| | az | en

CALENDAR

Mo Tu Th We Fr Sa Su
123
45678910
11121314151617
18192021222324
25262728293031
Hazardous products
28.09.2010
SMPDK-nın 1 saylı ƏDNİ-nin əməkdaşları çörək istehsal edən "İslam-S" MMC, "Səma" fərdi firması və 18 saylı çörəkbişirmə müəssisəsində nöqsanlar aşkar etmişlər

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları ərzaq məhsullarının keyfiyyəti və təhlükəsizliyinin normativ sənədlərin tələblərinə uyğunluğunu araşdırmaq məqsədilə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən "İslam-S" MMC-də dövlət nəzarəti tədbirləri həyata keçirmişlər. Müəyyən olunmuşdur ki, istehsal olunan çörək məhsullarının uyğunluq sertifikatları mövcud deyildir, müəssisə normativ və texnoloji sənədlərlə təmin edilməmişdir. Bundan başqa müəssisədə istismar olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlamasından keçirilməmişdir. Aşkar olunmuş nöqsanlarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228.0.4 və 228.0.12-ci maddələrinə əsasən inzibati protokol tərtib edilmiş, nöqsanların aradan qaldırılması barədə müəssisəyə göstəriş verilmişdir.

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən çörək istehsalı ilə məşğul olan "Səma" fərdi firmasında da dövlət nəzarəti həyata keçirilmişdir. Müəssisəyə baxış zamanı hazır məhsuldan nümunə seçilərək Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlə Komitəsinin Təcrübə-Sınaq Mərkəzinə (AzTEST) təqdim edilmişdir. Aparılmış ilkin sınaqlar göstərmişdir ki, "əla növ buğda unundan bişirilmiş" çörək fiziki-kimyəvi göstəricilərinə (yumşaq hissəsinin nəmliyi) görə ГОСТ 27842-88 tələblərinə (b.1.2.3.) cavab vermir. Təkrar analiz üçün yenidən müəssisədən ikiqat nümunə götürülərək laboratoriyaya təqdim edilmişdir. Təkrar aparılan sınaqların nəticələri də çörəyin nəmliyinin normativ sənədlərin tələblərinə uyğun gəlmədiyini göstərmişdir. Aşkar olunnmuş nöqsanlarla bağlı istehsal olunan məhsulun istehsalının və satışının dayandırılması barədə qərar qəbul edilmişdir.

Nərimanov rayonunda yerləşən digər müəssisədə - 18 saylı çörəkbişirmə müəssisəsində keçirilmiş monitorinq zamanı sınaq üçün götürülmüş hazır məhsulların keyfiyyəti də normativ sənədin tələbinə uyğun gəlməmişdir. Belə ki, Təcrübə-Sınaq Mərkəzində aparılmış sınaqlar zamanı müəyyən olunmuşdur ki, çörəyin nəmliyi ГОСТ 27842-88 tələblərinə uyğun deyildir. Müəssisədə istehsal olunan məhsulun istehsalının və satışının dayandırılması barədə qərar qəbul edilmişdir.

18.12.2014

 ..."Baranina" (mutton) sausage of "Kristal CF" trademark produced by "Orxan SS" firm was detected in the trade network without the appropriate certificate...

read more
16.07.2014

...The state control measures have been fulfilled in "Mersin" café, located in M.F Akhundov avenue, city of Sheki, owned by an individual Yildirim Mahabbat Abdushakor...

read more
30.06.2014

..."Chinarli" restaurant located at the address of Khan Shushinski 9 str., Nasimi district, Baku city owned by a natural person Yashar Hasanov was investigated by the ...

read more

DECREE

                                                                

06.11.2017
read more
VİDEO NEWS
13.06.2014
Experimental- test centre(AzTEST) of SCSMP started tests of animal meats with DNA extraction method.
CALL CENTRE
SUBORDINATE STRUCTURES
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! All rights reserved.
Created by  Lider web studio