| | az | en

CALENDAR

Mo Tu Th We Fr Sa Su
123
45678910
11121314151617
18192021222324
25262728293031
Hazardous products
20.12.2010
Bakı şəhərində mənşəyi məlum olmayan dəniz məhsullarının satışı aşkar olunub

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə Bakı şəhərinin bir sıra pivə barlarında mənşəyi məlum olmayan, brokonyerlik yolu ilə əldə olunmuş, orqanizm üçün təhlükəli olan krevetlərin satışı ilə bağlı şikayət məktubu daxil olub. Müraciətin araşdırılması məqsədilə Komitənin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin nümayəndəsinin iştirakı ilə Bakı şəhərində fəaliyyət göstərən pivə barlarında dəniz məhsullarının saxlanılması və satılması zamanı normativ sənədin tələblərinə riayət olunması ilə bağlı monitorinq keçiriblər.

Araşdırma zamanı müəyyən olunub ki, paytaxtda fəaliyyət göstərən bir neçə pivə barında mənşəyi məlum olmayan, təhlükəsizliyi təmin olunmayan dəniz məhsulları - bişmiş krevetka, hisə verilmiş şamayka, farel balıqları və s. satılır. Bunlar aşağıdakılardır:

1. "Beer" pivə. Fiziki şəxs Adil Bəbirov. Yasamal rayonu, Ə.Ələkbərov küç., 508-ci məhəllə;
2. "Beer" pivə. Fiziki şəxs Elvim İsayev. Nəsimi rayonu, Bakıxanov 50;
3. "Saloon". Fiziki şəxs Zaur Barabaşov. Binəqədi rayonu, 8-ci mikr;
4. "Flaminqo". Fiziki şəxs İlkin Baxışəliyev. Nəsimi rayonu, Atatürk prospekti 41;
5. "Millerbraun". Fiziki şəxs Bəhruz Əsgərov. Nəsimi rayonu, Ə.Qasımzadə küç., 72.

Aşkar olunan qanun pozuntuları ilə bağlı akt tərtib olunub, məhsul satışı qadağan edilib. Monitorinqlər davam etdirilir.

18.12.2014

 ..."Baranina" (mutton) sausage of "Kristal CF" trademark produced by "Orxan SS" firm was detected in the trade network without the appropriate certificate...

read more
16.07.2014

...The state control measures have been fulfilled in "Mersin" café, located in M.F Akhundov avenue, city of Sheki, owned by an individual Yildirim Mahabbat Abdushakor...

read more
30.06.2014

..."Chinarli" restaurant located at the address of Khan Shushinski 9 str., Nasimi district, Baku city owned by a natural person Yashar Hasanov was investigated by the ...

read more

DECREE

                                                                

06.11.2017
read more
VİDEO NEWS
13.06.2014
Experimental- test centre(AzTEST) of SCSMP started tests of animal meats with DNA extraction method.
CALL CENTRE
SUBORDINATE STRUCTURES
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! All rights reserved.
Created by  Lider web studio