| | az | en

CALENDAR

Mo Tu Th We Fr Sa Su
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Hazardous products
08.08.2012
Fiziki şəxs Rasim Ağcayevə məxsus müəssisədə ət yarımfabrikatları və kulinariya məmulatlarının istehsalı və satışı qadağan edilmişdir

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, 61 ünvanında fəaliyyət göstərən fiziki şəxs Rasim Ağcayevə məxsus müəssisədə dövlət nəzarəti həyata keçirilmişdir.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisədə "Rasimoğlu" adlı ət yarımfabrikatları və kulinariya məmulatlarından gürcü xingalı, pelmeni, ətli blinçik və yarpaq dolması qanunvericiliyin tələblərinə və AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına zidd olaraq sertifikatlaşdırılmadan istehsal olunur. Bundan başqa müəssisədə sanitar vəziyyət qeyri-qənaətbəxşdir, normativ sənədlərin tələblərinə zidd olaraq istehsal olunan məhsulların resepturaları və texnoloji təlimatları mövcud deyildir, məhsulların etiketində heç bir əsas olmadan saxlanma müddəti 3 ay göstərilmişdir. Həmçinin etiketlərin üzərində mal əti və ya mal əti və qoyun ətindən istifadə olunduğu qeyd olunsa da, müəyyən olunmuşdur ki, məhsulların istehsalında yalnız camış ətindən istifadə olunur. Yarpaq dolmasının istehsalında qoyun və ya mal ətindən və piyindən istifadə olunması nəzərdə tutulsa da, faktiki Hindistan Respublikasından idxal edilmiş dondurulmuş camış ətindən istifadə olunur. İstifadə olunan Hindistan Respublikasının dondurulmuş camış ətinin və ABŞ-ın dondurulmuş toyuq budlarının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sertifikatları mövcud olmamışdır. Həmçinin müəyyən olunmuşdur ki, istismar olunan 11 ədəd ölçmə vasitəsi müqayisəli dövlət yoxlanışından keçməmiş istifadə olunur.

Aşkar olunmuş qanun pozuntuları ilə bağlı fiziki şəxs Rasim Ağcayevə məxsus müəssisədə gürcü xingalının, pelmeninin, ətli blinçiklərin və yarpaq dolmasının istehsalı və satışı qadağan edilmişdir.
18.12.2014

 ..."Baranina" (mutton) sausage of "Kristal CF" trademark produced by "Orxan SS" firm was detected in the trade network without the appropriate certificate...

read more
16.07.2014

...The state control measures have been fulfilled in "Mersin" café, located in M.F Akhundov avenue, city of Sheki, owned by an individual Yildirim Mahabbat Abdushakor...

read more
30.06.2014

..."Chinarli" restaurant located at the address of Khan Shushinski 9 str., Nasimi district, Baku city owned by a natural person Yashar Hasanov was investigated by the ...

read more

DECREE

                                                                

20.06.2017
read more
VİDEO NEWS
13.06.2014
Experimental- test centre(AzTEST) of SCSMP started tests of animal meats with DNA extraction method.
CALL CENTRE
SUBORDINATE STRUCTURES
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! All rights reserved.
Created by  Lider web studio