələm) aşkar olunmuşdur. Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasında şadlıq evində hazırlanmış "paytaxt" salatı və "lülə kabab" üçün ət qiyməsindən götürülmüş nümunələrin sınaqları nəticəsində hər iki məhsulda bağırsaq çöpləri qrupundan olan bakteriyalar və "S.aureus" mikroorqanizmləri müəyyən olunmuşdur.

Faktla əlaqədar olaraq inzibati protokol tərtib edilərək cərimə edilmiş, "Cənnət-M" MMC-yə məxsus "Cənnət" şadlıq evində "paytaxt" salatının və "lülə kabab" üçün yarımfabrikat - "ət qiyməsi"nin hazırlanması və satışı qadağan edilmişdir.
18.12.2014

 ..."Baranina" (mutton) sausage of "Kristal CF" trademark produced by "Orxan SS" firm was detected in the trade network without the appropriate certificate...

read more
16.07.2014

...The state control measures have been fulfilled in "Mersin" café, located in M.F Akhundov avenue, city of Sheki, owned by an individual Yildirim Mahabbat Abdushakor...

read more
30.06.2014

..."Chinarli" restaurant located at the address of Khan Shushinski 9 str., Nasimi district, Baku city owned by a natural person Yashar Hasanov was investigated by the ...

read more

DECREE

                                                                

06.11.2017
read more
VİDEO NEWS
13.06.2014
Experimental- test centre(AzTEST) of SCSMP started tests of animal meats with DNA extraction method.
CALL CENTRE
SUBORDINATE STRUCTURES
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! All rights reserved.
Created by  Lider web studio