| | az | en

CALENDAR

Mo Tu Th We Fr Sa Su
123
45678910
11121314151617
18192021222324
25262728293031
Hazardous products
17.08.2012
Fiziki şəxs Zamiry İran Hamidə məxsus sexdə qarğıdalı çubuqları, vafli, marmelad və müxtəlif növ peçenyelər, fiziki şəxs Haşem Bagheri Fathaliyə məxsus sexdə qarğıdalı çubuqları, noğul, marmelad, kurabiyə və Lənkəran külçəsinin istehsalı və satışı, fiziki şəxs Mənsurə İgidovanın adına qeydiyyatda olan topdansatış ticarət şəbəkəsində ərzaq məhsullarının satışı qadağan edilmişdir - FOTOLAR


Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi 11 ünvanında fəaliyyət göstərən fiziki şəxs Zamiry İran Hamidə məxsus istehsal sexində (müəssisəni etibarnamə ilə Bəylər Kərimov idarə edir) dövlət nəzarəti aparmışdır.
Araşdırma zamanı müəyyən edilmişdir ki, müəssisədə məhsulların müvafiq keyfiyyətdə sabit istehsalı üçün sanitariya norma və qaydaların tələblərinə cavab verən, standartın tələblərinə uyğun, insan həyatı və sağlamlığı üçün təhlükəsiz məhsul istehsal etmək üçün lazımi şəraiti mövcud deyil. Müəssisədə qarğıdalı çubuqları, vafli, marmelad və "Moskva", "Kiev", "Dobraya korova", "Domaşneye", "Xaş-xaşlı kreker", "Balıq kreker", "Sport", "Jasmin" adlı müxtəlif növ peçenyelər AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına əsasən sertifikatlaşdırılmadan istehsal olunur. Normativ sənədlərin tələblərinə zidd olaraq müəssisədə istehsal olunan məhsulların müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimatları mövcud deyil, məhsulların markalanması standartın tələblərinə uyğun aparılmır. İstismar olunan ölçmə vasitələri müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunur.
Aşkar olunmuş nöqsanlarla bağlı etibarnamə ilə fəaliyyət göstərən Bəylər Kərimova qarğıdalı çubuqları, vafli, marmelad və müxtəlif növ peçenyelərin istehsalı və satışı qadağan edilmiş, İnzibati Xətalar Məcəlləsinin 228.0.3 və 228.0.12 maddələrinə əsasən 1500 manat miqdarında cərimə edilmişdir.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi 11 ünvanında fəaliyyət göstərən fiziki şəxs Haşem Bagheri Fathaliyə məxsus istehsal sexində də dövlət nəzarəti aparmışdır.
Araşdırma zamanı müəyyən edilmişdir ki, müəssisədə "Toppuş" və "Şəbnəm" nişanlı qarğıdalı çubuqları, "Popcorn" qarğıdalısı, marmelad, noğul və külçə məhsulları AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına əsasən sertifikatlaşdırılmadan satışa çıxarılır. Müəssisədə sanitariya norma və qaydalara riayət olunmur, təhlükəsiz məhsul istehsal etmək üçün lazımi şərait yoxdur. Normativ sənədlərin tələblərinə zidd olaraq müəssisədə istehsal olunan məhsulların müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimatları mövcud deyil, məhsulların markalanması standartın tələblərinə uyğun aparılmır, xammal və hazır məhsul anbarlarında məhsulların saxlanması zamanı normativ sənədlərin tələblərinə riayət olunmur. Bundan başqa məhsulların içinə hədiyyə kimi qoyulan Çin Xalq Respublikasının istehsalı olan plastik kütlədən hazırlanmış oyuncaqların mənşə, keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlər yoxlamaya təqdim edilməmişdir. İstismar olunan 67 ədəd ölçmə vasitəsi müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunur.
Aşkar olunmuş nöqsanlarla bağlı fiziki şəxs Haşem Bagheri Fathaliyə qarğıdalı çubuqları, noğul, marmelad, kurabiyə və Lənkəran külçəsinin istehsalı və satışı qadağan edilmiş, İnzibati Xətalar Məcəlləsinin 228.0.3 və 228.0.12 maddələrinə əsasən 1500 manat miqdarında cərimə edilmişdir.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Komitənin 963 nömrəli qaynar xəttinə daxil olmuş şikayət əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət 28 ünvanında fəaliyyət göstərən fiziki şəxs İgidova Mənsurə Əvəz qızı adına qeydiyyatda olan topdansatış ticarət şəbəkəsində də araşdırma aparmışdır.
Araşdırma zamanı müəyyən olunmuşdur ki, İgidova Mənsurə Əvəz qızı adına qeydiyyatda olan ərzaq və qeyri-ərzaq məhsullarının topdansatışının həyata keçirildiyi ticarət şəbəkəsində saxlanılan və satılan məhsullar normativ sənədlərə uyğun olmayan şəraitdə saxlanılır. Satılan məhsulların saxlanılma rejiminə riayət olunmur. Məhsulların satışının həyata keçirildiyi sahədə ərzaq məhsullarının lazımi keyfiyyətdə saxlanılmasını və satışını təmin edən şərait mövcud deyil. Ərzaq məhsullarının saxlanılması və satışı zamanı mal qonşuluğu gözlənilmir. Belə ki, ərzaq və qeyri-ərzaq məhsulları eyni sahədə saxlanılır. Bu sa "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun 5 və 12-ci maddələrinin tələblərinə ziddir.
Aşkar olunmuş nöqsanlarla bağlı fiziki şəxs Mənsurə İgidovanın adına qeydiyyatda olan topdansatış ticarət şəbəkəsində ərzaq məhsullarının satışı qadağan edilmişdir.

18.12.2014

 ..."Baranina" (mutton) sausage of "Kristal CF" trademark produced by "Orxan SS" firm was detected in the trade network without the appropriate certificate...

read more
16.07.2014

...The state control measures have been fulfilled in "Mersin" café, located in M.F Akhundov avenue, city of Sheki, owned by an individual Yildirim Mahabbat Abdushakor...

read more
30.06.2014

..."Chinarli" restaurant located at the address of Khan Shushinski 9 str., Nasimi district, Baku city owned by a natural person Yashar Hasanov was investigated by the ...

read more

DECREE

                                                                

06.11.2017
read more
VİDEO NEWS
13.06.2014
Experimental- test centre(AzTEST) of SCSMP started tests of animal meats with DNA extraction method.
CALL CENTRE
SUBORDINATE STRUCTURES
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! All rights reserved.
Created by  Lider web studio