| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Elanlar
Çap versiyası
14.09.2017

Azərbaycan Respublikasının
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, onların qeydiyyatının başlanması və başa çatması vaxtı ilə bağlı

ELAN

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərin təşkili üzrə Seçki Komissiyasının 12 sentyabr 2017-ci il tarixli iclas protokoluna əsasən komitə yanında İctimai Şuraya seçkilərdə iştirak etmək istəyən namizədlər 18 sentyabr 2017-ci il tarixindən 20 oktyabr 2017-ci il tarixinədək öz namizədliklərini irəli sürə və qeydiyyatdan keçə bilərlər.

Seçkilər 30 noyabr 2017-ci il tarixində komitənin inzibati binasındakı (Mərdanov qardaşları, 124) iclas zalında keçiriləcək. Komissiya tərəfindən İctimai Şura üzvlərinin say həddi 7 nəfər müəyyən edilib.

Seçkilərdə komitənin fəaliyyət sahələri üzrə təcrübəyə və ya biliyə malik vətəndaş cəmiyyəti institutlarının – qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar), kütləvi informasiya vasitələri, həmkarlar ittifaqları və vətəndaşların təşəbbüs qruplarının nümayəndələri namizəd kimi iştirak edə bilərlər.

Hər bir vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər. Namizəd təmsil etdiyi vətəndaş cəmiyyətinin müraciəti əsasında irəli sürülür. Vətəndaş cəmiyyəti institutu müraciətinə (müraciət nümunəsi elanın sonunda yazılıb) ictimai şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə aşağıdakı sənədləri əlavə etməlidir:

- şəxsiyyət vəsiqəsinin surətini;

- namizədin tərcümeyi-halını;

- namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surətini;

- namizədin SMPDK-nın fəaliyyət sahələri üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər);

- tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər.

İctimai şuraya namizədliyini irəli sürmək istəyən şəxsin qeydiyyatı məsələsinə seçki komissiyası tərəfindən üç iş günü müddətində baxılacaq və müvafiq qərar qəbul ediləcək.

Seçki komissiyası namizədliyi qeydə alınmış şəxslərə bərabər imkanlar yaratmaqla, rəsmi internet səhifəsi ilə və ya mövcud olan digər vasitələrlə (kütləvi informasiya vasitələri, məlumat lövhəsi və s.) namizədlərin özləri barədə əlavə məlumat vermələrinə şərait yaradacaq, həmçinin rəsmi internet səhifəsində onlar barədə məlumat verən səhifələrə keçidi təmin edəcək.

Namizədliyi qeydə alınmış şəxslər namizədlərin irəli sürülməsi prosesi başa çatdıqdan sonra seçki gününə bir gün qalanadək, seçkiqabağı təşviqat məqsədi ilə təşviqat materialları yaya bilərlər.

Namizəd irəli sürüb-sürməməsindən asılı olmayaraq, vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda ictimai şuranın üzvləri irəli sürülmüş namizədlər içərisindən gizli səsvermə yolu ilə seçiləcək.

Birgə yığıncaqda təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları seçki gününə on gün qalanadək, həmin şəxslər barədə zəruri məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi) göstərməklə, seçki komissiyasına müraciət etməlidirlər.

İctimai Şuraya seçkilərlə bağlı əlavə məlumat almaq üçün komitənin internet poçt ünvanı (info@smp.gov.az)  vasitəsilə və ya komitənin İnformasiya təminatı və elektron idarəetmə şöbəsinin əməkdaşı Ülvi Qiyasovla əlaqə saxlamaq olar (Tel: (012) 449-99-59 (daxili 231), mob: (055) 266 34 33).

Məlumat üçün bildirək ki, komitə yanında İctimai Şura “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq, vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi, mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, mərkəzi icra hakimiyyəti orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, orqanların fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsi kimi məqsədlərin həyata keçirilməsi üçün yaradılıb.

İctimai şuraya vətəndaş cəmiyyəti institutu tərəfindən

namizədin irəli sürülməsinə dair müraciət nümunəsi

 

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya
və Patent üzrə Dövlət Komitəsi yanında

İctimai Şuraya seçkilər üzrə Seçki Komissyasına

 

(Vətəndaş cəmiyyəti institutunun adı) Əliyev Əli Əli oğlunun (ad şərtidir) Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında İctimai Şurada üzvlüyə namizədliyini irəlisürür. O, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə, eləcə də ictimaişuranın fəaliyyət istiqamətləri üzrə geniş bilik və təcrübəyə malikşəxsidr. Əli Əliyevin ətraflı tərcümeyi-halı, şəxsiyyətvəsiqəsinin, vətəndaş cəmiyyəti institutunun üzvü olduğunu təsdiq edən sənədin və komitənin fəaliyyət sahələri üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənədlərin surəti əlavə olunur.

 

Hörmətlə,

 

_________________________

İmza:

 

Tarix:

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır