| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Elanlar
Çap versiyası
17.11.2016

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında keyfiyyət sahəsində (istehsal və göstərilən xidmətlər üzrə) əldə edilən nailiyyətlərə görə mükafatların müəyyən edilməsi məqsədilə 

MÜSABİQƏ ELAN EDİR

Müsabiqənin keçirilməsi haqqında Qərar 25 noyabr 2005-ci il tarixdə MDB hökumət başçıları Şurası tərəfindən təsdiq edilmişdir.  

MDB ölkələri arasında keyfiyyət sahəsində əldə edilən nailiyyətlərə görə mükafatların müəyyən edilməsi məqsədilə müsabiqə 2 mərhələdə keçirilir.

Müsabiqənin 1-ci mərhələsi MDB üzv dövlətlərinin milli orqanları tərəfindən aparılır. Müsabiqədə iştirak etmək istəyən təşkilatlar (fiziki və ya hüquqi şəxslər) müsabiqənin qaydalarına (qaydalar təqdim ediləcək) müvafiq olaraq keyfiyyətlə bağlı sənədlər toplusunu (70 səhifədən çox olmamaq şərtilə) Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim etməlidir.

Müsabiqənin 1-ci mərhələsinin qalibləri komitə tərəfindən 01.01.2017-ci ilə qədər (xüsusi komissiya heyəti tərəfindən) müəyyən ediləcək və  müvafiq mükafatlar təqdim olunmaqla qaliblər respublikanın kütləvi informasiya vasitələrində elan ediləcəkdir.

1-ci mərhələnin qaliblərinin 2-ci mərhələdə iştirakı üçün qaliblər haqqında məlumatlar və sənədlər toplusu komitə tərəfindən Dövlətlərarası Şuraya təqdim ediləcək.

Müsabiqə 2 ildə bir dəfə keçirilir. Müsabiqədə iştirak etmək üçün şərtlər:

- Milli orqan tərəfindən elan edilmiş müsabiqədə iştirak;

- İki il müddətindən az olmamaq şərtilə istehsal edilən məhsulun (göstərilən xidmətin) yüksək keyfiyyətliliyinin təsdiqi;

- İstehsal edilən məhsulun (göstərilən xidmətlərin) ikidən az olmamaq şərtilə MDB üzv dövlətlərinə ixrac edilməsi (və ya xidmətlərin göstərilməsi).

Müsabiqədə sənaye və xalq istehlakı malları istehsal edən (xidmət göstərən) təşkilatlar (fiziki və ya hüquqi şəxslər) iştirak edə bilərlər.

Müsabiqənin 2-ci mərhələsi Dövlətlərarası Şura tərəfindən keçiriləcək, 2017-ci ilin dekabr ayında MDB üzv dövlətləri arasında qaliblər müəyyən ediləcək.

Müsabiqədə iştirak etmək istəyən fiziki və ya hüquqi şəxslər sifarişlərini (Azərbaycan və rus dillərində) 5 dekabr 2016-cı il tarixinə qədər komitəyə təqdim etməlidirlər.

Əlavə məlumat almaq üçün komitənin əməkdaşları Cəfərova Zenfira Adil qızı (Tel: (012) 480-06-38, (050) 327 89 49) və ya Bədəlov Mahir Ənvər oğluna (Tel: (012) 449-99-59, (050) 275 96 95) müraciət oluna bilər.

       

                

                                   

 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır