| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Elanlar
Çap versiyası
28.04.2011
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi (AzTesT) ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyalarında vakant vəzifələrin tutulması üçün müsahibə

ELAN EDİR

Müsahibədə iştirak etmək üçün sənədlər Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) Kadrlar, hüquq və ümumi şöbəsində qəbul olunur. İşə qəbul müsahibə yolu ilə aparılır.

Müsahibə aşağıdakı vakant yerlərin tutulması üçün keçirilir:

1. Elektrotexniki ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyası üçün mütəxəssis;
2. Radiotexniki və akustik ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyası üçün mütəxəssis;
3. Təzyiq və sərf ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyası üçün mütəxəssis;
4. Tempratur və həcm ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyası üçün mütəxəssis;
5. Fiziki-kimyəvi və defektoskopiya ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyası üçün mütəxəssis;
6. Qaz qarışıqları və qazanalizedici ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyası üçün mütəxəssis;
7. Kütlə ölçmə vasitələrinin kalibrlənməsi laboratoriyası üçün mütəxəssis.

Yalnız yuxarıda sadalanan laboratoriyalar üzrə ixtisaslı şəxslərin sənədləri qəbul olunur. Müsahibədə ali təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər. Müsahibədə iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Ərizə;
2. Şəxsiyyəti təsdiq edən sənədin surəti;
3. Kadrlar uçotunun şəxsi vərəqəsi;
4. Tərcümeyi-hal;
5. Hərbi biletin surəti;
6. Ali və sonrakı təhsil haqqında sənədin surəti;
7. Əmək kitabçasının surəti;
8. Sığorta kartının surəti;
9. 3x4 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil.

Sənədlər əsli ilə birlikdə təqdim olunmalıdır. Sənədlər 2011-ci il mayın 1-dən 30-nadək, saat 10:00-dan 17:00-dək ( I-V günlər ) Bakı şəhəri, Mərdanov qardaşları küçəsi 124 ünvanında qəbul olunur. Daha ətraflı məlumatı 440-43-62 nömrəli telefonla əldə etmək olar.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır