| | az | en

CALENDAR

Mo Tu Th We Fr Sa Su
123
45678910
11121314151617
18192021222324
25262728293031
Hazardous products
29.07.2010
"Avto Baku in Gründüng Ltd" MMC-yə avtomobil ehtiyat hissələrinin
idxal edilməsi qadağan edilmişdir

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları məhsulların satışı zamanı istehlakçıların və dövlətin qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərini qorumaq, məhsulların keyfiyyəti, insanın həyatı, sağlamlığı və ətraf mühitin təhlükəsizliyi sahələrində tələblərin pozulmasının qarşısını almaq məqsədi ilə Bakı şəhəri, Teymur Əliyev 54 ünvanında yerləşən "Avto Baku in Gründüng Ltd" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ticarət müəssisəsində araşdırma aparmışlar.
Araşdırma zamanı müəssisənin rəhbəri Çakar Özkan İsmayıl oğlu və digərləri yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törətmiş və həmin məqsədlə onların qanuni tələblərini yerinə yetirməmişlər. Bununla əlaqədar Azəbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 317.1 maddəsinə əsasən "Dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarətini, habelə dövlət metroloji nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən səlahiyyətləri daxilində yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə görə" müəssisənin rəhbəri Çakar Özkan İsmayıl oğlu barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş, müəssisə rəhbəri 4000 (dörd min) manat məbləğində cərimə olunmuşdur.
Müəssisə tərəfindən idxal olunan və keyfiyyəti, təhlükəsizliyi müvafiq sertifikatlarla təsdiq olunmayan malların rəsmiləşdirilməməsi barədə məktub Dövlət Gömrük Komitəsinə göndərilmişdir.

18.12.2014

 ..."Baranina" (mutton) sausage of "Kristal CF" trademark produced by "Orxan SS" firm was detected in the trade network without the appropriate certificate...

read more
16.07.2014

...The state control measures have been fulfilled in "Mersin" café, located in M.F Akhundov avenue, city of Sheki, owned by an individual Yildirim Mahabbat Abdushakor...

read more
30.06.2014

..."Chinarli" restaurant located at the address of Khan Shushinski 9 str., Nasimi district, Baku city owned by a natural person Yashar Hasanov was investigated by the ...

read more

DECREE

                                                                

06.11.2017
read more
VİDEO NEWS
13.06.2014
Experimental- test centre(AzTEST) of SCSMP started tests of animal meats with DNA extraction method.
CALL CENTRE
SUBORDINATE STRUCTURES
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! All rights reserved.
Created by  Lider web studio