| | az | en

CALENDAR

Mo Tu Th We Fr Sa Su
123
45678910
11121314151617
18192021222324
25262728293031
Hazardous products
21.09.2012
SMPDK yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən "Arzu" şadlıq evində nöqsanlar aşkar olunmuşdur

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 64/3 ünvanında fəaliyyət göstərən "Arzu-A" MMC-yə məxsus "Arzu" şadlıq evində istehlakçılara təqdim olunan məhsulların normativ sənədlərə uyğunluğunu, keyfiyyət və təhlükəsizliyini müəyyən etmək məqsədilə dövlət nəzarəti həyata keçirmişdir.

Şadlıq evində aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, müxtəlif kulinar məmulatlar və milli xörəklərin hazırlanması üçün yarımfabrikatlar ГОСТ 30390-95 (bənd 5.1) və AZS 126-2005 (bənd 4.1) tələblərinə zidd olaraq müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan hazırlanır. Kulinar məmulatlar peşəkar olmayan aşbazlar tərəfindən resepturalar və kalkulyasiya olmadan hazırlanır. Bundan başqa şadlıq evinin anbarında məhsulların saxlanma rejiminə riayət olunmur və anbar psixrometrlə təmin olunmamışdır.

"Arzu" şadlıq evindən seçilmiş məhsul nümunələrindən "mimoza" salatının Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) sınaq laboratoriyasında keçirilən müayinəsi göstərmişdir ki, məhsul "mezofil aerob" və "fakultativ-anaerob" mikroorqanizmlərin aşkar edilməsinə görə normativ sənəd ГОСТ 30390-95 standartının tələbinə uyğun deyildir. Faktla bağlı inzibati qaydada protokol tərtib edilmişdir. Müəssisədə araşdırma davam edir.

18.12.2014

 ..."Baranina" (mutton) sausage of "Kristal CF" trademark produced by "Orxan SS" firm was detected in the trade network without the appropriate certificate...

read more
16.07.2014

...The state control measures have been fulfilled in "Mersin" café, located in M.F Akhundov avenue, city of Sheki, owned by an individual Yildirim Mahabbat Abdushakor...

read more
30.06.2014

..."Chinarli" restaurant located at the address of Khan Shushinski 9 str., Nasimi district, Baku city owned by a natural person Yashar Hasanov was investigated by the ...

read more

DECREE

                                                                

06.11.2017
read more
VİDEO NEWS
13.06.2014
Experimental- test centre(AzTEST) of SCSMP started tests of animal meats with DNA extraction method.
CALL CENTRE
SUBORDINATE STRUCTURES
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! All rights reserved.
Created by  Lider web studio