| | az | en

CALENDAR

Mo Tu Th We Fr Sa Su
123
45678910
11121314151617
18192021222324
25262728293031
Hazardous products
13.09.2012

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Bakı şəhəri. Binəqədi rayonu, C.Xəndan 36 ünvanında fəaliyyət göstərən "Çudo Peçka" MMC-də kulinar məhsulların və unlu-qənnadı məmulatların istehsalına dövlət nəzarəti həyata keçirmişdir.
Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisənin 16 ünvanda fəaliyyət göstərən satış nöqtələrinin hər birində müxtəlif məhsulların istehsalı həyata keçirilir. Bu məhsulların təsdiq olunmuş resepturaları, texnoloji təlimatları yoxlamaya təqdim edilməmişdir.

Tort məhsullarının qablaşdırılmasında sanitar normaların pozulduğu, tozlu qablaşdırma materiallarından istifadə olunduğu aşkar olunmuşdur. Müəssisənin anbarına keçirilmiş baxış zamanı üzərində istehsal tarixi və mənşəyi barədə məlumatı olmayan 26 kq kəsmik aşkar edilmişdir. Bundan başqa müəyyən olunmuşdur ki, anbarda xammalların saxlanma rejiminə riayət olunmur. Belə ki, xəmir mayası 0-4 C0, moyanez 0-10 C0, qatılaşdırılmış süd 0-10 C0 tempraturda saxlanılmalı olduğu halda faktiki 20-25 C0-də saxlanılır. Müəssisə tərəfindən istehsal olunan tortların bəzədilməsində və hazırlanmasında da normalara əməl olunmur. Məsələn "Kriolla" tortunda 400 qr şanti kreminin istifadəsi nəzərdə tutulduğu halda müəssisədə bu gözəyarı və normadan artıq istifadə olunur. Həmçinin tort bəzədilməsində mənşəyi məlum olmayan boyaq maddələrdən istifadə olunur. Araşdırma zamanı anbarda saxlanılan tortların istehsal tarixinin yalnız satış şəbəkələrinə göndərildikdə yazıldığı müəyyən olunmuşdur.

Bundan başqa kulinar məmulatların hazırlandığı sexdə xammallar antisanitar vəziyyətdə saxlanılır. Belə ki, çiy ət bişmiş toyuq və mal ətinin yarımfabrikatları ilə bir soyuducuda üst-üstə yığılmış vəziyyətdə saxlanılır. Peraşki istehsalı üçün alınan malın ağ və qara ciyərinin qəbulu zamanı Xidmət əməkdaşlarının orqonoleptik baxışı zamanı ağ ciyərin üzərində qurd aşkar edilmişdir. Həmçinin mənşəyi məlum olmayan poliproplen qablarda ümumi çəkisi 139 kq qatıq, 30 kq pendir, 10 kq yararlılıq müddəti bitmiş "Sultan" nişanlı bitki yağı müəyyən edilmiş və aktlaşdırılaraq istifadəsi qadağan edilmişdir.

7 sentyabr 2012-ci il tarixli qaimə ilə 70 kq (64 kq ağ ciyər, 6 kq qara ciyər) mal hissələri qəbul edilməsinə baxmayaraq, bunlardan yalnız 40 kq-na baytarlıq sənədi təqdim edilmişdir. Baytarlıq sənədi olmayan mal əti və hissələrinin kulinariya sahəsində istifadə olunması isə qəti qadağandır.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisə tərəfindən sertifikatlaşdırılmadan çiy dönər hazırlanır və satış şəbəkələrinə paylanır. Çiy dönər turşudulmuş qatıq, kola içkisi və müxtəlif ədviyyatlardan hazırlanmış sousda bir gün ərzində saxlanılır . Soyuducu kamerada xammallarla yanaşı geri qaytarılması üçün satışdan çıxarılmış dönər qiyməsi də aşkar olunmuşdur.

Müəssisənin 11-ci satış nöqtəsində ("Elmlər Akademiyası" metro stansiyasının yaxınlığında) və 13-cü satış nöqtəsində ("Nizami" metro stansiyasının yaxınlığında) vitrinlərdə yararlılıq müddəti bitmiş gavalı və mimoza salatlarının satıldığı, həmçinin xammal kimi istifadə olunan yararlılıq müddəti bitmiş kolbasa məhsulları aşkar olunmuşdur.

Araşdırmalar davam etdirilir.
18.12.2014

 ..."Baranina" (mutton) sausage of "Kristal CF" trademark produced by "Orxan SS" firm was detected in the trade network without the appropriate certificate...

read more
16.07.2014

...The state control measures have been fulfilled in "Mersin" café, located in M.F Akhundov avenue, city of Sheki, owned by an individual Yildirim Mahabbat Abdushakor...

read more
30.06.2014

..."Chinarli" restaurant located at the address of Khan Shushinski 9 str., Nasimi district, Baku city owned by a natural person Yashar Hasanov was investigated by the ...

read more

DECREE

                                                                

06.11.2017
read more
VİDEO NEWS
13.06.2014
Experimental- test centre(AzTEST) of SCSMP started tests of animal meats with DNA extraction method.
CALL CENTRE
SUBORDINATE STRUCTURES
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! All rights reserved.
Created by  Lider web studio